İsa (ə) məsumdur.

Hz İsa (ə) bəhsində əsasən iki məsələyə toxunacağıq. İsa (ə) dünyaya gəlişi və dünyadan xaric olması. Bu peyğəmbər barədə müzakirə obyekti olan əsas bu iki məsələdir. Hz İsa (ə) dünyaya gəlişi ilə bağlı təhrif olunmuş İncildə çox çirki iftiralar Hz Məryəm barədə yer alıb. Quranın paklıqla yad etdiyi pak və iffətli bir xanım barədə qeyd olunan o sözlərə burada yer vermək istəmirik. Gəlin birgə Quranın bu iki mövzuda olan yanaşmasını görək.

وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انْتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا
Bu kitabda Məryəmi, onun (Beytul-Muqəddəsin və ya öz evinin) şərq(in) dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal. (Məryəm 16)

وَاذْكُرْ فِي الْكِتَابِ - Bu kitabda Məryəmi yada sal. Kitabda məqsəd Quran yaxud Məryəm sürəsidir. Çünki, bu sürə də Quranın bir hissəsidir.
فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا - Bu kənara çəkilmə təfsirlərə əsasən onun qüsl alması üçün olduğu nəzərdə tutulur. Nə zaman ki bu işə ehtiyac duyardı Hz Zəkəriyyanın evinə gedər paklandıqdan sonra yenə məscidə qayıdardı.
Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi.

فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا
Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan sürətinə düşdü. (Məryəm 17)

“Ruh”da məqsəd Hz Cəbrail (ə)-dır. Cəbrail (ə) insan olmadı, insan sürətində göründü. Cəbrail (ə) - ın bu halı hədislərmizdə də mövcuddur. O, bəzən insan qiyafəsində bəzən də öz sürətində peyğəmbərimizin (s) hüzuruna gələrdi. Cəbrail (ə) ın bu halda görünməsi Məryəm (ə) üçün bir imtahan səbəbi idi. Onun bu halda hansı mövqe seçəcəyini, ismətini, iffətini Quran təqdim edir bütün bəşəriyyətə. Hz Cəbrail (ə) gözəl oğlan simasında xəlvət yerdə ona görünür. Belə zamanda Hz Məryəm Alaha pənah aparır.

قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَٰنِ مِنْكَ إِنْ كُنْتَ تَقِيًّا
Məryəm dedi: Əgər pəhrizkarsansa, mən səndən Allaha pənah aparıram. (Məryəm 18)

 إِنْ كُنْتَ تَقِيًّا  -  Əgər pəhrizkarsansa... – Buradakı (إِن) kəliməsinin-ədatının inkar mənasında olduğunu qeyd edən təfsirlərdə var. Belə olduqda məna belə olacaq; Sən pəhrizkar deyilsən. Pəhrizkar olsaydın icazəsiz bu xəlvət yerə daxil olmazdın.

قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا
Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm. (Məryəm 19)

غُلَامًا زَكِيًّا  - Pak oğlan. Həm zahiri və həm də batini paklıq.

قَالَتْ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا
Dedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər? (Məryəm 20)

وَلَمْ يَمْسَسْنِي بَشَر - Bəşər yalnız bəşər vasitəsi ilə arta bilər. Mələk, cin və s ilə yox. Əhli sünnə alimi – Zəməxşəri ayənin bu hissəsi ilə bağlı buyurur: “Məryəm “Mənə bir bəşərin toxunmadığı” sözü ilə bunu çatdırdı ki, ona nə halal və nə də haram yolla heç bir bəşər toxunmayıb.”(Zəməxşəri –Əl Kəşşaf, 3/133)

وَلَمْ أَكُ بَغِيًّا - Heç bir bəşər ilə də qeyri qanuni təmas olmayıb.
 قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ- Dedi: Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır... (Məryəm 21)

وَلِنَجْعَلَهُ آيَةً لِلنَّاسِ وَرَحْمَةً مِنَّا ۚ وَكَانَ أَمْرًا مَقْضِيًّا
Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” (Məryəm 21)

O zamanın camaatı özündən əvvəlki kitab və peyğəmbərləri inkar etdiklərinə görə, Allah belə bir təqdir edir. Ən aydın bir möcüzə. İsa (ə) beşikdə danışması və s.

