“Məhərrəm ayı müqəddəs ay deyil” deyənlərə Qurandan müqəddəslik dəlili
Məhərrəm ayı barədə qeyd olunan məsələlərdən biri də, Məhərrəm ayının müqəddəs olub, olmamsı ilə əlaqəlidir. Müqəddəs sözünün mənalarını bilsək, məsələ öz-özlüyündə həllini tapar. Gəlin ilk öncə müqəddəs sözünün mənalarına diqqət yetirək;
“Müqəddəs” sözünün mənaları.
1. Pak-pakizə - münəzzəh, bütün eyib və nöqsanlardan
pak.
2. Ehtiram və hörmətə layiq.
3. Çox hörmətli, çox qiymətli.
4. Bərəkətli, mübarək.
Bu qeyd etdiyimiz mənalar müqəddəs sözünün lüğət
kitablarında ən məşhur mənalardır ki, qeyd etdik. (Lisanul-ərəb - 6/168- 169).
Bu söz “müqəddəs,” “Quddus,” “quds,” “qudus,” kimi
müxtəlif formalarda işlənsə də məna etibari ilə yuxarıda qeyd etdiyimiz
mənaları ehtiva edir. Müqəddəs sözü ərəb sözüdür ki, dilimizə də keçmişdir.
Deməli, müqəddəs sözü işlənmə yerlərinə görə, mənası;
“pak-pakizə,” “eyib və nöqsanlardan uzaq,” “hörmətə layiq,” “bərəkətli və
mübarək” mənalarına gəlir.
İndi isə gəlin Məhərrəm sözünün mənalarına nəzər
salaq.
Məhərrəm sözü lüğətdə haram edilmiş, qadağan edilmiş,
hörmətə layiq mənalarına gəlir. Gördüyümüz kimi Məhərrəm ayının mənalarından
biri də “hörmətə layiq”dir. Bu həmin mənadır ki, müqəddəs sözünün mənaları
içərisində də müşahidə etdik. Deməli, Məhərrəm sözünü lüğəti mənalarından biri
də müqəddəs deməkdir. Görünür Məhərrəm ayı müqəddəs deyil, deyənlər Məhərrəm
ayının mənalarını belə bilmir və anlamırlar. Bundan əlavə Məhərrəm ayı həm də
Quranın dörd haram aydan biridir. Haram aylarda bir çox şərtlər var ki, onların
arasında savaş etmək, müharibələrə qoşulmaq, səhər və axşam namazları
arasındakı vaxtda şadyanalıq etmək kimi əməllər günah sayılır. Qurani-Kərimdə
də deyilir: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı
gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (Rəcəb, Zülqədə,
Zülhiccə və Məhərrəm) haram aylardır. Bu, doğru dindir. Odur ki, bu aylarda
(onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm
etməyin...” (“Tövbə”, 36).
Məhərrəm ayının müqəddəs olması bu ayədən də aydın
şəkildə görünür. Uca Allah bu ayda döyüşməyi Məhərrəm ayına qarşı hörmətsizlik
sayır və onun hörmətinin qorunmasını tələb edir. Çünki bu ay hörmətə layiq –
müqəddəs – Məhərrəm ayıdır.
Mahir Şəkərov- İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder