Ölülər bizi eşidir - Quran və sünnə işığında 2-ci hissə.



  Diqqət! Bu araşdırma 313NEWS.NET-ə məxsusdur. Bu mövzuda çox əhatəli araşdırma olduğundan sizlərə də təqdim edirik.

Ölülər eşidir və cavab verə bilirlərmi?
1.   Müqəddimə
GİRİŞ
Vəhhabi firqəsi bu fikirdədir ki, insan öldükdən sonra bu aləmlə əlaqə yaratmaq dərkinə və qüdrətinə malik deyildir. Buna görə də heç kəsin səsini eşidə bilməz. O ki qaldı cavab verməsinə, bu haqda heç danışmağa dəyməz.
Heç kəsə gizli deyildir ki, bu cür söz və əqidə ilə vəhhabilərin hədəfi Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm), pak imamların (əleyhimussəlam) və digər övliya və saleh bəndələrinin qəbir ziyarəti ilə əlaqədar bütün müsəlmanların davranış və əməllərini sual atına salmaqdır. Dəlilləri də budur ki, onlar bizim səsimizi eşitmirlər və cavab vermək qüdrətinə malik deyillər.
Daha ətraflı açıqlama üçün bu barədə verilən suala Ərəbistanın fətva qrupunun verdiyi cavaba diqqət yetirməyimiz lazımdır:
سألت اللجنة الدائمة للإفتاء:
قرأت في كتاب الحاوي للفتاوي للإمام السيوطي أن الميت يسمع كلام الناس، وثنائهم عليه، وقولهم فيه، وكذلك يعرف من يزوره من الأحياء، وإنّ الموتى يتزاورون، فهل هذا حسن؟ فقد اعتمد على بعض الأحاديث وبعض الآثار، وذلك في ج 2 / 169 ، 170 ، 171 .
Fətva vermə üzrə daimi komitəyə sual verilib:
İmam əs-Süyutinin “Əl-Havi lil-fətava” kitabında oxumuşam ki, ölü şəxs camaatın danışığını, onun üçün söylədikləri tərifləri, həmçinin onun barəsində dedikləri sözlərini eşidir; dirilərdən onu ziyarət edəni tanıyır, həmçinin, ölülər bir-birilərini ziyarət edirlər. Bu, düzgündürmü? Süyuti bəzi hədislərə və rəvayətlərə etimad etmişdir. Bu mətləb “əl-Havi” kitabında, c.2, səh.169, 170 və 171-də mövcuddur.
أجابت اللجنة الدائمة:
الأصل عدم سماع الأموات كلام الأحياء، إلاّ ما ورد فيه النص؛ لقول الله سبحانه يخاطب نبي (ص): «فَإِنَّكَ لا تُسْمِعُ الْمَوتى (روم/ 52) الآية، وقوله سبحانه: « وَما أَنْتَ بِمُسْمِع مَنْ فِي القُبُور». (فاطر/22) وبالله التوفيق وصلى الله على نبينا محمد وآله وصحبه وسلم .
Daimi komitə cavab vermişdir:
Ölülərin eşidib-eşitməməsi məsələsində təməl prinsip, barəsində nəss* gələn yerlər istisna olmaqla, ölülərin dirilərin sözlərini eşitməməsidir. Çünki Allah-taala öz Peyğəmbərinə müraciət edərək deyir ki, “Şübhəsiz ki, sən ölülərə eşitdirə bilməzsən” (Rum surəsi, 52-ci ayə), həmçinin buyurur ki: “Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən”. (Fatir surəsi, 22-ci ayə)
Müvəffəqiyyət Allahladır; Allahın xeyir-bərəkəti və salamı olsun peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və səhabələrinə!
_________________________________
* Açıq-aşkar dəlil, işarə. Məsələn, Quran ayəsi, yaxud hədis, ya da hansısa bir şəxsin açıq-aşkar sözü (işarəsi) nəss sayılır. [Tərc.]
"Fətava əl-Ləcnətid-daiməti lil-buhusil-elmiyyəti vəl-ifta", c.9, s.78, fətva 9216. (toplayan: Əhməd ibn Əbdürrəzzaq əd-Düveyş)
Yuxarıdakı sual və cavabın mətni aşağıdakı saytlarda gəlmişdir:
Bu məqalədə vəhhabi alimlərinin fətvaları əsasında onların nəzər və dəlillərini bir neçə fəslin tərkib hissəsində araşdıracaq, onları tənqidi nöqteyi-nəzərdən dəyərləndirəcəyik. Dəlilləri və onların tənqidini qeyd etməzdən əvvəl bu təfəkkürün tarixi köklərinə müxtəsər şəkildə işarə edirik.
BU TƏFƏKKÜRÜN TARİXİ KÖKÜ
Rəvayətləri və İslam tarixini araşdırmaqla bu nəticəyə gəlirik ki, bu təfəkkürün kökü Bəni-Üməyyə hakimlərinin düşüncə və əməllərində özünə yer etmişdir. Bu barədə onların danışıq və rəftarında bir çox nümunələr göstərmək mümkündür.
Mərvan ibn Həkəm və Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) məzarını ziyarət etməyin qadağan olunması
Hakim Nisaburi və Əhməd ibn Hənbəl belə nəql edirlər:
Mərvan ibn Həkəm (vəfatı 61 h.) Peyğəmbər səhabəsi Əbu Əyyub Ənsarinin Peyğəmbər məscidində o həzrətin qəbri üstə oturub eşq və sədaqət göstərdiyini gördü. Mərvan onun boynundan tutub etiraz edərək onu bu işi görməkdən çəkindirdi. Onunla Allah Rəsulunun (sallalahu əleyhi və alihi və səlləm) bu vurğun səhabəsi arasında olan dialoqun mətni budur:
حدثنا أبو العباس محمد بن يعقوب ثنا العباس بن محمد بن حاتم الدوري ثنا أبو عامر عبد الملك بن عمر العقدي ثنا كثير بن زيد عن داود بن أبي صالح قال أقبل مروان يوما فوجد رجلا واضعا وجهه على القبر فأخذ برقبته وقال أتدري ما تصنع قال نعم فأقبل عليه فإذا هو أبو أيوب الأنصاري رضي الله عنه فقال جئت رسول الله صلى الله عليه وسلم ولم آت الحجر سمعت رسول الله صلى الله عليه وسلم يقول لا تبكوا على الدين إذا وليه أهله ولكن ابكوا عليه إذا وليه غير أهله
“Davud ibn Əbu Saleh demişdir: “Bir gün Mərvan gəlib üzünü məzarın üstünə qoymuş bir adamı gördü. Mərvan onun boynundan yapışıb dedi: “Heç nə etdiyini bilirsən?” Həmin adam: “Bəli!” – dedi. Mərvan onun üzünə baxdıqda onun Əbu Əyyub Ənsari (Allah ondan razı olsun) olduğunu gördü. Əbu Əyyub dedi: “Mən Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) yanına gəlmişəm, daşın yanına gəlməmişəmki. Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) belə dediyini eşitmişəm: “Dinin başında din əhli olsa, dinə ağlamayın. Dinin başında din əhli olmasa, dinə ağlayın”.
Hakim Nisapuri hədisin sonunda hədisin səhihliyini qeyd edir:
هذا حديث صحيح الإسناد ولم يخرجاه
“Bu hədisin sənədi səhihdir, ancaq iki şeyx (Buxari və Müslim) onu (öz kitablarında) qeyd etməyiblər”.
Əl-Hakim ən-Nisaburi (vəfatı 405 h.), “əl-Müstədrək ələs-səhiheyn”; c.4, s.560.
Əhli-sünnənin dörd məzhəb imamlarından olan Əhməd ibn Hənbəl “Müsnəd” kitabında (c.5, səh.422) bu hədisi qeyd etmişdir.
Əhli-sünnə böyüklərindən olan əs-Səmhudi də bu hədisi qeyd etmiş və sənədinin həsən olduğunu demişdir:
قلت رواه أحمد بسند حسن.
Deyirəm: “Bu hədisi Əhməd həsən sənədlə nəql etmişdir.”
Əli ibn Abdullah ibn Əhməd əl-Həsəni əs-Səmhudi (vəfatı 911 h.); “Xulasətül-vəfa bi-əxbari darul-Mustafa”, c.1, s.59
Həmzə əz-Zeyn Əhməd ibn Hənbəlin “Müsnəd” kitabını təhqiq etmiş müasir və məşhur əhli-sünnə təqdqiqatçısıdır. O, bu hədisi səhih bilmiş və ardınca İbn Teymiyyə və vəhhabilərin əleyhinə elə maraqlı bir söz işlətmişdir ki, onu oxumaq xüsusi zövq verir. O deyir:
اسناده صحيح، كثير بن زيد وثقه احمد ورضيه ابن معين ووثقه ابن عمار الموصلي وابن سعد، وابن حبان، وصلحه ابو حاتم ورضيه ابن عدي لکن ضعفه النسائي ولينه ابو زرعه. وتمسک قوم بتضعيف النسائي وکلام ابي زرعه وترکوا کل هؤلاء لا لشئ الا ليضعفوا هذا الحديث. وخطاً والحاکم والذهبي لانه صححاه في المستدرک 4/515 علما بانهم يوثقون کثير بن زيد في اماکن غير هذا ومعنى ذلک ان التوثيق والاتهام يخضع للأهواء والمذاهب وهذه خيانة علمية بحد ذاتها اما لماذا يضعفوه هنا؟ فهذه سقطة علمية محسوبة عليهم يقولون ان في هذا دليل لمن يجوز التمسح بالقبور. وهل کان أبو أيوب يتمسح بقبر النبي؟ وهؤلاء عندهم عقدة من أي خبر فيه دنو من القبور وهذا اکبر دليل على بطلان مذهبهم، فماذا يرجي من خونة للعلم؟ ولا ندري مذهب هؤلاء. انهم يدعون انهم حنابلة تارة ولا مذهبية تارة اخري. فلا تبعوا الحنابلة وقد خالفوا الذهبي وهو حنبلي ولا هم اثبتوا مذهبا واضحا صريحا يعرف لهم وانما في مذهب کالحية.
“Sənədi səhihdir; Kəsir ibn Zeydi Əhməd ibn Hənbəl siqə (etibarlı) hesab etmişdir; İbn Məin onu qəbul etmişdir; İbn Əmmar əl-Mosuli, İbn Səd, İbn Hibban onu siqə hesab etmişlər; Əbu Hatim onu saleh bilmişdir; İbn Ədiy onu qəbul etmişdir; lakin ən-Nəsai onuzəif hesab etmişdir; Əbu Zurə də onu “leyyin” (zəif) bilmişdir. Bir dəstə şəxs heç nə üçün deyil, sırf bu hədisi zəif çıxarmaq üçün bu qədər alimin sözünü görməzdən gələrək, məhz Nəsai ilə Əbu Zurənin sözündən yapışmış, “əl-Müstədrək” kitabında (4/515) bu hədisi səhih hesab etdikləri üçün Hakim ilə Zəhəbini xətakar hesab etmişlər  Halbuki, bu şəxslər Kəsir ibn Zeydi bundan başqa yerlərdə siqə hesab edirlər. Bunun anlamı odur ki, siqə bilmə və ittiham etmə nəfsi istəklərə və məzhəblərə əsaslanır. Bu, öz-özlüyündə elmi xəyanətdir. Amma, nə üçün onu burada zəif hesab etmişlər? Bu, onların əleyhinə olan elmi bir nöqsandır; belə ki, onlar deyirlər ki, “bu hədisdə qəbirlərə əl sürtməyin icazəli olduğuna inananlar üçün dəlil vardır. Görəsən Əbu Əyyub Ənsari özünü Peyğəmbərin qəbrinə sürtürdü?!” Bunların qəbirə yaxın durma ilə bağlı olan hər bir hədisə qarşı kompleksləri vardır. Bu, onların məzhəbinin batil olmasına dair ən böyük dəlildir. Elm xainlərindən bundan başqa nə gözləmək olar ki? Biz bunların məzhəblərinin nə olduğunu da bilmirik. Onlar (vəhhabilər) gah hənbəli olduqlarını, gah da heç bir məzhəbləri olmadığını iddia edirlər. Onlar heç hənbəlilərin ardınca da getmirlər; məsələn, hənbəli olduğu halda, onlar Zəhəbi ilə müxalifət etmişlər. Onların qərarlaşdıqları açıq-aydın bir məzhəbləri yoxdur ki, onunla tanınsınlar. Onlar məzhəbdə yalnız bir ilan kimidirlər.”
“Əl-Müsnəd lil-İmam Əhməd ibn Hənbəl”, c.17, s.42-43. (şərhi və mündəricatının tərtibi Əhməd əz-Zeynə məxsusdir)
Həccac ibn Yusifin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qəbrini ziyarət edənlərə “ölüm olsun!” deməsi
İbn Əbül-hədid Həccac ibn Yusif Səqəfinin (vəfatı h. 95) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) müqəddəs məkanına qarşı təhqiramiz ifadələr işlətməsini qeyd etmişdir. İbn Əbdü-Rəbbih əl-Əndəlusi, Əbu Səd Mənsur ibn Hüseyn əl-Abi, ərəb ədəbiyyatının öncüllərindən olan Mübərrəd hesab etmişlər ki, Həccacın bu cəsarəti onun əhli-sünnə alimləri və fəqihləri nəzərində uzalaşdırılmasına (təkfir edilməsinə) səbəb olmuşdur.
Həccac ibn Yusif əs-Səqəfi Kufədə söylədiyi bir xütbədə belə demişdir:
وخطب الحجاج بالكوفة فذكر الذين يزورون قبر رسول الله صلى الله عليه وسلم بالمدينة ، فقال : تباً لهم إنما يطوفون بأعواد ورمة بالية هلا طافوا بقصر أميرالمؤمنين عبد الملك ألا يعلمون أن خليفة المرء خير من رسوله .
“Həccac Kufədə xütbə söylədi. Mədinədə Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) məzarını ziyarət edən kəslərdən danışaraq dedi: “Ölüm olsun onlara! Onlar yalnız dirəklərin və çürümüş sümüklərin başına dövrə vururlar. Nə üçün Əmirəlmöminin Əbdülməlikin sarayını təvaf etmirlər? Məgər bilmirlər ki, adamın xəlifəsi onun elçisindən üstündür?!”
İbn Əbil-hədid əl-Mədaini əl-Mötəzili (vəfatı: h. 655), “Şərhu Nəhcil-bəlağə”, c.15, s.142.
Həccacın Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) uca məqamına qarşı cəsarəti və alçaltması o həddə idi ki, qələm bunu yazmaqdan utanır, dil bəyan etməkdən xəcalət çəkir. O, utanmazcasına təkcə peyğəmbərlik məqamına vurğun zəvvarlara ölüm diləmir, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bədənini faydasız çürük sümüklərlə müqayisə etmir, bəlkə də bundan daha ağırını edir; o, camaatı elə bir evi təvaf etməyə təşviq edir ki, bu ev Allah və Peyğəmbər əhli-beytinin düşməni və Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) xilafətini ələ keçirən qəsbkar üçün daşdan və qayadan tikilmişdir. Habelə, onun alçaq məqamını ilahi peyğəmbərlik məqamından uca hesab edir.
Məhz onun bu cəsarətlərinə görə əhli-sünnə alimləri Həccacı kafir hesab etmişlər.
İbn Əbdü-Rəbbih əl-Əndəlusi “əl-İqdül-fərid” kitabında yazır ki, həmin iş Həccacın alimlər tərəfindən təkfir edilməsinə səbəb olmuşdur:
ومما كفرت به العلماء الحجاج قوله ورأى الناس يطوفون بقبر رسول الله صلى الله عليه وسلم ومنبره إنما يطوفون بأعواد ورمة.
“Alimlərin Həccacı kafir hesab etmə səbəblərindən biri budur ki, Həccac camaatın Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) qəbri və minbərinin başına təvaf etməsini görərkən, onların yalnız dirəklər və çürümüş sümüklərin ətrafında dövr etdiklərini söyləmişdir.”
Əhməd ibn Muhəmməd ibn Əbdü-Rəbbih Əl-Əndəlusi (vəfatı: h. 328); “əl-İqdul-fərid”, c.5, s.43
Muhəmməd ibn Yezid əl-Mübərrəd (vəfatı: h. 286) ərəb ədəbiyyatının öncüllərindəndir. O yazır ki, bu iş Həccacın alimlər tərəfindən təkfir edilməsinə səbəb olmuşdur:
إنّ ذلك ممّا كفّرت به الفقهاء الحجاج ، وأنّه إنّما قال ذلك والناس يطوفون بالقبر.
"Şübhəsiz ki, bu, fəqihlərin Həccacı kafir hesab etmə səbəblərindəndir; belə ki, o, bunu camaat qəbrin başına təvaf etdiyi zaman demişdir”.
Muhəmməd ibn Yezid əl-Mübərrəd, “əl-Kamil fil-lüğəti vəl-ədəb”, c.1, s.222.
Deməli, bu təfəkkürün mənşəyi hələ İslamın ilkin çağlarında Bəni-Üməyyə və onun tabeçiliyində olanlar tərəfindən meydana çıxarılmışdır və bu, yeni bir düşüncə deyildi.
İndi ki, bu düşüncənin kökünü və əsasını bilmiş olduq, əvvəlcə onların dəlillərini araşdırıb, sonra isə onları tənqid edəcəyik.
VƏHHABİLƏRİN DƏLİLLƏRİ VƏ ONLARIN TƏNQİDİ ANALİZİ
Birinci hissədə sələfilərin (vəhhabilərin) Qurandan gətirdikləri dəlili qeyd edib, sonra onların istidlalına tənqidi baxış keçirəcəyik:
Bu nəzəriyyənin dəlillərinin araşdırılması
Bu nəzəriyyəyə inananlar Quranın aşağıdakı ayələrinə istinad edirlər:
فَإِنَّكَ لاَ تُسْمِعُ الْمَوْتَى وَلاَ تُسْمِعُ الصُّمَّ الدُّعَآءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ
“Şübhəsiz, sən ölülərə (heç nəyi) eşitdirə bilməzsən, öz dəvətini arxa çevirib, dönüb gedən karlara yetirə bilməzsən”. (Rum surəsi, 52-ci ayə)

وَما يَسْتَوِى الْأَحْيَآءُ وَلاَ الْأَمْوَاتُ إِنَّ اللّه‏َ يُسْمِعُ مَن يَشَآءُ وَما أَنتَ بِمُسْمِعٍ مَن فِي الْقُبُورِ
“Və dirilər ilə də ölülər eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən”. (Fatir surəsi, 22-ci ayə)
Aişənin bu ayəni dəlil gətirməsi və daha sonra öz fikrindən daşınması
Əhli-sünnə alimləri Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) həyat yoldaşı Aişənin bu ayəni ölülərin eşitməməsinə dəlil gətirməsini nəql etmişlər:
و احتجاج عائشة رضي الله عنها بقوله تعالى : وما أنت بمسمع من في القبور
“Aişənin (Allah ondan razı olsun) Allah-taalanın “Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən” kəlamını dəlil gətirməsi.
Əs-Salehi əş-Şami (vəfatı: h. 942), “Subulul-huda vər-rəşad fi sirəti xeyril-ibad”, c.4, s.85; Məhəmməd ibn Əhməd əl-Qurtubi (vəfatı: h. 671), “əl-Cami li-əhkamil-Quran”, c.13, s.232; Əbdürrəhman ibn Abdullah əs-Suheyli (vəfatı: h. 581), “ər-Rəvzul-unuf şərhu sirəti seyyidi vələdi Adəm və xatəmil-mursəlinə Muhəmməd (s), c.3, s.85; Kəmaləddin əs-Sivasi əl-Hənəfi (vəfatı: h. 681), “Şərhu fəthil-qədir”, c.2, s.104; İbn Abidin əl-Hənəfi (vəfatı: h. 1252), “Haşiyətu rəddil-muxtar ələd-durril-muxtar şərh tənviril-əbsar fiqhi Əbu Hənifə”, c.3, s.836; Numan ibn Mahmud əl-Alusi (vəfatı: h. 1317), “əl-Ayatul-bəyyinatu fi ədəmi simail-əmvati əla məzhəbil-hənəfiyyətis-sadat”, c.1, s.14.
Ancaq İbn Həcər əl-Əsqəlani “Fəthul-bari” kitabında yazır ki, Aişə bu fikirindən dönmüşdür:
فكأنها رجعت عن الإنكار لما ثبت عندها من رواية هؤلاء الصحابة لكونها لم تشهد القصة.
“Sanki Aişə bu səhabələrin rəvayəti onun yanında sübuta yetdikdən sonra – hadisəyə (şəxsən) şahid olmaması səbəbindən – inkarından dönmüşdür”.
İbn Həcər əl-Əsqəlani əş-Şafei (vəfatı: h. 852), “Fəthul-bari şərhi səhihil-Buxari”, c.7, s.304
Digər mənbələr:
Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “Şərhus-Süyuti li-sünənin-Nəsai”, c.4, s.11; əs-Salehi əş-Şami (vəfatı: h. 942), “Subulul-huda vər-rəşad fi sirəti xeyril-ibad”, c.4, s.85; Həmd ibn Nasir ət-Təmimi əl-Hənbəli (vəfatı: h. 1225), “əl-Fəvakihul-izab fir-rəddi əla mən ləm yəhkum əs-sünnətə vəl-kitab”, c.6, s.200; Muhəmməd əl-Əmin əş-Şənqiti (vəfatı: h. 1393), “Əzvaul-bəyani fi izahil-Qurani bil-Quran”, c.6, s.135.
Hətta bu fikirdən dönməmiş olsa belə, əhli-sünnə alimləri onun bu ayəni sübut gətirməsini rədd olunan hesab edirlər.
Həmd ibn Nasir əl-Hənbəli yazır:
وقد رأيته أخرج عن صحابيين جليلين هما : ابن عمر ، وأبو طلحة ، تصريح النبي - صلى الله عليه وسلم - بأن أولئك الموتى يسمعون ما يقول لهم ، ورد عائشة لرواية ابن عمر بما فهمت من القرآن مردود ، كما سترى إيضاحه إن شاء الله تعالى
“Mən Buxarinin iki böyük səhabə İbn Ömər və Əbu Təlhədən Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) ölülərin eşitdiyini bildirdiyini nəql etdiyini görmüşəm. Aişənin Qurandan çıxardığı nəticəyə görə İbn Ömərin hədisini rədd etməsi qeyri-məqbul bir işdir. Necə ki, daha sonra bunun izahını görəcəksiniz, inşallah”.
Həmd ibn Nasir ət-Təmimi əl-Hənbəli (vəfatı: h. 1225), “əl-Fəvakihul-izab fir-rəddi əla mən ləm yəhkum əs-sünnətə vəl-kitab”, c.6, s.235.
Muhəmməd əl-Əmin əl-Şənqiti yazır:
تصريح النبيّ صلى الله عليه وسلم بأن أُولئك الموتى يسمعون ما يقول لهم ، وردّ عائشة لرواية ابن عمر بما فهمت من القرءان مردود ، كما سترى إيضاحه إن شاء اللَّه تعالى
(Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) ölülərin onlara deyiləni eşitdiklərini bildirmişdir. Aişənin Qurandan çıxardığı nəticəyə görə İbn Ömərin hədisini rədd etməsi qeyri-məqbul bir işdir. Necə ki, daha sonra bunun izahını görəcəksiniz, inşallah”.
Muhəmməd əl-Əmin əş-Şənqiti (vəfatı: h. 1393), “Əzvaul-bəyani fi izahil-Qurani bil-Quran, c.6, s.130.
Bu ayə ilə əlaqədar əhli-sünnə alimlərinin cavabı
Əhli-sünnə alimləri vəhhabilərin sübut kimi gətirdikləri ayələrlə əlaqədar bir neçə cavab sərgiləmişlər. Bu hissədə biz onlara işarə edəcəyik:
a) Ayələrdən heç biri ölülərin eşitməməsini dəqiq surətdə göstərmir:
Həmd ibn Nasir əl-Hənbəli yazır:
وأنه ليس في القرآن ما ينفي السماع الثابت للموتى في الأحاديث الصحيحة
وإذا علمت به أن القرآن ليس فيه ما ينفي السماع المذكور ، علمت أنه ثابت بالنص الصحيح ، من غير معارض .
“Doğrusu, Quranda səhih hədislərdə ölülər üçün sübuta yetən eşitməni rədd edən bir şey yoxdur.
İndi ki, Quranda qeyd edilmiş eşitməni rədd edən bir şey yoxdur, deməli, ölülərin eşitməsi səhih nəss vasitəsilə sübuta yetmiş olur və o, Quranla ziddiyyət təşkil etmir.”
Həmd ibn Nasir ət-Təmimi əl-Hənbəli (vəfatı: h. 1225), “əl-Fəvakihul-izab fir-rəddi əla mən ləm yəhkum əs-sünnətə vəl-kitab”, c.6, s.139.
Yəni, Quranda ölülərin eşidib-eşitməməsi barədə deyilən ayələr ölülərin eşitmə qabiliyyətindən məhrum olduqları anlamına gəlmir. (Müt.)
b) Ayədə dirilərin ölüləri eşitdirmək bacarığına malik olmaması deyilərkən, dirilərin Allahdan müstəqil şəkildə ölüləri eşitdirmək bacarığına malik olmamaları nəzərdə tutulmuşdur.
Əllamə Alusi yazır:
«وما أنت بمسمع من في القبور» ترشيح لتمثيل المصرين على الكفر بالأموات وأشباع في إقناطه عليه الصلاة والسلام من إيمانهم والباء مزيدة للتأكيد أي وما أنت مسمع والمراد بالسماع هنا ما أريد به في سابقه ولا يأبى إرادة السماع المعروف ماورد في حديث القليب لأن المراد نفي الأسماع بطريق العادة وما في الحديث من باب «وما رميت إذ رميت ولكن الله رمى» وإلى هذا ذهب البعض وقد مر الكلام في ذلك فلا تغفل.
“Sən əsla qəbirdə olanları eşitdirə bilməzsən”. Bu cümlə (daha öncəki cümlədə) küfrdə inad edən şəxslərin ölülərə bənzədilməsinin ardınca deyilmiş bir “tərşih”dir (əd. tərşih: birinci bənzətməyə müvafiq ikinci bənzətmənin edilməsi). Daha öncəki cümlədə küfrdə israr edənlər ölülərə bənzədilmişdir (bununla birinci bənzətmə edilmişdir), sonrakı cümlə olan bu cümlədə isə ölünün eşidə bilməyəcəyi deyilmişdir (bununla da ikinci bənzətmə edilmişdir. Dolayısı ilə, küfrdə israr edənlərin yola gəlməyəcəyi bildirilmişdir. [Red.]). Həmçinin, bu cümlədə Peyğəmbərə (ona salam və salavat olsun) küfrdə israr edən şəxslərin iman gətirmələrindən ümidini üzməzi məsləhət görülmüşdür. Buradakı “bə” təkid üçün artırılmışdır.
Bu cümlədəki “eşitdirmək”, daha əvvəlki cümlədəki “eşitdirmək” ilə eyni mənadadır (Zəməxşəri əvvəlki cümlədəki “eşitdirmək”i belə izah etmişdir: “Allah dilədiyini eşitdirər”, yəni, Allah dilədiyi ölünü səsləri eşitməyə qabil edər. [Red.]).
Bu ayədə deyilənlər “quyu” hədisində* deyilənlərlə ziddiyyət təşkil etmir. Çünki, ayədə ölülərin təbii yolla eşitdirilməsi inkar edilmişdir (Allahın izni ilə eşitdirilməsi deyil). Quyu hədisində deyilənlər “(Oxu) atdığın zaman sən atmadın, Allah atdı!” ayəsində deyilən növdəndir. Bəzi alimlər də məhz bu nəzəri qəbul etmişlər. Bu barədə daha öncə danışıldı. Elə isə, diqqətsizlik etmə”.
____________________________
* “Səhihul-Buxari” və s. kitablarda Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) Bədr döyüşündə öldürülən şəxslərin cəsədlərinin yığıldığı quyunun başına gəlib ölü müşriklərlə danışdığı, bunun ardınca bəzi səhabələrin, “ey Allahın Rəsulu, ölü şəxslərlə danışırsan?!”, - dediyi, Peyğəmbəri-Əkrəmin də “siz onlardan daha yaxşı eşitmirsiniz, lakin onlar cavab verə bilmirlər”, - deyə cavab verdiyi nəql olunmuşdur. Zəməxşəri demək istəyir ki, bu hədisdə deyilənlər ayədəki “Sən əsla qəbirdə olanları eşitdirə bilməzsən” fikri ilə ziddiyyət təşkil etmir. Çünki ayədə insanın Allahdan müstəqil şəkildə ölüləri eşitdirməsi nəzərdə tutulmuşdur. Belə bir şey, şübhəsiz ki, bütün bəşərin qüdrəti xaricindədir. İnsan danışdığı zaman ölülərin onu eşitməsi, yalnız Allah-taalanın izn və qüdrəti ilə baş verir. [Red.]
Şihabəddin əl-Alusi əl-Bağdadi (vəfatı: h. 1270), Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani, c.22, s.186.
Dəlil gətirərək izah etmə
Qurani-Kərimdə bir çox ayələr bu şəkildə gəlmişdir;  bu növ ayələr insanlara səbəblərin səbəbinin Allah-taala  olduğunu başa salmaq məqsədi daşıyır. Məsələn, bir ayədə deyilir:
أَفَرَأَيْتُمْ ما تَحْرُثُونَ أَأَنْتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ
“Heç əkdiyinizi görmüsünüz? Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?” (Vaqiə surəsi, 63-64-cü ayə.)
Bu ayələrdə əkin Allaha nisbət verilmişdir. Lakin hamıya məlumdur ki, əkinçiliyi əkinçi icra edir. Bəs niyə bu ayədə əkinçilik Allahla əlaqələndirilmişdir? Cavab budur ki, Allah-taala əsl səbəbin Özü olduğunu başa salmaq istəmişdir. Əkinçiyə qüdrət verən məhz Odur. Başqa bir ayədə isə deyilir:
فَلَمْ تَقْتُلُوهُمْ وَ لكِنَّ اللَّهَ قَتَلَهُمْ وَ ما رَمَيْتَ إِذْ رَمَيْتَ وَ لكِنَّ اللَّهَ رَمى‏ وَ لِيُبْلِيَ الْمُؤْمِنينَ مِنْهُ بَلاءً حَسَناً إِنَّ اللَّهَ سَميعٌ عَليمٌ.
“Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman sən atmadın, Allah atdı (düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən Allah eşidən və biləndir.” (Ənfal surəsi, 17-ci ayə)
Bu ayədə Allah-taala kafirləri öldürmək, hətta onlara tərəf ox atmağı belə Özünə nisbət verir, halbuki açıq-aydın bilinir ki, oxu müsəlmanlar atırdılar. Deməli, Allahın bu işi Özünə nisbət verməsinin əsas məqsədi, səbəblərin səbəbi və müsəlmanlara qüdrət verən kəsin Özü olduğunu başa salmaqdır.
Bu qəbil nümunələr Qurani-kərimdə olduqca çoxdur. “Sən ölüləri eşitdirə bilməzsən” ayəsində  “sən Allahın icazəsi və Onun qüdrəti olmadan ölüləri eşidən edə bilməzsən” – mənası nəzərdə tutulmuşdur. Buna əsasən, bu ayə ölülərin eşitməməsinə sübut sayıla bilməz.
c) Ölülər eşidirlər, lakin eşitmək onların durumuna fayda vermir
İbn Abidin əhli-sünnə böyüklərindən biridir. O, deyir ki, bu ayələrdə kafirlərin ölülərə bənzədilməsinin səbəbi ölülərin səs eşidə bilməməsi deyil, eşitməyin onlara fayda verməməsidir.