 وَكَانَ أَمْرًا مَقْضِيًّا  - Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” (Məryəm 21)
Bu cümlə ilə Hz Məryəm anlayır ki, geriyə yol yoxdur. Bu iş gərək baş verə.

أَمْرًا مَقْضِيًّا   -Yəni bir iş ki, hökmü artıq verilib.

فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا
(Ruh mələyi Məryəmə üfürdü,) beləliklə İsaya hamilə oldu. Sonra o (Məryəm) öz uşaq yükü ilə uzaq bir məkana çəkildi. (Məryəm 22)

Hz İsanın Hz Məryəmin bətnində necə vücud tapması ilə bağlı təfsirlərdə müxtəlif sözlər var ki, bəzilərini qeyd etməyi belə lazımlı bilmirəm. Bəzi təfsir alimləri ümumiyyətlə bu məsələyə girməməyi tövsiyə edirlər. Bununla belə bu prosesi incələməyə cəhd edən təfsirçilərimiz də mövcuddur. Məsələn bəzi təfsirlərdə (Əl-Mizan c 14, səh 52) hədis gətirilir ki, Cəbrail (ə) Hz Məryəmin ətəyinin altına üfürdü və bir anda Hz Məryəm hamilə oldu. Digər bir təfsirdə (Təfsire Nümunə və Təfsire Kəbir) qeyd olunur ki, Cəbrail (ə) onun köynəyinə toxunmaqla yaxud ağzına üfürməklə bu hadisə baş verdi. Əlbəttə bu qeyd olunan rəvayətləri və onlarda istifaə olunan sözləri geniş bəhslərdə izah etmək olar.
Qurtubi öz təfsirində qeyd edir ki, “Cəbrailin üfürməsi, bu mənada başa düşülməsin ki, o ruhdan (ondan) İsa (ə) vücud tapdı. Belə olsa onda onun bir qismi mələki və qismi isə insan olaraq başa düşülər.” (Qurtubi 4/93)
Bu məsələdə Əl-Mizan təfsirinin müəllifi çox gözəl və qaneedici bir cavab verir: “Ruhun üfürülməsi Hz Məryəm barədə bu mənadadır ki, o Hz İsanı normal dünya qaydaları ilə həyata gətirmədi. Normal bir uşağın dünyaya gəlməsində baş verən proseslər Hz İsa (ə) üçün baş vermir.Və “ruhun üfürülməsi” Hz Məryəm üçün baş verir. “Ruh”da məqsəd Allahın “ol” sözü idi.” (Əl-Mizan c 14, səh. 316-317)
Quranı Ali-İmran sürəsində qeyd olunan məsələ əksini tapır. Uca Allah buyurur: “ Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışın necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “ (canlı insan) ol! dedi, o da oldu. (Ali-İmran 59)
Əl-Kəşşaf təfsirinin müəllifi isə “İsa (ə) Hz Məryəmin bətnində qərar tutduqdan sonra orada ona ruh verilməsini qeyd edir.” (Zəməxşəri, Əl-Kəşşaf təfsiri 3/313)
Eyni mətləbləri digər təfsirlərdə də dolayı yollarla ifadəsini müşahidə edirik. Məsələn, Tebyan təfsiri, Şeyx Tusi – 7/276)
Üfürülən ruhla bağlı bəzi təfsirlərdə hədislərə istinadən qeyd olunur ki, həm Hz Adəmə və İsa (ə) üfürülən ruh bir məxluq olub. Başqa sözlə desək; Hz İsa mövzsunda iki ruhdan söz açılır. Biri Hz Cəbrail (ə) ki, Hz Məryəmlə söhbətləşmişdi. Təfsir qeyd edir ki, bundan əlavə daha bir ruh da xəlq edildi və o ruh Hz isa (ə) kimi Hz Məryəmin bətnində vücud tapdı. (Təbərisi, 3/233)

Hz Məryəmin hamiəlik müddəti nə qədər çəkdi?

