“Peyğəmbərlər günahları ilə bizə nümünədir” yalanı
لَقَدْ كَانَ لَكُمْ ف۪ي رَسُولِ اللّٰهِ اُسْوَةٌ
حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُوا اللّٰهَ وَالْيَوْمَ الْاٰخِرَ وَذَكَرَ اللّٰهَ
كَث۪يراًۜ
“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və
Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümünəsi
vardır.” (Əhzab 21)
Quranın bizə nümünə kimi tanıtdırdığı Hz Muhəmməd (s), həyatın bütün
sahələrində bizə örnəkdir. Qüsursuz,
nöqsansız və ilahi yolları ən kamil bilən bir bələdçi. Bu kamil insana günah
nisbət verənlərə Əhzab sürəsinin 21-ci ayəsini xatırlatdıqda “peyğəmbər günahı
ilə bizə nümünədir” deyirlər. Bəzən isə daha çox irəliyə gedərək “əgər peyğəmbər
günah etməsəydi bizə nümünə ola bilməzdi” deyilir. Və beləliklə zehinlərdə “günahkar
peyğəmbər” obrazı yaradırlar. Onların fikrincə peyğəmbər günah etməli və sonra
isə tövbə edərək, günahın pisliyini bizə bu yolla anlatmalıdır. Bu düşüncədə
olanların məntiqinə əsasən peyğəmbərlər (bu sözə görə Allaha sığınırıq) bütün
iyrənc və çirkin günahları (zina, qeybət,yalan və s) bir-bir etməli daha sonra
isə o günahlardan tövbə etməklə nümünə olmalıydı. Lakin, Quran Allah Rəsulunu
(s) bizə pak, qüsursuz və bütün günahlardan uzaq olaraq təqdim edir. Maraqlıdır
niyə bəziləri günah edən bir peyğəmbər axtarışındadır. Niyə min dərədən su gətirərək
peyğəmbərə (s) günah nisbət vermək istəyirlər? Bu cür düşünənlər ya günahın nə
olduğunu bilmir, ya peyğəmbəri doğru şəkildə
tanımayıb ya Qurandan uzaq düşüb ya da təəssüfkeşlik üzündən həqiqəti təhrif
edir. Bu cür iddialar yalan və Allah Rəsuluna (s) iftiradan savayı bir şey deyildir.
Yorumlar
Yorum Gönder