Əhli-sünnə böyüklərindən sayılan İbn Həcər yazır ki, nəzərdə tutulan şey onların eşitməmələri deyil, sözlərinin onlara bir fayda verməməsidir:
وأما استدلالها بقوله تعالى: فَإِنَّكَ لا تُسْمِعُ الْمَوتى (الروم/52) .فقالوا: معناها لا تسمعهم سماعاً ينفعهم أو لا تسمعهم إلاّ أن يشاء اللّه.
“(Aişənin) Allah-taalanın “Sən ölülərə eşitdirə bilməzsən”  ayəsini dəlil gətirməsinə gəlincə, (alimlər bunun haqqında belə) demişlər: “Onun mənası – sən onlara fayda verə biləcək bir şey eşitdirə bilməzsən, ya da: yalnız Allah istədiyi halda sən onlara söz çatdıra bilərsən, deməkdir.”
İbn Həcər əl-Əsqəlani əş-Şafei (vəfatı: h. 852), “Fəthul-bari şərh səhihil-Buxari”, c.3, s.234.
ç) Ölülər eşidirlər, lakin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) göstəriş və qadağalarından faydalana bilmirlər
Vəhhabi ideologiyasının başçılarından olan İbn Teymiyyə yazır ki, bu ayələrdə eşitmək dedikdə mütləq eşitmək deyil, ardınca itaət olan eşitmək nəzərdə tutulur,. Buna görə də bu, ölülərin eşitməsini inkar edənlər üçün dəlil sayılmır:
إنك لا تسمع الموتى فإن المراد بذلك سمع القبول والامتثال فان الله جعل الكافر كالميت الذى لا يستجيب لمن دعاه وكالبهائم التى تسمع الصوت ولا تَفْقَهُ المعنى فالميت وان سمع الكلام وفقه المعنى فإنه لا يمكنه إجابة الداعى ولا امتثال ما أُمر به ونُهى عنه فلا ينتفع بالأمر والنهى وكذلك الكافر لا ينتفع بالأمر والنهي وان سمع الخطاب وفهم المعنى كما قال تعالى  {ولو علم الله فيهم خيرا لأسمعهم} وأما رؤية الميت فقد روى في ذلك آثار عن عائشة وغيرها.
“Sən ölülərə eşitdirə bilməzsən”: Məqsəd çağırışa cavab vermək və ya hər hansısa bir göstərişə tabe olmaqla müşayiət olunan eşitmədir. Allah-taala kafiri ölü kimi çağıranın çağırışına cavab verməyən, heyvan kimi səsi eşidən, lakin mənanı başa düşməyən etmişdir.  Ölü səsi eşidib mənanı başa düşsə də, çağıranın çağırışına cavab verə bilmir, ona əmr və ya qadağan olunan şeyi yerinə yetirə bilmir. Buna görə də, əmr və ya qadağadan faydalana bilmir. Kafir də belədir; o da səsi eşidib mənanı başa düşsə də, əmr və ya qadağadan faydalana bilmir. Necə ki, Allah-taala bu barədə buyurur: “Əgər Allah onlarda bir xeyir bilsəydi, onlara eşitdirərdi” (Ənfal surəsi, 23-cü ayə). Ölünün görməsinə gəlincə isə, bu barədə Aişədən və başqalarından xəbərlər nəql olunmuşdur”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.24, s.363-364.
d) Ölülərdən bəzisi eşitmir, bəziləri isə eşidir
Əhli-sünnə böyüklərindən olan İbn Quteybə yazır ki, bu iki ayə bütün ölülərin eşitməməsinə dəlalət etmir. Çünki burada ölülər dedikdə ölülər kimi olan cahil və kafirlər  nəzərdə tutulur:
وأما قوله تعالي فَإِنَّكَ لا تُسْمِعُ الْمَوتى  (الروم/52) . وَما أَنْتَ بِمُسْمِع مَنْ فِي القُبُور،  (فاطر/22) . فليس من هذا في شئ؛ لأنّه أراد بالموتى ههنا الجهّال، وهم أيضاً أهل القبور يريد إنّك لا تقدر على إفهام من جعله اللّه تعالى جاهلاً ولا تقدر على إسماع من جعله اللّه تعالى أصمّ عن الهدى.
وفي صدر هذه الآيات دليل على ما نقول، لأنّه  قال: وَمَا يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ (فاطر/19)يريد بالاعمى: الكافر، وبالبصير المؤمن.
(وَلاَ الظُّـلُمَـتُ وَ لاَ النُّورُ).  (فاطر/20). يعني بالظلمات: الكفر، وبالنور: الايمان.
(وَلاَ الظِّـلُّ وَ لاَ الْحَرُورُ).  (فاطر/21). يعني بالظلّ: الجنة، وبالحرور: النار.
وَمَا يَسْتَوِي الْأَحْيَاءُ وَلَا الْأَمْوَاتُ يعني بالآحياء: العقلاء، وبالاموات: الجهلاء.
ثمّ قال: إِنَّ اللَّهَ يُسْمِعُ مَن يَشَآءُ وَمَآ أَنتَ بِمُسْمِع مَّن فِى الْقُبُورِ.  (فاطر/ 22)
يعني: أنّك لا تسمع الجهلاء الذين كأنّهم موتى في القبور، ومثل هذا كثير في القرآن، ولم يرد بالموتى الذين ضربهم مثلاً للجهلاء شهداء بدر، فيحتجّ بهم علينا، أولئك عنده أحياء كما قال اللّه عزوجل.
Allah-taalanın “Sən ölülərə eşitdirə bilməzsən”, “Sən qəbirlərdə olana eşitdirən deyilsən” kəlamına gəlincə, bundan (ölülərin eşitmədiyini iddia edənlər üçün) bir dəlil yoxdur; çünki burada cahillər nəzərdə tutulmuşdur, onlar həm də qəbir əhlidirlər. Allah-taala demək istəyir ki, sən Allahın nadan etdiyi kəsi anlatma iqtidarında deyilsən və Allah-taalanın hidayətə qarşı kar etdiyi kəsə sənin eşitdirmək qüdrətin çatmır.
Bu ayələrin əvvəlində gələn bizim dediklərimizə dəlildir, çünki əvvəldə deyilir ki: “Korla görən eyni deyildir” (Fatir surəsi, 19-cu ayə); kor deməklə kafiri, görən deməklə “mömini” nəzərdə tutur.
“Zülmətlə nur da!” (Fatir surəsi, 20-ci ayə); zülmət dedikdə küfrü, nur dedikdə imanı nəzərdə tutur.
“Kölgə ilə isti də!” (Fatir surəsi, 21-ci ayə); kölgə ilə cənnəti, isti ilə cəhənnəmi nəzərdə tutur.
“Dirilərlə ölülər də eyni deyillər!” (Fatir surəsi, 22-ci ayə); dirilərlə ağıllıları, ölülərlə isə nadanları nəzərdə tutur.
Sonra deyir: “Allah istədiyi kəsə eşitdirər.Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən.” Yəni, sən qəbirlərdəki ölülərtək olan cahilləri eşitdirə bilməzsən. Bunun oxşarı Quranda çoxdur. Allah cahillər üçün misal kimi çəkdiyi ölülər kəlməsiilə Bədr şəhidlərini nəzərdə tutmayıb. Onları bizə dəlil göstərir, onlar Allah dərgahında elə Özü dediyi kimi diridirlər.”
İbn Quteybə əd-Dinəvəri (vəfatı: h. 276), “Təvilu muxtələfil-hədis”, c.1, s.152.
Nəticə:
Əhli-sünnə alimlərinin etirafına əsasən, bu ayələr vəhhabilərin “Ölülər mütləq şəkildə eşitmirlər” sözünü heç cür dəstləkləyə bilməz.
ÖLÜLƏR EŞİTMƏK QÜDRƏTİNƏ MALİK OLMAQDAN ƏLAVƏ, HƏM DƏ DİRİLƏRƏ CAVAB VERƏ BİLƏRLƏR
Ayə və hədislər ölülərin eşitmək qüdrətinə malik olmaqdan əlavə, ziyarət edən dirilərin sözlərinə cavab vermək bacarığına da sahib olduqlarını bildirir.
a) Quranın baxışına əsasən aşağıdakı ayə yuxarıdakı mətləbin isbatı üçün ən təmiz dəlildir:

وَسْئَلْ مَنْ أَرْسَلْنا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنا أَ جَعَلْنا مِنْ دُونِ الرَّحْمنِ آلِهَةً يُعْبَدُونَ.
“Səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən soruş (gör) heç Biz Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişikmi?!” (Zuxruf surəsi, 45-ci ayə)
Əhli-sünnə alimlərinin bu ayənin təfsiri barədə dediklərindən aydın olur ki, dünyasını dəyişmiş peyğəmbərlər səsi duyur və cavab verə bilirlər.
Əhli-sünnə imamlarından olan Qurtubi öz təfsirində Merac gecəsi Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) peyğəmbərlərə sual verməsi və onların da cavablandırması ilə bağlı hədislər nəql etmiş, hədisləri nəql etdikdən sonra sonda bu təfsiri səhih hesab etdiyini bildirmişdir:
قال بن عباس وبن زيد : لما أسري برسول الله صلى الله عليه وسلم من المسجد الحرام إلى المسجد الأقصى وهو مسجد بيت المقدس بعث الله له آدم ومن ولد من المرسلين وجبريل مع النبي صلى الله عليه وسلم فأذن جبريل صلى الله عليه وسلم ثم أقام الصلاة ثم قال : يا محمد تقدم فصل بهم فلما فرغ رسول الله صلى الله عليه وسلم قال له جبريل صلى الله عليه وسلم : «سل يا محمد من أرسلنا من قبلك من رسلنا أجعلنا من دون الرحمن آلهة يعبدون فقال رسول الله صلى الله عليه وسلم : لا أسأل قد اكتفيت». قال بن عباس : وكانوا سبعين نبيا منهم إبراهيم وموسى وعيسى عليهم السلام فلم يسألهم لأنه كان أعلم بالله منهم
في غير رواية عن بن عباس : فصلوا خلف رسول الله صلى الله عليه وسلم سبعة صفوف المرسلون ثلاثة صفوف والنبيون أربعة وكان يلي ظهر رسول الله صلى الله عليه وسلم إبراهيم خليل الله وعلى يمينه إسماعيل وعلى يساره إسحاق ثم موسى ثم سائر المرسلين فأمهم ركعتين فلما انفتل قام فقال : إن ربي أوحى إلي أن أسألكم هل أرسل أحد منكم يدعو إلى عبادة غير الله فقالوا : يا محمد إنا نشهد إنا أرسلنا أجمعين بدعوة واحدة أن لا إله إلا الله وأن ما يعبدون من دونه باطل وإنك خاتم النبيين وسيد المرسلين قد استبان ذلك لنا بإمامتك إيانا وأن لا نبي بعدك إلى يوم القيامة إلا عيسى بن مريم فإنه مأمور أن يتبع أثرك
وقال سعيد بن جبير في قوله تعالى : واسأل من أرسلنا من قبلك من رسلنا قال : لقي الرسل ليلة أسري به وقال الوليد بن مسلم في قوله تعالى : واسأل من أرسلنا من قبلك من رسلنا قال : سألت عن ذلك خليد بن دعلج فحدثني عن قتادة قال : سألهم ليلة أسري به لقي الأنبياء ولقي آدم ومالك خازن النار.
قلت : هذا هو الصحيح في تفسير هذه الآية.
İbn Abbas və İbn Zeyd demişdir:“Allah Rəsulunu (sallallahu əleyhi [və alihi] və səlləm) Məscidül-həramdan Beytül-müqəddəs məscidi olan Məscidül-əqsaya aparıldığı zaman Allah Adəmi və dünyaya gələn bütün peyğəmbərləri onun yanına göndərdi (yaxud: Adəmi və dünyaya gələn bütün peyğəmbərləri onun üçün diriltdi). Cəbrail də peyğəmbərlə (sallallahu əleyhi [və alihi] və səlləm) birlikdə idi. Cəbrail azan verdi, sonra namaz təşkil etdi. Cəbrail dedi: “Ya Məhəmməd, onlara namaz qıldır”. Allah Rəsulu namazı qılıb bitirdikdən sonra Cəbrail ona dedi: “Ey Məhəmməd, səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən soruş (gör) heç Biz Rəhman Allahdan başqa ibadət edilən bir məbudlar təyin etmişik?!” Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) buyurdu: “Soruşmuram, çünki ehtiyac yoxdur”. İbn Abbas dedi: “Onlar yetmiş nəfər peyğəmbər idi; İbrahim, Musa və İsa (əleyhimussəlam) da onların arasında idi. Peyğəmbər onlara sual vermədi, çünki özü onlardan daha bilikli idi.”
İbn Abbasdan nəql olunan başqa bir rəvayətdə isə deyilir ki: “Beləcə, onlar Allah Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) arxasında namaz qıldılar. Yeddi cərgə idi – üç cərgə rəsullar idi, dörd cərgə isə nəbilər. Allah Rəsulunun  (sallallahu əleyhi [və alihi] və səlləm) arxasında Allahın xəlili (dostu) İbrahim, sağında İsmail, solunda İshaq, sonra Musa, sonra isə sair rəsullar durmuşdu. Beləliklə, onlara iki rəkət (namaz qılmaqla) imamlıq etdi, bitidikdən sonra ayağa durub dedi: “Həqiqətən, Rəbbim mənə vəhy etdi ki, sizdən belə soruşum: “Allah sizdən birini Ondan başqasına ibadət etməyə dəvət etsin deyə göndəribmi?” Onlar dedilər: “Ey Məhəmməd, biz şəhadət veririk ki, hamımız yeganə bir dəvətlə göndərilmişik; o da budur ki, Allahdan başqa bir tanrı yoxdur, (bütpərəstlərin) Allahdan savayı ibadət etdikləri batildir və sən peyğəmbərlərin sonuncusu və rəsulların ağasısan. Bu, sənin bizə imamlıq etməyinlə bizim üçün artıq əyan olmuşdur. Habelə, Qiyamət gününə qədər səndən başqa bir peyğəmbər yoxdur. Bircə İsa ibn Məryəm istisnadır. Belə ki, o da sənin nişanənə (və ya dininə) tabe olmağa məmur olmuşdur.”
Səid ibn Cübeyr Allah-taalanın “səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən soruş” kəlamı barədə demişdir: “(Peyğəmbər meraca) aparıldığı gecə peyğəmbərlərlə görüşdü”. Əl-Vəlid ibn Müslim Allah-taalanın “səndən qabaq göndərdiyimiz peyğəmbərlərdən soruş” kəlamı barədə demişdir:
“Bu barədə Vəlid ibn Dələcə sual verdim, o da mənə Qətadədən hədis danışdı. Qətadə deyib ki: “Peyğəmbər ayədə əmr olunan sualı meraca aparılan gecə peyğəmbərlərdən soruşub. Allah Rəsulu (o gecə) peyğəmbərlərlə, həmçinin Adəm və Cəhənnəm mühafizəçisi (gözətçisi) olan Maliklə görüşüb.”
Mən deyirəm: “Bu ayənin təfsirində doğru nəzər məhz budur.”
Məhəmməd ibn Əhməd əl-Qurtubi (vəfatı: h. 671), “əl-Came li-əhkamil-Quran”, c.16, s.94-95
Digər alimlər də İslam peyğəmbərinin (sallallahu əleyhi və alihi və səlləm) keçmiş peyğəmbərlərlə merac gecəsi görüşməsi və onlara sual verməsi ilə bağlı hədisi nəql etmişlər:
Əhməd ibn Məhəmməd Ən-Nəhhas əl-Muradi əl-Misri (vəfatı: h. 338), “Məanil-Quranil-kərim”, c.6, s.365.
