“Əbu Ləhəbin əlləri qurusun” ayəsində əslində məqsəd nədir? – Tərcümədə yol verilən yanlışlıqlar.
Qurani-Kərimin “Məsəd” surəsinin birinci ayəsinin tərcüməsində yol verilən yanlış tərcümə zaman-zaman haqlı iradlara səbəb olur. Bu surəyə “Təbbət” də deyilir ki, bu da həmin surənin ilk kəliməsindən götürülmüşdür. Bəzi tərcümələrdə “təbbət” ( تَبَّتْ ) sözü “qurusun” deyə tərcümə olunsada bu dediyimiz kimi yanlışdır. Elə isə gəlin ilk öncə “təbbət” sözünün mənasını öyrənək. Təbbət ( تَبَّتْ ) sözü lüğətdə: Rağib İsfəhani bu sözü “davamlı ziyan” mənasında olduğunu qeyd edərkən, Şeyx Təbərisi isə bu sözün “sonu insanı həlaka aparacaq ziyan” kimi məna etmişdir. Hər halda iki məna da bir-birinə yaxın mənalardır. Qurani-Kərimin üslublarından biri də ad çəkməməsidir. İstər tərif, istərsə də tənqid edərkən adətən bu üsluba riayət olunub. Lakin, iki yerdə bu üsluba əməl olunmur. Biri Əhzab 37 də Zeyd ilə Zeynəb binti Cəhşin evliliyi mövzusunda, digəri isə haqqında danışdığımız “Məsəd” sürəsində. Buna da səbəb onun peyğəmbərə (s) qarşı həddindən artıq çirkin mövqe, düşm...