“Kərbəla hadisəsi hakimiyyət üstə olan savaş idi” deyən nadanlara İmam Hüseynin öz sözü və əməlləri ilə cavab
Öncədən qeyd edək ki, Həzrəti Hüseyn qətiyyən dünya məqamının arxasınca deyildir. Fani bir səltənət üçün canını fəda etmədi, ailəsinin bu yolda düşmənə əsir etmədi. Kim bu mənadan xəbərdar olduğu halda imam Hüseyni (ə) dünya düşkünü bilərsə, Qurani-Kərimi inkar etmişdir. Əgər Yezidə qarşı olan qiyam dünyəvi məqamlara yetişmək üçün olsaydı, Allah Rəsulu (s) ona yardım etməyi əmr etməzdi. Əhli sünnə mənbələrində qeyd edilmiş bir hədisə nəzər yetirək: Şeyx Süleyman Bəlxi Hənəfi “Yənaibul-Məvəddə”nin 60-cı babında Buxari, Bəğəvi və ibn Siqqin “Tarix”indən, İmamul-Hərəm, Şafeinin “Zəxairul-uqba”sından, “Sirei Molla”dan və daha digər əhli sünnə alimlərindən nəql edərək Ənəs ibn Haris ibn Bayədən belə nəql edir: “Rəsuli-əkrəmin (s) belə buyurduğunu eşitdim: “Şübhəsiz, bu oğlum (Hüseyn) Kərbəla deyilən bir yerdə öldürüləcəkdir. Sizdən hər kim o gün orada olsa, ona yardım etsin.” Ənəc ibn Haris peyğəmbərin (s) əmrinə əməl etmək üçün Kərbəlaya getdi və orada Həzrət Hüseyn (ə) ilə bərabər ö...