Ölülər bizi eşidir - Quran və sünnə işığında 1-ci hissə.

Diqqət! Bu araşdırma 313NEWS.NET-ə məxsusdur. Bu mövzuda çox əhatəli araşdırma olduğundan sizlərə də təqdim edirik.

 
Ölülər eşidirmi?
1.   Mövzunun tarixi əsası və əhəmiyyəti

Mövzunun tarixi əsası və əhəmiyyəti
İlk sələfi alimlərinin fətvaları
İbn Abi Dünya, İbn Abdul Bərr, Əl Qurtubi, İbn Əl Qayyim və əş-Şənqiiti kimi müasir dövrümüzün demək olar ki, bütün böyük sələfi qəhrəmanları ölülərin bizi eşidə bildiyi fikrində idilər.
Hətta sələfin şeyxül-islamı da bu fikirdə idi. Dirilərin ölüləri ziyarət edəndə onların bundan xəbərdar olub olmadıqları barədə İbn Teymiyyədən soruşulanda o, belə cavab vermişdir.
“Heç şübhəsiz, ölülər onları ziyarətə gələnlərdən xəbərdardırlar.”
Və dəlil olaraq ibni Teymiyyə aşağıdakı hədisi sitat gətirmişdir:
“Ölünün xəbərdar olmasının sübutu Buxari və Müslimin Səhih kitablarında keçir ki, burada Allah rəsulu (s) buyurmuşdur: “İnsanlar ölünü dəfn edib evlərinə qayıdanda, ölü həmin insanların ayaq səslərini eşidir.”
Məcmuət-əl-Fətva. İbni Teymiyyə. cild 24, səh. 362
Sələfiləri sonralar ibn Teymiyyənin fətvasından uzaq salan səbəb nə oldu?
İbn Teymiyyənin fətvalarında ziddiyyətlər meydana çıxdı. Bir tərəfdən o deyirdi ki, ölü eşidir, digər tərəfdən isə fətva verir ki, Rəsulallahdan (saas) Allaha yaxınlaşmaq üçün onun vəfatından sonra nəsə (məsələn şəfaət) istəmək şirkdir. İbn Teymiyyəyə görə, o (saas) yalnız sağlığında bizim üçün nəsə istəyə bilərdi, lakin vəfat etdikdən sonra o, (saas) bizim üçün dua etməyə, nəsə istəməyə qadir deyil.
Lakin İbn Teymiyyə bu sualın cavabını tapa bilmirdi ki, əgər vəfat etdikdən sonra Rəsululllah (saas) bizi eşidə bilirsə, onda onun bizim üçün şəfaət etməsinə mane olan nədir və bizim peyğəmbərdən şəfaət istəməyimiz necə şirk ola bilər?
Sonrakı Sələfilərə görə, Rəsulallahdan (saas) şəfaət istəyən və ona salavat göndərib qəbrini ziyarət etmək istəyən bütün müsəlmanlar müşrik olurlar. Ancaq Ibni Teymiyyə kimi, onlar da bu gizli məsələni aydınlaşdıra bilmirdilər ki, əgər Rəsulallah (saas) bizi eşidə bilərsə, onun şəfaət etməsinə mane olan və bu əməli şirkə çevirən nədir?
Onların əvvəlki risalələrində mövcud olan bu ziddiyyət səbəbilə, onlar Ibn Teymiyyənin fətvasından uzaqlaşdılar və ölünün eşitdiyini inkar etdilər.
Sonra Muhamməd ibn Abdülvahhab belə bir fətva verdi:
“Əgər insan qəbirin yanında ölünün bağışlanması üçün dua edərkən onunla danışırsa, müşrik olur.”
Fəth əl-Məcid, səh. 208
Hal hazırda, Sələfi qardaşların ən vacib və təməl inanclarından biri ölən insanın eşitdiyini təkzib etməkdir. Onların əksər risalələri bu əsasda yazılır və onlar başqa müsəlmanları müşrik qrupuna aid edirlər.
Beləliklə, gəlin, Allahın köməyi ilə başlayaq.
Ölülərin eşitməsi haqqında Qurandan və Hədisdən Dəlil
Quran Saleh (ə) Peyğəmbərin sözlərini ölülərə xatırladır. Bu nitq onun dövləti dağılandan sonra söylənilib.
(əl-Əraf 7:77) Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər.
(əl-Əraf 7:78) Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
(əl-Əraf 7:79) (Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”
Lütfən bunu qeyd edin ki, Qurandakı bu ayələrə əsasən, AllahSalehin (ə) qövmünü məhv etdikdən sonra Saleh (ə) həmin qövmə müraciət edir. Buradan aydın olur ki, ölülərin ruhları eşidə bilir, belə olmayan halda Salehin (ə) öz xalqına müraciətinin mənası nə ola bilər? Yoxsa sələfilər Salehin Faydasız iş gördüyünü və Müşrik olduğunu düşünürlər (İbn Abdul Vahhabın sözlərinə görə, əgər bir nəfər ölülərin eşitməsini düşünürsə, bu o deməkdir ki, o şəxs müşrikdir)?Bəs nə üçün Allah bu faydasız və siyasi işi Quranda xatırlatmışdır?
İkincisi, sələfilər Salehin (ə) nitqinin hər bir şəxsə və ya öz dövlətindəki hər bir ölüyə çatdırılması üçün Uca Səslə danışan Natiqlərdən istifadə etdiyini düşünürlər? Xeyr, o uca səslə danışan natiqlərdən istifadə etməmişdir, çünki Müqəddəs Quran onun xalqının hər bir nümayəndəsinin bu nitqi eşitməsinə şahidlik edir.
Bu açıq-aydın göstərir ki, yaxınlıqdan və ya uzaqdan gələn çağırışların ölülər üçün heç bir fərqi yoxdur. Onların eşitmə imkanları canlıların (dirilərin) eşitmə imkanlarından fərqlidir və onlar bir-biri ilə müqayisə oluna bilməz. Əgər bir şəxs müqayisə edirsə o, əlbəttə ki, səhvə yol vermiş olur.
Allah bu imkanların nə olduğunu bizə bildirməyib, lakin Quran ölülərin yaxın və ya uzaq olmasından asılı olmayaraq bizi eşitməsinə şahidlik edir. Buna inanmaq üçün bu bizə kifayətdir.
Üçüncüsü, nə üçün sələfilər Salehin (ə) öz ölmüş xalqına “Ey Qövmüm” deməsini normal qəbul edirlər, amma bizim “Ya Rəsulallah” deməizi şirk hesab edirlər?
Şuayb Peyğəmbərin ölülərlə danışması
Qurandan ayələr:
(əl-Əraf 7:91) Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).
(əl-Əraf 7:92) Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.
(əl-Əraf 7:93) (Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”
Rəsulallah (saas) Bədr döyüşündə öldürülmüş küffarlara müraciətində
İbn Ömər tərəfindən söylənilmişdir:
Allahın Elçisi (s) quyuda basdırılmış insanlarla danışaraq demişdir: “İndi Rəbbinizin sizə verdiyi vədinin doğru olduğunu gördünüzmü?”. Sonra kimsə ucadan dedi: “Sən ölülərəmi səslənirsən!”. Peyğəmbər cavab verdi: “Onlar sizdən daha yaxşı eşidir, lakin onlar cavab verə bilmirlər.
Səhih, Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 452
Əbu Təlha tərəfindən söylənilmişdir:
“Bədr günündə Peyğəmbər (s) əmr verdi ki, Qüreyşlilərin 24 başçısının cəsədləri Bədrin çirkli dərin quyularından birinə atılsın. O quyunun kənarında dayanan zaman Allahsız Qüreyş cəsədlərinin adları və atalarının adları ilə onlara müraciət etdi: “Ey filankəsin oğlu filankəs! Allaha və onun elçisinə boyun əysəydin razı qalardın. Rəbbimizin bizə verdiyi vədin doğru olduğunu bildik. Sən də Allahın sənə verdiyi vədin doğru oduğunu anladınmı?” Ömər dedi: “Ey Allahın elçisisi! Sən ruhu olmayan cəsədlərlə danışırsan!” Allahın elçisisi dedi: “Allaha and olsun ki, onlar sizdən daha yaxşı eşidir.” (Qatada dedi: “Allah onları yenidən diriltdi ki, onlar peyğəmbəri və onun töhmətlərini eşitsinlər, peyğəmbərin qisası alınsın və onları məcbur etdi ki, özlərini tam peşman olmuş və kədərlənmiş hiss etsinlər.”)
Səhih Buxari, 5-ci cild, 59-cu kitab, hədis № 314
Və Ənəs b. Malik dedi ki:
Allahın elçisi (saas) Bədrdə döyüşmüş kafirlərin cəsədlərini üç gün basdırılmamış halda qoydu. Sonra o onların yanına gələrək orada əyləşdi və onları çağıraraq dedi: Ey Əbu Cəhl b. Hişam, Ey Üməyyə b. Xələf, Ey Utba b. Rab`ilə, Ey Şaibə b. Rəbiyə Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anlamadınızmı? Mənə gəlincə isə, mənim Rəbbimin vədlərinin tamamilə doğru olmasını bilirəm. Ömər Allah elçisinin (saas) sözlərini dinlədi və dedi: Ey Allahın elçisi, onlar səni necə eşidib cavab verə bilər? Onlar ölüblər və onların cəsədləri çürüyüb. Bundan sonra, o (müqəddəs peyğəmbər) dedi: Allaha and olsun ki, mənim dediklərimi onlar sizdən daha aydın eşidirlər, lakin onların cavab vermək qüdrəti yoxdur. Sonra o göstəriş verdi ki, onlar Bədr quyusunda dəfn olunsun.
Səhih Muslim, 040-cı kitab, hədis № 6869
İbn Şihab tərəfindən söylənilmişdir:
Bunlar Allah elçisinin vuruşduğu döyüşlərdir və Bədr döyüşünü xatırlayarkən o dedi: Kafirlərin cəsədləri quyuya atılarkən Allahın elçisi onlara dedi: “Rəbbinizin sizə verdiyi vədin doğru olduğunu anladınızmı?” Abdullah dedi: “Peyğəmbərin dostlarından bəziləri dedi: “ Ey Allahın elçisi! Sən ölmüş insanlara müraciət edirsən? Allahın elçisi cavab verdi: Mənim dediklərimi onlar sizdən daha yaxşı eşidirlər.”
Səhih Buxari, 5-ci cild, 59-cu kitab, hədis № 360
Xahiş edirik qeyd edəsiniz ki, Rəsulallah (saas) quyuda ölmüş şəkildə qalan kafirlərə müraciət edir və o, ölü cəsədlərin ruhlarının dirilərdən daha yaxşı eşitdiyini iddia edir.
Bir anlığa təsəvvür edin, əgər siz DİRİ olaraq basdırılsanız hər hansısa bir səsi (yaxın və uzaq) Eşidə bilərdinizmi? Cavabınız yəgin ki, “Xeyr!” olacaq, çünki yaxın və ya uzaqdan gələn səsin yalnız sağ olan insan üçün fərqi var ki, yaxından gələn səsi eşidir, amma uzaq məsafədən isə eşidmir. Ruhlar üçün isə məsafənin heç bir fərqi yoxdur və onlar səsin yaxın və ya uzaq məsafədən gəlməsindən asılı olmayaraq onu eşidəcəklər.
Sələfilər ikili standartlarını nəzərdən keçirməlidirlər, yəni, Rəsulallah (saas) “Ey Əbu Cəhl...... Ey Ümayyə....... Ey Utba....” deyən zaman doğru, lakin “Ya Rəsulallah (saas)” deyəndə isə şirk olurmu?
Ölülər ayaq səslərini eşidirlər
Ənəs bin Malik demişdir:
Allah elçisi dedi: Allahın qulları məzara qoyulan zaman və onun dostları geri dönən zaman o, onların hətta ayaq səslərini belə eşidir və sonra iki mələk onun yanına gəlir və onu əyləşdirir və soruşur.
1. Səhih Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 456
2. Səhih Muslim, 040-cı kitab, hədis № 6862
Diri olaraq məzarda basdırılan bir şəxs ayaq səslərini eşidə biərmi?
Qəbristanlığın yanından ötən zaman Müsəlmanların ölüləri necə salamlaması haqqında Rəsulallahın (saas) söylədiyi bütün HƏDİSLƏR
Bu da çox maraqlıdır ki, sələfilər ölülərin hətta salamları da eşitməməsini iddia edirlər. Gəlin bütün ömrü boyu Rəsulallahın ölüləri salamladığı “Əssalamu Aleykum Ey Qəbir Əhli” sözləri iləonların iddiasını müqayisə edək.
(Qeyd: Aşağıdakı bütün istinadlar Səhih Müslimdən gətirilmişdir və Abdul Hamid Siddiqi adlı sələfi tərəfindən İngilis dilinə tərcümə olunmuşdur.)
Əbu Hüreyrə demişdir: Allahın elçisi (saas) qəbristanlığa getmiş və demişdir:
Allahın salamı sizlərə olsun! Ey iman gətirənlər, Allahın köməyi ilə biz də sizin yanınıza gələcəyik. Mən öz qardaşlarımı görməyi xoşlayıram. Onlar (bunu eşidənlər) dedilər: Biz sənin qardaşların deyilikmi – Ey Allahın elçisi? O dedi: Siz mənim dostlarımsınız və bizim qardaşlarımız hələ dünyaya gəlməmiş kəslərdir.