əl-Hüseyn ibn Məsud əl-Bəğəvi (vəfatı: h.516), “Təfsirul-Bəğəvi”, c.4, s.141.
Mahmud ibn Əmr əz-Zəməxşəri əl-Xarəzmi (vəfatı: h. 538), “əl-Kəşşafu ən həqaiqit-tənzili və uyunil-əqavili fi vucuhit-təvil”, c.4, s.258.
İbn əl-Cövzi əl-Hənbəli (vəfatı: h. 597), “Zaddul-məsir fi elmit-təfsir”, c.7, s.319”.
Fəxrəddin ər-Razi əş-Şafei (vəfatı: h. 604), “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.27, s.185.
Əbdürrəhman ibn Məhəmməd Əs-Səalibi (vəfatı: h. 875), “əl-Cəvahirul-hisan fi təfsiril-Quran”, c.8, s.94.
Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “əl-İtqan fi ulumil-Quran”, c.1, s.63.
Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “əd-Dürrul-mənsur”, c.7, s.381.
Əli ibn Bürhanəddin Əl-Hələbi (vəfatı: h. 1044), “əs-Sirətül-Hələbiyyə fi sirətil-əminil-məmun”, c.2, s.82.
Məhəmməd ibn Əli əş-Şövkani (vəfatı: h. 1255), “Fəthul-qədir əl-camiu beynə fənnəy ər-rivayəti vəd-dirayəti min ilmit-təfsir”, c.4, s.557.
Şihabəddin əl-Alusi əl-Bağdadi (vəfatı: h. 1270), “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.21, s.137-138.
Nəticə:
Allah-taala Öz Peyğəmbərinə göstəriş verir ki, keçmiş peyğəmbərlərə sual versin. Nəticə olaraq, əgər bir kəs desə ki, dünyasını dəyişən peyğəmbərlər bir daha bizim səsimizi eşidə bilməzlər, o zaman Allahın bihudə bir işə tapşırıq vermiş olduğunu üzərinə almalıdır. Halbuki Allah mənasız bir işə göstəriş verməkdən pak və münəzzəhdir.
b) Hədislər əsasında dəlillər
Əhli-sünnə mənbələrində yer almış aşağıdakı hədislər də yuxarıdakı mətləbin sübuta yetməsi üçün dəlildir.
Ühüd şəhidləri qəbirlərinin içərisindən salamın cavabını vermiş və məzarı ziyarət edən bəzi şəxslər bu səsi eşitmişlər:
Əhli-sünnənin böyük alimlərindən olan Beyhəqi yazır ki, Ühüd şəhidlərinin məzarını ziyarət edənlər şəhidlərin qəbirlərin daxilindən verdikləri salamı eşidiblər:
قال العطاف وحدثتني خالتي أنها زارت قبور الشهداء قالت وليس معي إلا غلامان يحفظان علي الدابة فسلمت عليهمفسمعت رد السلام وقالوا والله إنا نعرفكم كما يعرف بعضنا بعضا قالت فاقشعررت وقلت يا غلام أدنني بغلتي فركبت.
Əl-Əttaf deyib: “Mənə xalam nəql edib dedi ki, şəhidlərin qəbirlərini ziyarətə gedib. Deyir: “Mənimlə birlikdə yalnız iki qulam vardı. Onlar heyvanı qoruyurdular. Mən şəhidlərə salam verdim və salamın cavabının qaytarılmasını eşitdim. Şəhidlər dedilər ki: “Allaha and olsun , biz sizi bir-birimizi tanıdığımız kimi  tanıyırıq”. Xalam deyir: “Tüklərim biz-biz oldu. Dedim ki, ey qulam qatırımı yaxın gətir”. Beləcə, qatıra süvar olub (oradan uzaqlaşdım).”
Kitabın digər səhifəsində isə deyilir ki:
قال الواقدي وكانت فاطمة الخزاعية تقول لقد رأيتني وقد غابت الشمس بقبور الشهداء ومعي أخت لي فقلت لها تعالي نسلم على قبر حمزة فقالت نعم فوقفنا على قبره فقلنا السلام عليك يا عم رسول الله فسمعنا كلاما رد علينا وعليكم السلام ورحمة الله قالت وما قربنا أحد من الناس ....
أَخْبَرَنَا أَبُو عَبْدِ اللَّهِ الْحَافِظُ ، قَالَ : سَمِعْتُ أَبَا يَعْلَى حَمْزَةَ بْنَ مُحَمَّدٍ الْعَلَوِيَّ , يَقُولُ : سَمِعْتُ هَاشِمَ بْنَ مُحَمَّدٍ الْعُمَرِيَّ مِنْ وَلَدِ عُمَرَ بْنِ عَلِيٍّ ، يَقُولُ: "أَخَذَنِي أَبِي بِالْمَدِينَةِ إِلَى زِيَارَةِ قُبُورِ الشُّهَدَاءِ فِي يَوْمِ جُمُعَةٍ بَيْنَ طُلُوعِ الْفَجْرِ وَالشَّمْسِ ، وَكُنْتُ أَمْشِي خَلْفَهُ ، فَلَمَّا انْتَهَى إِلَى الْمَقَابِرِ رَفَعَ صَوْتَهُ , فَقَالَ : سَلامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ ، قَالَ: فَأُجِيبَ : وَعَلَيْكَ السَّلامُ يَا أَبَا عَبْدِ اللَّهِ ، قَالَ : فَالْتَفَتَ أَبِي إِلَيَّ , فَقَالَ :أَنْتَ الْمُجِيبُ يَا بُنَيَّ ؟ فَقُلْتُ : لا ، قَالَ: فَأَخَذَ بِيَدِي فَجَعَلَنِي عَنْ يَمِينِهِ ، ثُمَّ أَعَادَ السَّلامَ عَلَيْهِمْ ، ثُمَّ جَعَلَ كُلَّمَا سَلَّمَ عَلَيْهِمْ يُرَدُّ عَلَيْهِ، حَتَّى فَعَلَ ذَلِكَ ثَلاثَ مَرَّاتٍ ، قَالَ : فَخَرَّ أَبِي سَاجِدًا شُكْرًا لِلَّهِ عَزَّ وَجَلَّ ".
“Əl-Vaqidi deyir: “Fatimə əl-Xüzaiyə deyirdi: “Xatırlayıram, bir dəfə günəş qürub etdiyi vaxt şəhidlərin qəbrinin kənarındaydım, bacım da mənimlə idi. Ona dedim ki, gəl Həmzənin qəbri üstə gedib salam verək. Dedi ki, yaxşı. Biz onun məzarı üstə durub dedik: “Salam olsun sənə, ey Allah Rəsulunun əmisi!” Bu zaman onun: “Sizə də salam və Allahın rəhməti olsun”, - deyərək bizim salamımızı aldığını eşitdik. Həmin vaxt bizim yanımızda heç kəs yox idi...”
“Əbu Abdullah əl-Hafiz bizə xəbər verib demişdir: “Əbu Yəla Həmzə ibn Məhəmməd əl-Ələvinin belə dediyini eşitdim: “Ömər ibn Əlinin nəslindən olan Haşim ibn Məhəmməd əl-Umərinin  belə dediyini eşitdim: “Cümə günü fəcrlə günəşin doğuşu arasında atam məni Mədinəyə, şəhidlərin qəbirlərini ziyarət etməyə apardı. Mən onun arxasında gedirdim. Qəbir yerlərinə çatdıqda səsini ucaldıb dedi: “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Birdən) cavab verildi: “Əleykəssəlam, ey Əbu Abdullah!” Atam üzünü mənə çevirib dedi: “Ay oğul, cavab verən sənsən?” Dedim: “Yox”. Əlimdən tutub məni sağına çəkdi. Sonra onlara ikinci dəfə salam verdi. Sonra hər dəfə onlara salam verdikdə, salamının cavabını qaytarırdılar. Bunu üç dəfə etdi. Sonra atam Allah-taalaya şükür əlaməti olaraq səcdəyə düşdü ”.
Əbu Bəkr Əl-Beyhəqi (vəfatı: h. 458), “Dəlailün-nüvübbət”, c.3, s.308-309
Digər mənbələr:
Əli ibn Abdullah ibn Əhməd əl-Hüseyni əs-Səmhudi (vəfatı: h. 911), “Xülasətül-vəfa bi-əxbari darul-Mustafa”, c.1, s.265;
İbn Əbüd-dünya əl-Qurəşi əl-Bağdadi  (vəfatı: h. 281), “Mən aşə bədəl-məvt”, c.1, s.39.
Süyuti də  bildirmişdir ki, yuxarıdakı hədisi İbn Cərir “Təhzibül-asar”, İbn Əbüd-dünya “Mən aşə bədəl-məvt”, Beyhəqi isə “Dəlailun-nübüvvət” kitabında qeyd etmişdir:
وأخرج إبن جرير في تهذيب الآثار وإبن أبي الدنيا في كتاب من عاش بعد الموت والبيهقي في الدلائل عن العطاف بن خالد قَالَ : حَدَّثَتْنِيخَالَتِي ، قَالَتْ : " رَكِبْتُ يَوْمًا إِلَى قُبُورِ الشُّهَدَاءِ ، وَكَانَتْ لا تَزَالُ تَأْتِيهِمْ ، قَالَتْ: فنزلت عِنْدَ قَبْرِ حَمْزَةَ ، فَصَلَّيْتُ مَا شَاءَ اللَّهُ أَنْ أُصَلِّيَ ، وَمَا فِي الْوَادِي دَاعٍ وَلا مُجِيبٌ يَتَحَرَّكُ إِلا غُلامٌ قَائِمٌ آخِذٌ بِرَأْسِ دَابَّتِي ، فَلَمَّا فَرَغْتُ مِنْ صَلاتِي قُلْتُ هَكَذَا بِيَدِي : السَّلامُ عَلَيْكُمْ ، فَسَمِعْتُ رَدَّ السَّلامِ عَلَيَّ يَخْرُجُ مِنْ تَحْتِ الأَرْضِ أَعْرِفُهُ كَمَا أَعْرِفُ أَنَّ اللَّهَ خَلَقَنِي ، وَكَمَا أَعْرِفُ اللَّيْلَ مِنَ النَّهَارِ فَاقْشَعَرَّتْ كُلُّ شَعْرَةٍ مِنِّي" .
“İbn Cərir “Təhzibul-asar”, İbn Əbüddünya “Mən aşə bədəl-məvt” kitabında, Beyhəqi də “əd-Dəlail” kitabında  əl-Əttaf ibn Xalidin belə dediyini nəql etmişlər: “Mənə xalam danışaraq dedi ki, bir gün süvar olub şəhidlərin qəbrinə getdim”. – O, həmişə onların yanına gedərdi –. Deyir: “Həmzənin qəbrinin kənarında (miniyimdən) düşdüm. Allah diləyən qədər namaz qıldım. Vadidə nə bir səsləyən var idi, nə də bir cavab verən; bircə bir qulam vardı ki, o da miniyimin başını tutmuşdu. Namazımı bitirdikdən sonra əlimlə bu cür edib dedim: “əs-Səlamu əleykum!” Bu zaman salamın mənə qaytarıldığını eşitdim. Səs yerin altından gəlirdi. Mən o səsi Allahın məni xəlq etməsini dərk etdiyim kimi, habelə gecəni gündüzdən seçə bildiyim kimi, dərk edib seçdim. Bu zaman, bütün tüklərim biz-biz oldu”.
Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “Şərhus-sudur bi-şərhi halil-məvta vəl-qubur”, c.1, s.207.
Əhli-sünnənin böyük alimlərinin yuxarıdakı hədisi öz mötəbər kitablarında qeyd etmələrindən aydın olur ki, onların nəzərinə əsasən rəvayət mötəbərdir və dəlil gətirmək üçün yetərlidir.
Nəticə etibarilə, Quran və hədis nəzərindən ölülər həm eşidə bilirlər, həm də cavab vermək iqtidarındadırlar.
DİRİLƏRİN ƏHVALINDAN ÖLÜLƏRİN XƏBƏRDAR OLMASI, MADDİ ALƏMİ EŞİTMƏK VƏ GÖRMƏKLƏ BAĞLI DƏLİLLƏR
Bu barədə araşdırılması lazım olan digər məsələ ölülərin dirilərin halından agah olması, onları görüb-eşitməsini sübut edən dəlillərin nəqlidir. Bu mətləb Quran ayələri və hədislərdə kifayət qədər çoxdur. Bu hissədə onlardan bəzilərinə işarə edirik:
a) Qurandan dəlillər
1. Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Musa peyğəmbərlə (əleyhissəlam) görüşməsi
وَلَقَدْ آتَيْنا مُوسَى الْكِتابَ فَلا تَكُنْ في‏ مِرْيَةٍ مِنْ لِقائِهِ وَجَعَلْناهُ هُدىً لِبَني‏ إِسْرائيلَ.
“Şübhəsiz Biz Musaya kitab verdik, belə isə (sən) onunla görüş barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik”. (Səcdə surəsi, 23-cü ayə.)
Allah-taala Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) Musa peyğəmbərlə (əleyhissəlam)görüşmə vədəsi vermişdir. Əhli-sünnənin böyük təfsir alimləri deyirlər ki, bu görüş Musa peyğəmbər (əleyhissəlam) dünyasını dəyişdikdən sonra dünyada baş vermişdir. Deməli, həzrət Musanın ölümdən sonra da həyatı vardır ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm)  onunla görüşüb, söhbət edə bilir.
Buxari öz “Səhih”ində yazır ki, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) Musa, həmçinin İsa peyğəmbərlərlə (əleyhimussəlam) görüşməsi Merac gecəsində baş vermişdir:
حدثنا محمد بن بَشَّارٍ حدثنا غُنْدَرٌ حدثنا شُعْبَةُ عن قَتَادَةَ وقال لي خَلِيفَةُ حدثنا يَزِيدُ بن زُرَيْعٍ حدثنا سَعِيدٌ عن قَتَادَةَ عن أبي الْعَالِيَةِ حدثنا بن عَمِّ نَبِيِّكُمْ يَعْنِي بن عَبَّاسٍ رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال رأيت لَيْلَةَ أُسْرِيَ بِي مُوسَى رَجُلًا آدَمَ طُوَالًا جَعْدًا كَأَنَّهُ من رِجَالِ شَنُوءَةَ وَرَأَيْتُ عِيسَى رَجُلًا مَرْبُوعًا مَرْبُوعَ الْخَلْقِ إلى الْحُمْرَةِ وَالْبَيَاضِ سَبِطَ الرَّأْسِ وَرَأَيْتُ مَالِكًا خَازِنَ النَّارِ وَالدَّجَّالَ في آيَاتٍ أَرَاهُنَّ الله إِيَّاهُ (فلا تَكُنْ في مِرْيَةٍ من لِقَائِهِ) قال أَنَسٌ وأبو بَكْرَةَ عن النبي صلى الله عليه وسلم تَحْرُسُ الْمَلَائِكَةُ الْمَدِينَةَ من الدَّجَّالِ.