İnsanlar dünya qanunlarına əsasən bir qadın 6-9-13 ay müddətinə bir uşağı dünyaya gətirə bilir. Görəsən Hz Məryəm barədə bu proses necə gerçəkləşdi? Quran ayələrinin xüsusi gözəlliklə düzülüşü bizə bəyan edir ki, bu məsələ qısa zaman kəsiyində baş vermişdir. Hz Məryəm bu olayları Qüds şəhərində yaşayır.16-17-18 yaşlarında pak bir qadın. Hamilə olduqda bu şəhərdən çıxır. Qüds o zaman, elə indinin özündə də bir çox əlaəvlər olmasına baxmayaraq yenə də çox böyük şəhər deyildi. Beytul-Müqəddəs burada olduğu üçün Hz Məryəm uşağı kənar bir yerdə dünyaya gətirmək istəyir.

فَأَجَاءَهَا الْمَخَاضُ إِلَىٰ جِذْعِ النَّخْلَةِ
Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. (Məryəm 23)

Diqqət edin! Bu proseslər davamlı şəkildə baş verir. Ayənin “fə” ilə başlaması buna dəlalət edir.
فَحَمَلَتْهُ   - Hamilə oldu.
 فَانْتَبَذَتْ   - Uzaq bir məkana çəkildi.
 فَأَجَاءَهَا   - Getməyə vadar etdi.

Təfsir və rəvayətlərdə bu zaman kəsiyi ilə bağlı müxtəlif rəqəmlər mövcuddur.
Təfsiri Qumi yazır: “Hz Məryəm axşamçağı hamilə oldu və səhər uşağı dünyaya gətirdi.” (Təfsire Qumi 2/49)
Əllamə Məclisi: “Hz Məryəmin hamiləlik dövrü 9 saat çəkdi ki, hər saat bir ay hesabında idi.” (Əllamə Məcslisi 14/219)
Bəzi rəvayətlərdə bu hamiləlik dövrünün 6 ay olduğu da qeyd olunur.Əlbəttə bu hədis mötəbər hədis deyil. Qeyd etdiyimiz kimi, hamiləlik dövrünün çox qısa olmasının tərəfdarıyıq və sözümüzə dəlil də yuxarıda qeyd etdiyimiz dəlildir.
Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. (Məryəm 23)

جِذْعِ النَّخْلَةِ   - Xurma ağacının quru gövdəsi. Qurumuş ağaca Allah bar verməklə sanki bunu deyir: “Bu qurumuş xurma ağacına bar verdiyim kimi sənə də insan əli dəyməmiş İsanı (ə) bəxş etdim.”
Bu hadislər az zamanda baş verir və Hz Məryəm xurma ağacına yetişir və deyir:
قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَٰذَا
Ey kaş bundan qabaq öləydim.
Bu sözü ona görə deyir ki, bilir camaat buna tənə vuracaq və onu ittiham edəcəklər.
وَكُنْتُ نَسْيًا مَنْسِيًّا
“və ya tamamilə unudulaydım!” (Məryəm 23)

فَنَادَاهَا مِنْ تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا
Beləliklə (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən Allah ayağının altından axar arx, (və möhkəm övlad) qoyub. (Məryəm 24)

وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا
Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün. (Məryəm 25)
Qurumuş xurma ağacının tezliklə bar verməsi daha bir ilahi nişanə idi və Hz Məryəmin paklığına dəlalət edən növbəti bir dəlil.
فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا
Beləliklə (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun.
فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنْسِيًّا
Camaatdan kimisə görsən (işarə ilə ona) həqiqətən mən Rəhman Allah üçün (sükut) oruc(u) nəzir etmişəm, buna görə də bu gün heç bir insanla danışmayacağam de. (Məryəm 26)

فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ ۖ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا
(Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi. Onlar dedilər: Ey Məryəm, sən doğruda da təəccüblü və xoşagəlməz bir iş görmüsən.
يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا
Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub. (Məyrəm 28)