Səhihi Muslim, 002-ci kitab, hədis № 0482
Əbu Hüreyrə demişdir: Allahın Elçisi (saas) qəbristanlığa getmiş və demişdir:
Allahın salamı sizlərə olsun! Ey iman gətirənlər, Allahın köməyi ilə biz də sizin yanınıza gələcəyik...(v.s və ilaxır) Malikin sözləri istisna olmaqla İsmayıl b. Cəfər tərəfindən söylənilmiş hədis kimi: Sonra bəzi insanlar mənim hovuzumdan qovulacaq.
Səhihi Muslim, 002-ci kitab, hədis № 0483
Süleyman b. Burayda atasından nəql etmişdir ki, onlar qəbristanlıqdan çıxan zaman Allahın elçisi (saas) onları öyrədərdi. Rəvayət edənlərdən biri Əbu Bəkrin hakimiyyəti vaxtı nəql etdiyi bu sözləri hədisdə söyləyərdi:
“Allahın salamı sizlərə olsun! Ey şəhər sakinləri (yəni, qəbristanlıq).” Zuhayrdan nəql olunan hədisdə deyilir ki, (o sözlər bunlardır): “Allahın salamı sizlərə olsun! Ey şəhər sakinləri, iman gətirənlər və müsəlmanlar, Allahın köməyi ilə biz də sizin yanınıza gələcəyik. Mən bizlər və sizlər üçün Allahdan rəhmət diləyirəm.
Səhihi Muslim, 004-cü kitab, hədis № 2128
Aişə rəvayət edir ki, (Allahın elçisi (saas) ilə gecəni keçirmək üçün mənim növbəm çatanda) o sübh çağına az qalmış əl-Bəqiyə gedib deyərdi:
Allahın salamı sizlərə olsun! Ey iman gətirənlər, sizə verilən vədlərlə gec-tez qarşılaşacaqsınız; Allahın köməyi ilə biz də sizin yanınıza gələcəyik. Ey Rəbbim, Bəqi`əl-Qarqad əhlinin günahından keç. Qutayba onun "sizə gələrdi" sözlərini xatırlatmadı.
Səhihi Müslim, 004-cü kitab, hədis № 2126
Aişə dedi: Ey Allahın Elçisi, mən onlar üçün necə dua edə bilərəm? O dedi:
De ki, bütün iman gətirənlər və müsəlman olan şəhər əhlinə (qəbristanlıq) salam olsun və qoy Allah bizdən öncəkilərə və bizdən sonra gələnlərə mərhəmət etsin və Allahın köməkliyi ilə biz də onların yanına gedəcəyik.”
Səhihi Müslim, 004-cü kitab, hədis № 2127
Şərhlər:
Bu Rəsulallahın (saas) bütün ömrü boyu həyata keçirdiyi işdir (yəni, o ölülərə müraciət edərək onları salamlamışdır). Sonralar səhabə, təbiin, üləma, füqaha və hər bir müsəlman bunu etmişdir. Müsəlmanlar bu gün də bunu davam etdirirlər (sələfilərin özləri də daxil olmaqla). Hələ də kimsə ölülərin eşitməməsini inkar edə bilər?
Rəsulallahın bütün həyatı boyu ölülərə müraciət etməsinin FAYDASIZ/SİYASİ İŞ olmasına necə inanıla bilər və o, öz ümmətinə Qiyamət gününə qədər belə faydasız/siyasi işə göz yummasına necə icazə verə bilər?
İkincisi, Rəsulallah (saas) Baqi qəbristanlığına daxil olar və ölüləri Yalnız Bir dəfə salamlayardı. O (saas.), salamının ölülər tərəfindən eşidilməsinə əmin olmaq üçün nə onlara bir-bir yaxınlaşar, nə də onları məzardan çıxarardı. Biz də qəbristanlığa gedərkən ölülərə bir dəfə salam deyilməsinin yetərli olmasına inanırıq.
Bu da açıq-aşkar sübut edir ki, Allah yaxın və ya uzaq məsafədən gələn səsləri eşitmək üçün ölülərin ruhuna qüvvət vermişdir. Bununla belə, bu Allah tərəfindən dirilərə verilməyən bir vasitədir.
Üçüncüsü, “Ya Rəsulallah” demənin şirk olduğuna inanan kəslər Allah elçisinin sözlərinə diqqət yetirməli və əhəmiyyət verməlidirlər, çünki o, bütün ömrü boyu və həmişə “Ey Qəbir Əhli” demişdir.
Ölülərin onları qəbristanlığa aparan insanlara səslənməsi
Əbu Səid Əl-Xudri söyləmişdir:
Allah elçisi dedi: Əgər ölən şəxs mömindirsə dəfn mərasimi hazır olduqda (dəfn olunması üçün) və insanlar onu çiyinləri üzərinə qaldırdıqda o deyir: “Məni aparın” və əgər ölən şəxs mömin deyilsə onda o deyir: “Vay başıma gələnlər! Siz məni hara aparırsınız?” İnsanlardan başqa onun səsini hamı eşidir; əgər onlar bunu eşitsələr ağıllarını itirərlər.”
Səhihi Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 462: Möhsin Xan tərəfindən tərcümə edilmişdir.
Bu onu göstərir ki, ölülər yalnız bizi eşitmirlər, eyni zamanda dünyada baş verənlərdən də xəbərdar olurlar. İnsanlardan başqa onun səsini hamı eşidir.
Rəsulallah insanlara bildirir ki, ölüləri dəfn etdikdən sonra bir müddət onları ziyarət edin
Əmr ibn əl-As söyləmişdir:
İbn Şamasah dedi: Biz Əmr ibn əl-Asın yanına getdik və o ölmək üzrə idi. O bir müddət ağladıqdan sonra üzünü divara çevirdi. Onun oğlu dedi: Allahın elçisi (saas.) sənə bu barədə xəbər gətirməyibmi? Allahın elçisi (saas.) sənə bu barədə xəbər gətirməyibmi? O (rəvayət edən) dedi: O üzünü yanındakılara tutub dedi: Bizim ən çox inandığımız şey Allahdan başqa Allahın olmamasına və Məhəmmədin (saas.) Allahın elçisi olmasına şahidlik etməyimizdir. Həqiqətən də mən üç mərhələdən keçdim.
................
Mən ölən zaman nə bir alovun, nə də göz yaşı tökən bir qadının məni müşayiət etməsinə icazə verməyin. Məni dəfn edən zaman məzarımı torpaqla yaxşıca doldurun, sonra dəvə doğranıb paylanana qədər bir müddət onun ətrafında dayanın ki, sizin yaxınlığınızı hiss edim və Allahın elçilərinə (mələklərə) nə cavab verəcəyimi yəqin edim.
Səhihi Müslim, 1-ci kitab, hədis № 0220: Əbdül Həmid Siddiqi tərcümə etmişdir.
(Qeyd: Ölülərin eşitməsi haqqında digər sünnə və səhihdəRəsulallahdan (saas) bir çox hədislər var. (Yuxarıdakı hədislər yalnız Buxari və Müslimdən götürülmüşdür)
Çox maraqlıdır ki, bütün bu hədislərin hamısı ölülərin eşitməsini göstərir. Bu hədislərdən bir dənəsi belə olsun ölülərin eşitməməsini göstərmir.
Və bu hədislərin hamısı yaxın və ya uzaq məsafədən asılı olmayaraq ölülərin eşitməsini göstərir, yəni, yaxın və uzaqdan gələn səslərin heç bir fərqi yoxdur.)
Peyğəmbərlər öz məzarlarında sağdırlar və dua edirlər
Rəsulallah (saas) buyurmuşdur:
Allah peyğəmbərlərin cəsədini yeməyi torpağa qadağan etmişdir. Beləliklə, peyğəmbərlər sağdırlar və onlar, müntəzəm olaraq, öz qidalarını alırlar.
İbn Məcah bu səhih hədisi öz Sünnəsində rəvayət etmişdir, cənazələr ch.65 (1:524#1636-7), iqamət-us-salavat sünnə idi ch. 79 (1:345#1085); Əbu Davud,Sünnə, salavat 1:275 (#1047); Nasai, Sünnə, Cümə namazı) 3:92; Əhməd bin Həmbəl, Musnad (4:8); İbn Hibban, əs-Səhih (3:191#910); Darimi, Sünnə (1:307#1580); İbn Xuzaymah, əs-Səhih (3:118#1733); İbn Əbi Şaybah, al-Müsannaf (2:516); Hakim, əl-Müstədrək (1:278); Təbərani, əl-Mücam-ul-kabir (1:217#589); və Sünnə-ul-kubra Bəyhəqi (3:249).
Mənbə: Dr.Tahir-ul-Qədri tərəfindən `Kömək üçün yalvarış`
Peyğəmbərlərin dərəcəsi “Şəhidlik” dərəcəsindən yüksəkdir. Allah bunu Quranda açıq-aşkar bəyan edir ki, şəhidlər ölmürlər, onlar sağdırlar. Lakin biz bunu dərk edə bilmirik.
Eynilə biz, məzardakı ölülərin eşitməsi imkanlarını da dərk etmirik, lakin yuxarıda bəhs olunan Quran ayələrindən və hədislərə əsaslanaraq ölülərin bizi eşitməsinədair heç bir şübhəmiz qalmır.
Həzrət İsa (ə) Rəsulallaha “Ya Rəsulallah” sözləri ilə müraciət edəcək
Peyğəmbərin (saas) öz sevdiklərini tanıması və onları eşitməsi vəhy olunub. Bir dəfə o öz dostlarına demişdir ki, o dünyaya qayıdacaq. Sonra Həzrət İsa (ə) Mədinəni ziyarət edəcək və Peyğəmbər (saas) dedi: İsa (ə) mənim məzarımın yanında dayanacaq və deyəcək: “Ya Mühəmməd!” Mən ona cavab verəcəm.
İbn Hacər Əsqalani, əl-Matalib-ul-aliyah, (4:23#3853)
Mənbə: `Peyğəmbərə Allahın Salamı və Salavatı olsun` Dr. Tahir-ul-Qədri tərəfindən
İndi Həzrət İsa İbn Məryəm (ə)əleyhinə Şirk fətvası vermək üçün bu bir dəvətdir. (Nəuzubillah).
Ölümündən sonra səhabənin Rəsulallaha (saas) müraciəti
Allah-təala Quranın bu ayəsində deyir:
(Nisə 4:64) Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.
Bu ayə Rəsulallahın (saas.) ölümündən sonra onu müdafiə etmək üçün bir səhabə tərəfindən söylənilmişdir.
Əlavə olaraq, İmam Qurtubi özünün məşhur əl-əhkam-il-Quran (5:265-6) təfsirində bu hadisəni belə danışmışdır. O deyir:
“Əbu Sadiq bunu Əlidən (ə) nəql edir. Müqəddəs Peyğəmbərin (s.a.a.a) dəfnindən üç gün sonra bir kəndli bizi görməyə gəldi. O Peyğəmbərin (saas) məzarı yanında dayandı, məzarın torpağını öz bədəninə səpdi və dedi: “Ey Allahın Rəsulu, sən söylədin və biz də səndən eşitdik. Sənə Allahdan vəhylər gəldi və biz də o vəhyləri səndən eşitdik və bu ilahi vəhylərdən biri “va lav annahum idh zalamu anfusahum”dur. Bu həqiqətdir ki, mən yanılmışam və ona görə də bağışlanmağım üçün mənə dua elə. (Kəndlinin yalvarışına cavab olaraq) o, məzardan səsləndi: `Sənin bağışlanmağına heç bir şübhə yoxdur.`”
Mənbə: `Kömək üçün yalvarmaq` Dr.Tahir-ul-Qədri.
Ölülərin eşidib-eşidməməsinə dair artıq şərhimizə ehtiyac varmı?
(əl-Mumtəhinə 60:13) Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!
Ağa Mehdi Puya buyurmuşdur:
Bu ayənin son hissəsi onu da təsdiqləyir ki, qəbir əhli tam həyat sürmür və onlarin yalnizca toz və çürümüş sümükdən ibarət olduğuna inanmaq küfrdür.
Pooya/Ali Commentary 60:13
Aişə rəvayət edir:
“...(Peyğəmbərin xanımı) Əbu Bəkr Əs Sunə (Əl Aliyə) adlı yerdə olanda Allah Rəsulu vəfat etdi. Ömər qalxdı və belə dedi: “And olsun Allaha! Allah rəsulu ölməyib.” Sonra Ömər davam etdi: “Bundan başqa ağlıma heç nə gəlmir.” O dedi: “Həqiqətən, Allah onu yenidən dirildəcək və o, bəzi adamların əl və ayaqlarını kəsəcək.” Sonra Əbu Bəkr gəldi, Allah rəsulunun üzünü bağladı, onu öpdü və dedi: “Anam atam sənə fəda olsun, ey Allah Rəsulu! Sənin sağlığın da gözəl idi, ölümün də gözəldir. Canım əlində olan Allaha and olsun ki, Allah sənə ölümü iki dəfə daddırmaz.” Sonra o çıxdı və dedi: “Ey iman edənlər! Çılğınlıq etməyin.” Əbu Bəkr danışanda Ömər oturdu, sonra Əbu Bəkr Allaha həmd səna etdi və dedi: “Heç şübhəsiz, Məhəmmədə ibadət edənlər bilsinlər ki, o, ölmüşdür, Allaha ibadət edənlər isə bilsinlər ki, O, ölümsüzdür.” Sonra o, Allahın kəlamını dedi: “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər 39:30)...”
Buxari, cild 5, bab 57, hədis № 19

