Kayıtlar

Əhli sünnə məzhəbinə atılan iftiraya cavab – Əhli sünnə bütünlüklə namazda “Bismillah”ı tərk edir?

Resim
Bəziləri yanlış mütaliə edərək belə güman edir ki, guya əhli sünnə məzhəbi bütünlüklə namazda “bismillah”ı tərk edir. Halbuki məsələ heç də tamamilə belə deyildir. Sözügedən şəxslər sözlərinə yanlış arqumentlər də gətirirlər ki bu daha da gülünc vəziyyət yaradır. Sözü uzatmadan mövzu ilə əlaqəli şübhə və iradları qeyd edib cavablandıraq. Şübhə: Tövratın heç yerində “Bismillah” yoxdur. Bu səbəbdən əhli sünnə də namazda bismillah deməz. Cavab: Bismillahı təkcə Quran və İslamla məhdudlaşdırmaq olduqca yanlış bir addımdır. Çünki, Quranda Nuhun (ə) (“Hud” surəsi, 41) və Süleymanın (ə) (“Nəml” surəsi, 30) dilindən “Bismillah” ifadələri gəlməkdədir. Nuh (ə) insanları gəmiyə mindirərkən, Süleyman da (ə) məktub yazarkən bu kəlmədən istifadə etmişdir. Həmçinin təfsir və tarixi mənbələrdən oxuyuruq ki, İbrahimin (ə) atəşdə yanmamasının bir səbəbi də oda daxil olarkən “bismillah” deməsidir. Həmçinin Loğmanın (ə) uca məqam sahibi olması da yenə “Bismillah” sözünə göstərdiyi ehtiramla iz...

Elşad Mirinin “İslamda müqəddəslik yoxdur” yalanının Quranla ifşası

Resim
Quranın müqəddəsliyini birbaşa təsdiq edən ayələr. (Quran, İncil, Zəbur, Tövrat və səhiflər də müqəddəsdir) Bəzi ləri iddia edir ki, Quranın müqəddəsliyin i təsdiq edən birbaşa ayə yoxdur. Lakin belə deyildir. Quranın müqəddəsliyinə birbaşa dəlalət edən ayələr mövcuddur. Həmin ayə həm də isbat edir ki, Qurandan öncə nazil olan Tövrat, İncil, Zəbur və digər səhiflər də müqəddəsdir. Söhbət “Bəyyinə” surəsi 2-ci, “Əbəsə” surəsi 13 və sair bu qəbildən olan ayələrdən gedir. Həmin ayələri oxuyaq: سُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً “(Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan , Allah tərəfindən göndərilmiş peyğəmbərdir.” (“Bəyyinə” surəsi, 2) فِي صُحُفٍ مُّكَرَّمَةٍ “(Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.” (“Əbəsə” 13)   Müqəddəs kitabımızda Allah səhifələri “pak”, “hörmətli” və “şərəfli səhifələr” adlandırır. Bilirik ki, “ müqəddəs ” sözünün məna çalarlarından biri də “ pak ” , “ hörmətli ” , “ şərəfli ” deməkdir. Öncə...

Musiqi haram deyil, haram olan musiqi var

Resim
İstəyirik qısa şəkildə musiqi   ilə bağlı bəzi məsələlərə aydınlıq gətirək.   Bir çox musiqilər İslam şəriətinə əsasən haram sayılır. Həm onu ifa etmək, həm onu dinləmək və həm də o növ məclislərdə iştirak etmək haram sayılır. Musiqi barədə əsasən, iki mövqenin şahidi oluruq. Bir dəstə istisnasız olaraq, bütün musiqilərin dini terminlə desək, “ğina” və “haram” olduğunu söyləyir və hər cür musiqini ifa etməyi, dinləməyi günah sayır. Digər bir dəstə bəzi müsiqilərin halal, bəzilərinin isə haram olduğunu söyləyir və bunlar arasında fərq qoyulmasının zəruriliyini vurğulayır. Etdiyimiz mütaliə və araşdırmaya əsasən, biz də musiqinin tamamən haram olmasını dəstəkləmirik. Biz demirik ki, musiqi tamamilə haramdır, biz əksinə deyirik ki; Haram olan musiqilər var. Başqa sözlə deyirik ki, o musiqilərdə ki, “ğina” var, onlar haramdır. Elə isə ilk öncə öyrənək görək, ğina nədir? Ğina nədir?   Ğinanın nədən ibarət olduğu barədə dəqiq təsəvvür əldə etmək üçün əvvəlcə klassik lüğətl...

“Şeytan nə Adəmi (ə) aldadıb nə də Adəm (ə) meyvə yeyib”.

Resim
Əvvəla bunu bilək ki, bütün peyğəmbərlər mütləq şəkildə məsumdurlar. Bunda şəkk yoxdur. Onların həyatında baş vermiş bəzi hadisələri doğru analiz etmədiyimizdən yanlışlığa düçar ola bilərik. Məsumluq mövzusunda səhvə yol verilən və yanlış anlaşılan ayələrdən biri də “Əraf” surəsinin ayələridir. Bəziləri ayənin zahirini əsas götürərək, bütün xəta və günahlardan məsum olan Adəm (ə) barədə “Şeytan onu aldatdı, Adəmdə (ə) aldandı” deyə yanlış təsəvvür yaradılır.   İlk öncə ayələrin zahiri tərcümələrini oxuyaq: Əraf 20: “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!” Əraf 21: “Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, – deyə and içdi.” Əraf 22: “Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi)...” Bəz...