İmam Hüseynin “Mənə kömək edin” cümləsi Quran ayələrinə ziddirmi? İmam Hüseynin (ə) kömək istəməsi əslində nəyi çatdırır?
Həzrəti Hüseyn (ə) barədə maraqlı bir bəhs də bu mövzudur. Tarixin yazdığına görə imam Hüseyn (ə) bu məşhur cümləni qeyd etmişdir: “Həl min nasiri yənsuruni?” “Mənə kömək edən varmı?”
Tarixi hadisələrin gedişatına və Quran ayələrinə nəzət
yetirdikdə bir məsələ zahirən gözə çarpır:
Quran ayələrində Allah möminlərə kömək edəcəyindən söz
açır. Həmin ayələrə nəzər yetirək:
إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي
الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ
“Şübhəsiz ki, Biz Öz rəsullarımıza və möminlərə həm
dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.” (“Ğafir” surəsi, 51)
Burada maraqlı
bir sual yaranır. Bir çox mömin dəstə zahirən məğlubiyyətə məruz qalıb. Hərbi
baxımdan məğlub olub. Əgər Allah öz peyğəmbərlərinə və ona iman gətirənlərə
dünya və axirətdə kömək edəcəyinə vəd veribsə tarix boyu şəhid edilən peyğəmbər
və möminlərə niyə kömək edilməyib? Yaxud sualı belə qoyaq: Allahın vəd verdiyi
kömək nədən ibarətdir?
إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ
“Əgər Allah sizə
yardım edərsə, heç kəs sizə qalib gələ bilməz.” (“Ali-İmran” surəsi, 160)
وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ
“...Möminlərə
kömək etmək Bizə vacibdir! (Biz Öz vədimizə əməl edərək möminlərə yardım
etməliyik!)” (“Rum” surəsi, 47)
Bu ayələrlə
tanış olduqdan sonra bunu da bilək ki, Allah verdiyi vədi pozmaz və ən doğru və
gözəl danışan Allahdır. (Bax: “Ali-İmran” surəsi, 9-194, “Nisa” surəsi,122)
Deməli, Allahın
verdiyi vəd mütləqdir. Onda təkrar yenə sual yaranır: Bəs yuxarıda da qeyd
etdiyimiz kimi tarix boyu ilahi peyğəmbərlər və bir çox müharibələrdə möminlər
və peyğəmbərlər şəhid edilmişdir. Elə isə köməkdə əsl məqsəd nədir?
Qurani-Kərimə
nəzər saldıqda kömək sözünün müxtəlif mənalarda işləndiyinin şahidi oluruq:
1. İntiqam. (Bax: “Şuəra” surəsi, 227, “Şura”
surəsi, 41
Təəssüf ki, Qurani-Kərimin
əksər tərcümə kitablarında “nəsr” felinin ümümi mənası qeyd olunmuşdur. Elə
buna görə də istər hədislərdə istərsə də ayələrdə daim bu yol izlənilmiş
nəhayətdə böyük bir yanlışlığa yol açılmışdır. Məhz bu yanlışın davamıdır ki,
biz bu gün də imam Hüseynin (ə) dediyi sözün həqiqi mənasını anlamaqda çətinlik
çəkirik. Mövuya dair bir ayəni nümunə göstərib sözümüzə davam edək:
Səhv tərcümə: “Haqsızlığa
məruz qaldıqdan sonra yardım istəyən şəxs məzəmmət olunmaz.”
Doğru tərcümə: “Haqsızlığa məruz qaldıqdan sonra intiqam alan şəxs məzəmmət olunmaz.” (“Şura” surəsi, 41)
Məlumdur ki, zülmə məruz qalan düşməndən yardım yox,
intiqam alar. Yaxud belə deyək, zülmə məruz qalan öz haqqını zalımdan geri
alar.