Sələfi dəlilllərinə baxış
İndi gəlin görək sələfilər özlərini müdafiə etmək üçün nə deyəcəklər.
Ölülərin eşitmədiyini bildirən Quran ayələri
Aşağıdakı sual və cavab sələfilərin www.islam-qa.com internet saytından götürülmüşdür:
islam-qa.com saytında deyilir:
Sual:
Mənim atam təxminən iki həftə əvvəl vəfat edib. Bilmək istəyirəm ki, mən və ya ailə üzvlərimdən kimsə onun qəbrini ziyarət etdyimizdə o, bizim ona nə dediyimizi eşidə bilirmi?...əgər eşitmirsə, elə bir üsul varmı ki, biz dediyimizi ona eşitdirə bilək?... Xahiş edirəm təcili cavab verin, həqiqətən bilmək istəyirəm, çünki bu sualıma cavab tapmaq bəlkə içimdəki narahatçılığı aradan götürəcək.
Cavab:
Tərif Allaha məxsusdur.
Məsələ ondadır ki, ölülər dirilərin nə dediyini eşitmir çünki Allah buyurur (mənanın tərcüməsdi) : "Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!" (Fatir 35:22) və "Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!" (ən-Nəml 27:80)
Şərhlər:
Mənə görə, təəssüf ki, sələfilər dürüst deyillər və onlar adi insanları sadəcə olaraq aldadırlar. Birincisi onlar yuxarıda göstərilən ayələrin yalnız bir hissəsini sitat gətirirlər (yəni ayəni tam yazmırlar). Və ikincisi, onlar öz məqsədlərini sübut etmək üçün doğru tərcümə etmirlər. Gəlin daha yaxşı başa düşmək üçün Fatir və Nəml surələrindəki ayələrin tam formasına və ondan öncəki və sonrakı ayələrə baxaq. Ondan sonra, inşallah, biz sələfilərin yalanını tamamilə anlayacayıq.
Fatir 35:22-in mənası
(Fatir 35:22)Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!
"Eşitmək" sözü yuxarıdakı ayədə məcazi mənadadır və insanlara Allahın ismarıcını qəbul etdirmək (insanlara Allahın vəhyini eşitdirmək üçün/ insanlara Allahın vəhyini dinləmək üçün/ insanlara Allahın buyurduğuna diqqət yetirmək üçün/ insanları Allahın buyurduğuna tabe olmaq üçün) mənasında işlədilmişdir.
Əgər siz əvvəl və sonra gələn ayələri oxusanız, onda bu nəticəyə gələrsiz ki, Allah Rəsulullaha (saas) deyir ki, onun vəzifəsi yalnız kafirləri Allah yoluna dəvət etməkdir. (Fatir 35:23) Sən ancaq qorxudan bir peyğəmbərsən. Lakin insanları Allahın dediyini eşitməyə məcbur etmək onun vəzifəsi deyil.
ÇÜNKI HIDAYƏT ETMƏK ALLAHA MƏXSUSDUR.
Elə ayənin birinci hissəsinəbaxın, Allah buyurur:
... Allah dilədiyinə (ayələrini) eşitdirər.
Ayəninbu hissəsində nəzərdə tutulur ki, Allah öz vəhyini razı qaldığı insanlara eşitdirər/qəbul etdirər.
Sadəcə təsəvvür edin ki, istənilən bir kafirin yanına gedirsiz, onunla danışmağa başlayırsız və səsinizi ona eşitdirirsiz. Onda Allahın bu sözlərinin mənası nədir :
... Allah dilədiyinə (ayələrini) eşitdirər.
Əgər sələfilərin iddia etdiyi kimi eşitmək sözü burada həqiqi/hərfi mənada işlənibsə, onda ziddiyyət meydana çıxır. Bir tərəfdən Allah deyir ki, yalnız mən istədiyim kəsi eşitdirərəm, amma siz burda istədiyiniz kafirə səsinizi eşitdirirsiz.
Ayənin mənası tam açıqdır. Allah deyir ki, yalnız diri olanların Allahın buyurduğunu qəbul və ya inkar etmək seçimi var.
Qəbir əhli (yəni ölülər) Allahın buyurduğunu eşitmək şansınıartıq itirmişdir. Onlar üçün çox gecdir və Allah onlara bir daha seçim etmək şansı verməyəcəkdir (yəni bunu qəbul etmək, yaxud inkar etmək).
Allah Məhəmmədə (saas) deyir ki, eyni hal kafirlər (ölülər kimi) üçün keçərlidir. Onlar küfrlərində elə həddə çatıblar ki, Allah onların qəlblərini möhürləyib və onlar həmçinin qəbir əhli kimi Allahın dediyini qəbul etmək haqqından məhrum ediliblər.
Beləliklə Allah Məhəmmədə (saas) deyir ki, o, bu cür kafirlərin Allahın buyurduqlarını eşitmədiyini/qulaq asmadığını görəndə özünü üzüb həlak etməsin. Bu ona görədir ki, onlar da ölülər kimi seçmək haqqını itiriblər. Lakin Allah Özünün razı qaldığı kimsələrə haqq yolu göstərəndir. Allah Quranda belə buyurur:
(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir! (Və buna görə də onları haqq yola müvəffəq edir!)
Bu fakt həmçinin müqəddəs Quranın bu ayələrində təsbit edilir:
(ər-Rum 30:53)Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən.
Bu ayə çox vacibdir. Lütfən Allahın bu sözlərinə baxın: "Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən."
Sələfilər kimi hərfi mənaya əsaslansaq, gərək deyək ki, bütün kor insanlar Allah tərəfindən heç vaxt hidayət oluna bilməzlərr.
Və ayənin növbəti hissəsi Allahın "Eşitmək" sözünü məcazi mənada istifadə etdiyinə dair heç bir şübhə yeri qoymur: "Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən."
Əgər bir kimsə hələ də Quranda məcazın olduğunu inkar edirsə, onda o, mütləq səhv edir.
Və "Eşitmək" sözünün məcazi mənada işlədilməsi elə aşağıdakı ayədən də aydın olur:
(ər-Rum 30:23)Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), nemətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!

Sələfilər hələ də elə düşünür ki, Allah burada "Eşitmək" sözünü həqiqi/hərfi mənada deyib və Quranda məcaz (bədii ifadə) yoxdur?
Mənim cüzi elmimə əsaslansaq, demək olar ki, bütün dillərdə "Eşitmək" sözünün məcazi mənası var.
Misal üçün, hərdən kiçik qardaşım anamın sözlərinə itaət etmədikdə, anam atama aşağıdakı sözlərlə şikayət edir:
1. İngilis dilində: Please you (my father) tell him (my younger brother) to do so and so. He does not Hear/listen to me.
2. Azəri dilində: Xahiş edirəm ona de ki, belə etsin. O, məni eşitmir.
və bir çox başqa dillərdə..
Sələfilərin ölülərlə bağlı sitat gətirdiyi İmam Suyutinin yuxarıdakı iki ayə barədə verdiyi fətva
İmam Suyuti Əl havi lil Fətava kitabında (cild 2, səh 169-175) deyir:
"Bu Məcazi ifadədir (ən-Nafi Caa ala məna Əl -Məcaz). Bunun Həqiqi mənası belədir: "Onlar Dəvətə (Mənaha Səma Huda) qulaq asmazlar, yəni onlar ölüdürlər və artıq hidayət oluna bilməzlər".
Lakin təəssüf ki, sələfilər hələ də Quranda Məcaz olduğuna inanmır, onların əqidəsinə görə Quran bütünlükdə hərfi (həqiqi) mənadadır.
Aişədən rəvayət olunur:
Peyğəmbər buyurdu: “Onlar indi başa düşürlər ki, mənim dediklərim həqiqət idi.” Və Allah deyir: “Doğrudur! Sən ölülərə heç nə eşitdirə bilməzsən. (onlara fayda verə bilməzsən, eyniylə də inkar edənlərə)”
Sahihi Buxari, cild 2, bab 23, hədis № 453.
Lütfən mötərizədəki sözlərin (onlara fayda verə bilməzsən, eyniylə də inkar edənlərə) mənə aid olmadığını qeyd edin. Bu sözlər Səhihi Buxarinin tərcüməçisi, Riyad Universitetindən olan sələfi Muhsin Xandır. Bu izahedici sözlərdən o, aydınlaşdırmaq istəyir ki, ölülər hidayət oluna bilməzlər, çünki onlar seçmək şanslarını itiriblər. Eyni hal Allahı inkar edənlərə aiddir, yəni Allah onların qəlblərini möhürləmişdir və biz onlara islamı çatdırmaqla onlara xeyir verə bilmərik.
Sələfi Alimlərinə daha nəsə bir şərh bildirməyimə ehtiyac varmı? Əslində, onlar özləri həqiqəti çox yaxşı bilirlər, lakin öz mənbələrini müdafiə etmək naminə həqiqəti inkar etmək məcburiyyətindədirlər.

