Məşhur şəxsiyyətlərin Hz Hüseyn (ə) barədə dedikləri.
Çarlz Dikkens (Yazıçı): “Əgər İmam Hüseynin (ə) qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər.Ağıl belə hökm edir ki, o, yalnız İslam yolunda bu fədəkarlığı etmişdir.” (İmam Hüseyn və dostları səh.52)
Mahatma Qandi (Hindistanın dövlət xadimi): “Mən İmam Hüseynin (ə) İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm.Və mənə aydın olub ki, əgər Hindistan qalib bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb onun yolunu getsinlər.”
Mahatma Qandi: “Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim.”
Mahatma Qandi: “Mənim İmam Hüseynin (ə) 72 tərəfdarı kimi bir silahım olsaydı, bütün Hindistanı 24 saat ərzində əsarətdən xilas edərdim.” (M.Əkbərzadə, Hüseyn xalq rəhbəri kimi, səh 30)
Edvard Braun (Tarixçi): “Görəsən elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla dolmasın? Hətta qeyri müsəlmanlar bu İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar.” (Azadələr rəhbəri səh. 53)
Tomas Karlayl (Filosof): “Kərbəla faciəsindən aldığımız ən gözəl dərs odur ki, Hüseyn (ə) və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışlar.Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur.Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi.” (Kermani, On dörd məsumun həyatı, səh. 183)
Boris Dokberi (Yazıçı): “Əgər tarixçilərimiz bu günün (Aşura gününün) həqiqətlərini dərk edib anlasaydılar, Hüseynə (ə) əza saxlmağı ağılsız bir hərəkət kimi qiymətləndirməzdilər.”
Marbini (Alman filosofu): “Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinə bağlıdır.Ona görə ki, Hüseyn eşqi ilə yanan hər bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz.” (Hüseyn (ə) xalq rəhbəri kimi, səh. 31)
Lev Tolstoy (Görkəmli rus yazıçısı və mütəfəkkiri): “Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı.”
Rajendra Prasad (Hindistanın ilk prezidenti): “İmam Hüseynin (ə) şəhadəti yalnız bir ölkə və ya bir xalqa aid deyil, bütün bəşəriyyət üçün dəyərli bir irsdir.”
Professor Pyer Durtgi: “Biz qərbdə İmam Hüseyn fədakarlığı kimi bir fədakarlığa malik deyilik. Bu məsələ ki, o, fəda olmuşdur, biz xristianlar tərəfindən dərk edilə bilən bir məsələdir.Ancaq burada peyğəmbərin (s) yaxınlarından söhbət gedir.Onun ardıcıllarını öldürürlər.Bu nəinki zehinlərə, hətta hislərə də təsir edir.Biz insanalara deməliyik ki, məsələ, rəqəm hesab və kitab məsələsi deyildir.O hər şeyini əldən vermişdir.Ancaq qələbə qazanmışdır.O İmam Hüseyndir (ə)! Belə fikirləşirəm ki, bu gün ardınca getməli olduğumuz məsələ - İmam Hüseyni (ə) daha yaxından tanımaqdır.Bunu üçün təkcə Aşura və tarixi tanımalı deyil, həm də bilməliyik ki, fədakarlıq sözün əsl mənasında tərbiyə məsələlərində daha çox olmalıdır.Bu o şeydir ki, bu gün əldən vermişik.İmam Hüseyn (ə) kamil şəkildə fədakarlıq etmişdir.Bu insanlığın sifətlərindən biridir.Bu, özünü Allah yolunda fəda etməkdir.Əgər İmam Hüseyn (ə) bu işi görməsəydi, İslam bu yerə çatmazdı.”
Antonio Bara (məsihi keşiş) : “Əgər Hüseyn bizə aid olsaydı, hər yerdə onun adına bir bayraq və minarə ucaldardıq və insanları xristianlığa dəvət edərdik.”
Edvard Broun (Kembric universitetinin professoru) : “Kərbəlanın qanlı səhrası o gündən bugünədək hətta ən soyuq qəlbi isitməyə, ən qəflətdə olan ürəyi oyandırmağa qadirdir.”
Rabindrant Taqor (Ədəbiyyat üzrə nobel mükafatı laureatı) : “ Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa verməklə bərpa etmək olar, necə ki, bunu İmam Hüseyn (ə) etdi.”
Rabindrant Taqor (Ədəbiyyat üzrə nobel mükafatı laureatı) : “İmam Hüseyn (ə) ən soyuq qəlbi də isidir.”
Rabindrant Taqor (Ədəbiyyat üzrə nobel mükafatı laureatı) : “İmam Hüseyn (ə) bəşəriyyətin lideridir.”
