Kayıtlar

Elşad Mirinin “İslamda müqəddəslik yoxdur” yalanının Quranla ifşası

Resim
Quranın müqəddəsliyini birbaşa təsdiq edən ayələr. (Quran, İncil, Zəbur, Tövrat və səhiflər də müqəddəsdir) Bəzi ləri iddia edir ki, Quranın müqəddəsliyin i təsdiq edən birbaşa ayə yoxdur. Lakin belə deyildir. Quranın müqəddəsliyinə birbaşa dəlalət edən ayələr mövcuddur. Həmin ayə həm də isbat edir ki, Qurandan öncə nazil olan Tövrat, İncil, Zəbur və digər səhiflər də müqəddəsdir. Söhbət “Bəyyinə” surəsi 2-ci, “Əbəsə” surəsi 13 və sair bu qəbildən olan ayələrdən gedir. Həmin ayələri oxuyaq: سُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً “(Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan , Allah tərəfindən göndərilmiş peyğəmbərdir.” (“Bəyyinə” surəsi, 2) فِي صُحُفٍ مُّكَرَّمَةٍ “(Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.” (“Əbəsə” 13)   Müqəddəs kitabımızda Allah səhifələri “pak”, “hörmətli” və “şərəfli səhifələr” adlandırır. Bilirik ki, “ müqəddəs ” sözünün məna çalarlarından biri də “ pak ” , “ hörmətli ” , “ şərəfli ” deməkdir. Öncə...

Musiqi haram deyil, haram olan musiqi var

Resim
İstəyirik qısa şəkildə musiqi   ilə bağlı bəzi məsələlərə aydınlıq gətirək.   Bir çox musiqilər İslam şəriətinə əsasən haram sayılır. Həm onu ifa etmək, həm onu dinləmək və həm də o növ məclislərdə iştirak etmək haram sayılır. Musiqi barədə əsasən, iki mövqenin şahidi oluruq. Bir dəstə istisnasız olaraq, bütün musiqilərin dini terminlə desək, “ğina” və “haram” olduğunu söyləyir və hər cür musiqini ifa etməyi, dinləməyi günah sayır. Digər bir dəstə bəzi müsiqilərin halal, bəzilərinin isə haram olduğunu söyləyir və bunlar arasında fərq qoyulmasının zəruriliyini vurğulayır. Etdiyimiz mütaliə və araşdırmaya əsasən, biz də musiqinin tamamən haram olmasını dəstəkləmirik. Biz demirik ki, musiqi tamamilə haramdır, biz əksinə deyirik ki; Haram olan musiqilər var. Başqa sözlə deyirik ki, o musiqilərdə ki, “ğina” var, onlar haramdır. Elə isə ilk öncə öyrənək görək, ğina nədir? Ğina nədir?   Ğinanın nədən ibarət olduğu barədə dəqiq təsəvvür əldə etmək üçün əvvəlcə klassik lüğətl...

“Şeytan nə Adəmi (ə) aldadıb nə də Adəm (ə) meyvə yeyib”.

Resim
Əvvəla bunu bilək ki, bütün peyğəmbərlər mütləq şəkildə məsumdurlar. Bunda şəkk yoxdur. Onların həyatında baş vermiş bəzi hadisələri doğru analiz etmədiyimizdən yanlışlığa düçar ola bilərik. Məsumluq mövzusunda səhvə yol verilən və yanlış anlaşılan ayələrdən biri də “Əraf” surəsinin ayələridir. Bəziləri ayənin zahirini əsas götürərək, bütün xəta və günahlardan məsum olan Adəm (ə) barədə “Şeytan onu aldatdı, Adəmdə (ə) aldandı” deyə yanlış təsəvvür yaradılır.   İlk öncə ayələrin zahiri tərcümələrini oxuyaq: Əraf 20: “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!” Əraf 21: “Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, – deyə and içdi.” Əraf 22: “Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi)...” Bəz...

Həzrət Adəm (ə) xəta edib deyənlərə Qurandan iki dəlil

Resim
Məsumluq mövzusunda Həzrət Adəmi istisna edib, onun xəta edə bilmə ehtimalını irəli sürənlərə cavab. Məsumluq mövzusunda ən yaxşı dəlillərdən biri də “Qələm” surəsi 4-cü ayə hesab olunur. Peyğəmbərin (s) günah əhli olmadığına ən aydın dəlillərdən biri də budur. Bu ayədəki bütün kəlimələrin təkid olduğunu söyləyən bəzi müfəssirlər də vardır. Qələm surəsi 4: “Həqiqətən sən ən böyük əxlaq üzərindəsən” İndi haqlı olaraq sual yaranır ki, Həzrət Adəm (ə) və digər peyğəmbərlər ən üstün əxlaq sahibi deyil? Ümumiyyətlə peyğəmbərlərin hər biri öz zəmanələrinin ən üstün əxlaq sahibi deyillərmi? Kim peyğəmbərləri əxlaqsızlıqda ittiham edə bilər? Əlbəttə heç kim. Elə isə növbəti sualı veririk: Bütün peyğəmbərlər ən üstün əxlaqa sahib olduqları halda necə ola bilər ki biz birinə “O, üstün əxlaq sahibidir, məsumdur” deyib, digərinə isə müəyyən xətalar nisbət veririk? Deməli “Qələm” surəsi 4-cü ayədən çıxış edib digər peyğəmbərlərin də ən üstün əxlaqa sahib olmalarını görə bilərik.   Üm...