“İbn Abbas Peyğəmbərin belə buyurduğunu demişdir: “(Meraca) aparıldığım gecə Musanı qarabuğdayı, ucaboy, buruqsaç bir adam olaraq gördüm, sanki Şənuə (qəbiləsinin) kişilərindən idi. Həmçinin İsanı ortaboylu, qırmızımtıl, düzsaçlı olaraq gördüm. Habelə Cəhənnəm gözətçisiMaliki gördüm. Həmçinin, Allahın mənə göstərdiyi başqa nişanələrlə birlikdə, Dəccalı gördüm. “Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə” (Səcdə surəsi, 32-ci ayə). Ənəs və Əbu Bəkrə Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) nəql etmişlər ki, mələklər Mədinəni Dəccaldan qoruyur”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.3, s.1182, h.3067
Müslim Nişaburi də “Səhih”ində həmin rəvayəti gətirmişdir:
وحدثنا عبد بن حُمَيْدٍ أخبرنا يُونُسُ بن مُحَمَّدٍ حدثنا شَيْبَانُ بن عبد الرحمن عن قَتَادَةَ عن أبي الْعَالِيَةِ حدثنا بن عَمِّ نَبِيِّكُمْ صلى الله عليه وسلم بن عَبَّاسٍ قال قال رسول اللَّهِ صلى الله عليه وسلم مَرَرْتُ لَيْلَةَ أُسْرِيَ بِي على مُوسَى بن عِمْرَانَ عليه السَّلَام رَجُلٌ آدَمُ طُوَالٌ جَعْدٌ كَأَنَّهُ من رِجَالِ شَنُوءَةَ وَرَأَيْتُ عِيسَى بن مَرْيَمَ مَرْبُوعَ الْخَلْقِ إلى الْحُمْرَةِ وَالْبَيَاضِ سَبِطَ الرَّأْسِ وَأُرِيَ مَالِكًا خَازِنَ النَّارِ وَالدَّجَّالَ في آيَاتٍ أَرَاهُنَّ الله إِيَّاهُ «فلا تَكُنْ في مِرْيَةٍ من لِقَائِهِ» قال كان قَتَادَةُ يُفَسِّرُهَا أَنَّ نَبِيَّ اللَّهِ صلى الله عليه وسلم قد لَقِيَ مُوسَى عليه السَّلَام
“İbn Abbas Peyğəmbərin belə buyurduğunu nəql etmişdir: “(Meraca) aparıldığım gecə Musa ibn İmranın (əleyhissəlam) yanından keçdim. O, qarabuğdayı, ucaboy, buruqsaç adamdır; sanki Şəunə (qəbiləsinin) adamlarındandır. Ortaboylu, (rəngi) qırmızımtıl, düzsaçlı İsa ibn Məryəmi də gördüm. Həmçinin cəhənnəmin gözətçisi Maliki, eləcə də Allahın göstərdiyi digər əlamətlərlə birgə Dəccalı gördüm: “Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə”
Qətadə bu ayəni belə təfsir edərdi ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Musa (əleyhissəlam) ilə görüşmüşdür”.
Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.1, s.151.
Böyük təfsir alimləri də bu ayəni bu cür təfsir etmişlər. Biz isə əhli-sünnənin nəzərində ən səhih kitablar sayılan “Səhihul-Buxari” və “Səhihu-Muslim”dən rəvayət nəql etməklə kifayətlənirik.
2. Allah, Onun Peyğəmbəri və möminlər dirilərin əməllərini görürlər:
وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلى‏ عالِمِ الْغَيْبِ وَالشَّهادَةِ فَيُنَبِّئُكُمْ بِما كُنْتُمْ تَعْمَلُونَ.
“Və de: “İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi etdiklərinizdən xəbərdar edəcəkdir”. (Tövbə surəsi, 105-ci ayə)
Bu ayədə Allah-taala buyurur ki, Peyğəmbər və möminlər bizim əməllərimizi görürlər; bu da onu göstərir ki, Peyğəmbərin ölümdən sonra həyatı vardır və o, bizim əməllərimizi görə bilir.
Rəvayətlərə müraciət etməklə bu mətləb daha da aydın olur.
Birinci rəvayət: Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bəndələrin əməllərini görür:
Böyük əhli-sünnə alimi Heysəmi Peyğəmbərin ölümündən sonra da ümmətin əməllərinin ona göstərilməsi hədisininəql etmiş və onun səhih olduğunu bildirmişdir:
- باب ما يحصل لأمته صلى الله عليه وسلم من استغفاره بعد وفاته
عن عبدالله بن مسعود عن النبي صلى الله عليه وسلم قال إن لله ملائكة سياحين يبلغون عن أمتي السلام قال وقال رسول الله صلى الله عليه وسلم حياتي خير لكم تحدثون وتحدث لكم ووفاتي خير لكم تعرض علي أعمالكم فما رأيت من خير حمدت الله عليه وما رأيت من شر استغفرت الله لكم.
رواه البزار ورجاله رجال الصحيح.
“Vəfatından sonra Peyğəmbərin etdiyi istiğfardan ümməti üçün hasil olan (xeyirlər) – babı
Abdullah ibn Məsud Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql etmişdir: “Həqiqətən, Allahın (yer üzərində) səyahət edən mələkləri vardır, onlar (mənə) ümmətimdən salam çatdırarlar. Mənim həyatım sizin üçün xeyirlidir; (siz mənlə) danışırsınız və sizin üçün danışılır (mən də sizinlə danışıram). Vəfatım da sizin üçün xeyirlidir, əməlləriniz mənə göstərilər, orada bir xeyir görsəm,  buna görə Allaha həmd edərəm, pis bir şey görsəm, sizin üçün bağışlanma dilərəm.
Əl-Bəzzar rəvayət etmişdir, raviləri "əs-Səhih"in raviləridir.”
Nurəddin Əl-Heysəmi (vəfatı: h. 807), “Məcməüz-zəvaid və mənbəul-fəvaid”, c.9, s.24.
İkinci rəvayət: Möminlər də öldükdən sonra camaatın əməllərini görürlər, onların həyatı vardır və onlar səsləri eşidirlər:
Əhli-sünnə alimi Əhməd ibn Hənbəl öz “Müsnəd”ində Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) rəvayət etmişdir ki, insanların əməlləri dünyasını dəyişmiş yaxınlarına göstərilər:
حدثنا عبد اللَّهِ حدثني أبي ثنا عبد الرَّزَّاقِ ثنا سُفْيَانُ عَمَّنْ سمع أَنَسَ بن مَالِكٍ يقول قال النبي صلى الله عليه وسلم ان أَعْمَالَكُمْ تُعْرَضُ على أَقَارِبِكُمْ وَعَشَائِرِكُمْ مِنَ الأَمْوَاتِ فان كان خَيْراً اسْتَبْشَرُوا بِهِ وان كان غير ذلك قالوا اللهم لاَ تُمِتْهُمْ حتى تَهْدِيَهُمْ كما هَدَيْتَنَا.
“Ənəs ibn Malik demişdir: “Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Heç şübhəsiz ki, əməlləriniz ölmüş yaxınlarınıza (qohumlarınıza) göstərilir; əgər yaxşı olsa, buna sevinirlər, əgər başqa bir şey (yəni şərr) olsa, deyərlər: “İlahi, bizi hidayət etdiyin kimi, onları da hidayət etmədən öldürmə”.
Əhməd ibn Hənbəl (vəfatı: h. 241), “əl-Müsnəd”, c.3, s.164, h. 12706.
Əhli-sünnənin digər böyük alimləri də bu hədisi nəql etmişlər:
İbn Kəsir əs-Diməşqi (vəfatı: h. 774), “Təfsirul-Quranil-Əzim”, c.2, s.388.
Süleyman ibn Əhməd Ət-Təbərani (vəfatı: h. 360), “əl-Mucəmül-kəbir”, c.4, s.129.
Nurəddin Əl-Heysəmi (vəfatı: h. 807), “Məcməüz-zəvaid və mənbəul-fəvaid”, c.3, s.328.
Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “əl-Fəthul-kəbir fi zəmmiz-ziyadəti iləl-cameis-səğir”, c.1, s.272.
İbn Həcər əl-Heysəmi (vəfatı: h. 973), “əl-Fətava əl-kübra əl-fiqhiyyə”, c.2, s.29.
əl-Müttəqi Əl-Hindi (vəfatı: h. 975), “Kənzül-ummal fi sunənil-əqvali vəl-əfal”, c.15, s.326.
Əbu Davud “əz-Zühd” kitabında bütün raviləri etibarlı kəslərdən ibarət olan başqa bir hədis nəql etmişdir. Orada bildirilir ki, insanların əməlləri dünyasını dəyişmiş qohum-əqrəbalarına təqdim edilir. Onlar da saleh əməllərdən şad, pis əməllərdən isə məyus olurlar:
حدثنا ابو داود قال: نا مُوسَى بْنُ إِسْمَاعِيلَ، قَالَ: نا ابْنُ الْمُبَارَكِ، قَالَ: أنا صَفْوَانُ بْنُ عَمْرِو عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ جُبَيْرِ بْنِ نُفَيْرٍ، قَالَ: قَالَ أَبُو الدَّرْدَاءِ: أَلا إِنَّ أَعْمَالَكُمْ تُعْرَضُ عَلَى عَشَائِرِكُمْ، فَمُسَاءُونَ وَمُسَرُّونَ، فَأَعُوذُ بِاللَّهِ أَنْ أَعْمَلَ عَمَلا يَخْزَى بِهِ عَبْدُ اللَّهِ بْنُ رَوَاحَةَ و هو اخوه من امه.
“Əbüddərda deyib: “Agah olun, əməlləriniz qohumlarınıza göstərilir, onlar da (bu əməllərdən dolayı) ya məyus olur, ya da sevinirlər. Buna görə də Abdullah ibn Rəvahənin başını aşağı edəcək bir əməl görməkdən Allaha sığınıram, – Abdullah ana tərəfdən Əbdüddərdanın qardaşı idi –”.
Əbu Davud əs-Sicistani (vəfatı: h. 275), “Əz-Zühd li-Əbi Davud”, c.1, s.227.
Bu rəvayət Əbu Bəkr əl-Bağdadinin “əl-Mənamat” (c.1, s.9) kitabında da gəlmişdir.
Hakim “Müstədrək”də başqa bir rəvayət nəql etmişdir ki, bu rəvayətdə də bizim əməllərimizin qəbir əhlinə tədim edildiyi bildirilir. Hədisin ardınca Hakim onun səhih olduğunu qeyd etmişdir:
سمعت النعمان بن بشير رضي الله عنهما يقول وهو على المنبر سمعت رسول الله صلى الله عليه وسلم يقول ألا إنه لم يبق من الدنيا إلا مثل الذباب تمور في جوها فالله الله في إخوانكم من أهل القبور فإن أعمالكم تعرض عليهم .
هذا حديث صحيح الإسناد ولم يخرجاه .
“Ən-Numan ibn Bəşirin minbərdən belə dediyini eşitdim: Allah Rəsulunun belə buyurduğunu eşitdim: “Agah olun, doğrusu, dünyadan (dünyanın ömründən) yalnız ora-bura hərəkət edən milçək qədəri qalıbdır. Elə isə, siz Allah, siz Allah, qəbir əhlindən olan qardaşlarınızdan muğayat olun, çünki əməlləriniz onlara göstərilir”.
Bu, səhih sənədli hədisdir, lakin onlar (öz kitablarında) qeyd etməyiblər.
Əl-Hakim ən-Nisaburi (vəfatı: h. 405), “əl-Müstədrək ələs-səhiheyn”, c.4, s.342.
b) Hədislər əsasında dəlillər
1. Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Bədrdə öldürülənlərlə danışması
Buxari “Səhih”inin üç yerində Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Bədrdə öldürülənlərlə danışdığını qeyd etmişdir. Bu hədislərdə Ömər ibn əl-Xəttabın ona etiraz etdiyi bildirilir:
حدثني عبد اللَّهِ بن مُحَمَّدٍ سمع رَوْحَ بن عُبَادَةَ حدثنا سَعِيدُ بن أبي عَرُوبَةَ عن قَتَادَةَ قال ذَكَرَ لنا أَنَسُ بن مَالِكٍ عن أبي طَلْحَةَ أَنَّ نَبِيَّ اللَّهِ صلى الله عليه وسلم أَمَرَ يوم بَدْرٍ بِأَرْبَعَةٍ وَعِشْرِينَ رَجُلًا من صَنَادِيدِ قُرَيْشٍ فَقُذِفُوا في طَوِيٍّ من أَطْوَاءِ بَدْرٍ خَبِيثٍ مُخْبِثٍ وكان إذا ظَهَرَ على قَوْمٍ أَقَامَ بِالْعَرْصَةِ ثَلَاثَ لَيَالٍ فلما كان بِبَدْرٍ الْيَوْمَ الثَّالِثَ أَمَرَ بِرَاحِلَتِهِ فَشُدَّ عليها رَحْلُهَا ثُمَّ مَشَى وَاتَّبَعَهُ أَصْحَابُهُ وَقَالُوا ما نُرَى يَنْطَلِقُ إلا لِبَعْضِ حَاجَتِهِ حتى قام على شَفَةِ الرَّكِيِّ فَجَعَلَ يُنَادِيهِمْ بِأَسْمَائِهِمْ وَأَسْمَاءِ آبَائِهِمْ يا فُلَانُ بن فُلَانٍ وَيَا فُلَانُ بن فُلَانٍ أَيَسُرُّكُمْ أَنَّكُمْ أَطَعْتُمْ اللَّهَ وَرَسُولَهُ فانا قد وَجَدْنَا ما وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُمْ ما وَعَدَ رَبُّكُمْ حَقًّا قال فقال عُمَرُ يا رَسُولَ اللَّهِ ما تُكَلِّمُ من أَجْسَادٍ لَا أَرْوَاحَ لها فقال رسول اللَّهِ صلى الله عليه وسلم وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بيده ما أَنْتُمْ بِأَسْمَعَ لِمَا أَقُولُ منهم قال قَتَادَةُ أَحْيَاهُمْ الله حتى أَسْمَعَهُمْ قَوْلَهُ تَوْبِيخًا وَتَصْغِيرًا ونقمة وَحَسْرَةً وَنَدَمًا.
“Əbu Təlhə deyib ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Bədr günü göstəriş verdi ki, Qureyşin cəsur kəslərindən (və ya böyüklərindən) olan iyirmi dörd nəfər çirklənmiş (və qurumuş) quyulardan birinə atılsınlar.Peyğəmbər bir qövmün üzərində qələbə qazandıqda, adətən üç gün döyüş ərazisində qalardı. Bədrdə üçüncü gün olduqda əmr etdi ki, dəvəsini hazırlasınlar. Dəvəni yəhərlədilər. Sonra Peyğəmbər yola düşdü, səhabələr də ardınca getdilər. Onlar (bir-birlərinə) deyirdilər: Yəqin ki, hansısa bir ehtiyacı üçün gedir. Nəhayət, gəlib quyunun kənarında durdu. Onları (yəni öldürülən kafirləri) öz adları, atalarının adları ilə çağırmağa başladı: “Ey filankəsin oğlu filankəs,ey filankəsin oğlu filankəs, (indi) Allah və Onun Rəsuluna itaət etmiş olsaydınız, sevinərdinizmi? Mən artıq Rəbbimizin bizə vəd etdiyinin haqq olduğunu tapmışam. Siz də Rəbbinizin sizə vəd etdiyinin haqq olduğunu tapmısınızmı?” Dedi: “Ömər dedi: “Ya Rəsuləllah! Ruhu olmayan cəsədlərə niyə danışırsan?” Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “Məhəmmədin canı əlində olana and olsun, mənim söylədiyimi onlardan yaxşı eşidən deyilsiniz”.
Qətadə demişdir: “Allah qınamaq, kiçiltmək, intiqam, həsrət və peşmançılıq naminə onun sözünü eşitdirsin deyə, ölüləri diriltmişdi.”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.4, s.1461, h. 3757
Müslim Nişaburi də öz “Səhih”ində (c.4, s.2202-2203, h.2874.) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Bədrdə öldürülənlərlə danışması, Ömərin ona etirazı və Rəsuləllahın “onlar sizdən də yaxşı eşidirlər”, – deyə verdiyi cavabını qeyd etmişdir.
Deməli, aydın olur ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Bədrdə öldürülənlərlə söhbət etmiş, Ömər ona etiraz etmiş və Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) də cavab vermişdir ki, onlar sizdən daha yaxşı eşidirlər. Bu rəvayətə uyğun olaraq sübuta yetir ki, ölülər eşidirlər. Necə ki, əhli-sünnə alimləri ölülərin eşitməsi barədə bu hədisə istinad etmişlər.