Cəvahirləl Neyru (Hindistanın ilk baş naziri): “İmam Hüseynin fədakarlığı dünyada bütün qruplar, cəmiyyət və toplumlar üçün haqq yolunun ideal nümunəsidir.”
Ceyms Korn (“Çin tarixi” əsərinin müəllifi) : “Hüseyn və tərəfdarları səkkiz növ düşmənlə mübarizə aparırdılar.Onlardan dördü oxlar yağdıran Yezidin qoşunları idi, beşincisi qızmar günəş idi, altıncısı Kərbəlanın səhrası idi, yeddincisi aclıq, səkkizincisi isə susuzluq idi.Bu cür şərtlərlə minlərlə düşmən ordusu məğlubiyyətə uğradı.Tarix boyu bugünədək heç kəs bu cür qəhrəmanlıq göstərməyib.”
Radra Krişnan (Hindistanın eks prezidenti) : “Baxmayaraq ki, İmam Hüseyn (ə) 1300 il bundan öncə dünyasını dəyişib, onun ruhu bugünkü insanların ruhlarına hakimdir.”
İqnaz Qoldziher (Macar yazıçısı) : “Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri zorakılıqla mübarizəni somvolizə edir.”
Edvard Qibbon (İngilis yazıçısı, keçmiş parlament üzvü): “Hüseynin şəhid edilməsi səhnəsi hətta ən soyuqqanlı oxucuda da rəğbət oytamaq gücünə malikdir.” (Roma imperiyasının çöküşü və dağılması" London. 1911. 5-ci cild. Səh: 391-392.)
Məhəmməd Əmin Rəsulzadə (Azərbaycan Demokratik Cumhuriyyətinin banisi. Açıq Söz qəzeti 1918-ci il)
“Şükürlər olsun ki, məmləkətimiz indi İslam məmləkətidir.İndi biz könlümüz istədiyi kimi öz təziyət (matəm) ayımızı icra edə biləcəyiz, sərbəst əza saxlayacağız.Şükürlər olsun, bu günü gördük. Fəqət bu nöylə böylə bu il əza günlərini ilərki kibi saxlamamalı, İmam Hüseynə (ə), həm İslamiyyətə və həm də hamımıza yaraşacaq dərəcədə saxlamalıyız. Orasını nəzərə almalıyız ki, bu neçə ayın müddətində bizim hər yer Kərbəla və hər gün Aşura olmuşdur.Əgər biz daha artıq savab qazanmaq və şəriətimizi möhkəmləndirmək istəyiriksə, özün təziyəni ilər kibi saxayıb, isrfa və lazımsız xərclər etməkdən özümüzü saxlamalı və o təziyənin rəsmiyyəti üçün qoyduğumuz zəhmət və xərcləri başqa xeyirli və İmam Hüseynin (ə) ruhunu şad edəcək yollara da sərf etməliyiz... Bən yəqin bilirəm biz çəkdiyimiz xərcləri bu yolda sərf etsək, həm Allah, həm Peyğəmbər, həm Kərbəla şəhidlərinin ruhu bizdən razı qalacaqdır...”
Heydər Əliyev (Azərbaycan Rezpublikasının sabiq prezidenti. Bakıda Təzəpir məscidində söylədiyi nitqindən.)
“Bizim yolumuz Allah yoludur, Məhəmməd peyğəmbərin yolu və İmam Hüseynin yoludur.”
Tomas Musark: “Diqqət etsək, görərik ki, İsa Məsihin (ə) başına gələn bəlalar, Hüseynin Kərbəla müsibəti ilə müqayisədə, saman çöpünün dağla olan fərqi qədərdir.” (Ə.Təqəvi, İmam Hüseyn (ə), səh. 76)
F.Gibon: “Kərbəla müsibətindən çox illər ötüb keçmişdir. Biz də Hüseynlə (ə) həmvətən deyilik. Amma daş ürəkli insan belə, onun başına gətirilmiş bəlaları eşidərkən kövrəlir və təsir altına düşür. Sanki, yaxın bir dostuna məhəbbət bəsləyərək, onunla həm dərd olur.” (Azadələ rəhbəri, səh. 59-60, R. Məzlumi)
Corc Cordan: “Yezid öz ata-babalarının bütün pis xüsusiyyətlərinin varisi və rəzillikdə onlardan da, artıq idi.O, iyrənc və mənfur sifəti ilə, fəsada, şeytan əməllərinə malik idi.Heç kim onun kimi əxlaqi-insani xüsusiyyətlərdən bəhrəsiz deyildi.Amma heç kəs, mənəvi və insani keyfiyyətlərinə görədə Kərbəla şəhidi Hüseyndən (ə) üstün ola bilməzdi.Yezid çirkin, ürəkbulandırıcı rəftarı ilə zəif iradəli, zülmkar, qan içən, qəddar, riyakar və xəbis bir şəxs idi. Hüseyn (ə) isə kəramətli, açıqürəkli, mərhəmətli, cəsu, əzm, azad iradəli, fədakar və ən əsası budur ki, vicdanlı insan idi.” (C. Cordan, İmam Əli (ə), c 2, səh.247)
- Tamlas Tun Dun: “Hindistan milli məclisinin sədri olmuş Tamlas yazır: Hər il Aşura mərasimlərinin təntənəli surətdə keçirilməsi və İmam Hüseyn (ə) xatirəsinin yad edilməsinin əhəmiyyətini mən çox gözəl anlayıram. Onun misilsiz fədakarlığı bəşərin dünyagörüşünün sivil həddə yetişməsinə təkan verir və bunu layiqincə qiymətləndirmək lazımdır.” (Azadələr rəhbəri, səh. 59-60)
Savargani Nayd: “Hüseyn İslam bayrağına izzət bəxş edərək, ucaltdı. O, Allaha olan öz əsrarəngiz eşqini Kərbəlada sübut etməklə, milyonları heyrətləndirdi.”
