Şeytanın anası…
Allah insanı yaratdı və özünə əhsən dedi. (Muminun 14) Öz ucalığının fərqində olmayanlar isə, aşağıların ən aşağısı oldu. (Tin 5) Son günlərdə (adını belə yazmaq istəmədiyim) bir qadın peyda olaraq dini dəyərləri öz anladığı kimi qiymətləndirir və bəzi saytlar da reytinq xatirinə bu şeytani sözləri yayırlar. Dəfələrlə dostlar bizə yazaraq, bu müsahibəyə cavab verməyimizi istəyiblər. Müsahibəyə baxdıqda orada yeni bir söz və iddia görmədik. İllərlə din düşmənlərinin çeynədiyi sözləri indi də ardıcılları çeynəməkdədir. Bu belə. O müsahibəni gördükdə illər öncə oxuduğum bir tarixi hekayə yadıma düşdü. “Şeytan” adlı bir kitabda oxumuşdum ki; “Bir gün bir vaiz sədəqənin fəzilətlərindən danışırdı. Söhbətin sonunda vaiz deyir: “Şeytan sədəqə vermək istəyən şəxsə öz ordusundan yetmiş nəfəri göndərər və onun əl-qolunu bağlayacaq.” Məsciddən bir nəfər ayağa qalxaraq: “Mən indi gedib bir kisə unu bura gətirib fəqirlərə verəcəyəm” deyir və gedir. Evə çatınca xanımı ərinin bu i...