Kayıtlar

Temmuz, 2017 tarihine ait yayınlar gösteriliyor

"Quran bizə kifayət edər" deyən Quranilərin gətirdikləri Quran ayəsinə Quranla cavab

Resim
“ Qəmər” 17-22-32-40: “Həqiqətən, Biz Quranı öyüd və ibrət olmaq üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?” Quranın mübarək “Qəmər” sürəsində eyni ayə dörd dəfə zikr olunur. Bu, mövzunun əhəmiyyətini bildirir.   Dildə və qəlbdə Allahla   ünsiyyət yaratmaq üçün Quran ən asan, ən yaxşı və ən yaxın vasitədir. Onun asanlıq səbəbi yüngül və səthi olması deyil, ismarışların qəlbə və cana yaxın olmasıdır. “Müzzəmmil” sürəsinin 5-ci ayəsində belə buyrulur: “Biz tezliklə sənə çox ağır bir çətinlik endirəcəyik.” Quran çox ağır və dərin məzmunlu kitabdır, ancaq insanın fitrətinə   tanış olduğu   və onunla səsləşdiyi üçün onu anlamaq və ondan istifadə etmək hər kəsə asandır.   Ağır və dərin mənalı olmaqla yanaşı asan,   rəvan və hər kəs üçün   başadüşülən olması Quranın möcüzəvi xüsusiyyətlərindəndir. Ağır olmaq heç də çətin olmaq deyil. Necə ki, yüngül olmaq da səthilik və məzmunsuzluq demək deyil.   Asanlıq və ağırlıq bir-birinə zidd xüsusiyyətlər olmadığı üçün onların

“Hz. İsa öldü" deyənlərə Quranın cavabı: “Hz. İsa yaşayır.”

Resim
Quran Hz. İsanın ölməsini təsdiqləmir. Bu mövzuda bir neçə ayəni sizlərə təqdim edirik. Ali İmran 55: إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ “(Yada sal) o zaman(ı) ki, Allah dedi: Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldırcaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərin­dən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları kafir­lərdən üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.” Quran Hz. İsanın hal-hazırda da həyatda olduğunu, yaşadığını ifadə edir.   Bu ayədə Allah “təvəffə” sözündən istifadə etmişdir. “Təvəffə” sözünün mənası “götürmək”, “almaq” deməkdir. Ölən adama “vəfat

Əhli sünnənin dörd məzhəb alimi və digər alimlərinin dili ilə Elşad Mirinin “Nə İsa peyğəmbər gələcək, nə də İmam Mehdi!” iddiasının dəlillərlə puç edilməsi. (İsa da gələcək, Mehdi də!)

Resim
Şübhə 1 :   Hz. İsa (ə) və Hz. Mehdi yer üzünə gəlməyəcəkdir. Şübhə 2:   Hz. İsa (ə) Hz. Mehdinin arxasında namaz qılmaz. Şübhə 3:   Hz. İsa yaxud Hz. Mehdi gəldikdə namazı hansı məzhəbə uyğun qılacaqlar? Cavab lar: Məhdəviyyət inancını hansısa məzhəbin, firqənin inancı kimi təqdim edənlər, çox güman ki, az mütaliə edənlərdir. Məhdəviyyət inancı ümumbəşər bir ideologiyadır. Hz.Mehdinin gəlişini zaman-zaman hər hansı bir məzhəbə aid etmək, bəzən daha da irəli gedərək onun gəlişini tamamilə inkar etmək, heç şübhəsiz İslam düşmənlərinin əsas vəzifələrindən biridir. Zamanın keçməsi ilə Hz. Mehdiyə əqidəsi sabit İslami əqidələrdən biri olmuşdur. Sünni alimləri və ümumxalq kütlələr bu əqidədə o qədər həmahəng və müvafiq idilər ki, əgər bir nəfər müxalif tapılsaydı və onu inkar etsəydi, yaxud bu barədə şəkk-şübhə yaratsaydı, alimlər və tədqiqatçılar onunla müxalifətə qalxıb lazımı cavab verirdilər. Çünki, o şəxs həqiqətdə İslamın danılmaz əqidələrindən birini – rəvayətlərdə pe