Ən Nəml surəsinin mənası 27:80
Sələfilər öz nəzərlərinə (yəni ölülərin eşitmədiyinə) dəlil olaraq 27-ci surənin 80-ci ayəsini sitat gətirirlər. Amma yalnış sitat gətirirlər. Onlar bu ayənin bir hissəsini sitat gətirirlər:
(ən-Nəml 27:80) Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!
Sələfilər növbəti dəfə ayənin tamamını yox, bir hissəsini sitat gətirirlər və üstəlik hərfi mənada.
Oxucularımıza qətiyyətlə təklif edirəm ki, ayəni bütöv şəkildə oxusunlar və Allahın kəlamını daha yaxşı başa düşmək üçün ondan əvvəlki və sonrakı ayələri də oxusunlar.
İcazənizlə, mən həmin ayəni, ondan sonrakı ayəni və mötərizədəki izahı aydınlıq gətirim:
(ən-Nəml 27:80) Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən! Yəni kafirlər hətta Allahın nişanələrinə diqqət yetirməyə belə hazır deyillər. Lakin həmin kafirlər (karlar) Allahın nişanələrinə diqqət yetirsələr, Allah onlara öz kəlamlarını eşitdirər və onları hidayət edər.
(ən-Nəml 27:81) Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar. (Allaha ürəkdən inanıb Ona canla-başla itaət edərlər).
Həqiqətən, kədərləndirici haldır ki, sələfilər Allah kəlamları ilə oynayaraq sadə camaatı aldadırlar.
Rəsulallahdan (saas) gələn hədisin sələfilər tərəfindən təhrif olunması
Olduqca təəssüfləndirici haldır. Adi insanları aldatmaq məqsədilə sələfilər hətta Rəsulullahın (saas) sözlərini təhrif etməkdə belə tərəddüd etmirlər. Onlar Quyu hədisini dəyişib öz məqsədlərinə (yəni ölülərin eşitmədiyinə) uyğunlaşdırıblar.
Bədr döyüşündə öldürülənlər quyuda basdırılırlar. Məhəmməd peyğəmbər (saas) onlara müraciət edir. Bundan sonra səhabə ondan: Cəsədlərəmi mürəciət edirsən? - soruşur. O, (saas) cavab verir: “Onlar sizdən daha yaxşı eşidirlər” yəni Allah xüsusi hal kimi onun (saas) sözlərini ölülərə eşitdirir.
Səhihi Buxari, hədis № 1307
(Urdu dilində təfsir, Quranda 27:80 ci ayənin təfsiri, Şah Fəhad Nəşriyyat Kompleksində çap olunub, Səudiyyə Dövləti tərəfindən yayılıb).
Lütfən, altından xətt çəkilmiş sözlərin (yəni Allah onun (saas) sözlərini xüsusi halda ölülərə eşitdirdi) Rəsulullaha (saas) aid olmadığını qeyd edin. Bunlar sələfi alimin sözləridir və o, bunları Rəsulullahın (saas) sözlərinə əlavə edib ki, öz əqidələrinə dəlil gətirərək sadə camaatı aldatsın. Hədisin əsli aşağıdakı kimidir:
Əbu Təlhə bildirir ki, Rəsulullah (saas) onlara müraciət etmişdir:
“Ey Əbu Cəhl ibn Hişam! Ey Uməyyə ibn Xələf! Ey Ütbə ibn Rəbiə! Rəbbinizin vədinin haqq olduğuna inanmadınızmı? Axı mən inanırdım Onun vədinin haqq olduğuna.” Ömər ona dedi: “Ey Allahın rəsulu, cansız bədənlərə necə müraciət edirsən?” Peyğəmbər cavab verdi: “Canım əlində olan Allaha and olsun ki, onlar məni səndən daha yaxşı eşidirlər.”
Səhih Müslim, Bab 040, hədis № 6869
Qətiyyətlə buna etiraz edirəm. Və sələfilərdən tələb edirəm ki, Rəsulullahın (saas) sözlərinə qarşı öz davranışlarını dəyişsinlər, onlara Rəsulullahın (saas) başqa bir hədisini xatırlatmaq istəyirəm.
Əbu Səid əl Xudri Allah Rəsulunun (Allahın rəhməti ona olsun) belə dediyini xəbər verir:
Siz, Sizdən əvvəlkilərin yolunu atdımbaatdım gedəcəksiz, hətta onlar kərtənkələnin yuvasına girsələr belə. Biz dedik: “Ey Allah rəsulu! “sizdən əvvəlkilər” deyəndə Yəhudi və Xristianları nəzərdə tutursunuzmu? O dedi: (Bu iki dini firqədən başqa) kim ola bilər? Həmin Yəhudi və Xristianlar İlahi kitabları (səmavi mətnləri) öz niyyətlərinə görə təhrif etdilər. ”
Səhih Müslim, bab 034, hədis № 6448
Səmavi kitabları öz niyyətlərinə uygun olaraq dəyişdirənlər Yəhudilər və Xristianlar idi. Qardaşlarım, Allahdan qorxun və Yəhudi və Xristianların yolu ilə getməyin.
Allahın sifətlərini Rəsulullaha (saas) aid etməklə şirkə düşmək
Lütfən qeyd edin ki, sələfi sübutu Quran və Sünnədən deyil, sələfilər yalnız məntiqlərinə əsaslanıblar (daha dəqiq desək, Qiyas (təxmin) ediblər). Sələfilər iddia edir ki, inansaq ki:
·         Rəsulallah (saas) vəfat etdikdən sonra eşidir;
·         Və Rəsulallah (saas) bizi uzaq məsafədən belə eşidir;
onda bu Allahın Sifətlərini Ondan başqasına aid etməklə şirkə düşməyə bərabərdir. Əbədi olan yalnız Allahdır və yalnız O, uzaq və yaxın məsafədən Eşidəndir. Rəsulallahın (saas) da bizi eşitdiyinə inanmaq üçün inanmalıyıq ki, Rəsulallah (saas) Səmidir (və bu da Şirkdir).
Şərhlər
Eyniylə Hərfi və Məcazi məna məsələsi. Biz bilirik ki, Səmi Allahın sifətidir, lakin Allah Öz sifətlərini məxluquna verməyə qadirdir. Və bu o demək deyil ki, bunu etməklə Allah həmin məxluqu Özünə şərik seçir. Allahın sifətləri MÜTLƏQDİR, məxluqun sifətləri isə ona verilən qədərdir, məhduddur və müqayisə olunması mümkün deyil.
Gəlin, bu məsələyə aid Quranın başqa dəlillərini axtaraq.
Kərim (Möhtərəm) Allahın sifətidir, lakin Quranda Rəsulullaha (saas) da möhtərəm kimi müraciət olunur.
Allah Kərim sifətini Özünə aid edir.
“...həqiqətən, Rəbbim (onun şükürünə) möhtac deyildir, kərəm sahibidir!” (ən-Nəml 27:40)
Lakin Allah Quranda eynisini Rəsulullah (saas) haqqında dadeyir:
“Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!” (əl-Haqqə 69:40)
Həqiqətən, Kərim (Möhtərəm) sözü Allaha aid ediləndə mütləq (hərfi) mənasındadır, Rəsulullaha aid ediləndə isə məcazi/bədii mənadadır. Yoxsa siz elə düşünürsüz ki, Allah Öz sifətini başqasına verməklə Özünə şərik qoşur?
Qavi Allahın sifətidir, lakin Quranda deyilir ki, Rəsulullah (saas) da Qavidir.
Allah Quranda Özü haqqında belə buyurur:
“...Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (əl-Həcc 22:74)
Eyni zamanda Quran Rəsulullah (saas) haqqında dabelə buyurur:
“(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).” (ət-Təkvir 81:20)
Allah burada Rəsuluna (saas) öz sifətini nisbət verməklə şirkə düşürmü?
Əslində, Allah Quranda dəfələrlə Öz Sifətlərindən bəzilərini möhtərəmlik nişanəsi olaraq peyğəmbərlərinə (əs) bəxş edir.
Alim (Bilən): Allahın sifətidir, lakin İsmayıl (ə) da Alim adı ilə xatırlanır.
Həlim(Mülayim) : Allahın sifətidir, lakin İbrahim (ə) və İsmayıl (ə) Həlim adıyla xatırlanırlar.
Şakur ( Qədirbilən): Allahın sifətidir, lakin Nuh (ə) da Şakur olaraq xatırlanır.
Sabur (Səbirli): Allahın sifətidir, lakin Əyyub (ə) da Sabur kimi xatırlanır.
Barr (Sadiq): Allahın sifətidir, lakin İsa (ə) və Yəhya (ə) da Barr olaraq xatırlanırlar.
və s.
Nəticə
Allahın Sifətləri Allahın Özü tərəfindən qulları üçün də işlədilmişdir. Lakin bu o demək deyil ki, Allahın həmin qulları bu Sifətlərdə Allahla şərik olurlar. Bu Allahın mərhəmət və səxavətindəndir ki, öz sifətlərindən müəyyən dərəcədə qullarına bəxş edib.
Sələfilər Quran və Sünnədən olan bu əsaslı dəlilləri öz fərziyyələri (qiyas) ilə heç cür inkar edə bilməzlər.
Biz Allah Kərimdir deyəndə, bu həqidi və mütləq mənadadır. Və biz Rəsulullahın (saas) Kərim olduğunu deyəndə bu Mütləq və Həqiqi mənada deyil, amma biz burada təvil (aydınlaşdırma) gətirməliyik ki, həmin ifadə burada məcazi/bədii mənada işlədilmişdir.
Və sələfilər hələ də Quranda Təvili labüd edən Mecaz olduğunu qəbul etməyə hazır deyillərsə, onda onlar Allah və Rəsulu ilə birgə bütün müsəlmanları Müşrik edirlər.
Qatadanın Fərziyyəsinə (Qiyas) baxış
Sələfilər Qatadaya (tabein) istinadən deyirlər ki, Allah kafirlərin ruhlarını onlara geri qaytardı ki, Rəsulullah Bədr quyusunda onların ölü cəsədlərinə müraciət etdi. Gəlin, baxaq görək Qatadanın fərziyyəsi/fikri konkret olaraq nədir:
...Qatada (tabein) Ənəsdən (səhabə), o da Əbu Təlhədən (başqa bir səhabə) rəvayət edir ki, Rəsulullah belə buyurmuşdur:
Bədr günü Peyğəmbər əmr edir ki, Qureyşin 24 başçısının cəsədlərini quru, çirkli Bədr quyusuna atsınlar. ....Biz quyunun kənarında düşərgə salanda o, Qureyşli müşriklərin cəsədlərinə adları və atalarının adı ilə müraciət edir: “Ey filankəs oğlu filankəs, və ey filankəs oğlu filankəs! Allah və rəsuluna tabe olsaydın bu səni xoşhal edərdimi? Biz Rəbbimizin vədinin haqq olduğunu gördük. Siz də Allahın vədinin haqq olduğunu gördünüzmü?” Ömər soruşdu: “Ey Allahın Rəsulu! Siz ruhsuz bədənlərlə danışırsız!” Allah Rəsulu dedi: “Məhəmmədin canı əlində olan Allaha and olsun ki, onlar məni sənin eşitdiyindən pis eşitmirlər.” Qatada dedi: “Allah onları yenidən diriltdi ki, onlar peyğəmbəri və onun töhmətlərini eşitsinlər, peyğəmbərin qisası alınsın və onları məcbur etdi ki, özlərini tam peşman olmuş və kədərlənmiş hiss etsinlər.”
Buxari, cild 5, bab 59, № 314, Muhsin Xanın tərcüməsi
Şərhlər
Qatada yuxarıdakı hədisin sonraki ravilərindən biridir. O, bunu Ənəsdən (səhabə) eşitmişdir, Ənəs də Əbu Təlhədən (bir başqa səhabə), o da Rəsulullahdan (saas) nəql etmişdir. Beləliklə, ilk əvvəl 3 əsaslı və önəmli sual meydana çıxır ki, Qatada Allahın kafirlərə quyuda yenidən ruh verməsini və onları həyatageri qaytarmasını necə öyrənə bilmişdir?
Rəsulallah (saas) heç vaxt deməyib ki, Allah kafirlərin ruhlarını geri qaytarmışdır. Bədrdə iştirak edən Ömər və başqa səhabələr də Allahın kafirləri yenidən həyata qaytardığını deməmişdir.
Yuxarıdakı Quyu Hədisi İbn Ömər, Aişə (Aişənin Quyu Hədisi haqqında fikrini sonra qeyd edəcəyik), Əbu Təlhə və s. kimi səhabələr tərəfindən ifadə edildiyi kimi rəvayət edilmişdir. Lakin bu səhabələrin heç biri nə vaxtsa kafirlərin həyata qaytarılması haqqında bir şey deməyiblər.
Beləliklə, Qatada Allahın kafirləri həyata qaytardığını hardan öyrənmişdi? Məgər, obu haqda Allahdan (st) vəhy almışdı? Almamışdırsa, onda bu yalnız Qatadanın islam şəriətində heç bir dəyəri olmayan fərziyyəsidir.
Qatadanın qiyası Rəsulallahın (saas) və Ömərin sözlərinə ziddir.
Rəsulallah (saas) ölü kafirlərə müraciət edəndə Ömər şübhəyə düşür. Lütfən, Ömərin sözlərinə diqqət yetirin.
Ömər soruşdu: “Ey Allahın Rəsulu! Siz ruhsuz bədənlərlə danışırsız!”
Və Qatada iddia edir ki, ruhlar bədənə qaytarılmışdı. Bunlardan hansı doğrudur?
İndi isə Ömərin şəkk ilə dolu sualına Rəsulullahın verdiyi cavaba baxın.
Allah Rəsulu dedi: “Məhəmmədin canı əlində olan Allaha and olsun ki, onlar məni sənin eşitdiyindən pis eşitmirlər.”
Əslində, əgər ruhların geri qaytarılması hadisəsi baş versəydi, Rəsulullahın (saas) bu haqda Ömərə deməsi zəruri idi. Nübüvvət məqamı Rəsulallahdan tələb edir ki, din məsələlərində Ömərin şübhələrinə son qoysun. Lakin Rəsulallahın (saas) cavabı açıq-aydın göstərir ki, Qatada öz qiyasında səhvə yol vermişdir.
Sələfilər Qiyas Kartlarını yenə və yenə istifadə edirlər
Sələfilər özlərinin bu məsələ (yəni ölülərin eşitmədiyi) ilə bağlı olan bütün ehkamlarını yalnız Qatadanın fərziyyəsi üzərində qurublar. Onlar Qatadanın fikirlərindən belə nəticəyə gəliblər ki, Rəsulallahın sözlərini ölülərə çatdırmaq üçün Allah kafirlərin ruhlarını istisna hal kimi geri vermişdir və digər hallarda ölülər eşitmirlər.
Bədbəxtlikdən, onların qiyasdan istifadələri təkcə yuxarıdakı hədislə kifayətlənmir. Özlərini doğrultmaq üçün onlar qiyas kartını Quranın əqidələrinə uyğun gəlməyən bütün ayələrində və Rəsulallahın (saas) sözlərində yenə də və yenə dəistifadə edirlər.
Məsələn, onlar deyir ki, ölülərin ayaq tappıltısının səslərini eşitməsi haqqında olan hədis (Buxari və Müslim) səhihdir. Lakin sonra onlar öz qiyas kartını işə salır və iddia edirlər ki, bu istisna haldır (baxmayaraq ki, Rəsulullah (saas) bunun istisna hal olduğunu heç vaxt deməmişdir).
Şüeyb (ə) və Saleh (ə) təzəcə məhv olmuş qövmlərinə müraciət etmələri haqqında olan Quran ayələrində də vəziyyət eynidir. Sələfilər qiyas kartlarını işə salırlar və iddia edirlər ki, bunlar istisna hallar idi (baxmayaraq ki, nə Allah, nə də Rəsulallah (saas) heç vaxt bunların istisna hal olduğu haqda heç nə deməyiblər).
Aişə “Ölülərin Eşitməsi” ilə bağlı ictihadını əsaslandırmaq üçün Rəsulallahın (saas) sözlərini təhrif edir
Sələfilər “Ölülərin eşitməsi” məsələsində öz əhkamkarına dəlil gətirmək üçün Aişənin fikrinə də müraciət edirlər. Lakin mənim müti fikrim belədir ki, Aişə özü bu məsələdə bir neçə ciddi səhvə yol verdiyi üçün onun sələfilərə heç bir köməyi dəyə bilməz. O, özü ictihad etmişdi və Qurana yanlış izah vermişdi. Lakin bu izah/ictihad birbaşa Rəsulallahın (saas)sünnəsinəzidd idi.
Rəsulallahın (saas) Sünnəsini tərk edib Quranı şəxsi fikirlərinə görə təfsir etmək
Rəsulallah (saas) özü bu fitnə haqqında demişdi ki, yalnız Allahın Kitabı (yəni Quran) kifayət deyil. Quranı dərk etmək üçün bir kəs həmçinin Rəsulullahın (saas) sünnəsini də nəzərə almalıdır.
Rəsulullah (saas) demişdir: “Öz fikirləri əsasında Quran haqqında danışan kəs səhvə yol vermişdir, hətta doğru danışsa belə.”
Описание: http://az.313news.net/up/article/img/html_ico.gifhttp://www.sunnah.org/publication/salafi/troid/answer.htm
Aişə Quranın aşağıdakı ayəsi haqqında danışanda özşəxsi fikrindən istifadə etmişdir.
Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!