Məhəmməd ibn Əbdülvəhhabın bu hədisi ölülərin eşitməsinə dair sübut gətirməsi
Hətta vəhhabilərin imamı İbn Əbdülvəhhab da bunu və başqa hədisləri ölülərin eşitməsinə dair dəlil gətirmişdir:
أخرج أحمد وغيره عن أبي سعيد أن النبي صلى الله عليه وسلم قال: إن الميت يعرف من يغسله ويحمله ومن يكفنه ومن يدليه في حفرته.
وأخرج أبو نعيم وغيره عن عمرو بن دينار قال : ما مِن ميّت يموت إلا روحه في يد ملك الموت ينظر إلى جسده ، كيف يغسل ، وكيف يكفن ، وكيف يمشى به ، ويقال له وهو على سريره: اسمع ثناء الناس عليك.
وأخرج ابن أبي الدنيا معناه عن جماعة من التابعين بلفظ : بيد ملك . بلا إضافة .
وللشيخين عن أنس: أن النبي صلى الله عليه وسلم وقف على قتلى بدر فقال: يا فلان بن فلان يا فلان بن فلان هل وجدتم ما وعد ربكم حقاً؟ فإني وجدت ما وعدني ربي حقاً' فقال عمر: يا رسول الله، كيف تكلم أجساداً لا أرواح فيها؟ فقال: ما أنتم بأسمع لما أقول منهم ، غير أنهم لا يستطيعون أن يردوا علي شيئاً.
“Əhməd və başqaları Əbu Səiddən Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql etmişlər: “Həqiqətən, ölü ona qüsl verəni, götürəni, kəfənləyəni və qəbrə qoyanı tanıyır”.
Əbu Nüeym və başqaları Əmr ibn Dinarın belə dediyini nəql etmişlər: “Hər bir ölü öləndə onun ruhu ölüm mələyinin əlində ikən cəsədinə nəzər salar, özünə necə qüsl verildiyini, necə kəfənləndiyini və necə aparıldığını görər. O, yatağında ikənona “camaatın sənə dediyi təriflərə qulaq as”, - deyilər”.
İbn Əbüddünya bir dəstə tabeindən bu hədisi məna əsasında, “mələyin əlində ikən” ləfzilə əlavəsiz olaraq nəql etmişdir.
İki şeyx də Ənəsdən nəql etmilər ki,Peyğəmbər (sallallahu əleyhi və səlləm) Bədrdə qətlə yetirilənlərin başı üstündə durub dedi: “Ey filankəsin oğlu filankəs, ay filankəsin oğlu filankəs! Rəbbinizin vəd etdiyinin haqq olduğunu gördünüzmü? Mən Rəbbimin mənə vəd etdiyinin haqq olduğunu gördüm”.  Ömər dedi: “Ya Rəsuləllah, ruhu olmayan cəsədlərlə necə danışırsan?”. Buyurdu: “Mən dediyimi onlardan daha yaxşı eşidən deyilsiniz. Sadəcə, onlar mənə cavab verə bilmirlər”.
Məhəmməd ibn Əbdülvəhhab (vəfatı: h. 1206), “Əhkamu təmənnil-məvt”, c.1, s.458.
Bu rəvayətin bütün ölü kafirlərə aid edilməsi
Əhli-sünnə alimləri açıq şəkildə qeyd etmişlər ki, eşitmək və agah olmaq təkcə Bədrdə öldürülənlərə aid deyil, həmçinin, digər ölülərə də şamil edilir.
Həmd ibn Nasir ət-Təmimi
O, rəvayəti nəql etdikdən sonra rəvayətin anlamının ümumi olması barədə öz nəzərini bu cür ifadə etmişdir:
وهو نص صحيح صريح في سماع الموتى ، ولم يذكر صلى الله عليه وسلم في ذلك تخصيصاً
“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəsdir. Peyğəmbər (sallallahu əleyhi və səlləm), dediklərinin  xüsusi bir dəstəyə aid olduğunu bildirməmişdir ”.
Həmd ibn Nasir ət-Təmimi əl-Hənbəli (vəfatı: h. 1225), “əl-Fəvakhul-əzab fir-rəddi əla mən ləm yəhkum əs-sünnərə vəl-kitab”, c.6, s.195.
Muhəmməd əl-Əmin əl-Şənqiti
O da yuxarıdakı rəvayəti nəql etdikdən sonra yazır:
وهو نص صحيح صريح في سماع الموتى ، ولم يذكر صلى الله عليه وسلم فيه تخصيصًا .
“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəsdir. Peyğəmbər (sallallahu əleyhi və səlləm), dediklərinin xüsusi bir dəstəyə aid olduğunu bildirməmişdir”.
Muhəmməd əl-Əmin əş-Şənqiti (vəfatı: h. 1393), “Əzvaul-bəyan fi izahil-Qurani bil-Quran”, c.6, s.130.
Başqa bir yerdə sonradan qeyd edəcəyimiz “ayaqqabıların taqqıltısı” hədisinin ardınca ölülərin eşitməsini açıq şəkildə bildirmişdir:
وهو نصّ صحيح صريح في سماع الموتى، وظاهره العموم في كل من دفن وتولّى عنه قومه، كما ترى.
“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəsdir.  Hədisin zahiri ümumi olaraq hər bir dəfn olunan və qövmü ondan uzaqlaşan kəsə aiddir, necə ki (irəlidə) görəcəksən”.
Muhəmməd əl-Əmin əş-Şənqiti, Əzvaul-bəyan, c.6, s.131.
2. Ölmüş şəxs camaatın ayaq səslərini eşidir
Müslim Nişaburi öz “Səhih”ində nəql etmişdir ki, ölmüş kəs qəbirin kənarından getdikləri zaman camaatın başmaq səslərini eşidir:
وحدثنا محمد بن مِنْهَالٍ الضَّرِيرُ حدثنا يَزِيدُ بن زُرَيْعٍ حدثنا سَعِيدُ بن أبي عَرُوبَةَ عن قَتَادَةَ عن أَنَسِ بن مَالِكٍ قال قال رسول اللَّهِ صلى الله عليه وسلم إِنَّ الْمَيِّتَ إذا وُضِعَ في قَبْرِهِ إنه لَيَسْمَعُ خَفْقَ نِعَالِهِمْ إذا انْصَرَفُوا.
“Ənəs ibn Malik deyib: “Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Meyit, qəbirə qoyulduqdan sonra, onu qəbrə qoyub gedənlərin başmaqlarının tappıltısını eşidir”.
Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “Səhihu Muslim”, c.4, s.2201, h.2879 və c.4, s.2200, h. 2870
Buxari də öz “Səhih”ində həmin rəvayəti daha ətraflı surətdə qeyd etmişdir:
66 بَاب الْمَيِّتُ يَسْمَعُ خَفْقَ النِّعَالِ
“66 Meyit başmaqların tappıltısını eşidir – babı”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.448
Başqa bir yerdə yazır:
حدثنا عَيَّاشُ بن الْوَلِيدِ حدثنا عبد الأعلى حدثنا سَعِيدٌ عن قَتَادَةَ عن أَنَسِ بن مَالِكٍ رضي الله عنه أَنَّهُ حَدَّثَهُمْ أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم قال إِنَّ الْعَبْدَ إذا وُضِعَ في قَبْرِهِ وَتَوَلَّى عنه أَصْحَابُهُ وَإِنَّهُ لَيَسْمَعُ قَرْعَ نِعَالِهِمْ ...
“Ənəs ibn Malik deyib ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Bəndə qəbirinə qoyulduğu və yoldaşları ondan uzaqlaşdığı zaman, yodaşlarının  başmaqlarının döyüntüsünü eşidir”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.462, h. 1308.
Bu rəvayətdən istifadə edərək İbn Teymiyyənin ölülərin eşitməsinə dəlil gətirməsi
Hətta müasir vəhhabi ideologiyasının əsas prinsiplərinin yaradıcılarından olan İbn Teymiyyə də bu rəvayəti ölülərin eşitməsinə dəlil gətirmişdir:
فان الميت يسمع النداء كما ثبت فى الصحيح عن النبى صلى الله عليه وسلم أنه قال ( انه ليسمع قرع نعالهم ، وأنه قال (ما أنتم بأسمع لما أقول منهم) وأنه أمرنا بالسلام على الموتى فقال: ما من رجل يمر بقبر الرجل كان يعرفه فى الدنيا فيسلم عليه الا رد الله روحه حتى يرد عليه السلام (والله أعلم).
“Həqiqətən də ölü nidanı (çağırışı və ya səsi) eşidir, necə ki “əs-Səhih”də Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğu sübuta yetmişdir: “Ölü onu qəbrə qoyanların başmaqlarının taqqıltısını eşidir”, həmçinin demişdir: “Siz dediyimi onlardan daha yaxşı eşidən deyilsiniz”. Habelə, o, bizə ölülərə salam verməyi əmr etmiş və demişdir: “Əgər bir şəxs sağlığında tandığı bir şəxsin qəbrinin yanında keçərkən həmin şəxsə salam versə, Allah salamın cavabını qaytarsın deyə o şəxsin ruhunu ona qaytarar”. Allah daha yaxşı bilər”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.24, s.297.
Başqa bir yerdə deyir:
فلا ريب أن الموتى يسمعون خفق النعال كما ثبت عن رسول الله ( وما من رجل يمر بقبر الرجل كان يعرفه فى الدنيا فيسلم عليه الا رد الله عليه روحه حتى يرد عليه السلام ( صح ذلك عن النبى إلى غير ذلك من الأحاديث.
“Heç şübhə yoxdur ki, ölülər başmaqların taqqıltısını eşidirlər, necə ki, bu, Allah Rəsulundan (nəql olunan hədisdə) sübuta yetmişdir: “Əgər bir şəxs sağlığında tandığı bir şəxsin qəbrinin yanında keçərkən həmin şəxsə salam versə, Allah salamın cavabını qaytarsın deyə o şəxsin ruhunu ona qaytarar” Peyğəmbərdən (nəql olunan)bu (hədis) səhihdir, bundan başqa hədislər də vardır”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə fil-fiqh”, c.24, s.173
Əhli-sünnənin nəzərində Qurandan sonra ən səhih kitablar sayılan “Səhihul-Buxari” və “Səhihu-Müslim”də qeyd edilən bu rəvayətlərə uyğun olaraq sübuta yetir ki, ölülər daha ahəstə səsləri, hətta cənazə arxasınca gedən kəslərin addım səslərini belə, eşidirlər.
3. Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) ölülərə salam verməsi
Peyğəmbərin ölüləri ziyarət etməsi, məzarlıqda onlara salam verməsi ölülərin eşitmə qabiliyyətinə malik olmasına dəlalət edir. Xüsusilə də bir rəvayətdə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onlara “siz” şəxs əvəzliyi ilə müraciət etmişdir.  Əgər onlar eşidə bilməsəydilər, belə bir  iş puç və mənasız sayılardı:
حدثنا قُتَيْبَةُ بن سَعِيدٍ حدثنا عبد الْعَزِيزِ يَعْنِي الدَّرَاوَرْدِيَّ ح وحدثني إسحاق بن مُوسَى الْأَنْصَارِيُّ حدثنا مَعْنٌ حدثنا مَالِكٌ جميعا عن الْعَلَاءِ بن عبد الرحمن عن أبيه عن أبي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم خَرَجَ إلى الْمَقْبُرَةِ فقال السَّلَامُ عَلَيْكُمْ دَارَ قَوْمٍ مُؤْمِنِينَ وَإِنَّا إن شَاءَ الله بِكُمْ لَاحِقُونَ
“Əbu Hüreyrə demişdir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm)qəbiristanlığa gedib dedi: “Salam olsun sizə mömin insanların diyarı(nın əhalisi). Biz də, Allah qoysa, sizəqoşulacağıq”.
Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.1, s.218, h.249
İbn Teymiyyə
İbn Teymiyyə etiraf edir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) ölülərə salam verməyi göstəriş vermişdir:
وقد ثبت عنه فى الصحيحين من غير وجه أنه كان يأمر بالسلام على أهل القبور ويقول (قولوا السلام عليكم أهل الديار من المؤمنين والمسلمين وانا ان شاء الله بكم لاحقون ويرحم الله المستقدمين منا ومنكم والمستأخرين نسأل الله لنا ولكم العافية اللهم لا تحرمنا أجرهم ولا تفتنا بعدهم واغفر لنا ولهم ، فهذا خطاب لهم وإنما يخاطب من يسمع
“İki “Səhih” kitabda müxtəlif yollarla nəql olunmuşdur ki, Peyğəmbər qəbr əhlinə bu şəkildə salam verməyi əmr edərmiş: : “Salam olsun sizə, ey (bu) diyarın mömin və müsəlmanlar diyarının sakinləri! Biz də, Allah qoysa, sizə qoşulacağıq. Allah bizdən qabaqkılara və sonra gələnlərə rəhmət etsin. Allahdan özümüz və sizin üçün salamatlıq diləyirik. İlahi, bizi onların mükafatından məhrum etmə, bizi onlardan sonra fitnəyə düçar etmə, bizi və onları bağışla!”. Bu xitab ölülərə ünvanlanmışdır və yalnız eşidən kəslərə xitab edilər”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.24, s.363.
4. Ölülər məzarlarının kənarındakı diri şəxsləri görürlər
Əhməd ibn Hənbəl “Müsnəd”ində yazır ki, Aişə Ömərin qəbrin daxilindən gördüyünə inanırmış.
حدثنا عبد اللَّهِ حدثني أبي ثنا حَمَّادُ بن أُسَامَةَ قال أنا هِشَامٌ عن أبيه عن عَائِشَةَ قالت كنت أَدْخُلُ بيتي الذي دُفِنَ فيه رسول اللَّهِ صلى الله عليه وسلم وأبي فاضع ثوبي فَأَقُولُ إنما هو زوجي وأبي فلما دُفِنَ عُمَرُ مَعَهُمْ فَوَاللَّهِ ما دَخَلْتُ إِلاَّ وأنا مَشْدُودَةٌ عَلَىَّ ثيابي حَيَاءً من عُمَرَ.
“Aişə deyib: “İçində Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) və atamın dəfn olunduğu evimə daxil olur və libasımı (hicabımı) kənara qoyurdum. Öz-özümə “dəfn olunanlar mənim ərim və atamdır (burada yalnız mənə məhrəm olanlar vardır)”, - deyirdim. Ancaq Ömər də onlarla birlikdə dəfn olunduqdan sonra, Allah haqqı, Ömərdən həya etdiyimə görə (bundan sonra oraya) yalnız örtülmüş, üzərimdə libas olan halda daxil oldum”.
Əhməd ibn Hənbəl (vəfatı: h. 241), “əl-Müsnəd”, c.6, s.202, h.25701
Hakim Nişapuri də “Müstədrək” kitabnda bu rəvayəti nəql edərək onun səhih olduğunu bildirmişdir: :
هذا حديث صحيح على شرط الشيخين ولم يخرجاه.
“Bu hədis iki şeyxin şərtinə görə səhihdir, lakin onlar onu nəql etməyiblər”.
Əl-Hakim ən-Nisaburi (vəfatı: h. 405), “əl-Müstədrək ələs-səhiheyn”, c.3, s.63.
Heysəmi də bu rəvayəti nəql edərək onun bütün ravilərinin “Səhihul-Buxari”nin raviləri olduğunu bildirir:
رواه أحمد ورجاله رجال الصحيح.
“Onu Əhməd rəvayət etmişdir və raviləri “Səhih”in raviləridir”.
Nurəddin əl-Heysəmi (vəfatı: h. 807), “Məcməüz-zəvaid və mənəbul-fəvaid”, c.8, s.26.
