Kayıtlar

"Fatiməsiz “Fatimə”"

Resim
Qeyd: Bu yazı müəllifin öz düşüncələri əsasında qələmə alınmışdır. Bu mətni gələcəkdə daha da təkmilləşdirəcəyik inşallah. Mən İsamı (s.ə) axtarıram. Məna həyat bəxş edən İsanı. Ölmüş qəlbimə məsh edən məsihimi axtarıram. Xəyanətkar ümmət əlindən İsa (ə) kimi qeyb olan İsam hardadır? Bəlkə bu sualı səma cisimlərinə verim? Bəlkə onlar mənə İsamdan (s.ə) bir xəbər verələr... Bu ümidlə, hər yerə öz nurunu ələyən günəşə üz tuturam və soruşuram. -           Ey günəş!  Yer üzünə nur saçan, İsamı (s.ə) gördünmü? -           Bəli, gördüm. -           Mənə ondan danış. Onu vəsf et. -           Onu son günlərində iki dəfə gördüm amma vəsfi mənə anlaması eşidənlərə çətin olacaq. -           Danış, ey Günəş danış. Onsuzda qəlblər onun adını duyar-duymaz pa...

İsa (ə) məsumdur.

Resim
Hz İsa (ə) bəhsində əsasən iki məsələyə toxunacağıq. İsa (ə) dünyaya gəlişi və dünyadan xaric olması. Bu peyğəmbər barədə müzakirə obyekti olan əsas bu iki məsələdir. Hz İsa (ə) dünyaya gəlişi ilə bağlı təhrif olunmuş İncildə çox çirki iftiralar Hz Məryəm barədə yer alıb. Quranın paklıqla yad etdiyi pak və iffətli bir xanım barədə qeyd olunan o sözlərə burada yer vermək istəmirik. Gəlin birgə Quranın bu iki mövzuda olan yanaşmasını görək. وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انْتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا Bu kitabda Məryəmi, onun (Beytul-Muqəddəsin və ya öz evinin) şərq(in) dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal. (Məryəm 16) وَاذْكُرْ فِي الْكِتَابِ - Bu kitabda Məryəmi yada sal. Kitabda məqsəd Quran yaxud Məryəm sürəsidir. Çünki, bu sürə də Quranın bir hissəsidir . فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا - Bu kənara çəkilmə təfsirlərə əsasən onun qüsl alması üçün olduğu nəzərdə tutulur. Nə zaman ki bu işə ehtiyac duyardı Hz ...