Bu ayədən Aişə belə bir nəticə çıxarmışdır ki, ölülər eşitmir. (biz artıq bu ayənin mənası haqqında danışmışıq. Lütfən yuxarı baxın). Və indi sələfilər Aişənin ictihadını bu məsələ ilə bağlı əqidə inanclarına qalxan edirlər. Şeyx Camal Əfəndi əl İraqi əl Zəhəvi özünün “Sələfi Hətəkatına qarşı Əhli Sünnə ehkamı”nda yazır:
”Rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) ölülərin eşitməsiylə bağlı hədisi eşidəndə buna etirazını bildirib və deyib: “Peyğəmbər bu cür bir şeyi necə deyə bilər ki, Allah buyurur: “sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən!””
Burada Aişə Rəsulullahın (saas) sünnəsinə etinasızlıq edərək və Quranı öz biliyinə görə təfsir edərək ilk səhvinə yol verir. Və o zamandan o elə düşünür ki, Quyu Hədisi onun ictihadına ziddir, və buna görə də o, Rəsulallahın (saas) bu hərəkətinə (yəni ölülərə müraciətinə) öz təəccübünü bildirir.
Aişə Quyu hədisini təhrif edir
Aişə görəndə ki, Quyu hədisi onun ictihadına ziddir, o, hədisin sözlərini öz ictihadına uyğun olaraq təhrif edir. Aişə İbn Ömər və başqalarına (Quyu hədisini rəvayət edənlər) zidd olaraq belə iddia etmişdir ki, nə Ölülər eşidir, nə də Rəsulullah (saas) onlara müraciət etmişdir, o (saas) yalnız belə deyib ki, həmin kafirlər onun (saas) dediklərinin doğru olduğunu indi başa düşürlər.
...(Aişə demişdir) Allah Rəsulu (Allahın rəhməti onun üzərinə olsun) Bədr döyüşündə ölmüş müşriklərin cəsədləri toplanmış quyunun yanında dayanır və deməli olduğu sözü deyir, yəni: Onlar mən dediyimi eşidirlər. Lakin ibn Ömər yalnış anlayıb. Müqəddəs peyğəmbər (ona salam olsun) ancaq belə deyib: Onlar başa düşüblər ki, mənim onlara dediyim haqq idi. Sonra o dedi: “Şübhəsiz, sən ölülərə eşitdirə bilməzsən.”
Səhihi Müslim, 004-cü bab, hədis № 2027, Siddiqinin tərcüməsi
Və Aişənin rəvayət etdiyi:
Peyğəmbər buyurmuşdur: “Onlar indi başa düşürlər ki, mənim vaxtilə onlara dediyim haqqdır. Və Allah buyurur: “Həqiqətən! Sən ölülərə eşitdirə bilməzsən.”
Səhihi Buxari, cild 2, bab 23, hədis № 453, Möhsin Xanın tərcüməsi
İbn Ömərin rəvayəti:
Peyğəmbər Bədr quyusunun yanında (müşriklərin cəsədləri ilə dolu) dayanıb belə demişdir: “Rəbbin vədinin haqq olduğunu indi bildinizmi? ” Sonra o belə demişdir: “Onlar indi bilirlər mənim nə dediyimi.” Bu Aişənin qarşısında deyilmişdi və o demişdir: “Lakin Peyğəmbər demişdir: İndi onlar mənim onlara dediyimi çox yaxşı başa düşürlər.” Sonra o deyir (müqəddəs ayə): “Sən ölülərə eşitdirə bilməzsən… ...”
Səhihi Buxari, cild 5, bab 59, hədis № 317, Möhsin Xanın tərcüməsi
Allah Rəsulu (saas) Bədrdə ölülərə müraciət etmişdir, ya yox? Həmin ölülər Rəsulallahın (saas) sözlərini eşidiblər, ya yox?
Peyğəmbər Bədr quyusunda ölülərə müraciət edəndə Aişə orda yox idi. Lakin Ömər orda idi, və Rəsulallahın etdiyinə olduqca şübhəli, həyəcanlı, şəkk içində yanaşmışdı (yəni ölülərə adları ilə müraciət etməyi. Ey Əbu Cəhl ibn Hişam, ey Üməyyə ibn Xələf, ey Ütbə ibn Rəbiyyə).
Ömər Rəsulullahdan soruşdu: “Siz cansız bədənlərə müraciət edirsiniz?” Allah Rəsulu ona cavab verdi: “Canım əlində olan Allaha and olsun ki, onların eşitdiyi kimi sən məni eşitmirsən. (onlar məni səndən daha yaxşı eşidirlər.)”
Rəsulullahın və Ömərin sözləri Aişənin iddiasıyla bağlı bütün şübhələrin üzərindən xətt çəkir və quyudakı kafirlər həqiqətən Rəsulallahı eşidirdilər və həqiqətən Rəsulallah onlara müraciət etmişdi.
Aişənin davranışındakı ziddiyyətlər
Ömərin onun evində dəfn olunmasından sonra Aişə özü oraya hicabla daxil olmağa başladı.
Əhməd ibn Hənbəldən rəvayət olunur ki, Ömər Aişənin evində dəfn olunmamışdan əvvəl Aişə oraya hicabsız daxil olurdu, çünki Rəsulallah (saas) onun həyat yoldaşı, Əbu Bəkr isə atası idi. Lakin Ömər orda dəfn olunduqdan sonra Aişə oraya hicabla daxil olurdu.
Əl Mişkat, Ziyarət əl Qubur Babı
Qəribədir ki, o, ölülərin bizi eşitdiyinə inanmır, amma onların bizi gördüyünə inanır? Əslində Aişə həm görmək həm də eşitmək məsələsində səhvə yol vermişdi. Əgər ölülər öz qəbirlərinin divarlarından bizi görürsə, onların bizi hicab altından görmələrinə nə mane olur?
Doğrusunu Allah bilir.
Quyu hədisində Qatadanınvə Aişənin fikirlərindəki ziddiyyət
Aişə bu fikirdə idi ki, nə Rəsulallah ölülərə müraciət etmişdi, nə də ölülər onu eşitmişdilər, sadəcə olaraq onun fikri bu idi ki, onlar öldükdən sonra peyğəmbərin (saas) dediklərinin
doğru olduğunu anlamışdılar.
Aişənin fikrindən fərqli olaraq, Qatadanın fikri bu idi ki, həqiqətən Rəsulullah (saas) ölülərə müraciət etmişdi və həqiqətən ölülər onu eşitmişdi. Və bütün bunlar belə baş vermişdi ki, Allah ölülərin ruhlarını yenidən onların cəsədlərinə qaytarmışdı və yenidən onlara həyat vermişdi.
Maraqlıdır ki, sələfilər öz əqidələrini təsdiq etmək üçün eyni zamanda hər iki nəzərdən istifadə edirlər. Necə də məntiqsiz bir davranışdır. Onlar əvvəlcə bu ikisinin arasında hansının doğru olduğuna qərar verməlidirlər.
Onların elmlərinə bir əlavə etməyimə ehtiyac varmı?
Bütün sələfi dəlillərinin nəticəsi
Nə Quranda, nə də Sünnədə ölülərin “Eşitmədiyinə” dair heç bir dənə də dəlil yoxdur. Sələfilər bütün əqidələrini Qatadanın və Aişənin fikirləri (bunlar da birbirinə tamamilə ziddir) və qiyas kartı üzərində qurublar.
Bu birbirinə zidd olan iki fikir və qiyas necə Quran ayələrindən və Rəsulullahın (saas) hədislərindən daha əsaslı hesab oluna bilər? Ayə və hədislər açıq aydın ölülərin eşitməsinə işarə edir.
Quran təsdiqləyir ki, Rəsulallah (saas) bizim hərəkətlərimizi görür.
Müqəddəs Quranda Rəsulallahın (saas) bizim hərəkətlərimizi görməsini təsdiqləyən ayə var.
(ət-Tövbə 9:94) ... əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!
Quranın digər bir ayəsi də təsdiq edir ki, bizim hərəkətlərimizi yalnız Rəsulallah deyil, eləcə də möminlər (inananlar) da görür.
(ət-Tövbə 9:105) De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”
Yuxarıdakı ayələr Rəsulallahın (saas) bizi yalnızca eşitməsi deyil, həmçiningörməsi haqqında olan şübhələrə son qoyur (yəni, o (saas) dünyada baş verən hər şeydən xəbərdardır).
Yuxarıdakı ayələrə sələfilərin cavabları
Lakin Sələfilər Rəsulallahın (saas) bizi görməsini inkar edirlər. Onlar iddia edirlər ki, “Görmək” sözü burada həqiqi mənada deyil, məcazi mənada işlənib (özlərinin “Müqəddəs Quranda Məcaz yoxdur, hər şey həqiqi mənadadır” iddialarına zidd olaraq). Bundan başqa sələfilər deyirlər ki, “Görmək” sözü burada “Bilmək” mənasında işlənir, yəni, bizim hərəkətlərimizi YALNIZ Allah görür və Rəsulallah (saas) bunları mələklərin onlara gətirdikləri vəhylər vasitəsilə bilir. Gəlin yuxarıdakı ayələrin izahını verək:
“Yuxarıdakı Görmək sözü (yalnız) Bilmək mənasında işlənib. Bu o deməkdir ki, bizim hərəkətlərimizi yalnız Allah görmür, eləcə də Rəsulallahın (saas)və digər möminlər də vəhylər vasitəsilə olanlardan xəbərdar olurlar. Bu fikir əvvəlki 9-cu surənin94-cü ayəsində də bildirilmişdir. Burada Rəsulallahın söylədiyi halda digər möminlərin də bilgi aldıqları göstərilir”.
9-cu surənin 94-cü ayəsinin Təfsiri (Urdu dilində)Şah Fahad Nəşriyyat Evi tərəfindən çap olunmuş və Səudiyyə Hökuməti tərəfindən də yayılmışdır.
Sələfilərin Təfsirinə bizim cavabımız
Rəsulallahın (saas) bizim hərəkətlərimiz haqqında necə xəbərdar olmasının nə fərqi var? Onun (saas) bizim hərəkətlərimizi necə görməsi və eşitməsindən (adi insan və yaxud vəyh alan bir insan kimi) daha Vacib və Əsas məsələ onun bizim əməllərimizdən xəbərdar olmasıdır. Hər iki halda sələfilər səhvə yol verirlər. Bundan sonra onlar bunu necə söyləyə bilərlər:
·         Rəsulallah (saas) vəfat etmişdir və bu dünya ilə heç bir əlaqəsi yoxdur.
·         Rəsulallah (saas) hətta öz məzarında bizim salamlarımızı da eşitmir.
·         “Ya Rəsulallah” demək şirkdirsə, “əs-səlat u vəs-salam u aleykə ya Rəsulallah” demək caiz deyil.
·         Rəsulallah (saas) vəfat etdiyindən və hətta ondan (saas.) nə istədiyimizi bilmədiyindənbizə şəfaət etməsi üçün ondan kömək istəməyimiz şirkdir.
Rəsulallah (saas) və möminlər bütün bəşəriyyətə qarşı şahidlik edirlər.
Quran deyir ki, haqq-hesab günündə Rəsulallahın (saas) ümmətindən olan möminlər bütün bəşəriyyətə qarşı şahidlik edəcəklər və Rəsulallah (saas) da onlara qarşı şahidlik edəcək.
(Bəqərə 2:143) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun.
Digər ayədə isə Quran deyir:
(Nisə 4:41) (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?
Rəsulallah (saas) və onun ümməti görmədiyi və eşitmədiyi halda bütün bəşəriyyətə qarşı necə şahidlik edəcəklər?
Əməl dəfətəri sağ yöndən gətirilən kimsələrin (möminlərin)ruhları bizi görür
Quran deyir ki, mömin insanların ruhları bizi görür və əgər də möminlərdəniksə biz ölən zaman onlar bizi salamlayırlar.
(əl-Vaqiə 56:83) Bir kimsə canını tapşıran zaman baxa-baxa qalırsız.
(əl-Vaqiə 56:90) Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə),
(əl-Vaqiə 56:91) (Ona özü kimi olan yoldaşlarının dili ilə: ) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir).
Qoy Allah sorğu-sual günü əməllərimizi sağ əlinə verilən kəslərdən etsin bizi. Amin.
Peyğəmbərlərin Məhəmmədə (saas) kömək etmək üçün vədləri
Biz sələfilərdən, Peyğəmbər və ya sadə insanlar olmasından asılı olmayaraq ölülər bizə kömək edə bilərlər deyə soruşanda, onlar cavab verdilər: Xeyr! O zaman onlar Ali İmran surəsinin bu ayəsinə baxmalıdırlar:
(Ali İmran 3:81) (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!
Təhlillər
1.   İndi Peyğəmbərlər Peyğəmbərlik məqamlarına görə Rəsulallaha (saas) kömək etməlidirlər. Onlar ölü olduğu halda necə kömək edə bilərlər və vəhabilərin sözlərinə görə ölülər dirilərə kömək edə bilməzlər.
2.   Əgər biz onların kömək edə bilmədiyini deyiriksə, bu o anlama gəlir ki, bu Peyğəmbərlər fasiqdirlər, çünki Rəsulallaha (saas) kömək etmək onların nübuvvət şərtidir.
3.   Biz Peyğəmbərlərin fiziki baxımdan sağ olmamalarına baxmayaraq onların Rəsulallaha (saas) kömək edə biləcəklərini və o (saas) onları çağıran zaman onun yardımına gələcəklərini qəbul etməliyik.
4.   Əgər bu Peyğəmbərlər ölü ikən Mühəmmədə (saas) kömək edə bilirlərsə, bəs nə üçün vəhhabilər inkar edir ki, bütün Peyğəmbərlərdən üstün olan Mühəmməd (s) bizə kömək edə bilməz?
5.   Əgər bu Peyğəmbərlər Qeybdə ikən Rəsulallaha (saas) kömək edə bilirlərsə, bəs nə üçün Qeybdə olan İmam Məhdinin (ə) öz şiələrinə kömək edə biləcəyinə inanmağımız yanlış hesab olunur?
6.   Əgər Rəsulallaha(saas) kömək etmək bir peyğəmbəri fasiqə çevirirsə, onda Uhud və Hüneyn döyüşlərində səhabəyə kömək etməyən və peyğəmbərə ölüm yatağında yazı yazmaq xahişini yerinə yetirməyinə açıq aşkar mane olan səhabənin halı daha pis deyilmi?
Rəsulallahın (saas) yoxluğunda ondan şəfaət istəməyin yollarını o (saas) özü belə bildirmişdir
Rəsulallah (saas) həyatda ikən səhabə onun yanına gələr və onun üçün dua etməsini xahiş edərdi. Lakin Rəsulallah (saas) onun dualarına necə sığınmağımızı və olmadığı zamanlarda onun vəsiləsi ilə necə istəməyimizi bizə danışmışdı.
Bir kor kişi Rəsulallahın (saas) yanına gəldi və dedi: “Allahdan mənə kömək etməsini dilə”. O cavab verdi: “Əgər istəsən mən bunu yubadaram və sənin üçün daha yaxşı olacaq, əgər istəsən mən sənin üçün Allahdan daha xeyirlisini diləyəcəyəm.” O dedi: “O zaman Ona dua elə”. Peyğəmbər (saas) dedi: “idhhab fa tavadda, va salli rak`atayn thumma qul” Get və dəstəmaz al, iki rükət namaz qıl və sonra de: Ey Allah, mən sənin mərhəmətli Peyğəmbərin vəsiləsiylə səndən istəyirəm; Ya Məhəmməd, mən sənin vəsilənlə öz dualarımı Allahımdan istəyirəm, Mən sənin vəsilənlə Allahdan mənə yenidən görməyi nəsib etməsini istəyirəm. Ey Allah onu mənimlə Sənin aranda vəsilə et. 
Bu hədis Əhməd (4:138#17246-17247), Tirmizi (hasan səhih qərib –Da`avat 119-cu Fəsil), İbn Macə (İqamət əl-salat və əl-sunnat, Salat əl-hajat # 1385-ci fəsil), Nəsai ( Amal al-yavm va al-laylat, səhifə 417-418 # 658-660), əl-Hakim (1:313, 1:526), Təbarani al-Kabir tərəfindən nəql edilmiş və İbn Hacər, Dahabi, Şavkani və İbn Teymiyyə də daxil olmaqla təxminən 15 hədis ustadları tərəfindən çox ciddi şəkildə təsdiqlənmişdir.
1.   Peyğəmbərin göstərişləri xüsusi bir şəxsə, vaxta və məkana məhdudiyyət qoyulmadan bütün müsəlmanlar üçün qanuni qüvvə daşıyır; Peyğəmbərin (saas) özündən sonra gələn göstərişlə təsdiq olunmayana qədər bu dünyanın sonuna kimi bütün nəsillər üçün öz qüvvəsini saxlayacaq.
2.   Peyğəmbər (saas) kor kişiyə dedi: “Get və dəstəmaz al”, əlavə etmədən: “sonra isə mənim qarşıma gəl”. Cismən yoxluqlarına gəlincə isə ölülər və dirilər tam oxşardılar.
3.   Peyğəmbərin (saas) cismən olmamasına baxmayaraq, onun vasitəçiliyi üçün çağırdığımız söz birbaşa müraciətdir: “Ya Məhəmməd”. “Ey filankəs” - ifadəsi sağ olan və ya eşidən bir kimsəni çağırmaq üçün işlədilir. Onu da qeyd edək ki, Allah möminlərə Peyğəmbəri (saas) adi tərzdə bir-birlərini çağırdıqları kimi çağırmağı qadağan etmişdir. Ona görə də, Peyğəmbərin (saas) olmamasının və müraciət olunmasının yeganə yolu birincinin fiziki, ikincinin isə mənəvi mənada işlənməsidir.

