Əzadarlıq məraismlərinə dil uzadıb, inkar edənlərə Qurandan yarım əsrlik əzadarlıq nümunəsi
Quranda əzadarlıq mədəniyyəti. Qurani-kərim baxımından dünyasını dəyişən şəxsə, və ya öz yaxınlarını itirən şəxs ağlaya və ya kədərlənə bilər? Ümumiyyətlə İslamın əzadarlığa münasibəti necədir? Uca Allah buyurur: “Biz sizi aclıq, qorxu,mal- dövlətlə, övladla, məhsul qıtlığı ilə imtahan edərik. (Ya peyğəmbər) Müjdə ver o kəslərə ki, onlara bir müsibət baş verdikdə onlar deyərlər: Biz Allaha məxsusuq və ona tərəf qayıdarıq.” (“Bəqərə” surəsi, 155-156) Ayədən məlum olur ki, müsibət zamanı ağlamaq olar lakin, Allah bizə səbri tövsiyə edir. Hz Yaqub (ə) oğlu Yusif (ə) üçün ağlaması: Hz Yaqub (ə) oğlu Yusifdən ayrı düşdüyü üçün təxminən 40 il (bəzi mənbələrdə 70-80 il) ağlayır. O qədər ağlayır ki, hər iki gözü kor olur. Quran buyurur: “(Yaqub dedi) Heyif sənə yazıq Yusif. Dərd qəmdən ağlamaqdan gözləri kor oldu. (Oğlanları ona dedi) Allaha and olsun ki sən Yusif deyə-deyə ya xəstələnib əldən düşəcək ya da öləc...