Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir
Ən şərəfli peşələrdən biri məhz müəllimlikdir. Hansı peşənin sahibi olursa olsun, müəllimə ehtiyaclıdır. Nəzərə alaq ki, müəllimin özü də müəllimə möhtacdır. Yeganə müəllim Allahdır ki, hər bir şeydən ehtiyacsızdır.
Müəllimlik peşəsi müqəddəs bir peşədir. Bu müqəddəslik o qədər alidir
ki, uca Yardanımız belə özünü müəllim adlandırır:
“Allah insana Quranı öyrətdi.” (“Rəhman” surəsi, 1-2-ci ayə)
“Allah insanlara bilmədiklərini öyrətdi.” (“Rəhman” surəsi, 5)
“Allah Adəmə müəllimlik etdi.
Ona elm öyrətdi”. (“Bəqərə” surəsi, 31)
Müəllimlik peyğəmbərlərin sifətlərindəndi. Allah byurur: “Peyğəmbərləri
sizə müəllimlik etsin deyə göndərmişik.”
Hədis: “Biz peyğəmbərlər ona görə gəlmişik ki, insanlara müəllimlik
edək. Onlara bilmədiklərini öyrədək.”
Müəllimlik o qədər ucadır ki, Həzrəti Əli (ə) buyurardı: “Kim mənə
bir hərf öyrətsə ona qul olaram”
Müəllimə necə hörmət edək?
Bir neçəsini qeyd edək:
1. Həzrəti Əli (ə) buyurur: Şah da olsan, hakim də olsan müəllimin gələndə
ayaq üstə durmalısan.
2. Müəllimin müqabilində təvazökarlıq nümayiş etmək. Allah Rəsulu (s)
buyurur: “Hər kəsdən ki elm öyrənmisiz onun qabağında təvazökar olun. Onun
qabağında baş əyin.”
3. Müəllimlərlər mülayim davranmaq.
Həzrəti Əli (ə) buyurur: “Sizə elm öyrədən şəxslərlə kobud danışmayın.”
Hədis: “Qiyamət günü sizdən müəllimlər barədə soruşacaqlar.”
Seyyid Rəzi barədə qeyd olunur ki, onun qeyri müsəlman olan bir müəllimi
vardı. O həmişə müəllimin dəfn olunduğu qəbiristanlıqdan keçdikdə atından düşər,
həmin yolu piyada gedərdi. Bu özü də bunu çatdırır ki, müəllimin dinindən asılı
olmayaq o hörmətə layiqdir.
Müəllimin tələbə üzərində
haqqı nələrdir?
Bir neçəsini qeyd edək:
1. Müəllim elmini tələbədən gizlətməməlidir. Allahın peyğəmbəri (s)
buyurur: “Elm verilən kəslər tələbədən elmini gizlədərlərsə, onu Cəhənnəm odu
ilə cilovlayarlar.”
2. Müəllim şagir və tələbələrlə ədalətlə davranmalıdır.
3. Müəllim öz əxlaqına riayət etməlidir. Allah Rəsulu (s) buyurur:
“Müəllim özünü əxlaqlı apararsa Allah və onun mələkləri, hətta yuvalarında olan
qarışqalar da ona dua və istiğfar edərlər.”
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder