Kayıtlar

Ocak, 2017 tarihine ait yayınlar gösteriliyor

Adəm (ə) məsumdur

Resim
Adəm (ə) məsumdur. Adəm (ə) günah edibmi? Allahın insanlara göndərdiyi bütün ilahi peyğəmbərlər (ə) insanları o həqiqət nuruna doğru hidayət edirlər. Hər kəs bu ilahi rəhbərlərin (ə) izi ilə getsə o nurun mənbəyinə yetişəcək. Lakin, təkəbbürlük göstərərək, o elçiləri qəbul etməyib və ya o elçilərin şəninə uyğun olmayan sözlər, ifadələr deyərək, bu və ya digər şəkildə onlarla mübarizəyə qalxsa dünya və axirət səadətindən məhrum olaraq bədbəxtlərdən olacaq. Hz Adəm (ə) –a və digər peyğəmbərlərə (ə) günah nisbət verənlərə elə Quran və təfsirlə bir qədər geniş şəkildə cavab vermək istəyirik.   Gəlin ilk öncə günahın nə olduğunu öyrənək. Görək bu işi Allahın pak bəndələrinə (peyğəmbərlərə) nisbət vermək olar ya yox. Günah nədir? Günah yəni; 1.       Dini-əxlaqi normaların pozulması, dincə qəbahət sayılan iş   2.       Cəzalanmalı hərəkət; təqsir. 3.       Nöqsan, çatışmazlıq. Günah yəni, Allaha qarşı çıxmaq. Dinimizdə Allahın qoyduğu qayda qanunları pozmağa, Allahın