Davud (ə) məsumdur


Davud sözünün ibri dilində mənası “sevilən” deməkdir. Davud (ə) Bəni İsrailə göndərilmiş peyğəmbərlərdən biridir.
Məsumluq mövzusunu Davud (ə) - la davam etdiririk. Davud (ə) barədə deyilən irad, onun iki (mələk) qardaş barədə hökmdə etdiyi səhv ilə bağlıdır. Əlbəttə səhv sözünü Quran qəbul etmir. Gəlin ilk öncə sözügedən ayələri oxuyaq.

اصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاذْكُرْ عَبْدَنَا دَاوُودَ ذَا الْأَيْدِ ۖ إِنَّهُ أَوَّابٌ
(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi. (Sad 17)

إِنَّهُ أَوَّابٌ – O Allaha çox-çox pənah aparardı.

إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ
Biz dağları ram etdik. Onlar hər səhər –axşam onunla birlikdə (Allahı) pak sifətlərlə mədh edirdilər. (Sad 18)

وَالطَّيْرَ مَحْشُورَةً ۖ كُلٌّ لَهُ أَوَّابٌ
Və quşları onun ətrafına toplayıb (ona təslim etdik). (Dağ və quşların) hər biri (onun zikr və avazı ilə) Allaha tərəf çox qayıdırdılar. (Sad 19)

وَشَدَدْنَا مُلْكَهُ وَآتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ
Və onun hökmranlığını (say və gücünün çoxluğu ilə) qüvvətləndirdik və ona hikmət (əqli və ictimai elmlər, dini şəriətlər) və (haqq ilə batili bir-birindən ayıran) kəlamlar əta etdik.  (Sad 20)

Bu ayədə istifadə olunan sözlərə diqqət edək.
وَشَدَدْنَا مُلْكَهُ – Onun hökümətini, sultanlığını güclü etdik.
وَآتَيْنَاهُ الْحِكْمَةَ – Ona hikmət verdik.
 Hikmət – Hadisələrin sirrinə agah olmaq, düzgün hökm vermək.
وَفَصْلَ الْخِطَابِ – Güclü söz, ədalətli hökm verən. Fasl sözü əslində ismi fail mənasındadır. Yəni;     - فَاصل Doğru, düzgün hökm verən.

Diqqət edin! Quran özü bu qissəyə başladıqda Davud (ə) barədə “əvvab” yəni  “Allaha tərəf çox-çox qayıdan” kimi təqdim edir. Daha sonra Davud (ə) verilən elm və hikmətə Quran diqqət çəkir. Bu ayələrin təsadüfən belə olmadığını bir qədər sonra daha aydın şəkildə görəcəyik.

وَهَلْ أَتَاكَ نَبَأُ الْخَصْمِ إِذْ تَسَوَّرُوا الْمِحْرَابَ
Bir-biri ilə çəkişən o bi neçə nəfərin (yaxud bir neçə mələyin qurma çəkişməsinin Davudun) otaq və mehrab(ın) divarından aşan zamankı xəbəri sənə çatıbmı? (Sad 21)

إِذْ دَخَلُوا عَلَىٰ دَاوُودَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَاحْكُمْ بَيْنَنَا بِالْحَقِّ وَلَا تُشْطِطْ وَاهْدِنَا إِلَىٰ سَوَاءِ الصِّرَاطِ
O zaman onlar (qəflətən divarın o tərəfindən aşıb icazəsiz) Davudun yanına gəldilər və Davud onlardan qorxuya düşdü. Onlar dedilər: Qorxma! Biz birimiz digərinə qarşı haqsızlıq etmiş iki iddiaçıyıq. Bizim aramızda haqq əsasında hökm çıxar, ədalət yolundan çıxma və bizi doğru yola istiqamətləndir. (Sad 22)

إِنَّ هَٰذَا أَخِي لَهُ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِيَ نَعْجَةٌ وَاحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِي فِي الْخِطَابِ
(Onlardan biri dedi:) Həqiqətən bu şəxs mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim bir dişi qoyunum var. O, mənə “onu da mənə ver” dedi və o, söhbətdə (dildə pərgar olduğu üçün) mənə qalib gəlmişdir. (Sad 23)

قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِ ۖ وَإِنَّ كَثِيرًا مِنَ الْخُلَطَاءِ لَيَبْغِي بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَقَلِيلٌ مَا هُمْ ۗ وَظَنَّ دَاوُودُ أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩
(Davud) dedi: Şübhəsiz o, sənin dişi qoyununu öz qoyunlarına qatılmasını istəməklə istəməklə sənə zülm etmişdir. Həqiqətən malları bir-birinə qarışmış kəslərin çoxu bir-birlərinə qarşı haqsızlıq edirlər. İman gətirib yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar çox azdırlar. Davud (birdən) Bizim (bu tələsik hökm çıxarılmasında) onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi və rüku və səcdə edərək üzü üstə düşüb (Allaha) tərəf qayıtdı. ( Sad 24)

فَغَفَرْنَا لَهُ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُ عِنْدَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَآبٍ
Biz bunu (Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini) ona bağışladıq. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi vardır. (Sad 25)

يَا دَاوُودُ إِنَّا جَعَلْنَاكَ خَلِيفَةً فِي الْأَرْضِ فَاحْكُمْ بَيْنَ النَّاسِ بِالْحَقِّ وَلَا تَتَّبِعِ الْهَوَىٰ فَيُضِلَّكَ عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَنْ سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ
(Sonra dedik:) Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki,o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır. (Sad 26)

Bu mövzuda Davud (ə) doğru hökm çıxartmasını qeyd etmək doğru deyil. Quranın öz ayələri bunu izah edib çatdırır ki, Davud (ə) doğru və düzgün hökm verən bir şəxs idi. Davud (ə) qissəsindəki ayələrə diqqət yetirdikdə məsələnin incəliklərini görmək heç də çətin deyil. Qısa şəkildə işarə edək;

          Davud (ə) günah nisbət verənlər unutmasın ki, Davud (ə) ilahi peyğəmbərlərdəndir və Quran Davuda mühakimə və hökm vermək məsələsində xüsusi inayət edib. 
وَآتَيْنَاهُ الْحِكْمَةَ – Ona hikmət verdik. (Sad 20) 

          Bu hadisədə Allah onu iki mələk vasitəsi ilə sınağa çəkir. (Sad 22-23-24-25)
Yəni hətta fərz etsək ki, hökm doğru deyildi yenə də irada yer olmazdı. Çünki, nəticədə heç kimə zülm olunmayıb. Baxmayaraq ki, Davud (ə) mələklərlə imtahan olmasına baxmayaraq yenə də ən doğru hökmü çıxartmışdı.
          Davud (ə) qərarı doğru verməsinə baxmayaraq mühakimə tərzinə uyğun olaraq, qarşı tərəfi dinləmədən hökm verir. ( Sad 24)
          Qarşı tərəf haqsız olsa belə onun da söz haqqı olduğuna və mühakimədə hər iki tərəfin dinləməyin lazım olduğuna Quran bu qissə ilə diqqət çəkir.
          Davud (ə) elə bir hikmət verilmişdi ki, o qarşı tərəfi dinləmədən belə, kimin haqlı və kimin haqsız olduğunu aydın və şəffaf şəkildə bilə bilirdi. Allah özü doğru qərarı ona ilham edir və ya dilinə gətirərdi.
          Davud (ə) daha üstün olanı tərk etdi. Bu işdə ən üstü olan bu idi ki, qarşı tərəfi də dinləyə və daha sonra hökm çıxara.
          Peyğəmbərlər (ə) o qədər ali ruha və paklığa sahibdirlər ki, adi bir əməlin tərki də onları çox narahat edir və Allaha tərəf qayıdırlar.

أَنَّمَا فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَخَرَّ رَاكِعًا وَأَنَابَ  - “onu sınadığımızı bildi. Buna görə də öz Rəbbindən bağışlanmasını istədi, rüku və səcdə edərək üzü üstə düşüb (Allaha) tərəf qayıtdı.” ( Sad 24)

          Allah da belə olan halda günhı belə olmayan, ən sadə işləri belə onların bu tövbə (qayıdış)larına görə əfv edir.
          Əgər Davud (ə) günah etmiş olsaydı Allah onu bu hadisələrdən sonra yenə böyük əzəmətlə yad edib onu yer üzərində Öz xəlifəsi elan etməzdi.
(Sonra dedik:) Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. (Sad 26)

Qeyd: Bunu da qeyd etmək lazımdır ki, Davud  (və Süleyman (ə) ) barədə yəhudilikdə çoxlu təhriflər mövcuddur. Belə ki, Davud (ə) –ın Allahla güləşməsi, naməhrəm qadınlarla qeyri İslami rəftarları və bu kimi peyğmbərliklə və hətta insanlığa sığmayan sifət və əməlləri o mübarək insanlara nisbət vermişlər. Bu cür işlərin iftira olması hamıya məlum olduğu üçün bu mövzuya yenidən vaxt ayırmaq istəmədik.

Mahir Şəkərov – İlahiyyatçı yazar.





Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)