Elşad Mirinin “Yaşıl orta” verilişindəki yalanlarının ifşası – Elşad Miri insanları belə aldadır.



“Yaşıl orta” verilişində qonaq qismində dəvət olunan, ilahiyyatçı olduğu iddia olunan Elşad Miri insanları din adı ilə aldatmağa səy göstərdi. İllərdir ki, buna çalışan Elşad Miri bu istəyinə nail olmur ki olmur... Axı necə də nail olsun ki. Axı uca Yaradan münafiq və müşriklərin dini aradan apara bilməyəcəyinə tam şəkildə zəmanət verir. Allah müqəddəs Qurani-Kərimdə belə buyurur: “Onlar ağızlarıyla (sözləriylə) Allahın nurunu (ilahi həqiqətləri) aradan aparmaq istəyirlər. Halbuki, kafirlər istəməs də Allah, öz nurunu tamamlaycaqdır.” (“Tövbə” surəsi, 32)
Onlar ağızlarıyla Allahın nurunu söndürmək istəyir. Halbuki, kafirlər istəməs də Allah, öz nurunu tamamlaycaqdır kafirlər istəməsə belə.” (“Səff” surəsi, 8)
İlahi kitabları təhrif etmək istəyən xristianlıq və yəhudilik ilk öncə həmin kitabı insanların gözündə adiləşdirib Elşad Mirilər kimi “Quran adi kitabdır, müqəddəs deyil” deyə ilk addımı atdılar. Bu məsələ o qədər adi hal aldır ki, daha sonra adiləşən bu kitabları təhrif edib öz fikirlərini də oraya daxil etdilər. İş o həddə çatdı ki, saysız hesabsız və bir-birindən fərqli İncillər meydana gəldir. Bununla da yetinməyən xrsitianlıq “Məzəli İncil”llər yazmağa dərc etməyə başladılar. İsanı (ə) peyğəmbər kimi yox, öz lətifələrinin qəhrəmanı kimi görməyə başladılar. Bütün bunlar niyə baş verdi? Ona görə baş verdi ki, İncilə müqəddəs kitab kimi baxmadılar, Həzrət İsanı (ə) adi insan kimi gördülər və bu cür faciəli aqibətlə üz-üzə gəldilər.
Bu gün də Quranı və İslamı o hala gətirmək istəyən “Elşad Mirilər” bu yöndə ciddi şəkildə çalışır və Allahın dininin aradan aparılmasına səy göstərirlər. Amma Quranın vəd verdiyi kimi onlar istəklərinə nail ola bilməyəcəklər.
“Quran müqəddəs deyil, adi kağız parçasıdır” deyənlərə Qurandan müqəddəslik dəlili dəfələrlə təqdim olunmuşdur. Müqəddəs sözünün məna və izahlarını belə bilməyən bu nadanlar kor-koranə şəkildə insanları da azdırırlar.
“Müqəddəs” sözünün mənaları.

1. Pak-pakizə - münəzzəh, bütün eyib və nöqsanlardan pak.
2. Ehtiram və hörmətə layiq.
3. Çox hörmətli, çox qiymətli.
4. Bərəkətli, mübarək.
Bu qeyd etdiyimiz mənalar lüğət kitablarında ən məşhur mənalardır ki, qeyd etdik. (Lisanul-ərəb - 6/168- 169).
Bu söz “müqəddəs,” “Quddus,” “quds,” “qudus,” kimi müxtəlif formalarda işlənsə də məna etibari ilə yuxarıda qeyd etdiyimiz mənaları ehtiva edir. Müqəddəs sözü ərəb sözüdür ki, dilimizə də keçmişdir. Quranda müxtəlif qəliblərdə on yerdə gəlmişdir. Bunun üçü Hz Musaya (ə), üçü Hz İsaya (ə) , dördü isə Həzrət peyğəmbərə (s) nazil olan məsələlər (Hz Cəbrayıl (ə) və gətirdiyi vəhy) haqdadır.
Deməli, müqəddəs sözü işlənmə yerlərinə görə, mənası; “pak-pakizə,” “eyib və nöqsanlardan uzaq,” “hörmətə layiq,” “bərəkətli və mübarək” mənalarına gəlir.
“Quran müqəddəs deyil” demək o deməkdir ki; (Bu sözlərə görə Allaha sığınıram)
1. “Quran pak və pakizə və eyib və nöqsanlardan uzaq deyil.”
2. “Quran hörmətə layiq deyil.”
3. “Quranın heç bir dəyəri qiyməti yoxdur.”
Bu qeyd olunan mənalar dırnaqarası ilahiyyatçının fikirləridir ki, buna görə Allaha sığınırıq. Aydın olur ki, “Quran müqəddəs deyil” deməklə əslində Allahın kitabına eyib və nöqsan nisbət vermək niyyətindədirlər. Amma Quran bu iddianı qəbul etmir və buyurur: “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar üçün hidayət mənbəyidir.” (Bəqərə 2)
Həmçinin buyrulur: “Həqiqətən bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu Biz Özümüz qoruyarıq.” (“Hicr” surəsi, 9)

