"Quran bizə kifayət edər" deyən Quranilərin gətirdikləri Quran ayəsinə Quranla cavab
“Qəmər” 17-22-32-40: “Həqiqətən, Biz Quranı öyüd və ibrət olmaq üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?”
Quranın mübarək “Qəmər”
sürəsində eyni ayə dörd dəfə zikr olunur. Bu, mövzunun əhəmiyyətini bildirir. Dildə və qəlbdə Allahla ünsiyyət yaratmaq üçün Quran ən asan, ən
yaxşı və ən yaxın vasitədir. Onun asanlıq səbəbi yüngül və səthi olması deyil,
ismarışların qəlbə və cana yaxın olmasıdır. “Müzzəmmil” sürəsinin 5-ci ayəsində
belə buyrulur: “Biz tezliklə sənə çox ağır bir çətinlik endirəcəyik.” Quran çox
ağır və dərin məzmunlu kitabdır, ancaq insanın fitrətinə tanış olduğu
və onunla səsləşdiyi üçün onu anlamaq və ondan istifadə etmək hər kəsə
asandır. Ağır və dərin mənalı olmaqla
yanaşı asan, rəvan və hər kəs üçün başadüşülən olması Quranın möcüzəvi xüsusiyyətlərindəndir.
Ağır olmaq heç də çətin olmaq deyil. Necə ki, yüngül olmaq da səthilik və məzmunsuzluq
demək deyil. Asanlıq və ağırlıq
bir-birinə zidd xüsusiyyətlər olmadığı üçün onların bir araya gəlməsi heç də təəccüblü
deyil. Hər halda bu, ayələri “Quran bizə kifayətdir” iddiasına dəlil gətirmək,
doğru deyildir.
Mahir Şəkərov - İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder