Kayıtlar

Sələfi- vəhhabi cərəyanında terrorizimin kökü

Resim
Son zamanlar ən çox eşitdiyimiz, və oxuduğumuz sözlər; "fitn ə", "fəsad", "öldürüldü", "başları kəsildi",   "İŞID", "cihad", "Fələstin", "Qəzza", "İraq", "Suriya","Yəmən", "sələfi", "vəhhabi" və s.   Yaxşı, bəs bütün bu fitnə və fəsadlara səbəb olanlar kimlərdir? Və ya bunu doğuran amillər hansılardır?   Bu gün sadəcə özlərini pak bilib, müsəlmanları, sünni-şiə demədən “Allahu-Əkbər” sədaları ilə qətlə yetirən, özlərinə bomba bağlayaraq ictimai yerlərdə eyni sədalar altında özlərini partladan, və bu çirkin missiyalarının adlarını, İslama calaq etmək istəyənlər, "biz CİHAD   edirik" deyib, cihad məfhumundan bixəbər olanlar, müsəlman olduqlarını iddia edən, lakin müsəlmanların adına xələl gətirən bu şeytanpərəstlər kimlərdir? İslam peyğəmbərimizin (s) fitnə və fəsadın mənbəyi, şeytan buynuzu, adlandırdığı (mənbə: Səhihi Buxari, Fitən kitabı,fəsi...

Peyğəmbərin (s) xanımları və çox evliliyinin hikmətləri

Resim
  Allah Rəsulunun (s) izdivacları. (Xanımların ad və sayları). 1. Hz Xədicə - Allah Rəsulunun (s) ilk evliliyi Hz Xədicə ilə 25 yaşında baş tutmuşdur. Hz Xədicənin yaşı və onun peyğəmbərdən (s) öncə evli olması ilə bağlı deyilənlər bir mənalı deyildir. Bu mövzuda ixtilaf vardır. Bu ixtilaflı məsələ ayrıca bir araşdırmanın mövzusudur. Qısaca demək lazımdır ki, Hz Xədicə peyğəmbərlə (s) evləndiyində 25-27-29 yaş aralarında və bakirə olmuşdur. Hz Xədicə İslamı ilk qəbul edənlərdən olmaqla yanaşı, iffət və paklığı ilə də tanınırdı. Bu evliliyin kökündə xüsusi bir amil dayanmırdı. Dünya qanunlarına görə peyğəmbər (s) də ailə həyatı qurdu. Bu evlilik üçün təklif , Hz Xədicədən gəlmişdi. Burdan bunu da anlaya bilərik ki, təkcə oğlan tərəfi qıza elçi göndərməz, qız evi də oğlan evinə bu təklifi edə bilər. Buna pis baxanlar nə Hz Xədicədən daha artıq iman əhli deyillər və nə də Hz Muhəmməddən (s) paklıqda iffətdə daha ali kişi deyillər. Hz Xədicə “Xayrun-nis ə ” “xeyirli qadın”...

Peyğəmbərə (s) xitab olunan “Günahının bağışlanmasını dilə” ayəsi, peyğəmbərin (s) günah əhli olmasına dəlalət etmir

Resim
İslam peyğəmbərinə (s) tutulan iradlardan biri də Quranın iki sürəsində (Muhəmməd 47 və Ğafir 55) rast gəlinən və peyğəmbərə (s) xitab olunan   وَاسْتَغْفِرْ لِذَنبِكَ – “Günahının bağışlanmasını dilə” ayəsidir. Ötən bəhslərimizdə qeyd etdik ki, Quranıın ayələrini hədis və təfsir elminə müraciət edərək anlamalıyıq. Quranın zahiri ayəsinə baxaraq peyğəmbəri (s) günahda ittiham etmək yanlış bir addımdır. Quran bizə dəfələrlə əmr edir ki peyğəmbərə (s) mütləq şəkildə itaət edək. (Bax: Nisa 13-14-69-80, Nur 54, Həşr 7 və s.) Əgər peyğəmbər (s) günah əhlidirsə niyə Allah heç bir qeyd və şərt olmadan bizi birbaşa peyğəmbərə (s) itaəti əmr edir? Hətta itaət etməyənləri alçaldıcı əzabla təhdid edir. (Nisa 14) Digər ayədə isə peyğəmbərə (s) itaəti elə Allaha itaət kimi qeyd edir. (Nisa 69). Əgər peyğəmbərdən (s) zərrə günah sadir olsaydı Allah mütləq bir ayədə istisna halı qeyd edərək “peyğəmbərə itaət edin, amma filan halda yox”, yaxud “filan hallar istisna olmaqla digər hallarda...

