Hz. Həvva Hz. Adəmin qabırğasından yaranıb? – Uydurulmuş hədislərin Quranla rədd edilməsi
Hz. Həvvanın necə yaranması mövzusu tarixi mənbələrdə ixtilafa səbəb olan məsələlərdəndir. Bir sıra mənbələr iddia edir ki, Hz. Həvva guya Hz. Adəmin qabırğasından yaranıb. Həmin saxta hədisi birgə oxuyaq; Saxta hədis: “Qadın əyri qabırğa kimidir. Əgər əyib düzəltmək istəsən, sınar. Əgər toxunmasan, sənə fayda verər.” Bu hədis həm şiə, həm sünni mənbələrində qeyd olunmuşdur. Maraqlıdır ki, bəzi mənbələrdə bu saxta hədis, hədisi qüdsi olaraq keçməkdədir. Bəziləri öz sözlərinə dəlil olaraq Quran ayələrini gətirmək istəsə də, yenə də yanlışlığa yol vermiş və bəzi nüansları gözdən qaçırmışlar. Gəlin bu mövzuda olan ayələrə nəzər salmaqla sözümüzü davam etdirək; Nisa 1: “Ey insanlar! Sizi tək bir nəfsdən yaradan, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən çəkinin!” Əraf 189: “Sizi tək bir nəfsdən yaradan, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur.” Zümər 6: “Allah sizi tək bi