İkinci bir məsələ; Necə ola bilər ki, Allah müqəddəs olduğu (Həşr 23) halda, Allahın vəhyi (sözü) olan Quran müqəddəs olmasın?
Gəlin birgə “Quddus” (Qadəsə) sözünün və bu kökdən gələn sözlərin Quranda işlənmə yerlərinə nəzər salaq.
1. Allah müqəddəsdir – Quddusdur. – eyib və nöqsanlardan pakdır. (Həşr 23, Cümə 1)
2. Mələklərin Allahı müqəddəs hesab etməsi – ( Bəqərə 30.)
3. Hz Cəbrayılın (ə) müqəddəs adlandırılması – (Bəqərə 87, 253, Maidə 110, Nəhl 102)
4. Məkanın müqəddəs adlandırılması. (Taha 12, Naziat 16)
5. Torpağın, ərazinin müqəddəs adlandırılması (Maidə 21)
O şəxslər ki, iddia edərək deyirlər ki, “müqəddəs yalnız Allahdır,” bəs onda bu ayələr nədir? Buna cavab verilsin əgər hələ də bir deyəcək sözləri varsa...
Yuxarıda qeyd etdiyimiz 5 qrup ayədən, Quranın müqəddəsliyinə ən bariz dəlil 4-5-ci sırada olan ayələrdir. Diqqət edin! Allah Hz Musaya (ə) vəhy nazil olan əraziləri müqəddəs adlandırır. Nə üçün? Çünki, orada ilahi vəhy nazil olmuşdur. İlahi vəhyin nazil olduğu bütün ərazilər müqəddəsdir. O məkan müqəddəsdirsə, o məkanı müqəddəs edən ilahi kəlam, Quran müqəddəs olmazmı? Niyə düşünmürsünüz? Odur ki, Quranın xüsusi ilə Maidə 21-ci ayəsi bu məsələlər üçün bir ülgü ola bilər. Bu ayədən çıxış edib deyə bilərik ki, əziz peyğəmbərimizə (s) vəhy nazil olan Hira mağarası da müqəddəsdir. Çünki orada Quddus olan Allahın vəhyi – müqəddəs Quran nazil olub. Fikrimcə anlayana bu qədər izah yetər.

“Quran müqəddəs deyil” deyənlərin yeni hiyləsi.
Batil iddiaları qarşısında dəlil olaraq təqdim etdiyimiz bu nüanslardan sonra, bəziləri yeni hiyləyə əl atıblar. Onlar deyir: “Quran müqəddəsdirsə ona necə toxuna bilərəm?” Gördüyünüz kimi, bu şəxslər müqəddəslik anlayışını ümumiyyətlə anlamayıblar. Kim deyib ki, Qurana toxunmaq, əl vurmaq olmaz? Bir mənbə, bir dəlil varmı? Bu söz ancaq din düşmənlərinin sözü ola bilər.
Vətən müqəddəsdir, onda biz üzərində gəzib ona toxunmayaq?
Ana müqəddəsdir, onda heç kim anasına əl vurmasın?
Bayraq müqəddəsdir, onda ona toxunmayaq?
Quranı müqəddəs hesab etməyənlərə vətən torpaq sevgisi də yaddır.
Quranı təhrif olunmuş İncil halına salmaq istəyənlər hələ utanmada “Quranla digər kitabların fərqi nədir” sualını da verirlər. Ən başlıca fərqi budur ki, Quran müxalifləri bu kitabı heç vaxt təhrif edə bilməyəcəkdir. Amma digər bütün kitablar təhirfə məruz qalma ehtimalı var və təhrifə məruz qalırda. Sizcə bu fərq deyil? Allah niyə digər kitablar haqda bu sözü istifadə etmir və yalnız Quran barədə bunu qeyd edir? Niyə?
Quranı digərlər kitablardan fərqi: “Həqiqətən bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu Biz Özümüz qoruyarıq.” (“Hicr” surəsi, 9)

