Elşad Mirinin “İslamda müqəddəslik yoxdur” yalanının Quranla ifşası

Quranın müqəddəsliyini birbaşa təsdiq edən ayələr. (Quran, İncil, Zəbur, Tövrat və səhiflər də müqəddəsdir)

Bəziləri iddia edir ki, Quranın müqəddəsliyini təsdiq edən birbaşa ayə yoxdur. Lakin belə deyildir. Quranın müqəddəsliyinə birbaşa dəlalət edən ayələr mövcuddur. Həmin ayə həm də isbat edir ki, Qurandan öncə nazil olan Tövrat, İncil, Zəbur və digər səhiflər də müqəddəsdir. Söhbət “Bəyyinə” surəsi 2-ci, “Əbəsə” surəsi 13 və sair bu qəbildən olan ayələrdən gedir. Həmin ayələri oxuyaq:

سُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً
“(Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan , Allah tərəfindən göndərilmiş peyğəmbərdir.” (“Bəyyinə” surəsi, 2)

فِي صُحُفٍ مُّكَرَّمَةٍ
“(Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.” (“Əbəsə” 13)

 Müqəddəs kitabımızda Allah səhifələri “pak”, “hörmətli” və “şərəfli səhifələr” adlandırır. Bilirik ki, müqəddəs sözünün məna çalarlarından biri də pak, hörmətli, şərəfli deməkdir.
Öncəki səhifələr niyə müqəddəsdir? Həmin ayələrin davamında var. Çünki, Allah tərəfindən nazil olub və orada ilahi hökmlər vardır. (Bax: “Bəyyinə” surəsi, 3)

“Bəyyinə” surəsində səhiflərin paklığına dəlalət edilir. Sözün qısası Quranın söz açdığı o paklıq və hörmətli olmağı elə müqəddəslik deməkdir. Quranın bu ayələrinə əsasən Qurandan öncə peyğəmbərlərə nazil edilmiş kitab və səhifələr də müqəddəsdir. Bəli, Tövrat, Zəbur, İncil də müqəddəsdir
Beləliklə Quran “Quranın müqəddəsliyinə dair Quranda heç bir ayə yoxdur” deyənlərin yalanını üzə çıxartmış oldu. Bəli Quranda dəlil var! Sadəcə görmək istəmirsən. Çünki, sən müqəddəs Quranda eyib axtarmaq sevdasındasan...

Mahir Şəkərov / İlahiyyatçı, araşdırmaçı.


Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir