Mərhum ruhaninin ailəsi danışdı: "O ilahiyyatçı idi, lakin deyingən bir ruhani deyildi."
Bakının Pirşağı qəsəbəsində, mərhum ruhani Əliəkbər Həsənzadənin ailəsinin
qonağı olduq. İlk öncə mərhumum məzarını ziyarət etdik, Quran ayələrindən tilavət
edib mərhumun ruhuna dualar oxuduq.
Məzarlıqdan ayrılıb Pirşağı qəsəbəsində ola məscidə baş çəkirik. Vaxtı ilə insanlara bu məsciddə ilahi kəlamları, izah edib çatdırardı. İndi bu məscid də sevənlərinə onu xatırladır.
Artıq mərhumun evində ailəsinin əhatəsindəyik, onlar danışır biz dinləyirik. Mərhum ruhani, kiminin həyat yoldaşı, kiminin qardaşı, kiminin dayısı, xalası və ən nəhayət kiminin isə babasıdır bu evdə. Bu evdə olan hər kəs ondan saatlarla danışa bilər. Hər kəsin onun barəsində deməyə sözü vardır. Evin ən kiçik sakini, nəvəsinin də danışacaq sözü vardır. O indi susur, məsum baxışları ilə süzür hər şeyi. Amma, illər sonra o da babası haqqında fəxrlə danışacaqdır. Kim bilir, o nələr söyləyəcək...
Səmimi bir ortamdayıq. Sanki, illərdir ki, bu evin sakiniyəm.
Mərhum ruhaninin ailəsi danışır mən isə qeydlərimi aparıram. Yenə də Əliəkbər
müəlimin fədakarlığından danışılır. Gənclərə, cavanlara olan diqqəti hər kəsin
təkrar-təkrar söylədiyi özəllik idi. Özündən dəfələrlə kiçik, hətta nəvəsi
yaşda olan uşağın da ayağına gedərdi. Məzuniyyətdən gəldiyini eşitdiyi bir əsgəri
görməyə gedirdi.
Ailəsi: “Ay Əliəkbər, axı sən niyə gedirsən, o özü istəsə gələr”
dedikdə. Xeyr mən gedəcəyəm, o indi dostları ilə birgədir. Həm o əsgəri görməyə
gedər, həm də ona maddi dəstək olarmış və deyərmiş: “Gözləməyin ehtiyaclı
insanlar qapınıza gəlsin, siz onları axtarın, qapısına gedin.”
Onun hər dəfə digərlərinin görüşünə tələsməsini bəzən anlaya
bilmirdik. Çünki, çox yorulurdu. Əsa ilə bu uzun yolları qət
edərdi. Taqətsiz olardı lakin, bu adətini daim davam etdirərdi. Bir dəfə
avtobusdan düşəndə ayağı da sıyrılmışdı. Yenə ona deyərdik: “Ay Əliəkbər, sən
niyə gedirsən? Qoy onlar gəlsin, samavar çayımızda var.” Deyərdi: “Yox, mən
getsəm yaxşı olar.”
Xəstə halında belə ona ünvanlanan mesajlara (suallara) cavab verməyə
cəhd edirdi. Biz bilmirdik o nə yazır, kimə yazır. Yalnız vəfatından sonra
yayılan məlumat və fotolardan öyrəndik ki, Əliəkbər o halında belə insanların
xidmətində imiş. Onun etdiklərinin qarşılığı olaraq bu qədər insan onu sevir dəyər
verir. Cənazəsində tələbələri o qədər izdiham yaratmışdı ki, heç onun yaxınları
cənazəni daşıya bilmədi. Dəfnində, qəbrinin ətrafında onun sevgi göstərdikləri
insanlar izdiham yaratmışdı...
Onu dəfələrlə xüsusi vəzifələrə təyin etmək istəsələrdə o boyun
qaçırdırdı. Hətta ona, xarici bir dövlətə köç edib, orada fəaliyyət göstərilməsi
təklifi də gəlib. Ancaq o, öz vətənində elmi fəaliyyət göstərməyə üstünlük
verib. Bir dəfə böyük alimlərdən biri onu imtahan edir, elm və savadına görə ona "Höccətul-İslam vəl-muslimin" elmi titulunu verir. Bu elmi titulu təsdiqləyən
bir kağız da ona təqdim olunur. Biz ona dedik ki, bu barədə məlumat yayaq.
Dedi: “Xeyr, istəmirəm camaat mənə bu ada (elmi titula) görə hörmət eləsin.” Və
o camaat arasında adi ilahiyyatçı kimi fəaliyyət göstərdi, lakin onun savad və
biliyi bir ilahiyyatçı həddindən çox-çox daha artıq idi. O bütün elmlərdən xəbərdar
idi. Hardan soruşsaydın cavab verərdi. O ilahiyyatçı idi, lakin deyingən bir
ruhani deyildi. Dini insanlara əxlaq və sevgi ilə anladırdı. Namaz qılmayana və
ya digər bir dini ayini icra etməyənə sevgi və məhəbbətlə məsələləri izah
edirdi. Müxtəlif nümunələr göstərərək əqli dəlillə onlara müsbət istiqamət
verirdi.
Bəzən xütbə zamanı dediyi bəzi məsələlər barədə “Bunu mən oxumamışam,
Allah dilimə gətirdi, o, məni danışdırdı” deyərdi.
“O təkcə ailəmizdən yox, hamının əlindən çıxdı” deyə ailənin başqa
üzvü dillənir. Hərdəm araya sükut hakim olur. Lakin, sükut uzun çəkmir, yenə
onun barəsində danışır ailəsi...
"İşində çox dəqiq idi, nizamlı idi. Kasıb ailələrə yardım etmək məqsədi
ilə fond yaradılmışdı. O fonddan heç vaxt nə özü və nə də ailəsinə xərcləmədi.
Deyirdi ki, “bizdən də ehtiyaclı olan ailələr var, bunlar onlar üçündür. Qiyamətdə
zəngin insanların hesabı uzun olacaqdır.” Hər şeydə çox diqqətli idi. Qonşunun ərik
ağacından həyətimizə əriklər tökülürdü, onları yığıb onlara göndərərdi. Evdə gül dibçəkləri dolu idi. Hər gülə xüsusi qayğı bəsləyərdi.
Əliəkbər müəllimin dini təhsilində xüsusi müəllimi yox idi. Ərəb və
fars dillərini yoldaşlıq etdiyi dostlarından öyrənib. Hər öyrəndiyi dili mükəmməl
bilirdi. Kaş onu sağlığında tanıyaydınız."
Hər kəs onun barəsində böyük fəxrlə danışır və belə bir neməti əldən
verdiklərinə görə üzülürdülər.
Mərhum ruhani Əliəkbər Həsənzadə barədə çox sözlər deyilsə də, yalnız
bir hissəsini sizinlə bölüşə bildik. Əgər onu bir cümlə vəsf etmək istəsək,
yalnız belə deyə bilərik: “O, peyğəmbər (s)
xislətli biri idi.”
Mərhum ruhani Əliəkbər Həsənzadənin bəzi xüsusi əşyaları və özü ilə əlaqəli olan şəkil və xatirələr.
Mərhum ruhaninin ilk istifadə etdiyi telefon.
Özünəməxsus əşyaları.
Əl ilə çəkilmiş rəsmi.
Özünəməxsus əşyaları.
Vaxtı ilə moizə etdiyi minbər.
Namaz qıldığı səccadə.
Otağı.
Ona hədiyyə olunan əsa. Əsa üzərində Allahın adları yazılı olduğu üçün mərhum heç vaxt ondan istifadə etməyib.
Ona həsr edilmiş şer.
Cavanlığı.
Yorumlar
Yorum Gönder