2. Kömək etmək. (Bax: “Nəsr” surəsi, 1; “Ənbiya”
surəsi, 68; “Yasin” surəsi, 74-75; “Əraf” surəsi, 136-137)
3. Himayə etmək, qorumaq. (Bax: “Hud” surəsi, 29-30; “Tur” surəsi, 45- 46; “Hədid” surəsi, 25; “Muhəmməd” surəsi , 7)
Yuxarıda qeyd
etdiyimiz kimi bu ayələrdə də nəsr feli yenə kömək olaraq izah edilmişdir.
Lakin həqiqi məna himayə etmək, qorumaq olmalı idi. “Muhəmməd” surəsinin 7-ci
ayəsində “Siz Allaha kömək etsəniz” ifadəsi də diqqət çəkəndir. Biz Allaha necə
yardım edək? Yaxud Allahın bizim yardım və köməyimizə nə ehtiyacı var? Məlumdur
ki, burada kömək deyilərkən əsl məna bizim Allaha yardım etməyimiz deyil, bizim
özümüzə, yaxud Allahın dininə yardım etməyimizdir. Bu ayədə, Allaha kömək
deyilərkən, Allahın dinini qorumaq, ona riayət etmək, ilahi əmr və qadağanlara
olduğu kimi əməl etmək nəzərdə tutulmuşdur. Bu işlər Allah qatında o qədər
önəmlidir ki, Allah həmin işləri Özünə kömək kimi qiymətləndirmişdir.
Bütün bunları
bildikdən sonra, yenə öncəki suala qayıdaq: İmam Hüseynin (ə) “Mənə kömək edən varmı?”
cümləsinin əsl mənası necə olur?
Əgər biz bu
yardımı imam Hüseynin (ə) özü ilə əlaqələndirsək və desək ki, imam Hüseyn (ə)
özünə yardım toplamaq, ətrafındakıların sayını artırmaq üçün bu işi etdi, onda
bu imam Hüseynin (ə) öz əməlləri ilə tam ziddiyyət təşkil edəcəkdir. Çünki
bilirik ki, Həzrəti Hüseyn (ə) Aşura gecəsi (bəzi mənbələrdə fərqli zaman qeyd
olunur) məşhur çıxışında ətrafında olan hər kəsin şəhid olacağını və getmək
istəyənlərin tam azad olmasını elan etdi. Ətrafına adam toplamaq istəyən şəxs
bu sözləri deməməliydi. Deməli, məlum olur ki, “Mənə kömək edən varmı?”
cümləsində məqsəd imam Hüseynin (ə) özünə görə deyildi. Həzrəti Hüseynin (ə)
həmin sözünü iki cür məna etmək ən doğrusu olardı:
1. Özünü küfr
bataqlığından xilas etmək istəyən bir kimsə varmı ki, ona əl uzadıb oradan
çıxarım?
2. İmam Hüseynin
(ə) oradakıları ilahi əhkama, ilahi əmr və qadağanlara olduğu kimi riayət
etməsinə səsləməsidir. Onları Allahın dinini qorumasına səsləməsidir. Çünki o
həzrət özü də Yezid tərəfindən qurudulmaqda olan tövhid ağacını öz qanı ilə sulayıb,
ona həyat vermək üçün bu müqəddəs yola çıxmışdır.
Çox təəssüf ki
bəzən o sözlər imam Hüseynin (ə) yardım istəməsi ya yardım toplaması kimi izah
olunur və imam Hüseyni yazıq, fağır, kömək diləyən və sair kimi mənfi və ona
yaraşmayan söz və sifətlər ona aid edilir. Biz Həzrəti Hüseynin (ə) bu cümləsini “Muhəmməd”
surəsinin 7-ci ayəsində olan kömək kimi anlamalıyıq.
“Ey iman
gətirənlər! Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və
qədəmlərinizi möhkəmləndirər.” (“Muhəmməd”
surəsi, 7)
Məlumdur ki,
Allahın bizim kömək və yardımımıza qətiyyən ehtiyac yoxdur. İmam Hüseynin dediyi (ə) “Mənə kömək edən varmı?” cümləsi də bu
qəbildəndir.
Mahir Şəkərov –
İlahiyyatçı, araşdırmaçı.
Yorumlar
Yorum Gönder