Deməli, bu rəvayətlərə əsasən, Aişə belə düşünürmüş ki, Ömər ölmüş olduğuna və dəfn olunmasına baxmayaraq, qəbrin içərisindən onu görür. Buna görə də məcbur qalaraq, qəbrin kənarına hicabla gedirmiş.
5. Dirilərin salamına ölülərin cavab verməsi
Ölülər qəbirdən məzarlarının kənarında onlara salam verən kəsləri görür və salamın cavabını qaytarırlar:
أخبرنا أبو عبد الله عبيد بن محمد قراءة مني عليه سنة تسعين وثلاثمائة في ربيع الأول قال أملت علينا فاطمة بنت الريان المستملي في دارها بمصر في شوال سنة اثنتين وأربعين وثلاث مئة قالت حدثنا الربيع بن سليمان المؤذن صاحب الشافعي قال حدثنا بشر بن بكير عن الأوزاعي عن عطاء عن عبيد بن عمير عن بن عباس قال قال رسول الله صلى الله عليه وسلم «ما من أحد مر بقبر أخيه المؤمن كان يعرفه في الدنيا فسلم عليه إلا عرفه ورد عليه السلام».
“İbn Abbas Peyğəmbərdən belə nəql etmişdir: “Kim dünyada tanıdığı mömin qardaşının məzarının kənarından keçərək ona salam verərsə, (ölü) onu (qəbrin içindən) tanıyar və salamının cavabını qaytarar”.
İbn Əbdül-Bərr əl-Maliki (vəfatı: h. 463), “əl-İstizkar”, c.1, s.185.
Əl-Əyninin vasitəsilə rəvayətin səhih bilinməsi
“Səhihul-Buxari”nin şərhçisi Bədrəddin əl-Əyni rəvayətin sənədinin səhih olduğunu yazmışdır:
وعند ابن عبد البر ، بسند صحيح : « ما من أحد يمر بقبر أخيه المؤمن كان يعرفه في الدنيا فيسلم عليه إلاَّ عرفه ورد عليه السلام » . ولما أخرج الترمذي حديث بريدة ، قال : والعمل على هذا عند أهل العلم : لا يرون بزيارة القبور بأسا . وهو قول ابن المبارك والشافعي وأحمد وإسحاق .
“İbn Əbdül-bərr səhih sənədlə belə nəql etmişdir: “Kim dünyada tanıdığı mömin qardaşının məzarının kənarından keçərək ona salam verərsə, (ölü) onu (qəbrin içindən) tanıyar və salamının cavabını qaytarar”. Ət-Tirmizi Büreydənin hədisini nəql etdikdən sonra demişdir: “Elm əhli bu hədisə əməl edərək qəbir ziyarətində pis bir şey görmürlər (onu icazəli hesab edirlər). İbn əl-Mübarək, əş-Şafei, Əhməd ibn Hənbəl və İshaqın nəzəri də məhz budur”.
Bədrəddin əl-Əyni əl-Hənəfi (vəfatı: h. 855), “Umdətul-qari şərh səhihil-Buxari”, c.8, s.69.
İbn Teymiyyənin vasitəsilə rəvayətin səhih bilinməsi
İbn Teymiyyə deyir ki, Peyğəmbərdən olan bu rəvayət sübuta yetibdir və səhihdir:
كما ثبت عن رسول الله «وما من رجل يمر بقبر الرجل كان يعرفه فى الدنيا فيسلم عليه الا رد الله عليه روحه حتى يرد عليه السلام» صح ذلك عن النبى إلى غير ذلك من الأحاديث.
“Heç şübhə yoxdur ki, ölülər başmaqların taqqıltısını eşidirlər, necə ki, bu, Allah Rəsulundan (nəql olunan hədisdə) sübuta yetmişdir: “Əgər bir şəxs sağlığında tandığı bir şəxsin qəbrinin yanında keçərkən həmin şəxsə salam versə, Allah salamın cavabını qaytarsın deyə o şəxsin ruhunu ona qaytarar” Peyğəmbərdən (nəql olunan) bu (hədis) səhihdir, bundan başqa hədislər də vardır ”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.24, s.173; “Qaidətun cəlilə fit-təvəssüli vəl-vəsilə”, c.1, s.150; “ər-Rəddü ələl-əxnai və istihbabu ziyarəti xeyril-bəriyyə”, c.1, s.88; “Minhacüs-sünnətin-nəbəviyyə”, c.2, s.442.
Məhəmməd ibn Əbdülvəhhabın rəvayətin səhih bilinməsini nəql etməsi
Hətta vəhhabilərin imamı Muhəmməd ibn Əbdülvəhhab da bu rəvayəti  nəql etmiş, ardınca Əbdülhaqqın hədisi səhih hesab etdiyini bildirmişdir:
أخرج ابن عبد البر عن ابن عباس قال : قال رسول الله صلى الله عليه وسلم : ' ما من أحد يمرّ بقبر أخيه المؤمن - كان يعرفه في الدنيا - فيسلم عليه ، إلا عرفه ورد عليه السلام ' صححه عبد الحق ، وفي الباب عن أبي هريرة وعائشة .
“İbn Əbdülbərr İbn Abbasın belə dediyini nəql etmişdir: “Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Hər bir kəs dünyada tanıdığı mömin qardaşının məzarının kənarından keçər və ona salam verərsə, (ölmüş qardaşı) onu (məzarındaca) tanıyar və salamının cavabını qaytarar”. Əbdülhaqq bu hədisi səhih bilmişdir. Bu babda Əbü Hüreyrə və Aişədən də (hədislər) vardır”.
Muhəmməd ibn Əbdülvəhhab (vəfatı: h. 1206), “Əhkamu təmənnil-məvt”, c.1, s.46.
6. Peyğəmbərin qəbirdə həzrət İsanın salamına cavab verməsi
Əbu Yəla əl-Mosuli öz kitabında  Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) belə buyurduğunu nəql etmişdir: İsa endiyi zaman mənim qəbrimin kənarında durub məni çağıracaq, mən də ona cavab verəcəyəm:
حَدَّثَنَا أَحْمَدُ بْنُ عِيسَى، حَدَّثَنَا ابْنُ وَهْبٍ، عَنْ أَبِي صَخْرٍ، أَنَّ سَعِيدًا الْمَقْبُرِيَّ أَخْبَرَهُ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ، يَقُولُ: سَمِعْتُ رَسُولَ اللَّهِ (صلى الله عليه وسلم) يَقُولُ: " وَالَّذِي نَفْسُ أَبِي الْقَاسِمِ بِيَدِهِ، لَيَنْزِلَنَّ عِيسَى ابْنُ مَرْيَمَ إِمَامًا مُقْسِطًا وَحَكَمًا عَدْلا، فَلَيَكْسِرَنَّ الصَّلِيبَ، وَلَيَقْتُلَنَّ الْخِنْزِيرَ، وَلَيُصْلِحَنَّ ذَاتَ الْبَيْنِ، وَلَيُذْهِبَنَّ الشَّحْنَاءَ، وَلَيُعْرَضَنَّ عَلَيْهِ الْمَالُ فَلا يَقْبَلُهُ، ثُمَّ لَئِنْ قَامَ عَلَى قَبْرِي، فَقَالَ: يَا مُحَمَّدُ لأُجِيبَنَّهُ ".
“Əbu Hüreyrə deyir: “Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) belə dediyini eşitdim: “Əbülqasimin canı əlində olana and olsun ki, İsa ibn Məryəm insaflı imam və ədalətli bir hakim şəklində yerə enəcək. O, xaçı sındıracaq, donuzu öldürəcək, düşmənçiliyi islah edcək,  kin-küdurəti aradan aparacaqdır. Ona mal-dövlət təqdim edilsə də o, bunu qəbul etməyəcək. Sonra məzarımın başında durub: “Ya Məhəmməd!”, – deyəcək, mən də ona cavab verəcəyəm”.
Hədisin sənədi mötəbərdir. Onun bütün raviləri Buxari və Müslimin raviləridir. Bircə Əbu Səxr Həmid istisnadır ki, o da təkcə Müslimin ravilərindəndir. Kim Müslim və Buxarinin ravilərindəndirsə, əhli-sünnənin yanında siqədir. Həmçinin, əhli-sünnə Buxari və Müslimin rəvayətlərini səhih bilir və onlar barədə şəkk etməyi caiz hesab etmirlər.
Hüseyn Səlim Əsəd bu rəvayətin axırında yazır:
إسناده صحيح.
“Sənədi səhihdir”.
Əbu Yəla əl-Mosuli ət-Təmimi (vəfatı: h. 307), “əl-Müsnəd”, c.11, s.462.
Nasiruddin əl-Əlbani bu hədisin səhih olduğunu qeyd etmişdir.
2733 - " والذي نفس أبي القاسم بيده لينزلن عيسى ابن مريم إماما مقسطا و حكما عدلا ، فليكسرن الصليب و ليقتلن الخنزير و ليصلحن ذات البين و ليذهبن الشحناء و ليعرضن عليه المال فلا يقبله ، ثم لئن قام على قبري فقال : يا محمد لأجبته " .
قال الألباني في " السلسلة الصحيحة " 6 / 524 :أخرجه أبو يعلى في " مسنده " ( 4 / 1552 ) : حدثنا أحمد بن عيسى أخبرنا ابن وهب عن أبي صخر أن سعيد المقبري أخبره أنه سمع أبا هريرة يقول : سمعت رسول اللهصلى الله عليه وسلم : فذكره . قلت : و هذا إسناد جيد رجاله كلهم ثقات رجالالشيخين غير أبي صخر - و هو حميد ابن زياد الخراط - فمن رجال مسلم وحده ، و قد تكلم فيه بعضهم ، و صحح له ابن حبان و الحاكم و البوصيري ، و مشاه المنذري
“2733 - “Əbülqasimin canı əlində olana and olsun ki, İsa ibn Məryəm insaflı imam və ədalətli bir hakim şəklində yerə enəcək. O, xaçı sındıracaq, donuzu öldürəcək, düşmənçiliyi islah edcək,  kin-küdurəti aradan aparacaqdır. Ona mal-dövlət təqdim edilsə də o, bunu qəbul etməyəcək. Sonra məzarımın başında durub: “Ya Məhəmməd!”, – deyəcək, mən də ona cavab verəcəyəm. ”.
Albani “əs-Silsilətus-səhihə”də 524/6 demişdir: “Əbu Yəla bu hədisi “Müsnəd”ində gətirmişdir (1552/4): “...Əbu Hüreyrə deyir: “Eşitdim Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm)...”.
Deyirəm: “Bu, ceyyid  sənəddir. Ravilərin hamısı siqədir, Əbu Səxr istisna olmaqla, hamısı iki şeyxin raviləridir., Əbu Səxr isə  Həmid ibn Ziyad əl-Xərratdır. O digərlərindən fərqli olaraq, təkcə Müslimin ravisidir. Bəziləri onun barəsində mənfi söz demişlər. Lakin, İbn Hibban, əl-Hakim və əl-Buseyri onu güvənilir bilmiş, əl-Münziri də ona etimad etmişdir ”.
Əlbani, Əs-silsilətüs-səhihə, c.6, s.236, h.2733
Heysəmi bu rəvayəti nəql edərək onun ravilərinin “Səhihul-Buxari” və “Səhihu Muslim”in raviləri olduğunu bildirmişdir:
رواه أبو يعلى ورجاله رجال الصحيح.
“Bunu Əbu Yəla rəvayət etmişdir və raviləri “Səhih”in raviləridir”.
Nurəddin əl-Heysəmi (vəfatı: h. 807), “Məcməüz-zəvaid və mənbəul-fəvaid”, c.8, s.211
Hədisin digər mənbələri:
İbn Əsakir əd-Diməşqi əş-Şafei (vəfatı: h. 571), “Tarixu Mədinəri Diməşq”, c.47, s.494; İbn Həcər əl-Əsqəlani əş-Şafei (vəfatı: h. 852), “əl-Mətalibul-aliyə”, c.15, s.211 və c.18, s.401; Şihabəddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi (vəfatı: h. 1270), “Ruhul-məani fi təfsiril-Quranil-Əzim vəs-səbil-məsani”, c.22, s.35; Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “əl-Havi lil-fətava”, c.2, s.154.
Həmçinin, əs-Salehi əş-Şami Peyğəmbərin həzrət İsanın salamının cavabını verəcəyi ilə bağlı bir hədis nəql etmiş, ardınca hədisin sənədinin səhih olduğunu bildirmişdir:
وروى محمد بن يحيى بن أبي عمر - برجال ثقات - عن أبي هريرة - رضي الله تعالى عنه - أن رسول الله - صلى الله عليه وسلم - قال : ( إن عيسى ابن مريم يكون مارا بالمدينة حاجا أو معتمرا ولئن سلم علي لأردن عليه ) .
“Məhəmməd ibn Yəhya ibn Əbu Ömər – siqə ravilərlə – Əbu Hüreyrədən rəvayət etmişdir ki, Allah Rəsulu buyurmuşdur: “Həqiqətən, İsa ibn Məryəm həccə və ya ümrəyə gedərkən Mədinədən keçəcək, mənə salam verdiyi zaman onun salamının cavabını verəcəyəm”.
Muhəmməd ibn Yusif əs-Salehi əş-Şami (vəfatı: h. 942), “Subulul-hüda vər-rəşad fi sirəti xeyril-ibad”, c.12, s.357.
Deməli, bu rəvayət sübut edir ki, Peyğəmbər dünyasını dəyişdikdənsonra da başqalarının səslərini eşidir, habelə cavab verə bilir.
Onu da qeyd edək ki, salam vermə işi sırf həzrət İsaya məxsus bir iş deyildir. Belə ki, səhabə və tabeinlər də Peyğəmbərin qəbri üzərinə gələrək ona salam verərdilər. Bəhsin əvvəlində qeyd etdiyimiz Əbu Əyyub Ənsarinin rəvayəti buna şahiddir. Bunu dəstəkləyəcək rəvayətlər kifayət qədər çoxdur.
7. Allah Rəsulunun Ühüd şəhidlərini ziyarət etmə göstərişi verməsi və o həzrətin onların salamının cavabını alarkən söylədiyi söz
Əhli-sünnənin böyük alimlərindən olan Vaqidi bu rəvayəti “əl-Məğazi” kitabında qeyd etmişdir:
ومر رسول الله صلى الله عليه وسلّم على مصعب بن عمير فوقف عليه ، ودعا ، وقرأ : ' رجالٌ صدقوا ما عاهدوا الله عليه فمنهم من قضى نحبه ومنهم من ينتظر وما بدلوا تبديلاً ' ، أشهد أن هؤلاء شهداء عند الله يوم القيامة ، فأتوهم وزوروهم وسلموا عليهم والذي نفسي بيده ، لا يسلم عليهم أحدٌ إلى يوم القيامة إلا ردوا عليه .
وكان أبو سعيد الخدري يقف على قبر حمزة فيدعو ويقول لمن معه : لا يسلم عليهم أحدٌ إلا ردوا عليه السلام ، فلا تدعوا السلام عليهم وزيارتهم .
وكان أبو سفيان مولى ابن أبي أحمد يحدث أنه كان يذهب مع محمد بن مسلمة وسلمة بن سلامة بن وقش في الأشهر إلى أحد ، فيسلمان على قبر
وكانت أم سلمة زوج النبي صلى الله عليه وسلّم تذهب فتسلم عليهم في كل شهرٍ فتظل يومها ، فجاءت يوماً ومعها غلامها نبهان ، فلم يسلم فقالت : أي لكع ، ألا تسلم عليهم ؟ والله لا يسلم عليهم أحدٌ إلا ردوا إلى يوم القيامة .
وكان أبو هريرة يكثر الاختلاف إليهم . وكان عبد الله بن عمر إذا ركب إلى الغابة فبلغ ذباب ، عدل إلى قبور الشهداء فسلم عليهم ، ثم رجع إلى ذباب حتى استقبل الطريق طريق الغابة ويكره أن يتخذهم طريقاً ، ثم يعارض الطريق حتى يرجع إلى طريقه الأولى .
