Ramazan ayı ilə söhbət və Qədr gecəsi.
Qeyd: Yazı, Quran, hədis və hədisi qüdsilər əsasında yazılmışdır. - Salam ey Allahın ayı! Səni yenidən görmək nə xoş səadət. - Salam ey Allahın bəndəsi! Artıq gediş vaxtım yaxınlaşır. - Gediş vaxtın? - Bəli, məgər görmürsən ayın çevrəsi getdikcə azalır? - Axı səndən kifayət qədər istifadə edə bilmədik... - Hələ yenə də fürsət var. Tələs. - Axı şeytan... - (gülərək) Şeytan?! - Bəli, şeytan. Səni güldürən nədir? - Ey bəndə! Allah bu ayda şeytanlara zəncir vurur. Yəni, onun...