“Hər şeyin cavabını dini mətnlərdə axtaran saysız-hesabsız dindarlarımız var!” iddiasına cavab.
Bəziləri “Quraniləri” inkar, yaxud tənqid edərkən o qədər ifrata varırlar ki, özləri onlardan daha mənfi mövqedə dururlar. Fəlsəfə, irfan və bu kimi elmi sahələr insanın inkişafına səbəb olmalıdır. Nəinki, bu elm sahələrini yanlış anali z edərək İslam əleyhinə şüarlar səsləndirək. Peyğəmbərlərin ən şərəflisini hansısa filosof ilə (məsələn, Fridrix Nitsşe) üzə-üzə qoyub, onları müqayisə etmək, dolayı yollarla az da olsa onun sözlərini Quran kəlamından, peyğəmbər (s) hədisindən daha öndə bilmək çox yanlış bir yoldur. Bu təfəkkürdə olan insanların halı, uçurumun kənarında duran və bir dəstəni də özləri ilə uçuruma yuvartlamaq istəyənlərə bənzəyir. Hər şey Quranda varmı? Bu məsələnin iki yönü var : 1. Hər şeyin Quranda birbaşa olması ilə əlaqəli qeydlər. Məsələn, Quranda hansısa mövzunun konkret şəkildə olması. 2+2 = 4 kimi. Hansısa tarixi şəxsiyyətin həyat və fəaliyyəti və sair. Etraf etməliyik bir sıra mövzular bu cür konkret şəkildə Quranda gəlməyib. Bunun özünün