Kayıtlar

Haziran, 2017 tarihine ait yayınlar gösteriliyor

Əhli sünnənin fiqh kitablarına əsasən digər ölkərdə ay görünsə belə, oruc tutan şəxs mütləq öz ölkəsinin hakiminə tabe olmalıdır.

Resim
  Əhli sünnənin fiqh kitabları deyir ki; “Ərəbistan ilə oruc tutub, bayram etmək olmaz!” Hədis: “Əgər cahil sükut etməyi seçsəydi, insanlar ixtilafa düçar olmazdı.” Sözümə bu hədislə başlamağım heç də əbəs deyildir.   Dini sahədə (xüsusən fiqhdə) savad və biliyə malik olmayan, təqlid nədir bilməyən, öz fiqh kitabından xəbərsiz olan və beləliklə cahilliyi və inadkarlığı üzündən ixtilaf toxumunu səpməyə çalışanlar var. Sual: - Əhli sünnə fiqhinə əsasən başqa ölkənin üfüq xəttinə əsasən ay görünsə oruc tutmaq və ya bayram etmək olarmı? Ümumi cavab: Xeyr olmaz. Keçək təfərrüata. İki məntəqənin eyniüfüqlü olub-olmaması sabit (dəyişilməz) bir məsələ deyil, əksinə bir ay eyniüfüqlü olan iki məntəqə başqa bir ay eyniüfüqlü olmaya bilər. Ramazan ayının daxil olması ayın vasitəsi ilədir. Ayın görülməsi məsələsində də əhli sünnənin fiqh alimləri öz nəzərlərini qeyd ediblər. Heç bir alim ayın görülməsi məsləsində digər ölkələrin üfüq xəttinə, və həmin ölkələrin şəri hakiminə tabeçil