Tövbə 43 peyğəmbəri (s) tərif edir, məzəmmət yox! – Hz Muhəmməd (s) məsumdur.
İslam peyğəmbəri (s) haqda olan bir irad da budur; Allah Tövbə sürəsində peyğəmbərə (s) buyurur: عَفَا اللَّهُ عَنْكَ – “Allah səni bağışlasın” Ayənin həqiqi mənasını bilməyənlər, iddia edirlər ki, burada məqsəd Allah Rəsuludur (s). Ayəni oxuyaq;
Ayə belədir:
عَفَا اللَّهُ عَنْكَ لِمَ أَذِنْتَ لَهُمْ حَتَّى يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ
“Allah səni bağışlasın! Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?” (Tövbə - 43)
Allah bu sözü عَفَا اللَّهُ عَنْكَ (Allah səni bağışlasın) buyurmaqda məqsədi Peyğəmbərin (s) günah və xəta etməsi deyil. Bu mətləbin daha da aydın olması üçün aşağıdakı izahlara diqqət edək:
1. Bu cümlə tərifqarışıq duadır. Bəzi böyük şəxsiyyətlər onu azərbaycan dilində işlənən “Allah səni bağışlasın” kimi sözə oxşar mənada tutaraq, birinin barəsində günah nisbəti verilmədən də dua niyyəti ilə söylənən ərəbcə bir ifadə olduğu qənaətindədirlər.
2. Ayə zahirdə Peyğəmbəri (s) danlasa da həqiqətdə izn verilmiş münafiqlərin rəzalətini bildirir.
Yəni nədən onlara iştirak etməmək izni verdin və onların ləyaqətləri olmadan yersiz üzrlərini qəbul etdin? Niyə qoymadın ki, onların rəzillikləri üzə çıxsın?
Yəni sənin icazə verməyin günah deyil, sadəcə onların izn almağa ləyaqəti yoxdur. Beləliklə Allah Peyğəmbəri (s) danlayırmış kimi davranaraq üzrü olmadan cihaddan üz döndərənlərə sərt münasibət bildirir.Hədislərə və təfsirlərdə bu ayə haqqında danışılarkən burada eyhamın olduğunu qeyd edirlər.
“Qapıya deyirik ki, divar eşitsin” məsəlindəki kimi (yəni, qızım sənə deyirəm, gəlinim sən eşit).
3. Ərəbcə «عَفَا اللَّهُ عَنْكَ» cümləsi ərəblər arasında çox məşhur bir ifadədir ki, o dinləyicinin təqsirkar olduğundan xəbər vermir. Necə ki, hədis və rəvayətlərdə Peyğəmbərin (s) haqqında bu cümlə çox işlənmişdir. Tarixi misal: Zeyd ibn Əli nəql edir: Allahın Rəsulu (s) buyurdu, otaqda yatırdım, Cəbrail (ə) otağa daxil olub məni tərpədərək dedi: «عَفَا اللَّهُ عَنْكَ», «Ey Muhəmməd qalx, miniyə əyləş, sonra Allahın dərgahına daxil ol...».
Bu hədis Merac hadisəsini anladır. Həmin hadisədə Həzrət Peyğəmbərin (s) heç bir günah törətməyindən söz getmir. Əksinə, Cəbrail (ə) bu cümləni işlətməklə Peyğəmbərin (s) daha da əzəmətini göstərmişdir.
Buna oxşar ifadələr onun tərəfdarları tərəfindən Əhli-beytin haqqında da heç bir günaha dəlalət etmədən işlənmişdir. Əhli-beytin bəzi dostları da, və ya səhabələr öz aralarında bir-birlərinə xitab edərək اَصلَحَكَ اللّه, yəni "Allah səni islah etsin". Ola bilsin ki, bu sözü eşidərkən kimlərsə onların fəsad törətdiklərini anlasın. Bir halda ki, həqiqət belə deyildir. "Allah səni islah etsin" cümləsi həmin zamanlar xoşməramlılıq mənasında işlənilirdi.

Mahir Şəkərov- İlahiyyatçı yazar.

Yorumlar
Yorum Gönder