“Quranda müqəddəsliklə bağlı ayə yoxdur” deyənlər Allahın müqəddəs olduğunu özləri də etiraf edirlər. Belə olan təqdirdə sual veririk: “Allah müqəddəsdirsə bəs onun sözü (vəhyi) müqəddəs olmazmı?
Elşad Mirinin müqəddəsliklə bağlı fikirlər birmənalı deyildir. Elşad Miri hətta məsumlara da müqəddəs deyilə biləcəyini etiraf etmişdir: https://www.youtube.com/watch?v=mLzA7_ZLwtM&feature=youtu.be
Möcüzə yoxdurmu?
Möcüzə - aciz buraxmaq mənasındadır. Peyğəmbərlərin kafir və müşrik müqabilində Allahın izni ilə gətirdiyi dəlildir. Bu mövzuda Quran və rəvayətlər kifayət qədər dəlil vardır. Bu özü müstəqil mövzu olduğundan burada ona yer ayırmaq istəmirik. Möcüzəni inkar edənlər daha sonra isə Quran möcüzəsindən söz açırlar ki, bu da onların sözlərində ikili mövqe nümayiş etdirmələrindən doğur. Peyğəmbərin (s) bir çox möcüzələri vardır. Quran da o möcüzələrdən sadəcə biridir.

Yasin 70 –ci ayə ölüyə Quran oxumağı qadağan etmir – Ayəni təhrif edənlərə cavab.

لِيُنذِرَ مَن كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ

Qəlblər diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun. (“Yasin” surəsi, 70)

Yasin sürəsinin bu ayəsini oxuyaraq səhv nəticəyə gəlinməsi dəfələrlə müşahidə edildiyindən bu mövzuya toxunmağı lazım bildik.

