Mərhum ruhaninin ailəsi danışdı: "O ilahiyyatçı idi, lakin deyingən bir ruhani deyildi."
Bakının Pirşağı qəsəbəsində , mərhum ruhani Əliəkbər Həsənzadənin ailəsinin qonağı olduq. İlk öncə mərhumum məzarını ziyarət etdik, Quran ayələrindən tilavət edib mərhumun ruhuna dualar oxuduq. Məzarlıqdan ayrılıb Pirşağı qəsə bəsində ola məscidə baş çəkirik. Vaxt ı ilə insanlara bu məsciddə ilahi kəlamları, izah edib çatdırardı. İndi bu məscid də sevənlərinə onu xatırladır. Artıq mərhumun evində ailəsinin əhatəsindəyik, onlar danışır biz dinləyirik. Mərhum ruhani, kiminin həyat yoldaşı, kiminin qardaşı, kiminin dayısı, xalası və ən nəhayət kiminin isə babasıdır bu evdə. Bu evdə olan hər kəs ondan saatlarla danışa bilər. Hər kəsin onun barəsində deməyə sözü vardır. Evin ən kiçik sakini, nəvəsinin də danışacaq sözü vardır. O indi susur, məsum baxışları ilə süzür hər şeyi. Amma, illər sonra o da babası haqqında fəxrlə danışacaqdır. Kim bilir, o nələr söyləyəcək... Səmimi bir ortamdayıq. Sanki, illərdir ki, bu evin sakiniyəm. Mərhum ruhani nin ailəsi d