Baxışımız düzəlməsə. (Şeytan izinə ayaq qoyanlar)
Həvarilər bu sözü
eşidəndə bir anlıq fikrə dalır və etdikləri səhvin fərqinə varırlar. Onlar
anlayırlar ki, bu mənzərə qarşısında onlar imtahan olundular...
Bu ibrətamiz hadisə
ilə sözümüzə başlamağımız heç də əbəs deyildir. Bəli hamı görən gözə malikdir,
hamı baxır, görür... Maraqlıdır görəsən
biz, Allahın “gör” dediyi yerdən görür və Allahın “bax” dediyi yerdən baxırıq?!
Bir hadisə ilə
qarşılaşdıqda hansı mövqeni nümayiş etdiririk? Görəsən hadisələr qarşısında
baxışlarımız Allah deyəni edir ya nəfsimiz istəyəni?!
Bu məsələ olduqca
mühum məsələdir. Əgər insan özü bu məsələ haqqında düşünüb, özünü islah etməsə
hətta həvarilər kimi, daim İsanın (ə) ətrafında olsa da bu məsələni tam şəkildə həll etmir.
Digər bir nümunəni əziz
İslam peyğəmbərimizdən (s) çəkmək istəyirəm. “Bir gün Allah Rəsulu (s) qoyun kəsdi.
Bir neçə səhabə də o həzrətin ətafında var idi.
Allah Rəsulu (s) qoyunun ətini hissələrə ayırır və
ayırdıqca da fəqirlərə göndərirdi. Sonda qoyunun bir budu qaldı. Bəzi səhabələr
dedilər: Ey Allahın Rəsulu (s) bizə qalan təkcə budu oldu?
Allah Rəsulu (s)
buyurdu: Təkcə budu bizə qalmadı. Budundan başqa bütün hissələri bizə qaldı.”
Çox düşündürücüdür
elə deyilmi? Bəziləri verilən ətin əlindən
çıxdığını, yerdə qalanın isə ona qaldığını düşünərkən, Allah Rəsulu (s) bunun tamamilə əksini onlara bəyan edir və məsələyə ilahi baxışla baxmağı tövsiyə
edir.
Yaşadığımız dünyada
baş verən bütün hadisələr zamanı bu ilahi baxış əvəzsiz rola malikdir. Əgər baxışımızı düzəltməsək onda,
bizdə başqa bir ruhi xəstəlik yaranacaq
- “EYİB AXTARMAQ...”
Bu xəstəliyin
yaranma səbəblərindən biri də budur ki, biz həmin şəxsdə eyib və nöqsan
axtarmaq fikrinə düşdüyümüzdən, baxışımız tamamilə ilahi baxışın əksinədir. Biz
artıq “görmək istədiyimizi görürük” və
qarşı tərəfi nəyin bahasına olursa olsun, o cür görür və o cür təqdim etməyə
başlayırıq. Baxışımızın bu formada inkişaf etməsi bizdə daha bir mənfi xüsusiyyəti
yaradır - “BƏHANƏ.”
İnsan bəzən etdiyi pis əməllərə bəhanə
axtarır.Və bu bəhanə axtarmaq onu yenidən əvvəlki səhvini təkrar etməyə vadar
edir. Çox maraqlıdır ki, bəzən insan, etdiyi əməllərə ilahi baxışla baxmaq
yerinə, öz nəfsinin “bax” dediyi yerdən
baxır və nəticədə insanı günah bataqlığına sürükləyən, xoşagəlməz mənzərələr
meydana gəlir. Bəzən insan özünə haqq qazandırmaq üçün istənilən bəhanə və yollara
əl atır və bundan çəkinmir də. Təki özünü pak göstərsin, hətta bu paklıq
başqalarını ləkələmək yolu ilə də olsa. Amma deyəsən unudurlar ki, başqasına
palçıq atanların, ilk öz əli bulaşır. Məsələ
barəsində bir iki misal çəkmək yerinə
düşərdi. Bir nəfərə “namaz qıl”, “yaxşı işlər gör” və bu kimi yaxşı xüsusiyyətləri
tövsiyə edərkən, həmin işləri etməmək, və bu işləri boynundan atmaq üçün tez bəhanəyə
əl atırlar və deyirlər: “filankəs də namaz qılandır, o da dindardır amma gör nə
oyun çıxardır?!” Bu sözlər zahirən düz
sözlər olsa da, dediyi şəxslər o işlərin yiyələri olsalarda bu bəhanədən başqa
bir şey deyildir. Maraqlıdır niyə ancaq onda olan mənfi xüsusiyyəti görür? Niyə
ancaq özünə bu kimi şəxsləri nümunə seçir? Nümunə üçün Quranın buyurduğu ən gözəl
əxlaq sahibi (“Qələm” surəsi, 4), ən gözəl nümunə Həzrət Muhəmmədi (s) (“Əhzab”
surəsi, 21) seçmək daha məntiqli deyilmi?!
Deməli qarşı tərəfə
nə nümunə və nə də o nümunəvi şəxsin əməl
və hərəkətləri lazım deyildir. Odur ki, o “bəhanə” metodunu seçir və hadisəyə
baxarkən, o prizmadan yanaşır. Əks halda görünən kəndə nə bələdçi?!...