Quranın məntiqində ölü və diri olmağın meyarı, həyat və ölüm yox, İMAN və KÜFR olaraq təyin edilir.
Çox təəssüf ki, ölü və diriliyin mahiyyətini anlamdan, bu məsələlər barədə fikri yürüdüb insanları da çaş-baş salırlar. Quranın məntiqində ölü və diri olmağın meyarı həyat və ölüm yox, iman və və küfr olaraq təyin edilir. Çox qəribədir ki, “ölüyə Quran oxumaq olmaz” deyənlər “ölü” deyəndə dünyasını dəyişənləri, diri deyəndə isə, bunun əksini (ölü olmayanları) nəzərdə tutur. Bu düşüncə tərzi İslamla tam ziddir. Quranın məntiqində ölü və diri tam ayrı-ayrı mənalarda işlənmişdir. Quran ölü deyəndə, əsasən qəlbi ölmüş (küfr əhli) şəxsləri nəzərdə tutur. Və Quran diri deyəndə qəlbi dirilmiş (iman əhli) şəxsləri nəzərdə tutur. Bu barədə Quranda kifayət qədər ayə var. Nümunə üçün birini qeyd edirəm. “Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?!...” (Ənam 122)
Quran hətta bəzi yerlərdə ölüləri diri adlandırır. Uca Allah buyurur: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.” (Ali-İmran 169)
Ölü və diri kimdir? – sualına ən gözəl cavabı elə Quran özü vermiş oldu. Yasin sürəsində qeyd olunan mətləb də elə budur. Quran mənəvi cəhətdən diri olanlar üçündür. O, dirilər ki, onların qəlbi Allah nuru ilə hidayət tapmış, və onlar bu hidayətin sayəsində, xəlq olunmalarının əsl mahiyyətini anlayıb, Qurana əməl edirlər. Quranı bir həyat kitabı halına gətirərək, oxuyub əməl edirlər. Yoxsa ki, həyatını Quran üzrə yaşamayan, dinindən, Quranından xəbərsiz olaraq yaşayan bir şəxs, İslamın nəzərində ölü kimidir. Uca Allah bu həqiqəti belə bəyan edir: “Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! (Fatir 21)
Quranın digər ayələri də dediyimiz məsələni başa düşməkdə bizə kömək edir. İsra sürəsində də Allah Quranın yalnız möminlər üçün faydalı olduğunu qeyd edir.
İsra 82: “Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır.”
Bu məsələləri göz ardı edərək öz batil düşüncəsinə don geyindirmək istəyənlər, insanları dolayı yollarla aldatmağa cəhd edirlər.
Yasin sürəsindən dəlil gətirdikləri “həyy” “həyat-diri” sözünün Quranda əhatə etdiyi yerlərə birgə nəzər salaq.
Quranda həyy – həyat sözü əsasən üç formada işlənmişdir.
1. Bitkilərin həyatı. (Qaf 11, Hədid və s.)
2. Heyvanların həyatı. (Fussilət 39 və s.)
3. İnsanların mənəvi həyatı. (Ənam 122 və s.)
4. Əbədi həyat. Bu həyat özü iki yerə ayrılır. Əbədi Cənnət və əbədi Cəhənnəm həyatı. Bu mövzuda da kifayət qədər ayələr mövcuddur.
Bütün bu deyilənləri nəzərə alıb deməliyik ki, Yasin sürəsinin 70-ci ayəsini “ölüyə Quran oxumaq olmaz” fikrinin isbatı üçün dəlil gətirmək yanlışdır. Çünki, ayədə ölüb dünyasını dəyişənlər deyil, mənəvi cəhətdən imandan uzaq olan şəxslər nəzərdə tutulur. Ayənin mənası ya bilərəkdən ya bilgisizlik ucbatından təhrif etmək yol verilməzdir. Quran ilahi kəlamdır. Dünya həyatımızda bizi hidayət etdiyi, ruhumuza şəfa olduğu kimi, dünyamızı dəyişdikdən sonra da o nurani ayələr bizə faydalı olacaqdır.

“Ölənlərə Yasin oxuyun” hədisinin mənbələri;
1. Səhihi Müslim c 5, səh 73-78
2. Nəvəvi - Riyazus-Salihin səh 293.
3. Səhihi Müslim c 3, səh 202.
4. Səhihi Müslim c 1, səh 61.
5.Tirmizi c 8, səh 306.
6. Nəsai c 6, səh 117.
7. Qunduzi Əl-Hənəfi - Yənaibul-Məvəddət səh 55.
8. Tirmizi c 5, səh 306.
9. Əhməd ibni Hənbəl c 1, səh 95.
10.Səhihi Muslim c 2, səh 360.
11. Cəlaləddin Suyuti – Tarixul-Xuləfa səh 190.
12. Büyük Şafii İlmihali səh 198, türkçə
13. Şərhul-Səhihi Muslim c 3, səh 202.
14. Müsnədi Əhməd c 5, səh 26.

“İslamda Yoxdur?!
Elşad Miri İslamdan o qədər uzaq düşüb ki, İslamdda var olan şeyi İslamdan bilmir və ona yoxdur deyir. Elşad Mirinin yoxdur dediyi bir mövzuya dair bir kitab həsr etmişik. Peyğəmbərlərə günah nisbət verən Elşad Mirinin və onun kimi düşünənlərin batil iddialarının rəddi üçün “Bütün peyğəmbərlər məsumdur” adlı kitab yazılıb. Biz o kitabda “yoxdur” deyə təqdim olunanların var olduğunu gördük. Verilişdə müzakirə obyektinə çevrilən “Məsumluq mövzusu da, İsa (ə) və Həzrəti Mehdi mövzusu da və sair.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.






Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir