Kayıtlar

Peyğəmbəri (s) və Mehdini (ə.f) söyüşlə müdafiə edən “müsəlmanlar”, “dindarlar”...

Resim
Bu yazı   nə verlişi nə jurnalisti nə də oradakı qonaqları müdafiə xarakteri daşımır. Hey dedim yazmayım. Düzələr, düzələr deyib özümə təsəlli verdim. Bəzən nadandırlar, bilmirlər deyə düşündüm. Bəzən isə... Kimsə elə düşünər ki, yəqin ətrafımızda baş verən hadisələrin həssaslığındandır ki, bəzi dar düşüncəli “müsəlmanlar” söyüş söyür. Mən bunu da düşündüm. Və bir gün... Bir gün şahidi olduğum hadisədə bu düşüncəmdə də yanıldığımı göstərdi. UEFA Çempionlar Liqası “Qarabağ”- “Çelsi” matçında Referi matçın 19-cu dəqiqəsində “Qarabağ”ın cərimə meydançası daxilində mübahisəli epizodda “Çelsi”nin hücumçusu Villiana qarşı kobud oyuna görə kapitan Rəşad Sadıqova qırmızı vərəqə göstərildi. Monitor arxasından şirə dönən və müsəlmançılıq iddiasında olanlar sosial şəbəkədə hakim barəsində və ictimai yerlərdə ağızların açıb gözlərin bağladılar. Söyüş, təhqir kim necə istədi yazdı, yazdı və yazdı... Nadan və cahillərin söyüş söyməsi də normal olmasa belə, bu ən azı özünə dindar və ...

"Quran müqəddəs deyil" - deyənlərin "Məzəli İncil" layihəsi

Resim
Müqəddəsliyi inkar edənlərin məqsədi “Məzəli İncil” layihəsini ölkəmizdə tətbiq etmək istəyənlərdir Hamı müqəddəslikdən yazır. Biz də yazdıq. Qoy bir də yazaq. Nə yazım? Müqəddəsliyin terminoloji ya lüğəti mənalarını? Müqəddəslik barədə hədis və rəvayətlər? Bəlkə Qurandan isbat edək? Bunların hər biri ayrı-ayrılıqda müxtəlif baxış bucaqlarından təhlil olunaraq yazıldı. Bəs nəticə? Nəticəni Quran ayələrindən öyrənmək çətin deyil. Quran bu qism insanları, lal, kar və kor olaraq vəsf edir. Zahirdə lal, kar və kor deyillər. Amma özlərini lallığa, karlığa və korluğa vurublar. İlahi həqiqətləri duymazlıqdan gəlib təkəbbürlük nümayiş etdirirlər. Yaxşı, görəsən niyə bəzi nadanlar bu qədər canfəşanlıq edərək körpə uşaqlar tək “müqəddəslik yoxdur” deyə hay küy salır? Görəsən, həqiqətən belələrinin dərdi dindir? Əsla! Görəsən, onlar Quranın tanınması yaxud oxunması üçün bu qədər təlaş edir? Əsla” Ümumiyyətlə bu səylərin heç biri Allaha xatir deyil. Yaxşı, bəs dava nəyin davasıdır...

Ölümdən sonrakı hökmlər, hikmət və fəlsəfəsi

Resim
1. Vəfat xəbərinin qonşulara bildirilməsi: Ölən insanın yuyulması, kəfənlənməsi, qəbrinin qazılması və bu kimi işlərin yerinə yetirilməsi üçün qohum-əqrəbaya, dostlara mərhumun (yaxud mərhumənin) ölüm xəbəri verilmələri təkid edilmiş sünnətdir. Hədisdə gəlmişdir ki: “Ölünün cənazə mərasimində iştirak etmələri, ona cənazə namazı qılmaları, onun üçün Allahdan bağışlanma diləmələri məqsədilə ölən kimsənin yaxınları, ölüm xəbərini onun yaxın dost – tanışlarına xəbər verməlidirlər. Beləliklə də onlar üçün savab yazıldığı kimi mərhum üçün də məğfirət yazılar.” (“Furu-ul Kafi”, c. 3, səh. 166) Peyğəmbər (s) zamanında peyğəmbərin (s) məscidinin təmizliyini edən səhabə (yaxud bir qadın) gecə vəfat etdi və eyni gecədə dəfn edildi. Səhəri gün hadisəni eşidən Allah Rəsulu (s) “Onun ölümünü niyə mənə xəbər vermədiniz?” – deyə buyurdu. Səhabələr dedi: “Biz ona o qədər də önəm vermədik. Peyğəmbər (s) buyurdu: “Onun qəbrini mənə göstərin.” Peyğəmbər (s) onun qəbrinə gələrək onun qəbrinə cən...