Tövbə 107-ci ayə hansı məscidləri sökməyi əmr edir?

Resim
وَالَّذِينَ اتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللّهَ وَرَسُولَهُ مِن قَبْلُ وَلَيَحْلِفَنَّ إِنْ أَرَدْنَا إِلاَّ الْحُسْنَى وَاللّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ “Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun peyğəmbəri ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri “Zirar” məscidi nəzərdə tutulur. Və onlar mütləq and içəcəklər ki: “bizim xeyir işdən başqa niyyətimiz olmayıb.” Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir.” (Tövbə 107) Bu ayə İslamın əleyhinə fəaliyyət göstərən, Allahın əmri peyğəmbərin göstərişi ilə viran edilmiş bir məscid barədədir. Bəzi dırnaqarası ilahiyyatçılar bu ayədən sui-istifadə edərək, dünya mənafeylərini nəzərə alaraq Quran ayəsini təhrif edir və istənilən məscid barədə yersiz mü...

Şəhid məzarları, məscid və məbədlər ilahi şəairdir – Dağıtmayaq, bərpa edək...

Resim
Şəhid məzarları bu dünyada bizim üçün əlçatan və eyni zamanda ən böyük mənəvi xəzinələrdən biridir. Bu mənəvi xəzinənin əsl mahiyyətindən xəbərsiz olduğumuzdan, ondan lazımı qədər istifadə edə bilmirik. Şəhid məzarları, dualarımızın qəbul olunduğu müqəddəs məkanlardan heç də dala qalmır. Şəhid məzarları bizlər üçün təvəssül və təbərrük qaynağıdır. Bu fəzilətləri artırmaq olar. Hədislərə əsasən şəhid o kəsdir ki, ilk damcı qanı yerə töküldüyü andan etibarən bütün günahları bağışlanır. Deməli şəhid = Pak, təmiz bir insan nümunəsi. Şəhid yeganə şəxsdir ki, dünyaya təkrar qayıdıb şəhid olmaq istəyər. Deməli şəhid = Fədakar insan nümunəsi. İlahi bəxşişlərə şahid olan kimsə. Şəhid Qiyamətdə yetmiş min insana şəfaət edər. Deməli şəhid = Şəfaətçi. Görəsən biz də bu yetmiş min nəfərdən biri ola bilərik? Sadə cavabı budur ki, əgər biz də o mübarək məzarları ziyarət etsək, ilahi şəari uca tutub hörmət bəsləsək Allah da bizə bu şansı verəcək. Bəli, şəhid məzarları da ilahi şəairdir. Nədir...

Hz Adəm və Həvvanın ayıb yerləri həqiqətən göründümü? - Tərcümələrdə olan səhv izahların Quran və təfsirlə izahı

Resim
“Ayıb yerləri göründü” ayəsi əslində bizə nəyi çatdırır? Bu məsələdə təfsirə ehtiyacı olan məqamlardan biri də “...ayıb yerləri özlərinə göründü. Cənnət yarpaqlarından üstlərini örtməyə başladılar.” (Əraf 22) ifadəsdir. Bəziləri bu ayəni izah edərkən qeyd edirlər ki, Hz Adəm və Həvvanın əynində bildiyimiz paltardan var idi. Elə ki, o paltarlar aradan getdi onların ayıb yerləri göründü. Digər bir dəstə isə düşünür ki, onların ümumiyyətlə övrətləri yox idi. Bu hadisədən sonra onların övrətləri zahir oldu. Bu iki fikrin tam mənada isbat və sübutu əlimizdə yoxdur. Ən uyğun məna və izah budur ki, o libas mənəvi libas idi, və ayədə qeyd olunan məna zahiri övrətdən getmir, əksinə onların mənəvi halına işarədir. Əhli sünnənin mötəbər təfsir alimlərindən olan Fəxri Razi bu ayə haqda danışarkən buyurur: “Bu libas, bir libas idi ki, nurdan idi və bu libas təqva libası idi.” (Fəxrəddin Razi – Məfatihul-Ğeyb c 14, s 223.) Çox gözəl və qane edici bir izahdır. Bu sürədə Allah geyimdən söz açand...