Niyə Hz Məryəmə Harunun bacısı deyilir?
Musa və Harun (ə) Hz Məryəmin bacısı deyil. Hz Məryəmin qardaşı yox idi, bununla belə Harun (ə) la Hz Məryəm arasında uzun fasilə vardır. Doğrudur ki, Quranda Hz Məryəm barədə “Ey Harunun bacısı” ifadəsi işlədilmişdir. Ayənin izahı ilə bağlı təfsirlərə müraciət etdikdə görürük ki, Harun (ə) Bəni İsaril arasında paklığı ilə dillər əzbəri olmuşdu. Bəni İsraildə adət idi, hər kimi istəsəydilər paklıqla yad etsinlər ona “Harunun qardaşı” yaxud “Harunun bacısı” deyə xitab edərdilər.
Muğirə ibn Şöbə belə rəvayət edir: "Bir gün peyğəmbər (s) bəzi ehtiyacları ilə bağlı məni Nəcran qəbiləsinə göndərdi. Mən ora çatdıqda onlar mənə dedilər ki, siz bu ayəni ("Ey Harunun bacısı..." Məryəm, 28) oxuyursunuzmu? Bu necə ola bilər? Axı, Musa və Harun, İsa ibn Məryəmdən neçə əsr qabaq yaşayıb və s. Belə olduqda mən onlara nə cavab verəcəyimi bilmədim. Peyğəmbərin (s) yanına qayıtdıqda məsələni ona danışdım. Peyğəmbər (s) buyurdu: “Nə üçün onların cavabında demədin ki, Bəni İsrail pak şəxsləri peyğəmbər və saleh şəxslərə nisbət verirlər.”
Məryəm Hz Harunun soyundan olduğu üçün də ona bu cür xitab olunduğunu qeyd edənlər vardır. Ərəblərdə (və digər bəzi qövmlərdə) adətdir ki, paklıqla tanınan bir şəxsi, o qəbilədən olan birinə nisbət verməklə “ey filankəsin qardaşı” deyə xitab olunsun.
Mənbələr.
1.Nümunə təfsiri, c 13, səh. 51.
2.Hidayət təfsiri, c 7, səh 35.
3. Təfsire Əhsənul-hədis, c 6.

فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا كَيْفَ نُكَلِّمُ مَنْ كَانَ فِي الْمَهْدِ صَبِيًّا
(Məryəm) ona (uşağa) tərəf işarə etdi (ki, ondan soruşun). Dedilər: Beşikdə olan körpə uşaqla necə danışaq? (Məryəm 29)

قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا
(Həmin körpə dilə gəlib) dedi:Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib. (Məryəm 30)

وَجَعَلَنِي نَبِيًّا   - Nəbi kəlməsi gəlib Rəsul yox. Çünki, hər rəsula kitab verilməyib. Allahın göndərdiyi 124 min nəbidən ancaq 313 nəfəri risalət məqamını daşıyırdılar. Üstəlik peyğəmbərlərin hamısı şəriət sahibi olmamışlar, fəqət beş nəfər rəsul şəriət sahibi idi. Bu beş nəfər – Nuh, İbrahim, Musa, İsa və Hz Muhəmməd (s) dir. Əqidəmizə əsasən İslam peyğəmbəri (s) bütün peyğəmbərlərin ən üstünüdür. Hər rəsul nəbidir, ancaq hər nəbi rəsul deyildir.

وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنْتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا
Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki, sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb. (Məryəm 31)
Bu ayədən öyrənirik ki, oruc, namaz, zəkat digər dinlərdə mövcud olub.

وَجَعَلَنِي مُبَارَكًا   - Məni mübarək qərar verdi. Bu cümlə ilə İsa (ə) bütün zamanlarda olan bir şübhəni – Hz Məryəmə nisbət verilən mənfi işi – alt-üst edir. Allah məni mübarək qıldı. Bu işdə dünyaya bu cür gəlməyim Allahın istək və iradəsidir.

وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا
Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən mərum etməyib. (Məryəm 32)

وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدْتُ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا
Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam. (Məryəm 33)

Bura qədər oxuduğumuz ayələrdən belə məlum oldu ki, Hz Məryəm pak, iffətli bir xanım olub. Bu xanımın iffət və paklığı barədə ayrıca mütaliə etsək daha dəyərli məlumatlarla da qarşılaşarıq.

