“Peyğəmbər (s) adi bəşərdir” deyənlərə Qurandan suallar və cavablar
Tarix boyu həmişə peyğəmbərləri, dini rəhbərləri gözdən salmağa cəhd ediblər. Nəticədə həmişə özləri xar olub və alçalıblar. Tarixin qara səhifələrinə gömülən İslam düşmənlərindən ibrət almayan ardıcıllarını da eyni aqibət gözləyir. Peyğəmbərə (s) adi bəşər deyənlərin əsl məkirli niyyətləri əslində o Həzrəti (s) adi şəxs kimi qələmə verib, daha sonra ona istədikləri əməl və sözləri asanlıqla nisbət verməkdir. Necə ki, bu iddianı edənlərin alim kimi qələmə verdikləri din düşməni Əbdülvəhhab deyirdi: “Mənim əsam peyğəmbərdən (s) daha xeyirlidir. Çünki ona söykənir və onunla ilan öldürürəm. Amma Muhəmməd (s) artıq ölüb heç kimə faydası yoxdur.” (Sələfiyyətul-Vəhhabiyyə səh 42) Allah Rəsulu (s) haqda bu cür ədəbsizcəsinə danışanlara və bu fikri dəstəkləyənlərə nə cavab verəsən?! İslam peyğəmbəri (s) haqda danışarkən “o da bir bəşərdir”, “o da adi insandır” deyənlərə və onların timsalında bütün bu əqidə və fikir daşıyıcılarına bir neçə sual ünvanlamaq istəyirdik. Buyursunlar elmi...