Kayıtlar

Mart, 2017 tarihine ait yayınlar gösteriliyor

Yalanla bağlı çox şey (Ayə, hədis, tibb, psixologiya).

Resim
Yalan mövzusunda sizə ən lazımlı, vacib olan məlumatları xülasə şəkildə təqdim edirik. Yalan dil günahlarından biri olub, olduqca çirkin bir iş və adətdir.   Yalan insan şəxsiyyəti ilə uzlaşmayan və getdikcə onu etibardan salan bir əməldir. Yalançılıq uca yaradanla düşmənçilik və həyat nizamını pozan amil də hesab oluna bilər. Çünki, Allah dünyanı doğruluq əsasında yaratmışdır. (Ənam 83) Dünya həqiqətlər toplusudur desək yanılmarıq. Odur ki, hədis və ayələr dünya və təbiət aləminə baxaraq ibrət götürməyimizi bizə tövsiyə edir. (Fussilət 53) Qiyamət günü də dadımıza yalnız düzgünlüyümüz çatacaq. (Maidə 119) İnsan o qədər ali məxluqdur ki, Allah nəinki yalanı, hətta şübhəli şeyləri belə ona danışmağı rəva görmür: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sorğu sual olunacaqdır.” (İsra 36) Biz bəzən yalan mövzusuna çox sadə yanaşırıq və xəbərimiz belə olmadan çirkin bir günah olan yalan həyatımızın bir parçasına çevrilir. Əs

Rəcəb ayının adları

Resim
Rəcəb ayı müqəddəs üç ayların ilkidir. Bu üç ayın özünə məxsus fəzilətləri vardır. Rəcəb ayında olan xüsusi özəlliklərə görə ona aşağıdakı adlar verilmişdir.   “Rəcəb” Cənnətdə bir arxın da adına verilən isimdir.   Xüsusi əzəmətə və hörmətə layiq olduğundan “heybətli”, “hörmətli”, “təzim etmək”, “çəkinmək”, mənalarına da gəlir. Çünki,   insanlar bu ayda silahlarına əl atmaz, bu aya hörmət əlaməti olaraq sülh və əmin-amanlıqda yaşayardılar. 1. Rəcm (Daşlamaq) - İnsan bu aydan etibarən özünü Ramazan ayına hazır edir, tövbə və istiğfarlar şeytanı sanki daşlayır və özündən uzaqlaşdırır. 2. Mutəhhər (Təmizləyici) – Bu ayda oruc tutanların günahının bağışlanması və beləliklə Ramazana pak şəkildə daxil olmasına zəmin yaratdığı üçün bu ad verilmişdir. 3. Tövbə - Bu ayda insan sanki, qəflət yuxusunda oyanıb, öz yaradanına qarşı tövbə vasitəsi ilə qayıdır. Bağışlanma diləyir. 4. Etiraf – Bu ayda insan müqəddəs üç aylara daxil olduğundan Rəbbi ilə üns qurur və Onun qarşısında günahl

Quranda Allahın möhtəşəm idarə etmə sistemi

Resim
Uca Rəbbimizin mübarək adlarından bir də Əl-Qəyyumdur. Allahın bu mübarək ismi bütün varlıq aləmində özünü mütləq şəkildə göstərir. Əgər Allahın bu mübarək ismi varlıq aləmində təcəlli etməsə varlıq aləmi bir an belə olsun var ola bilməz və həyat məhv olacaq. Bütün varlıq aləmini   ayaqda tutan və bütün işləri nizama salan, idarə edən Qəyyumdur. Əl-Qəyyum – Allahın bütün feli sifətlərini əhatə edir. Hər şey Onun izni və dəstəyi ilə ayaqda durur.Allah heç kimsəyə möhtac olmadan Qaim, digər varlıqlar da Onun Qəyyum isminin təcəllisi ilə qaim olanlardır.Çünki yeganə və mütləq Qəyyum-Qaim olan Allahdır. Allah yaratdıqlarını qoruyan, və i şlərini nizama salandır. Qəyyum – Mükəmməl idarə edici - bizə öz adının təcəllisi olaraq yeganə Qəyyim olan İslam dinini seçib.   “…Bu möhkəm və (qəyyim) - əbədi olan bir dindir…” (Tövbə 36, Yusuf 40) Nədir Qəyyim din? – İnsana və işlərinə doğru şəkildə yön verən, yönləndirən din. Allah bu dinlə insana başa salır ki, necə ki, Mən Qəyyumam – (i