Sələfilər əllərindən gələni edirlər ki, öz istəklərinə uyğun olaraq yuxarıdakı hədislərin mənasını dəyişsinlər. Bizim söylədiyimiz kimi bu hədisin səhabələr tərəfindən eyni mənada işlədilməsi onlara bunu dəyişməyə yol vermir. Burada göstərilən 2-ci hədis yuxarıdakı hədisi təsdiqləyir.
Osman ibn Hunayfın qardaşı oğlu Əbu İmama ibn Səhl ibn Hunayfın da söylədiyi kimi Kəbir (9:17-18) və Saqirdə (1:184/201-202) Münziri (Targib 1:473-474), Heytəmi və Təbərani, Marifədə Beyhəqi, Əbu Nuaym tərəfindən təsdiq olunan səhih hədis:
Bir kişi ehtiyacı üzündən Osman ibn Əffanın yanına gəldi, lakin o, nə kişiyə diqqət yetirdi, nə də onunla maraqlandı və bu vəziyyətdən sonra o, Osman ibn Hunayfa şikayət etdi və o dedi: “Get dəstəmaz al, sonra məscidə get və iki rükət namaz qıl, daha sonra bu duanı de”, sonra o kor kişinin duasını xatırlatdı, “sonra yenidən Osmanın yanına get.” Həmin kişi getdi, onun dediyi kimi etdi, sonra Osmanın qapısına getdi, qapıçı gəldi və onun əlindən tutaraq Osmanın yanına gətirdi və Osman onu özü ilə xalçanın yuxarı hissəsində oturdub dedi: “Mənə de görüm nəyə ehtiyacın var.” Bundan sonra kişi evdən çıxdı və yenidən Osman ibn Hunayfla rastlaşdı və dedi: “Allah əcrini versin! Sən onunla danışmayana qədər o nə mənə diqqət yetirdi, nə də mənimlə maraqlandı. O cavab verdi: “Mən onunla danışmamışam, lakin mən bir kor kişinin görməməyindən Peyğəmbərə (saas) şikayət etmək üçün gəldiyini görmüşdüm” və o ona bu hekayədəki əsas fikri xatırlatmışdı.
Beləliklə, sələfilərin yuxarıdakı hədisə başqa məna vermək imkanları qalmır.
Bizim əməllərimiz Rəsulullaha (sav) təqdim olunur və o, bu ümmətin əməllərindən xəbərdardır.
Digər bir hədisdə deyilir ki, ümmətin əməlləri davamlı olaraq Peyğəmbərə təqdim olunur, o, ümmətin yaxşı əməl və ibadətləri üçün Allaha həmd-səna edir ki, Allah onların günahlarını bağışlasın. Hədis belədir:
“Sizin əməlləriniz mənə göstərilir. Əgər yaxşı olsa Allaha həmd-səna edirəm, əgər pis olsa, onda sizin bağışlanmanız üçün Allaha dua edirəm.”
Hatəmi Məcməüz-zəvaid əsərində (9:24) bunu nəql edib və deyib ki, o hədis Bəzzardan və sonrakı ravilər tərəfindən nəql edilib (onun Müsnədində) və hamısı səhihdir. İraqi Tarh-ut-tasrib fi şərh-it-təqrib kitabında ravilər zəncirinin etibarlı olduğunu təsdiq edib. İbn Səd ət-Tabaqatul-kübrada bunu nəql edib (2:194). Qadi-İyad Əş Şifada bu hədisi qeyd edib (1:19); Suyuti bunu əl Xasais ül kübrada (2:281) və Mənahil üs sifa fi Takricahadis aş Şifada qeyd edib (səh 3) və şərh verib ki, İbn Əbi Üsamə öz Müsnədində Bəkr ibn Abdullah əl Muzanidən nəql edib və Bəzzar öz Müsnədində Abdullah ibn Məsuddan səhih ravi zəncirilə nəqlinə etibar edib. Kafaci və Molla Əli Qari əş Şifaya(yəni Nəsim ür Riyad (1:102) və Şərh əş Şifa 1:36)) hörmətlə şərhbildiriblər. Hədis alimi İbn Ül Cavzi bunu əl Vəfa bi əhvalil Mustafa kitabında (2:809-10) Bəkr ibn Abdullah və Ənəs İbn Malikdən rəvayət edib. Subki bu hədisin doğru olduğunu Şifa üs siqam fi ziyarət xayril anam kitabında (səh 34) Bəkr ibn Abdullah əl Muzani və ibn Əbil Hadidən əs Sarim ul munkidə (səh. 266-7) bildirib. Bəzzarın hədisi də həmçinin İbn Kəsirin Əl Bidayə vən nihayəh kitabında (4:257) yazılıb. Əsqalani bu hədisi Bəkr ibn Abdullah əl Muzanidən Mətalibük aliyah kitabında (4:22-3 #3853).rəvayət edib. Əli əl Hindi ibn Sədin hədisini Kənzul Ummalda (11:407 #31903) və Harisdə (#31904) qeyd edib.Nəbhani bunu Hüccətullah ələl aləmin fi mucazat seyyidil mursəlin kitabında səh 713-də rəvayət edib.
Sələfilərin verdiyi yeganə cavab budur ki, bu hədis zəyifdir. Lakin bu yalnız onların ikili standardlarına uyğundur. Bu qədər hədis alimi bu hədisi səhih bilirlərsə, sələfiər hələ də onu necə zəyif adlandıra bilirlər? Onlarin bu hədisi zəyif elan etməkdə yeganə əyarları budur ki, hədis onların istək və əqidələrinə ziddir.
Onların qaldırdığı növbəti etiraz məsələsi Rəsulun (saas) milyonlarla insanın əməllərini görməyə nə cür qadir olmasıdır?
Çox absurd etirazdır və bu yalnız o kəslərin ağlına gələ bilər ki, onlar Literalizm (hərfilik) xəstəliyindən əziyyət çəksin. Gəlin onlara hətta sələfi alimlərinin də qəbul etdiyi bir hədisi sitat gətirək.
“Cümə günləri mənə daha çox salatu salam göndərin, çünki bu gün (xüsusilə) izlənilir və mələklər buna şahid olurlar. Bir kəs mənə salavat göndərməyə başlayan kimi, onun salavatı mənə çatdırılır.” Əbu əl Darda deyir: “Hətta sizin ölümünüzdən sonra belə?” Peyğəmbər cavab verir: “Heç şübhəsiz, Allah Peyğəmbərlərin bədənlərini çürütməyi yerə(torpağa) qadağan etmişdir.”
Əbu əl Dardanın səhih ravi zənciri ilə İbn Macə tərəfindən rəvayət olunmuşdur. Həmçinin səhih zəncirlə Ovs ibn Ovs əl Təqafi Əhməddən, o da İbn Əbi Şeybadan, o, Əbu Davuddan, o, əl Nəsaidən İbn Macə əl Darimiİbn Kuzaymaİbn HibbanƏl Hakim (Zəhəbi səhih hesab etmişdir), Təbaranidən öz Kəbirində və bir çox yerlərdə Beyhəqidən rəvayət etmişdir.
Ölülərin eşitməsinə dair vəhabilərin digər dəlilləri
Vəhabilər əllərindən gələni edirlər ki, ölülərin eşitməsi və xəbərdar olması haqqında dəlillərə kölgə salsınlar. Bu bölmədə biz onlarınəqidələrini müdafiə etmək üçün nələrə etiraz etdiklərini görəcəyik.
1-ci etiraz: Rəsul (saas) ölümündən sonra səhabələrinin bidətlərini bilməkdən imtina etdi
Vəhabi deyir ki, əgər Rəsul (s) vəfatından sonra həqiqətən bizim əməllərimizdən xəbərdardırsa, onda niyə o, səhabənin bidətləri haqqında heç nə bilmir? Və dəlil olaraq aşağıdakı Hövuz hədisi gətirir.
Ənəs rəvayət edir: "Peyğəmbər dedi: "Səhabələrimin bəzilərimənim hovuzuma yaxınlaşacaq, mən onları tanıyacağam, sonra onlar məndən uzaqlaşdırılacaqlar və mən deyəcəyəm: "Ey mənim səhabələrim!" Sonra belə bir nida gələcək: "Sən bilmirsən, səndən sonra dində nə yeniliklər etdilər (yəni bidətlər)."
Səhih Buxarinin tərcüməsi, cild 8, bab 76 (To make he Heart Tender (Ar Riqaq)), hədis  584
Bu hədislə onlar sübut etmək istəyirlər ki, Rəsul (s) onun vəfatından sonra nələr baş verdiyini bilmirdi.
Cavab: Haqq-hesab günü hadisələr sual-cavab şəklində olacaqdır.
Bu problemin yaranma səbəbi odur ki, vəhabilər “hərf”lik xəstəliyindən əziyyət çəkirlər və hərfi məna və məcazi məna ifadələrinin fərqinə varmaq niyyətində deyillər. Vəhabilər aşağıdakı hədisdən çox yalnış məna çıxarırlar. Elə bu səbəbdəndir ki, Rəsulullah (s) Əhli-Beytdən (əs) öyrənməyi əmr edirdi. Əgər bütün Quranı və Rəsulullahın sünnəsini nəzərə alsaq, onda biz bilməliyik ki, haqq-hesab günü bütün hadisələr ritorik suallar şəklində reallaşacaq.

