Kayıtlar

Nisan, 2018 tarihine ait yayınlar gösteriliyor

Əhli sünnə məzhəbinə atılan iftiraya cavab – Əhli sünnə bütünlüklə namazda “Bismillah”ı tərk edir?

Resim
Bəziləri yanlış mütaliə edərək belə güman edir ki, guya əhli sünnə məzhəbi bütünlüklə namazda “bismillah”ı tərk edir. Halbuki məsələ heç də tamamilə belə deyildir. Sözügedən şəxslər sözlərinə yanlış arqumentlər də gətirirlər ki bu daha da gülünc vəziyyət yaradır. Sözü uzatmadan mövzu ilə əlaqəli şübhə və iradları qeyd edib cavablandıraq. Şübhə: Tövratın heç yerində “Bismillah” yoxdur. Bu səbəbdən əhli sünnə də namazda bismillah deməz. Cavab: Bismillahı təkcə Quran və İslamla məhdudlaşdırmaq olduqca yanlış bir addımdır. Çünki, Quranda Nuhun (ə) (“Hud” surəsi, 41) və Süleymanın (ə) (“Nəml” surəsi, 30) dilindən “Bismillah” ifadələri gəlməkdədir. Nuh (ə) insanları gəmiyə mindirərkən, Süleyman da (ə) məktub yazarkən bu kəlmədən istifadə etmişdir. Həmçinin təfsir və tarixi mənbələrdən oxuyuruq ki, İbrahimin (ə) atəşdə yanmamasının bir səbəbi də oda daxil olarkən “bismillah” deməsidir. Həmçinin Loğmanın (ə) uca məqam sahibi olması da yenə “Bismillah” sözünə göstərdiyi ehtiramla iz