Kayıtlar

Eylül, 2017 tarihine ait yayınlar gösteriliyor

“Məhərrəm ayı müqəddəs ay deyil” deyənlərə Qurandan müqəddəslik dəlili

Resim
Məhərrəm ayı barədə qeyd olunan məsələlərdən biri də, Məhərrəm ayının müqəddəs olub, olmamsı ilə əlaqəlidir. Müqəddəs sözünün mənalarını bilsək, məsələ öz-özlüyündə həllini tapar. Gəlin ilk öncə müqəddəs sözünün mənalarına diqqət yetirək; “Müqəddəs” sözünün mənaları. 1. Pak-pakizə - münəzzəh, bütün eyib və nöqsanlardan pak. 2. Ehtiram və hörmətə layiq. 3. Çox hörmətli, çox qiymətli. 4. Bərəkətli, mübarək. Bu qeyd etdiyimiz mənalar müqəddəs sözünün lüğət kitablarında ən məşhur mənalardır ki, qeyd etdik. (Lisanul-ərəb - 6/168- 169). Bu söz “müqəddəs,” “Quddus,” “quds,” “qudus,” kimi müxtəlif formalarda işlənsə də məna etibari ilə yuxarıda qeyd etdiyimiz mənaları ehtiva edir. Müqəddəs sözü ərəb sözüdür ki, dilimizə də keçmişdir. Deməli, müqəddəs sözü işlənmə yerlərinə görə, mənası; “pak-pakizə,” “eyib və nöqsanlardan uzaq,” “hörmətə layiq,” “bərəkətli və mübarək” mənalarına gəlir. İndi isə gəlin Məhərrəm sözünün mənalarına nəzər salaq. Məhərrəm sözü lüğətdə hara

Harun Yəhyanın Bakıdakı tərəfdarının: “İpək və qızıl kişiyə haram deyil, Hz. Əli də (ə) ipək paltar geyərdi” iddiasına cavab: “Qızl da, ipək də kişiyə Qiyamətəcən haramdır.”

Resim
“Dillərinizin yalandan dediyinə (və heç bir dəlil olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən “bu halaldır və bu haramdır” deməyin ki, Allaha yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, yalan yaxanlar əsla nicat tapmazlar.” (“Nəhl” 116) Bəziləri Allahın haram qıldıqlarını müasirlik adı altında halal elan etməyə çalışır. Söhbət ipək və qızılın kişiyə guya halal olmasından gedir. Bu mövzuda cəsarət tapıb daha da irəli gedərək, Hz. Əliyədə (ə) böhtan atılır və “Hz. Əli də (ə) ipək geyinərdi” deyə qeyd olunur. Sözü uzatmadan ipək və qızılın kişiyə haram olmasının dəlillərin dən bəzilərini birgə görək. İslamda geyim mədəniyyəti. İslamda geyim mədəniyyəti özü müstəqil bir mövzudur. Bu mövzu əsasən fiqh və əxlaq baxımından təhlil olunur. Sadə geyinmək, geyimdə israfa yol verməmək, geyinərkən sağdan başlamaq, s əliqəli və təmiz geyinmək, g eyimlə təkəbbürlük etməmək, yaşadığın mühitə uyğun libas geyinmək və sair məsələlər geyi

İmam Hüseynin “Mənə kömək edin” cümləsi Quran ayələrinə ziddirmi? İmam Hüseynin (ə) kömək istəməsi əslində nəyi çatdırır?

Resim
Həzrəti Hüseyn (ə) barədə maraqlı bir bəhs də bu mövzudur. Tarixin yazdığına görə imam Hüseyn (ə) bu məşhur cümləni qeyd etmişdir: “Həl min nasiri yənsur u ni?” “Mənə kömək edən varmı?” Tarixi hadisələrin gedişatına və Quran ayələrinə nəzət yetirdikdə bir məsələ zahirən gözə çarpır: Quran ayələrində Allah möminlərə kömək edəcəyindən söz açır. Həmin ayələrə nəzər yetirək: إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ “Şübhəsiz ki, Biz Öz rəsullarımıza və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.” ( “ Ğafir ” surəsi, 51) Burada maraqlı bir sual yaranır. Bir çox mömin dəstə zahirən məğlubiyyətə məruz qalıb. Hərbi baxımdan məğlub olub. Əgər Allah öz peyğəmbərlərinə və ona iman gətirənlərə dünya və axirətdə kömək edəcəyinə vəd veribsə tarix boyu şəhid edilən peyğəmbər və möminlərə niyə kömək edilməyib? Yaxud sualı belə qoyaq: Allahın vəd verdiyi kömək nədən ibarətdir?

Əhli sünnənin 4 məzhəb alimi Yezid haqqında: “Yezid kafirdir”.

