Kayıtlar

Ekim, 2017 tarihine ait yayınlar gösteriliyor

Səfər ayı niyə ağır ay hesab olunur?

Resim
Səfər ayı hicri-qəməri təqviminin ikinci ayıdır. El arasında Səfər ayına “ağır ay” da deyilir. Niyə bu ay “Səfər” adlandırılıb? Bu ayın Səfər adlanması barədə əsasən iki versiya önə sürülür: Birinci səbəb kimi bu göstərilir ki, Səfər kəlməsi ərəbcə olan صُفْرَة “Sufrəh” kəlməsindən götürülüb ki, mənası “sarı” deməkdir. Və bu ayın adının qoyulmasının vaxtı payız fəsli olub və ağacların yarpaqları sarı olmuşdur. Qeyd olunan bu məna çox zəif versiyadır. İkinci səbəb kimi isə o göstərilir ki, Səfər kəlməsi صِفْر “Sifr” kəlməsindən götürülüb ki, mənası “boş” deməkdir. Bu ayı ona görə səfər adlandırıblar ki, bu ay Məhərrəm ayından sonra gəlir. Cahiliyyət dövründə insanlar Məhərrəm ayında haram ay olduğu üçün müharibə etməzdilər. Səfər ayı gələndə isə müharibəyə yollanardılar və evləri boş qalardı. Ona görə də bu aya”boş ay” deyərdilər. Bəzi fikirlərə görə bu ay nəhs bir ay kimi qələmə verilir. Lakin bunun dini əsası yoxdur əksinə həmin günlərdə sədəqə vermək, insanlara əl tutm

Aşura mərasimləri bizə peyğəmbərdən irs qalıb Səfəvilərdən yox!

Resim
İmam Hüseynə (ə) ağlamaq, əza saxlamaq hər bir müsəlmanın olduqca təbii haqqıdır. Bu haqqı bizə Quran və sünnə vermişdir. Bu əməlin İslam peyğəmbərinin (s) sünnəsi olması barədə keçən mövzularımızda geniş danışdıq. İmam Hüseyn (ə) əzadarlığını, peyğəmbər (s) sünnəsi olmaqdan çıxarıb Səfəvilərə aid etmək istəyənlər də peyda olur ki, onların bu istəkləri elə istək və arzu olaraq da qalacaqdır. Məgər İslam peyğəmbəri (s) İmam Hüseyni (ə) əzizləyib oxşayanda Səfəvilər vardı? İslam peyğəmbəri (s) minbərdə xütbə edərkən onun yıxılmasını görüb, sözünü kəsərək minbərdən aşağı düşdükdə Səfəvilər harda idi? Bu kimi nümunələr o həzrətin həyatı boyunca dəfələrlə müşahidə olunduğu və bir sirə (həyat tərzi) forması aldığı halda kim iddia edə bilər ki bu əməl Səfəvilərdən qalma adətdir? Bu iddianı edənlər tarixi bir vərəqləyib oxusunlar və nə qədər gülünc bir iddia etdiklərinin şahidi olsunlar. Tarixi mənbələrin yazdığına görə Kufə, Bəsrə, Şam, Mədinə, Məkkə və sair şəhərlərdə Aşura mərasimlər

Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir?

Resim
Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir? Verilən suallardan və bəzən sual adı ilə tutulan iradlardan biri də “Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir?” sualı yaxud iradıdır. Kərbəla hadisəsinin niyə bu qədər əzəmətlə yad edilməsinin müxtəlif cəhətlərdən cavablandırdıq. Ən gözəl cavab bu əməlin peyğəmbər (s) sünnəsi olmasıdır. Çünki biz qeyd etdik ki, Allah Rəsulu (s) məhz özü ilk olaraq imam Hüseynə göz yaşı tökmüş və məclis əhli də onunla birgə Həzrəti Hüseynə ağlamışlar. Məsələdə şübhə yeri qalmasın deyə mövzuya sünni və şiə mənbələrindən dəlillər gətirəcəyik.  Niyə məhz İmam Hüseyn (ə) müsibəti ən böyük hesab edilir? (Əhli sünnə mənbəsinə əsasən) Əhli sünnə mənbələrində bu məsələ özünü qabarıq şəkildə göstərmişdir. Əhli sünnənin görkəmli təfsir alimi Cəlaləddin Suyuti Əd-durrul-Mənsur təfsirində İbrahim və Zeyd ibn Ziyaddan belə nəql edir: “Göy üzü yalnız həzrət Yəhya (ə) və imam Hüseyn (ə) üçün ağladı. Ağlamağı isə onda olan qır

Fazil Mustafa nə vaxtacan söyüş söyüb ədəbsizlik edəcək?

Resim
Ümummilli Lider - Ümummilli təhqir Allah Rəsulu (s) buyurur: “Söyüş söyən kimi həyasız yoxdur.” Sözümə bu mübarək hədislə başlamağım heç də əbəs deyil, çünki biz Fazil Mustafadan söz açacağıq. Amma bir qədər sonra... Əvvəla, bunu bilməliyik ki, dinimizə görə söyüş söymək çox nadir xəstəliklərdən biri hesab edilir. Hər kəs bu xəstəliyə tutulmur. Quran və hədislərə əsasən, bu xəstəliyin bir əlaməti var – Allahdan uzaq düşmək. Allah-təala Quranda belə buyurur: “Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!” (“İsra” surəsi, 64) Yəqin ariflər bir işarə ilə söhbətin nədən getdiyini anladılar. Dinimiz təhqirə də yol verilməsinin əleyhinə olan uca bir dindir. Təhqir və böhtan aciz insanların işidir. Ağıllı, cəsarətli və qüdrətli insanlar təhqir və böhta