Can verən şəxs ilə bağlı 3 məsələ
1. Can verən şəxsi üzünü qibləyə çevirmək: Can verən kimsənin üzü qibləyə duracaq şəkildə arxası üstə yatırılması onun yaxınlarının üzərinə düşən vəzifədir. Bu mövzuya hədis və rəvayətlərdə işarə olunmuşdur. Həzrət Əli (ə) buyurmuşdur: “Can verən kimsənin üzünü qibləyə çevirmək İslami vəzifələrdəndir” (“Biharul-Ənvar” c. 81, səh. 243. hədis: 29) Digər rəvayətdə buyurur: “Peyğəmbər (s) can verən Əbdul Muttəlib oğullarından birini yanına getdi. Onun üzü qibləyə tərəf çevrilməmişdi. Bunu görən peyğəmbər (s) belə buyurdu: Onun üzünü qibləyə doğru çevirin, belə olduqda Allah və mələklər üzünü ona tərəf çevirər (mərhəmətini ona tərəf yönəldərlər). Bu vəziyyət can bədəndən çıxana qədər davam edər. (“Mən lə yəhzərul-fəqih”, c. 1, səh. 79 və sair) Başqa bir rəvayətdə isə buyrulur: “Can verən kimsəni digərlərinin etdiyi kimi arxası qibləyə tərəf olacaq şəkildə deyil, ayaqlarının altı qibləyə duracaq şəkildə arxası üstə yatırın.” (“Furu ul-Kaf...