Axı ritorik sual nədir?

Əvvəlcə butermini aydınlaşdıraq ki, insanlar daha rahat başa düşsünlər.

Ritorik sual o suala deyilir ki, sualı verən sualın cavabını əvvəlcədən bilir. Bu sualın soruşulmasında məqsəd cavabın hər kəsə aydın olmasıdır.

Haqq-hesab günü baş verəcək bütün hadisələr ritorik Sorğu üzərində olacaq və buna Qurandan bir neçə dəlil var. Belə ki, “Hovuz Hədisi”nin detallarına getməzdən öncə,Qurandan dəlillərə baxaq.

Allah (svt) gizli ya aşkar hər şeyi biləndir. Lakin buna baxmayaraq, Allah şahidlərin belə ritorik sualı İsaya (əs) verəcək ki, hamı baş verənlərə şahid olsun.
(Maidə 5:116) (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin?
Həqiqətdə Allah bilir ki, İsa (əs) heç vaxt insanlara əmr etməyib ki, onlarİsanı və anasını Tanrı bilsinlər? Lakin bütün hadisələr Qiyamət Günü ritorik formada baş verəcək, Allah bu sualı vermişdi ki, şahidlər bilsinlər.

Və bu ritorik suala cavab olaraq Həzrət İsa (əs) belə cavab verəcək:

“(İsa cavabında) deyəcək: Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!”

Məgər Allah bilmir ki, O hər şeyi biləndir? Həqiqətənmi, Onun İsadan (əs) gələcək cavaba ehtiyacı var? Yox, əlbəttə yox. Lakin Allah (svt) İsaya (əs) imkan verəcək ki, ona atılmış böhtanlardan özünü müdafiə etsin və İsa (əs) öz haqq əməllərinə Allahı şahid tutacaq.

Hətta Hafiz İbn Kəsir bu ayəyə eyni təfsiri vermişdir. O yazır:
Allahın buyurduğu,
(Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz.)
..Allah İsanın verəcəyi mükəmməl cavabı eşitmək üçün ona müraciət edir. İbn Əbi Xatim yazır ki, Əbu Hüreyrə belə demişdir: “Allahın verəcəyi suala cavab vermək üçün İsaya bu dəlil öyrədiləcəkdir. ”
Təfsir İbn Kəsir 5: 116
İndi Hovuz hədisinə qayıdaq. Sadəcə hədisin sözlərinə bir daha nəzər yetirək.
"Peyğəmbər dedi: "Səhabələrimin bəzilərimənim Hovuzuma yaxınlaşacaq, mən onları tanıyacağam, sonra onlar məndən uzaqlaşdırılacaqlar və mən deyəcəyəm: "Ey mənim səhabələrim!"
Belə ki, Rəsulallaha (s) bu dünyada deyilmişdi ki, onun səhabələri ondan sonra bidətlər edəcək və Kövsər Hovuzunda mələklər onları sol tərəfə aparacaq və rəsulullah (s) onları tanıyacaq, sonra da onlar uzaqlaşdırılacaqlar….. Beləliklə, sual yaranır:
1.   Niyə Rəsulallah (sav) deyir ki, o, onları tanıyacaq və buna baxmayaraq onlara səslənəcək (onları qorumaq üçün): “Ey mənim səhabələrim”
2.   Və niyə Rəsulun (sav) bildiyi şey ona deyilir (yəni onların dində dəyişiklik etmələri)?
Beləliklə, inanın ki, Qiyamət günü Rəsulullah (sav) sol tərəf səhabələrini tanıyır və onların sol tərəfdə olma səbəblərini bilir. Və bu hadisə ritorik formada baş verir (yəni başqalarının da bu işə şahid olması üçün). Ancaq vəhabilər bütün Quranın hərfi mənada olduğuna və qiyamət gününün hadisələrinin də bu cür baş tutacağına inandıqları üçün bu hədisi də anlaya bilməyiblər.
2-ci etiraz: Vəhabilər iddia edir ki, Peyğəmbərlər öz ümmətlərindən aldıqları cavabı bildiklərini inkar edəcəklər.
Vəhabilər Peyğəmbərlərin heç nə bilmədikləri haqqında əvvəlki iddialarını sübut etmək üçün Quranın bu ayələrini sitat gətirirlər:
(Maidə 5:109) Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! – deyə cavab verəcəklər.
Bu ayədən də onlar sübut etməyə çalışırlar ki, əvvəlki peyğəmbərlər də öz ardıcıllarından aldıqlarına nə cavab verməli olduqlarını bilmirdilər.

Bu ayənin ölülərin“Eşitmə və Xəbərdar olma”sı ilə heç bir aidiyyatı yoxdur, amma vəhabilər bunu bu məsələyə bağlamağa cəhd edirlər. Lütfən aydınlaşdırın ki, bu ayə onların vəfatından sonra ümmətlərinin onlara verdiyi cavab haqqında deyil, Allahın onların sağlıqlarında aldığı ismarıc haqqında sual etməsi haqqındadır (yəni ölümdən sonrakı ismarıcdan danışmağın yeri yoxdur).

Lakin bu halda nə üçün Peyğəmbərlər bu haqda heç bir elmə sahib olmadıqlarını deyirlər? Bunu bilmək üçün biz gərək Qiyamət gününün dəhşətli hadisələrini yaddaşımızda saxlayaq. İbn Kəsir bu ayənin təfsirini belə verir:
(Biz heç bir biliyə malik deyilik)
Mücahid Əl Həsən Əl Bəsri və Əs Suddiyə görə, bu, həmin Günün dəhşətinin nəticəsidir. Əbdür-Rəzzaq Ət-Tavridən, o da Əl Əmaşdan belə rəvayət edib ki, Mücahid bu ayə haqqında belə deyib:
(Allah Peyğəmbərləri bir yerə toplayacağı gün onlara belə deyəcək: “Sizə verilən cavab nə idi”) Onlar qorxaraq belə cavab verəcəklər:
(Biz heç bir biliyə malik deyilik)
İbn Cərir və İbn Əbi Hatim də bu təfsiri yazıb. Əli İbn Əbi Təlhə İbn Abbasın ayənin şərhini belə verdiyini yazıb:
(Allah Peyğəmbərləri bir yerə toplayacağı gün onlara belə deyəcək: “Sizə verilən cavab nə idi (öyrətdiyiniz insanlardan aldığınız cavab”)
Onlar qorxaraq belə cavab verəcəklər: Biz heç nə bilmirik, qeybləri bilən yalnız Sənsən!”
Onlar şanı ən uca olan Rəbblərinə belə deyəcək: “Biz bildiyimizdən əlavə bir şey bilmirik və Sən onları bizdən daha yaxşı bilirsən.”
Bu cavab şanı ən uca olan Rəbb qarşısında hörmətsizlikdir, və bu o deməkdir ki, Sənin hər şeyi əhatə edən elminlə müqayisədə bizim heç bir elmimiz yoxdur. Bu səbəbdən, bizim elmimiz yalnız o insanların davranışlarının bizə görünən tərəfindən idrak edilir, onların qəlblərini biz bilmirik.Sənsən hər şeyi Bilən. Hər şeyi ehtiva edən elmə sahib olansan, və bizim elmimiz Sənin elmin qarşısında heçə bərabərdir.
Eyniylə, Ağa Mehdi Puya bu ayəyə eyni Təfsiri verib:
La ilma Lənə o demək deyil ki, biz heç nəyi bilmirik, bu o deməkdir ki bizim elmimiz bizim deyil, Sənə məxsusdur, bizə Sənin tərəfindən bəxş olunan qədərdir, və bu da çox məhduddur. Sən Alim olan Allahsan.
Beləliklə bu ayə peyğəmbərlərin ölümündən sonrakı hadisələrə aid deyil, onların sağ olduqları zamandakı hadisələrə aiddir və ölülərin “Xəbərdarlığı” və “Eşitməsi”ni inkar etmək üçün istifadə oluna bilməz.
3-cü etiraz: Vəhabilər iddia edir ki, Həzrət İsa (əs) vəfatından sonra ümmətinin şahidi olduğunu inkar edir.
Vəhabilərin üçüncü etirazları budur ki, İsa (əs) da deyib ki, o öldükdən sonra ümmətinin əməllərinin şahidi olmayıb. Onlar növbəti Quran ayəsini dəlil kimi sitat gətirirlər.
(Maidə 5:116-117) (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!
Beləliklə, bu ayədən sələfilər/vəhabilər belə nəticə çıxarırlar ki, Həzrət İsa (ə) ölümündən sonra ümmətinin əməllərindən xəbərsiz idi. Buna görə də deyir ki, o, yalnız ümmətinin arasında ömür sürdüyü zaman onların əməllərinə şahid idi. Və bundan sonra o, ümmətinin əməllərindən xəbərsiz oldu və bu səbəbdən Məhəmməd peyğəmbərin (saas) öldükdən sonra bizim əməllərimizdən xəbərdar olduğunu demək yanlışdır.
Cavab
Sələfilər Peyğəmbərlərin bizim əməllərimizdən xəbərsiz olduğunu sübut etmək üçün Qiyamət Günündəki hadisələrdən danışa bilməzlər, bütün bu şeylər orada ritorik formada baş verir ki, kafirlərə hər şey aydın olsun və yalnız bu dünyada baş verənlər orda qeyd olunacaq (yəni bu dünyada etdiyimiz əməllər qiyamət günü nəzərə alınacaq. Və bu dünyada baş verən mənəvi hadisələr o səhnədə xatırlanmayacaqdır.)

Əgər sələfilər bu faktı qəbul etməsələr və öz qiyaslarından bərk-bərk yapışsalar, onda biz Quranda nə qədər ziddiyyətlərin olduğunu onlara göstərəcəyik. Vəhabilərdə problem ondan ibarətdir ki, onlar Quran ayələrinin təkcə öz iddialarına uyğun olan hissəni götürürlər, qalan hissəsini tərk edirlər. Quranı doğru anlamaq yalnız Əhli-Beytin (əs) vasitəsilə mümkündür. Davam etməzdən əvvəl bilməliyik ki, sələfilər “Şahid” olmaqdan nə başa düşürlər. Məsələn, Quranın bu ayəsinə baxaq:
(Nisa 4:41) (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?
Və eyniylə aşağıdakı ayə:
(Bəqərə 2:143) (Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun.
Adi müsəlman anlayışı budur ki, şahid “görən, tanıyan” deməkdir və “əla” sözü şahid sözündən sonra gələrsə rəqib və ya muhaymin (diqqətli şahid və yaxından görən) mənasını verir. Xahiş edirik, əl-Bəqərə surəsi, 143-cü ayəyə istinad edin. Həmçinin Əl-Rad, 43;Əl-Hud, 17; Əl-Nəhl, 84-89-cu ayələrə baxın. Allah hər xalqdan bir şahid gətirəcək və müqəddəs peyğəmbəri də o şahidlərə şahidlik etmək üçüngətirəcək. Deməli, peyğəmbərin bizim əməllərimizdən bixəbər olmasını demək küfrdür.

Lakin bu müsəlman anlayışına zidd olaraq, sələfilər iddia edirlər ki, Rəsulallah (saas) heç vaxt öz ümmətinin və ya əvvəlki ümmətlərin əməllərini müşahidə etməmişdir. Və o, yalnız Quran sayəsində şahid olmuşdur, yəni Allah Quranda əvvəlki ümmətlərin hekayələrini rəvayət edir və Rəsulallah (saas) Qurandanbildikləri əsasında şahidlik edəcək.

Səudiyyədə Urdu dilində tərcümə və təfsiri ilə nəşr olunmuş Quranda yuxarıdakı ayənin (4:41) təfsirini belə verir:
“Hər bir Peyğəmbər Allahın vəhyini öz ümmətinə çatdırdığını Allaha xəbər verəcək. Və əgər onlar bunu qəbul etməsələr onda bu bizim günahımız deyil. Bundan əlavə Məhəmməd Peyğəmbər (saas) gəlib belə deyəcək: “Ya Allah, onlar haqqı deyirlər.” Rəsulallah (saas) ona nazil olan və əvvəlki ümmətlərin hekayələrini rəvayət edən Qurana əsasən şahidlik verəcək.”
Sələfilərin “Şahid” anlayışı haqqında düşüncələri oxucularımıza aydın oldusa, biz davam edək.
(ən-Nisə 4:159) Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.
Bu ayədə Allah (svt) təsdiq edir ki, Həzrət İsa (əs) Qiyamət gününə qədər bütün Xristian və Yəhudilərə “Şahid”dir.
Hətta əgər biz sələfilərin “Şahid” haqqında nəzəriyyələrinə baxsaq, yenə də Həzrət İsa (əs) öz ümməti haqqında biləcək, çünkikainatın sonuna yaxın, o, yenidən dünyaya enəcək və İmam Mehdinin (əs) arxasında ibadət edəcək. Və Quran da əvvəlki ümmətlərin hekayələri ilə orada olacaq. Beləliklə, bu fakt Həzrət İsanın (əs) öz ümmətinin əməllərindən xəbərdar olması və Haqq-hesab günü bunların “Şahid”i olacağı haqqında heç bir şübhəyə yer qoymur. İndi vəziyyət belədir ki, əgər biz sələfilərin hərflik nəzəriyyələri ilə əməl etsək, onda aşağıdakı Quran ayələrində ziddiyyət görəcəyik:
1.   (5:117) ayəsində deyilir ki, İsa (əs) qiyamət günü belə deyəcək: “Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim”
2.   Lakin (4:159)-cu ayədə deyilir ki, Allah Həzrət İsanı (əs) inkar edir və deyir ki, o, (İsa) Qiyamətə qədər gələn hər bir Xristian və Yəhudiyə şahidlik edəcək.
3.   Və həmçinin sələfilərin şahidlik etmə nəzəriyyələrinə əsasən, Həzrət İsa (əs) öldükdən sonra ümmətinin nə etdiyini bilmədiyini və yalnız onların arasında yaşadığı müddətdə onlara şahidlik etdiyini deyəndə, biz onu yalançı elan etməliyik (nəuzu billah). (Halbuki, o, sonra bu dünyaya gələcək və öz ümmətinin tarixinin yazıldığı ayələrlə dolu Qurana malik olacaq.)
Əziz Oxucular, ümid edirik ki, indi siz sələfilərin növbəti hərflik nəzəriyyələrinin nəticələrini görməyə qadirsiz.

Əvvəl də qeyd etdiyimiz kimi, Haqq-hesab günü hadisələr “Ritorik” formada baş verəcək. Həzrət İsa (əs) yalnız ümmətinin arasında yaşadığı müddətdə şahid olduğunu dedikdə, bu, həmin dövrdə Həzrət İsa (əs) ümmətinin əməllərinə görə cavabdehdir mənasındadır. Allah (svt) onu göylərə qaldırdığı üçün, onun, ümmətinin əməllərinə görə cavabdehliyi yoxdur.

Eyniylə, bir çox hədislər var ki, Qiyamət Günü hadisələrin ritorik Formada baş verəcəyini göstərir. Məsələn, hamımız bilirik ki, Peyğəmbərlər Cənnətə gedəcəklər. Lakin buna baxmayaraq, elə hədislər var ki, Qiyamət gününün necə dəhşətli olacağını və bütün bu peyğəmbərlərin qorxudan titrəyəcəyini və başlarına nə gələcəyindən xəbərsiz olacağını bildirir.

Əvvəlkibölmələrdə biz ölülərin eşitdiyi haqqında şübhələri yox edən Quran ayələri və Rəsulallahdan (saas) hədislər qeyd etmişdik. Lakin sələfilər bu Quran ayələri və hədisləri öz qiyaslarına əsasən inkar etməyə çalışırlar.

Allahummə Salli Alə Muhamməd və Ali Muhamməd.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)