Hz İsa (ə) barədə olan digər bir əsas mövzu isə onun aqibəti barədədir. İsa (ə) –mı çarmıxa çəkildiyini, və hətta onun dəfn olunduğunu qeyd edən İncillər var. Amma Quran nə çarmıxa çəkilməsini və nə də öldürülməsini qəbul etmir. Elə isə İsa (ə) hardadır? Mövzumuzu Quranla davam etdirək;
‏ وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ ‏
Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiylələrə cavab verənlərin ən yaxşısıdır. (Ali İmran 54)

‏ إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ‏
(Yada sal) o zaman(ı) ki, Allah dedi: Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldırcaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları kafirlərdən üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam. (Ali İmran 55)
إِنِّي مُتَوَفِّيكَ  - Ayənin bu hissəni bəzən doğru tərcümə etmirlər. Burada məqsəd bu deyil ki, Allah onu öldürəcək. Allah onu özünə tərəf aparması burada qəsd olunur. Nisa 156-ya keçid alaq.

وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَى مَرْيَمَ بُهْتَانًا عَظِيمًا

Həmçinin (İsaya qarşı olan) küfrlərinin və Məryəmin (İsanı haradan gətirməsi) barəsində dedikləri böyük böhtanın cəzası olaraq. (Nisa 156)

وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ
Və eləcə də “biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük demələrinə görə (lənət və əzaba düçar oldular)!

 عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ    - Bu söz İsa (ə) barədə istehza məqsədi ilə deyildi. Onlar onu həqiqətdə Allahın Rəsulu olduğunu qəbul etsəydilər haqqında o cür qərar verməzdilər.

وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَكِن شُبِّهَ لَهُمْ
Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlarla belə göründü. (Nisa 157)

Sual: Niyə Quran həm öldürməkdən və həm də çarmıxa çəkməkdən söz açır?
Cavab: Çünki, Xristianların bir qismi düşünürdü ki, İsa (ə)- ımı öldürdülər. Digər, böyük qismi isə düşünürdü ki, İsa (ə)-mı çarmıxa çəkiblər. Odur ki, Quran hər iki düşüncənin batilliyini Quranda bu ayə ilə əks etdirir.
وَلَكِن شُبِّهَ لَهُمْ   - Amma iş onlarla belə göründü. Həmin şəxs dönüb İsa olmur, onlara İsa (ə) kimi görünür və səs tonu dəyişir. İsa (ə) Allahın möcüzəsi ilə Allah dərgahına ucalır.

وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًا
Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər. (Nisa 157)

بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا
Əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir. (Nisa 158)

رَّفَعَهُ   - Onu Öz dərgahına ucaltdı. Ona izzət bəxş etdi.

وَإِن مِّنْ أَهْلِ الْكِتَابِ إِلاَّ لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا
Kitab (Tövrat və İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi və qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur.) (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra və) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır. (Nisa 159)

İsa (ə) barədə olan ikinci şübhə, yəni onun öldürülməsi və ya çarmıxa çəkilməsini də Quran baxımından öyrənmiş olduq. İsa (ə) mövzusunu Hz peyğəmbərin (s) bir hədisi ilə yekunlaşdıraq.
Hz peyğəmbər (s): “İmam Əli (ə) Hz İsa (ə) kimi yeganə insandır ki, onunla bağlı tarixdə üç dəstə yaranmışdır. Vaxtilə bir dəstə Hz İsaya (ə) iman gətirmişdi; bunlar həvarilər və əsil möminlər idi. Bir dəstə o həzrəti çarmıxa çəkib öldürmək istədi; bunlar yəhudilər idi. Bir dəstə də ifrat edib, Onu Allahın oğlu və ilah saydı; bunlar xaçpərəstlərdir. Hz Əliyə (ə) münasibətdə də insanlar üç dəstəyə bölünür. Bəziləri o həzrəti sevirlər; bunlar əsil möminlər və o həzrətin tərəfdarlarıdır. Bəziləri Onunla düşmənçilik etmişlər (xəvaricdən olanlar və nasibilər kimi). Bir dəstə də Onu ilah sayıb müqəddəsləşdirmişdir (əliallahilər kimi). Bu üç dəstənin birincisi cənnətdə, ikinci və üçüncüsü isə cəhənnəmdə olacaq.” (Xarəzmi. Mənaqib, səh. 317, hədis 318).

İlahiyyatçı yazar – Mahir Şəkərov.


Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)