Corc Zeydan: “C.Zeydan Aşura vaqiəsindən çox təsirlənmiş, hətta “Kərbəla faciəsi” adlı bir kitab yazmışdır. Orada belə deyir: Hüseynin kəsilmiş başını görcək, hamı təəssüflənərək, kədər hissi keçirdi. Hətta Yezidin də gözü ona sataşarkən, təpədən-dırnağadək titrədi. O, artıq başa düşdü ki, necə də dəhşətli və iyrənc cinayətə əl atıblar.” (C. Zeydan, Kərbəla faciəsi, səh. 143)
Nikelson: “Bəni Ümeyyə həddini aşaraq İslam qanunlarını ayaq altına atıb, müsəlmanları xar etdi. Həqiqi imamət sahiblərini şəhid etdiş Tarix insafla, günahsız şəhid edilən, Hüseynin (ə) qanının Bəni-Ümeyyənin boynunda olduğuna hökm verir.” (Azadələr rəhbəri, səh. 54)
Muris Dokapri: “Avropalı tarixçi Muris “Kərbəla müsibəti”nə qarşı etinasız yanaşan və onu əhəmiyyətsiz adlandıranlara müraciətlə deyir: “Bizim tarixşünaslarımız Kərbəla faciəsinin həqiqətini olduğu kimi anlasadılar, ona adi hadisə zəminində münasibət bəsləməzdilər. Hüseynin həqiqi aşiqləri onun müsibətini anlayaraq yad etməklə heç vaxt zillət, köləlik, istismar və işğala baş əyməzlər.Çünki, Hüseyn (ə) zülmə boyun əyməmək və izzətlə, baş ucalığı ilə yaşamaq şüarıdır. Hüseyn (ə) şərəf, namus, xalq və İslam yolunda öz qanını, malını, ailəsini, yaxınlarını belə tərəddüd etmədən qurban verdi. O insanlara insan kimi yaşamağı öyrətdi.” (Rəhbərlərin həyatı, səh. 84-85)
İmam Xomeyni - (İİR-nın sabiq dövlət xadimi): “Bu gün dinimizdən əlimizdə qalan hər bir şey Aşuradandır.” (Əhli-beyt əhli sünnət güzgüsündə 5-ci cild, səh. 727)
Viktor Hüqo: (Fransız yazar və filosof): "Hüseyn inqilabının prinsipləri öz əzilmişlərinin haqqını əldə etmək istəyən hər bir üsyançıya tanışdır"
Bules Salamə: “Suriyalı xristian hüquqşünas və yazıçı Bules yazır: “Bununla ki, xristianam, amma bəzi gecələr fikirdən yata bilməyərək, kədər və qəm içərisində keçmiş zamanlarda yaşamış şəxsiyyətlər barəsində düşünürdüm. Əli (ə) və Hüseyni (ə) xatırlayır, onların halına acıyaraq, ağlayırdım. Hətta Əli (ə) və Hüseyn (ə) haqqında şerlər də yazdım.” (Rəhbərlərin həyatı, səh. 86)
L.M.Boyd: “Avropalı yazıçı Aşura mərasimində iştirak etdikdən sonra belə yazır: "Əsrlər boyu bəşər həmişə cürət, cəsarət,əyilmək, haqq yolunda şəhid olmaq və s kimi müsbət xüsusiyyətləri yüksək qiymətləndirmişdir.Elə buna görə də, azadlıq və ədalət heç vaxt zülm və haqsızlıq qarşısında təslim olmur. Bu Hüseynin (ə) fədakarlığı və əzəmətidir. Mən sevinirəm ki,bu əzadarlıq məclisində iştirak etdim.Hətta 1300 il keşsə də, belə. (Hüseyn azadlıq rəhbəri, səh. 32)
Qabril Dankiri: " Yezidin qoşunu Aşura günü elə mənfur hərəkətlər etdilər ki, tarix o zamanadək belə çirkin əməllərin şahidi olmamışdı.Onlar hətta südəmər uşaqlara, qocalara belə rəhm etmədilər.Hüseynin başını Dəməşqə gətirdikdə, Yezid hakimiyyətinin möhkəmləndiyini və rahatlıqla rəhbərlik edəcəyini düşünürdü.Amma bunun əksi oldu...Hüseynin (ə) şəhadətinin xatirəsi və onun təsiri indiyədək davam etməkdədir." (İslam sərkərdəsi, səh. 267-268)