Hadisəyə olan
baxışımız düz olmasa daha bir mənfi
xüsusiyyət sorağımıza gələr – “TƏKƏBBÜR.”
Bu növ işlər əslində
şeytanın etdiyi işlərdir. “Adəmə səcdə
et” əmrinin qarşısında, o da dediyimiz eyni yolları istifadə etdi. Diqqət edin!
Allah şeytana səcdə əmri
verdikdə o, bu mənzərə qarşısında
imtahandan keçə bilmədi. (“Bəqərə” surəsi, 34)
Məsələyə ilahi baxışla baxmadı, öz istəyi ilə baxdı. Bu səbəb
oldu ki, eyib axtarmaq xüsusiyyəti onda baş qaldırdı və:
“Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında
deyilsən?” (“Hicr” surəsi, 32)
İblis dedi: “Sənin, başqa şəkilə düşmüş qara palçıqdan,
toxunduqda isə saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək
mənə yaraşmaz.” (“Hicr” surəsi, 33)
Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin” – dedikdə,
İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir
oldu. (“Bəqərə” surəsi, 34)
Bu ilahi kəlamları bir neçə cümlə ilə yenidən izah edim.
Əziz müsəlmanlar! Çox diqqət etmək lazımdır. Şeytana “Adəmə səcdə et” deyildikdə o bu əmrin ilahi əmr
olmasına baxmayaraq məsələyə öz nəfsi ilə cavab verir. Etdiyi əməlin pisliyinə
tövbə edib peşiman olmaq əvəzinə isə, Hz Adəmdə eyib axtarmaq (bu şeytanın
baxışı idi. Halbuki bunlar eyib deyildir) fikrinə düşür. Və Quran buyuran kimi
sonda təkəbbür günahına da mürtəkib olur. Bu etdiyi günahlar səbəb olur ki, Həzrət
Adəmdə olan üstün keyfiyyətləri görə bilmir. Hətta iş o həddə çata bilir ki,
Allahın da etdiyi xəbərdarlığı və dediyi:
“Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyinə
nə mane oldu? Təkəbbürlük göstərdin yoxsa doğurdanda üstünlərdənsən?!” (“Sad” surəsi, 75) sözü
belə eşitmir və Allahın müqabilində yenidən təkəbbürlüyünü nümayiş etdirir və səcdə
etməməyinə səbəb isə bu bəhanəni gətirir:
“Dedi: Mən ondan daha yaxşıyam. Çünki mən oddan, onu isə gildən
yaratmısan. (od gildən daha yaxşıdır)” (“Sad”
surəsi, 76)
Allah isə bu bəhanəni rədd edir və onu dərgahından qovaraq ona əbədiyyən lənət göndərir və onu Cəhənnəm
əzabı ilə müjdələyir. (Daha ətraflı bax:
“Sad” surəsi,
77-78-79-80-81-82-83-84-85)
Çox təəccüblüdür
çox... Şeytana lənət göndrən bizlər bu
hadisələrdən ibrət dərsi alırıqmı? Yoxsa
“Mən nə etmişəm ki” deyərək bəhanələr içində qərq olmuşuq? Şeytanın bir
məsələ qarşısındakı baxışı onun bütün həyatını alt- üst etdi. Hz Əli (ə)
şeytanın başına gələnlərdən dərs almağımız üçün sanki fəryad edir: “Ey
insanlar! Şeytanın başına gələnlərdən ibrət götürün. Çünki o, 6 min il Allaha
ibadət etdi.”
Elə isə niyə ibrət götürmürük? Bu fani dünyanın aldadıcı həvəsləri hələ
çoxmu bizi özünə bağlayacaq?
Gəlin hadisələrə qarşı baxışımızı düzəldək. Eyib axtaran
olmayaq. Bir alimdən götürə biləcəyimiz ibrətlər, olduğu halda onda var olan (bəlkə
ona görə peşimançılıq belə çəkdiyi ) əməlləri özümüzə bəraət qazandırmaq üçün
sui-istifadə etməyək. Və beləliklə də düşmənin dəyirmanına su tökən nadan və
cahillərdən (düşmən muzdurlarından)
olmayaq. Mömin eyib axtaran olmaz. Bir mübarək hədisdə Allah Rəsulu (s) buyurur:
“Canım qüdrət əlində olan Allaha and
olsun ki, mömin, təmiz yeyən, olduğu yeri dağıdıb tökməyən bal arısı kimidir.
Eyib axtaran və paxıl şəxs isə sağlam yerlərdə deyil, həmişə yara-xoranın
üstündə olur.”
Düz deyiblər: “ Milçək özü bir şey olmasa da ürək
bulandırır.”
QEYD: Kimsə sizə eyiblərinizi deyirsə ondan qorxmayın.
Eybinizi sizə deməyən və onu sizdən gizlədənlərdən qorxun. Bu Həzrət Əlinin (ə)
sözüdür. O həzrət buyurur: “Kim sənin eybini üzünə desə, dalınca sənin abrını
qoruyar. Kim eyiblərini sənə deməkdə ehtiyat edib çəkinsə, arxanca sənin eybini
deyər.”
Mahir Şəkərov
– İlahiyytaçı araşdırmaçı.
Yorumlar
Yorum Gönder