Ölümdən sonrakı hökmlər, hikmət və fəlsəfəsi
1. Vəfat xəbərinin qonşulara bildirilməsi: Ölən insanın yuyulması, kəfənlənməsi, qəbrinin qazılması və bu kimi işlərin yerinə yetirilməsi üçün qohum-əqrəbaya, dostlara mərhumun (yaxud mərhumənin) ölüm xəbəri verilmələri təkid edilmiş sünnətdir. Hədisdə gəlmişdir ki: “Ölünün cənazə mərasimində iştirak etmələri, ona cənazə namazı qılmaları, onun üçün Allahdan bağışlanma diləmələri məqsədilə ölən kimsənin yaxınları, ölüm xəbərini onun yaxın dost – tanışlarına xəbər verməlidirlər. Beləliklə də onlar üçün savab yazıldığı kimi mərhum üçün də məğfirət yazılar.” (“Furu-ul Kafi”, c. 3, səh. 166) Peyğəmbər (s) zamanında peyğəmbərin (s) məscidinin təmizliyini edən səhabə (yaxud bir qadın) gecə vəfat etdi və eyni gecədə dəfn edildi. Səhəri gün hadisəni eşidən Allah Rəsulu (s) “Onun ölümünü niyə mənə xəbər vermədiniz?” – deyə buyurdu. Səhabələr dedi: “Biz ona o qədər də önəm vermədik. Peyğəmbər (s) buyurdu: “Onun qəbrini mənə göstərin.” Peyğəmbər (s) onun qəbrinə gələrək onun qəbrinə cən