Qəbir ziyarəti Quran və sünnədə
Qəbir ziyarətinə müxalif olanlar deyirlər ki, peyğəmbər (s) qəbir ziyarətini qadağan edib. - İrada cavab olaraq deyirik ki, düzdür peyğmbər (s) bunu qadağan etmişdi, lakin daha sonra bu qadağa ortadan qalxdı. Qadağanın səbəbi: Bütpərəstlik ruhiyyəsinin olduğu dönəmlərdə, bir müddət qəbir ziyarətinin qadağan olması gözə çarpır. Amma çox qısa zaman kəsiyindən sonra bu mövzuda insanlara tam azadlıq verilir. Hədisə nəzər salaq; Hədis: “ Mən bir zaman sizə qəbir ziyarətini qadağan etmişdim. İndi isə ziyarət edin. Çünki, qəbir ziyarəti sizə axirəti xatırladır. ” (Tirmizi Cənaiz 60, Muslim Cənaiz 106, Müslim c . 3, səh. 65, Əbu Davud c . 2, səh. 195, Tirmizi c . 3, səh. 274) Bəziləri qadağan sözünü haram sözü ilə qarışdırır və iddia edir ki, qəbir ziyarəti haram edilib. Qəbir ziyarəti heç vaxt haram olmayıb. Qadağan – yəni izn verilməyən. Bu sözü haram termini ilə qarışdırmaq doğru deyil. Sözümüzün dəlili Səhihi Müslimdəki hədisdir. Hədis: Ümmi Ətiyyədən nəql olunur. O deyi...