İlahiyyatçı, yazıçı - Habil Sadiq oğlu İskəndərli: “Kiçik yaşlarımdan bəri İmam Hüseynin (ə) əzadarlığında iştirak edib göz yaşı tökməyim mənim dini təhsil almağıma, əhli-beytin (ə) gizlin qalan haqqını araşdırıb təhlil-tədqiq edərək əsər yazmağıma, Allah dinində hidayət olmağıma səbəb olmuşdur. Hüseynə (ə) əzadarlıq etmək dünyada səadət axirətdə isə şəfaətə səbəb olar. İmam Hüseyn (ə) məktəbinin nümayəndələri heç bir zaman zülmü, ədalətsizliyi qəbul eləməzlər.Onlar daim insanları haqq ədalətə, sülhə, qardaşlığa, bərabərlik və hürriyyətə, yaxşı əməllərə sövq edərək pisliklərdən çəkindirməyə çalışırlar.Çünki, onların rəhbəri İmam Hüseynin (ə) başına gələn Kərbəla hadisəsi dünyaya məhz bunları öyrədir.İmam Hüseynin (ə) yolu azadlıq sevənlərin çırağıdır.Bu məşəli əlində tutmayanlar zülmət dünyasında köləliyə qərq olacaq və dünyanın qaranlığında yollarını azacaqlar. Allahın salamı və rəhməti olsun Hüseynə (ə) və onun yolunu gedənlərə!” (Habil Sadiq oğlu İskəndərli, Əhli beyt əhli sünnət güzgüsündə, səh. 730-731)
Mahatma Qandi - Hindistanlı dövlət xadimi: "Mən Hind xalqına yeni ideayalar gətirməmişəm. "Azadlıq və Ölüm" şüarı mənim Kərbəla qəhrəmanını - İmam Hüseyni öyrənməymdən qaynaqlanıb. Elə bu şüarı da mən hindlilərə bəxş etdim. Əgər biz hind xalqını xilas etmək istəyiriksə, Hüseyn ibn Əli kimi hərəkət etməyi bacarmalıyıq." (" Xalqın idarəçisi Hüseyn"səh.30)
Georq Lukas - Macarıstanlı filosof:"Hüseynin prinsipləri azadlıq xarakteri daşıyırdı və öz xalqını həyatda xoşbəxt etməyə yönəlmişdi. Müxalif hökumətə müqavimət göstərmək isə qüvvə və qətiyyət tələb edirdi. Hüseyn də buna qadir idi."
Antuan Baro - Livanlı xristian yazar: "Bəşəriyyətin tarixinin və müasir, nə də keçmişində elə bir döyüş yoxdur ki, insanda Kərbəlada Hüseynin əzabkeşliyi və döyüşkənliyi qədər heyrətdə buraxsın."(Xristian ideologiyasında Hüseyn)
Freya Madelin Stark- Britaniyalı səyahətçi və yazar: "İslam dünyasında şiələr İmam Hüseynin xatirəsini əziz tutar və Məhərrəm ayının ilk 10 gününü onu ağlamaqla keçirərlər. O haradakı öz düşərgəsini qurub, necə düşmənlər onu mühasirəyə alıblar, onu suya yaxın buraxmayıblar: Bütün detallar o qədər canlıdır ki, sanki hadisənin üstündən 1257 il keçməyib. Kim həmin şəhəri ziyarət edir, hətta onun tarixini belə bilmədən inanın həqiqətən çox xeyirli olar. Bu tarix boyunca baş vermiş bir neçə hekayədən biridir ki, mən onları göz yaşlarımı saxlaya bilmədən oxuya bilmirəm"
Roberto Bolano Avalos: Çilili şair və yazar: "Hüseynin Yezid tərəfindən öldürülməsi böyük siyasi səhv idi ki, bu da bəni Üməyyənın izsiz-soraqsız məhvinə səbəb oldu."
Yorumlar
Yorum Gönder