Şəhid olmaq istəyirəm
Səma olmaq istəyirəm. Torpaqlarımızı ən uca zirvədən qartal baxışı ilə süzmək üçün... Külək olmaq istəyirəm, İşğalda olan torpaqlarımızı ziyarət etmək üçün... Torpaq olmaq istəyirəm, düşmən tapdağında qalan torpaq. O torpaqların nələr çəkdiyini anlamaq üçün... Qulaq olmaq istəyirəm. Torpaqlarımızın haray səslərini eşidə biləcək bir qulaq... Dil olmaq istəyirəm. O harayı insanlara çatdıran, onları agah edən bir dil... Göz olmaq istəyirəm. Hər şeyin həqiqətini görən bir göz... İnam olmaq istəyirəm. Xarici dövlətlərin yalançı səs vermə vədlərinə inanmayan bir inam... Bulud olmaq istəyirəm. Doya-doya şəhidlərimizə göz yaşı axıtmaq üçün... Xəbər olmaq istəyirəm – Azadlıq Xəbəri. Səngər olmaq istəyirəm. Düşmənlə vuruşan əsgərlərimizi qorumaq üçün... Əsgər olmaq istəyirəm. Əlində silah, qəlbində iman, könlündə cəsarət və eşq olan əsgər... Silah olmaq istəyirəm. Düşməni məhv edən bir silah... Bülbül olmaq istəyirəm. İllərdir həsrətində olduğumuz və əsgərlərimizin sevin