Resim
(İmam Əhmədin oğlu) Salih bin Əhməd dedi: Atama dedim: bir qrup Yezidi sevdiklərini söyləyir. Dedi: Ey oğlum! Allaha və axirət gününə inanan bir kəs Yezidi sevərmi? Digər bir yerdə Muhənna belə nəql edir: “İmam Əhmədə Yezid bin Muaviyə bin Əbi Sufyan haqqında sual verdim, cavabında dedi: O Mədinədə elədiyini eləyəndir. Dedim: Nə edib ki? Dedi: Rəsulullahın (s) səhabələrindən bəzilərini öldürdü və etdi. Dedim: Nə etdi? Dedi: Oranı (Mədinəni) talan etdi. Dedim: Ondan hədis rəvayət edilərmi? Dedi: Ondan heç bir hədis rəvayət edilməz! (Mənbə: Əhməd İbn Teymiyyə: “Məcmuətul Fətəva” c. 4, səh. 295 Darul Vəfa: 1426/2005. İbn Teymiyyə “Məcmu Fətəva” c. 4, səh. 483 Fəhd nəşri.) Hənəfi fəqihlərindən Əbul Muntəhə Əl Məğnivəsi İmam Əbu Hənifənin “Əl Fiqhul-Əkbər” əsərinin şərhində səhifə 88-də Yezid barəsində yazır: “O spirtli içkini halal hesab etdi və Hüseyn və səhabələri öldürüldüyü zaman dedi: “Bədrdə öldürülən ata-babalarımın intiqamını aldım.” Buna bənzər digər s

“Nə üçün ancaq Hüseynə (ə) matəm saxlanılır, peyğəmbərə (s) matəm saxlanılmır?” şübhəsinə cavab

Resim
Şübhə: “Nə üçün ancaq Hüseynə (ə) matəm saxlanılır, peyğəmbərə (s) matəm saxlanılmır?” Necə də cılız və düşünülməmiş bir iraddır. Görəsən bunlara kim deyib ki, müsəlmanlar peyğəmbərə (s) matəm saxlamır? Bunu harada, necə müşahidə edib və bu cür uydurma qənaətə gəliblər? Hər bir müsəlman öz peyğəmbərinin (s) şəhadətində onun dünyadan getməsinə üzülür, kədərlənir. Yəqin imam Hüseynə (ə) irad tutmağa başları qarışan “peyğəmbər (s) sünnəsinin davamçılarının” heç peyğəmbər (s) də yadlarına düşmür. Digər tərəfdən, kimsə peyğəmbərə (s) matəm saxlamırsa, həzrəti Hüseynə (ə) də matəm saxlaya bilməz deyə bir qayda varmı? Bunu hardan uydurdunuz? Matəm keçirtmək vacib bir əməl deyil, müstəhəbb- savabı olan bir işdir. Hər bir şəxs istər bunu qeyd edər istərsə də etməz. Heç kim də digərini buna görə qınaya bilməz və bu ağılsızlıq olardı. Çünki Allah özü də bu işi tərk edəni qınamır. Lakin bu şəxs müəyyən savab və faydalı əməllərdən uzaq düşmüş olacaqdır. Fərz edək ki, qarşımıza iki müstəhəbb ə

“İmam Hüseyn şəhid olub Cənnətdədir, bəs niyə ona ağlayıb göz yaşı tökürsünüz?” iddiasına Quran və sünnədən cavab.

Resim
Şübhə: “İmam Hüseyn şəhid olub Cənnətə gedibsə bəs niyə ona ağlayıb göz yaşı tökməliyik?” Cavab: Bu iradı bildirənlər zahirən müsəlman olsalar da əslində, Allah Rəsulunu (s) ümumiyyətlə tanımayanlardır. Çünki Allahın peyğəmbəri (s) şəxsən özü dəfələrlə şəhidlərə, Cənnətlik olması dəqiq olan kimsələrə göz yaşı axıtmış, qəbirlərini ziyarət etmiş və onları yad etmişdir. Bu baxımdan bu irad imam Hüseynə (ə) ağlayıb göz yaşı tökənlərə deyil, birbaşa Allah Rəsulunun özünə olmuş olur. Lakin bu nadanlar ya həqiqətən bunun fərqindədirlər və dolayı yolla peyğəmbərə (s) irad tuturlar ya da ümumiyyətlə nə danışdıqlarından xəbərsizdirlər. Hər halda belələrinə bir neçə nümunə göstərməklə bir daha isbat edək ki, Allah Rəsulu (s) şəxsən özü şəhidlərə, həmçinin Cənnət əhli dəqiq olan şəxslərə göz yaşı töküb ağlamışdır. Sözümüzə ilk öncə Qurandan dəlil gətirib daha sonra sünnəyə keçid alaq. Cənnət əhlinə ağlayıb göz yaşı tökməyin Quranla isbatı. Hz Yaqub (ə) oğlu Yusif (ə) üçün ağlayır: Hz Ya