وكانت فاطمة الخزاعية قد أدركت تقول : رأيتني وغابت الشمس بقبور الشهداء ومعي أختٌ لي ، فقلت لها : تعالى ، نسلم على قبر حمزة وننصرف . قالت : نعم . فوقفنا على قبره فقلنا : السلام عليك يا عم رسول الله . فسمعنا كلاماً رد علينا : وعليكما السلام ورحمة الله .
“Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) Musəb ibn Umeyrin (qəbrinin) yanından keçirdi, onun başı üzərində durdu, dua etdi və (belə) oxudu: “... Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.”  Şəhadət verirəm ki, Qiyamət günü bunlar Allah dərgahında şəhiddirlər. Onların yanına gəlin, onları ziyarət edin, onlara salam verin, canım əlində olana and olsun ki, Qiyamətədək biri onlara salam verdikdə onlar salamının cavabını qaytararlar”.
Əbu Səid əl-Xudri Həmzənin qəbri başında durar, dua edər və onunla birlikdə olana deyərdi: “Onlara salam verən elə bir kəs yoxdur ki, salamının cavabını qaytarmasınlar; buna görə də onlara salam verməyi və onları ziyarət etməyi tərk etməyin.
İbn Əbu Əhmədin xidmətçisi Əbu Süfyan nəql edir ki, o, Məhəmməd ibn Məsləmə, Sələmət ibn Səlamə ibn Vəqş ilə birlikdə hər ay Ühüdə gedər və  (müəyyən) bir qəbirə salam verərdilər”.
Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) yoldaşı Ümmü Sələmə hər ay Ühüdə gedər və onlara salam verər, bütün gününü (orada) keçirərdi. Bir gün qulamı Nəbhanla birlikdə Ühüdə gəldi, ancaq qulamı salam vermədi. Ümmü Sələmə dedi: “Ay yaramaz! Onlara salam vermirsən? Allaha and olsun, Qiyamətədək hər kəs onlara salam versə, onlar onun cavabını qaytararlar”.
Əbu Hüreyrə onlara tez-tez baş çəkərdi. Abdullah ibn Ömər Ğabə məntəqəsinə gedərkən Zübab məntəqəsinə yetişdikdə, şəhidlərin qəbirlərinə tərəf qayıdar, onlara salam verər, ardınca da Zübab yoluna qayıdar və əl-Ğabə tərəfə yollanardı. O, şəhidlərin yanından keçib onları ziyarət etməməkdən acığı gələrdi, ona görə də yolunu dəyişib (onlara salam verməyə gedər), sonra yenidən birinci yola qayıdardı”.
Fatimə əl-Xuzaiyyə  Peyğəmbərin zamanını görmüş bir qadın idi. O deyirdi ki: “Xatırlayıram, bir dəfə günəş qürub etdiyi vaxt şəhidlərin qəbrinin kənarındaydım, bacım da mənimlə idi. Ona dedim ki, gəl Həmzənin qəbri üstə gedib salam verək. Dedi ki, yaxşı. Biz onun məzarı üstə durub dedik: “Salam olsun sənə, ey Allah Rəsulunun əmisi!” Bu zaman onun: “Sizə də salam və Allahın rəhməti olsun”, - deyərək bizim salamımızı aldığını eşitdik. Həmin vaxt bizim yanımızda heç kəs yox idi...”
Muhəmməd ibn Ömər əl-Vaqidi (vəfatı: h.207), “Kitabul-məğazi”, c.1, s.267-s.268
Digər mənbələr:
Əbu Nüeym əl-Əsbahani (vəfatı: h. 430), “Hilyətül-əvliya və təbəqatül-əsfiya”, c.1, s.108; İbn Əbil-Hədid əl-Mötəzili (vəfatı: h. 655), “Şərhu Nəhcil-Bəlağə”, c.15, s.25; Kəmaləddin əs-Sivasi əl-Hənəfi (vəfatı: h. 681), “Şərhu fəthil-qədir”, c.3, s.183; Cəlaləddin əs-Süyuti (vəfatı: h. 911), “Cameul-əhadis” (əl-Camius-səğir və zəvaiduhu vəl-camiul-kəbir), c.1, s.453; əl-Müttəqi əl-Hindi (vəfatı: h. 975), “Kənzül-ummal”, c.10, s.173.
Bu rəvayət sübut edir ki, çoxlu sayda səhabə və böyük əhli-sünnə alimləri  (məsələn, Əbu Səid Xudri, İbn Əbu Əhmədin xidmətçisi Əbu Süfyan, Məhəmməd ibn Məsləmə, Sələmət ibn Səlamə ibn Vəqş, Peyğəmbərin həyat yoldaşı Ümmül-möminin Ümmü Sələmə, Əbu Hüreyrə, Abdullah ibn Ömər, Fatimə əl-Xuzaiyə və s.) Ühüd şəhidlərinin məzarı üstə getmiş, onlara salam vermiş və salamın cavabını almışlar.
Məhəmməd ibn Əbdülvəhhab və bu hədisi səhih hesab etməsi
Məhəmməd ibn Əbdülvəhhab bu rəvayəti səhih hesab etmişdir:
وللحاكم وصححه عن عبد الله بن أبي فروة أن النبي صلى الله عليه وسلم زار قبور الشهداء بأحد ، فقال : ' اللهم إن عبدك ونبيك يشهد أن هؤلاء شهداء ، وأن من زارهم أو سلم عليهم إلى يوم القيامة ردوا عليه.
“Hakimin Abdullah ibn Əbu Fərvədən nəql etdiyi və səhih bildiyi bir hədisdə deyilir ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Ühüddə şəhidlərin qəbirlərini ziyarət edərək demişdir: "İlahi, Sənin bəndən və peyğəmbərin şəhadət verir ki, bunlar şəhiddirlər və kim onları ziyarət etsə və ya Qiyamət gününüdək onlara salam versə, onlar salamın cavabını qaytaracaqlar"”.
Məhəmməd ibn Əbdülvəhhab (vəfatı: h. 1206), “Əhkamu təmənnil-məvt”, c.1, s.47
Alusinin bu hədisi səhih hesab etməsi
Əhli-sünnə alimi Alusi də bu hədisin səhih olduğunu bildirmişdir:
وبما رواه البيهقي والحاكم وصححه وغيرهما عن أبي هريرة أن النبي صلى الله عليه وسلم وقف على مصعب بن عمير وعلى أصحابه حين رجع من أحد فقال : أشهد أنكم أحياء عند الله تعالى فزوروهم وسلموا عليهم فوالذي نفسي بيده لا يسلم عليهم أحد إلا ردوا عليه إلى يوم القيامة وبما أخرج إبن عبدالبر وقال عبدالحق الأشبيلي إسناده صحيح.
“Beyhəqi, Hakim və başqaları Əbu Hüreyrədən Peyğəmbərin Ühüddən qayıdarkən Musəb ibn Ümeyrin və digər səhabələrinin qəbri üstə duraraq, belə dediyini nəql etmişlər: “Şəhadət verirəm ki, siz Allah qatında dirisiniz. (Ey müsəlmanlar), onları ziyarət edib onlara salam verin. Canım əlində olan Allaha and olsun ki, Qiyamətədə qədər kim onlara salam versə, onlar onun salamının cavabını qaytaracaqlar”. Hakim bu hədisi səhih bilmişdir. Həmçinin, İbn Əbdül-Bərr də bu hədisi nəql etmişdir. Əbdül-Həqq əl-İşbili isə hədis üçün, “sənədi səhihdir”, - demişdir. ”.
Şihabəddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi (vəfatı: h. 1270), “Ruhul-məani fi təfsiril-Quranil-Əzim vəs-səbil-məsani”, c.21, s.55.
8. Qəbirdə meyitə təlqin verməyin müstəhəb olması və meyidin təlqini eşitməsi
İbn Həcər Əsqəlani “Təlxisul-həbir” kitabında bu barədə yazır:
الطَّبَرَانِيُّ عن أبي أُمَامَةَ إذَا أنا مِتُّ فَاصْنَعُوا بِي كما أَمَرَنَا رسول اللَّهِ صلى اللَّهُ عليه وسلم أَنْ نَصْنَعَ بِمَوْتَانَا أَمَرَنَا رسول اللَّهِ صلى اللَّهُ عليه وسلم فقال إذَا مَاتَ أَحَدٌ من إخْوَانِكُمْ فَسَوَّيْتُمْ التُّرَابَ على قَبْرِهِ فَلْيَقُمْ أحدكم على رَأْسِ قَبْرِهِ ثُمَّ لْيَقُلْ يا فُلَانُ بن فُلَانَةَ فإنه يَسْمَعُهُ وَلَا يُجِيبُ ثُمَّ يقول يا فُلَانُ بن فُلَانَةَ فإنه يَسْتَوِي قَاعِدًا ثُمَّ يقول يا فُلَانُ بن فُلَانَةَ فإنه يقول أَرْشِدْنَا يَرْحَمْكَ اللَّهُ وَلَكِنْ لَا تَشْعُرُونَ فَلْيَقُلْ اُذْكُرْ ما خَرَجْت عليه من الدُّنْيَا شَهَادَةَ أَنْ لَا إلَهَ إلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ وَأَنَّك رَضِيت بِاَللَّهِ رَبًّا وَبِالْإِسْلَامِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا وَبِالْقُرْآنِ إمَامًا فإن مُنْكَرًا وَنَكِيرًا يَأْخُذُ كُلُّ وَاحِدٍ مِنْهُمَا بِيَدِ صَاحِبِهِ وَيَقُولُ انْطَلِقْ بِنَا ما يُقْعِدُنَا عِنْدَ من لُقِّنَ حُجَّتُهُ قال فقال رَجُلٌ يا رَسُولَ اللَّهِ فَإِنْ لم يَعْرِفْ أُمَّهُ قال يَنْسُبُهُ إلَى أُمِّهِ حَوَّاءَ يا فُلَانُ بن حَوَّاءَ.
وَإِسْنَادُهُ صَالِحٌ وقد قَوَّاهُ الضِّيَاءُ في أَحْكَامِهِ وَأَخْرَجَهُ عبد الْعَزِيزِ في الشَّافِي.
“Ət-Təbərani Əbu Əmamədənbelə nəql etmişdir: "Mən ölən zaman mənimlə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) bizə ölülərimizlə etməyimizi əmr etdiyi kimi edin. O, bizə göstəriş verərək demişdir ki: "Qardaşlarınızdan biri öldükdə (onu dəfn edin və) qəbirinin üzərindəki topağı düzəldin (hamarlayın), biriniz məzarının başı üzərində dursun, sonra desin: Ey filan qadının oğlu filankəs!  Ölən şəxs onu bu sözünüeşidəcək, lakin, cavab verə bilməyəcək. Sonra desin: “Ey filankəs qadının oğlu filankəs!”Bu zaman ölən şəxsqalxıb oturacaq. Sonra desin: “Ey filan qadının oğlu filankəs!”Bu zaman ölən şəxs deyər: "Allah sənə rəhm etsin, mənə yol göstər”. Lakin siz (bunları) başa düşmürsünüz. Sonra desin: “Dünyadan çıxarkən hansı inanc üzərə olduğunu xatırla. Sən Allahdan başqa bir tanrı olmadığına və, Məhəmmədin onun bəndəsi və elçisi olduğuna şəhadət vermiş, Allahdan bir Rəbb kimi, İslamdan bir din kimi, Məhəmməddən bir peyğəmbər kimi, Qurandan dabir imam kimi razı olmuşdun.” Bu zaman Münkər və Nəkir bir-birinin əlindən tutaraq deyərlər: “: “Gəl gedək, höccəti təlqin olunanın yanında nə oturmuşuq?".
Ravi deyir: "Bir nəfər dedi ki, ya Rəsuləllah, bəs birdən təlqin deyən ölən şəxsin anasını tanımasa, (onu necə çağırsın)?" Peyğəmbər buyurdu: “Onu anası Həvvaya nisbət verib“Həvvanın oğlu filankəs”, - desin.
Rəvayətin sənədi salehdir. Ziya “əl-Əhkam” kitabındaonun sənədini qəvi (güclü)  hesab etmişdir. Əbdüləziz də onu “əş-Şafi” kitabında nəql etmişdir”.
İbn Həcər əl-Əsqəlani (vəfatı: h. 852), “Təlxisul-həbir fi əhadisir-Rafeiil-kəbir”, c.2, s.136.
Şövkani bu rəvayəti və İbn Həcərin sözünü nəql edərək demişdir:
قال الْحَافِظُ في التَّلْخِيصِ وَإِسْنَادُهُ صَالِحٌ.
“Əl-Hafiz "ət-Təlxis"də demişdir ki, sənədi salehdir”.
Muhəmməd ibn Əli əş-Şövkani (vəfatı: h. 1255), “Nəylül-əvtar”, c.4, s.139.
İbn Cövzi İbn Həcərin “rəvayətin sənədi salehdir və Ziya onu güclü hesab etmişdir”, - dediyini nəql etmişdir:
الحافظ ابن حجر رحمه الله تعالى ذكر في التخليص ( 1 135 - 136 ) حديث أبي أمامة المرفوع في تلقين الميت على القبر بعد دفنه فقال إسناده صالح وقد قواه الضياء في أحكام.
“Hafiz ibn Həcər (Allah-taala ona rəhmət etsin) "ət-Təlxis" kitabında Əbu Əmamədən dəfnindən sonra qəbir başında meyitə təlqin olunması barədə mərfu* bir  hədis nəql etmiş və (1/135-136) demişdir: Sənədi salehdir. Əz-Ziya da bunu "Əhkam"da qəvi hesab etmişdir.”
_________________________
* Mərfu: sənədi Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) çatan hədis. [Red.]
İbn əl-Cövzi əl-Hənbəli (vəfatı: h. 597), “Dəfu şubəhit-təşbihi bi-əkuffit-tənzih”, c.1, s.298.
Sənani yazır:
قال المصنف إسناده صالح.
“Müəllif demişdir: Sənədi salehdir”.
Muhəmməd ibn İsmail əs-Sənani (vəfatı: h. 1182), “Subulul-İslam şərhu buluğil-məram min ədillətil-əhkam”, c.2, s.113.
Həmçinin, İbn Muləqqin rəvayəti qeyd etdikdən sonra onun sənədində bir problem olmadığını yazmışdır. Hafiz Əbu Mənsurun onu “Camiud-duais-səhih” (“Səhih dua toplusu”) kitabında gətirmişdir. İmam Əhməd isə meyitə təlqini caiz bilmişdir:
وإِسْنَاده لَا أعلم بِهِ بَأْسا ، وَذكره الْحَافِظ أَبُو مَنْصُور فِي «جَامع الدُّعَاء الصَّحِيح» ، وَزَاد بعد قَوْله : «قد لقن حجَّته» : «وَيكون الله (حجَّته) دونهمَا» . قَالَ : وَقد أرخص الإِمَام أَحْمد بن حَنْبَل فِي تلقين الْمَيِّت ، وَأَعْجَبهُ ذَلِك
“Sənədində bir problem görmürəm, əl-Hafiz Əbu Mənsur onu "Camiudd-duaiss-səhih" kitabında  qeyd etmişdir. Əbu Mənsurun hədisində "...höccəti təlqin olunanın yanında nə oturmuşuq?..." sözündən sonra "Beləcə Allah o iki mələk qarşısında onun cavab verəni olar" kəlməsini artırılmışdır; İmam Əhməd ibn Hənbəl meyitə təlqin olunmasını  icazəli bilmiş və bu, onunun xoşuna gəlmişdir.”
İbn Muləqqin əş-Şafei (vəfatı: h. 804), “əl-Bədrul-munir fi təxricil-əhadis vəl-asaril-vaqiəti fiş-şərhil-kəbir”, c.5, s.334.
Molla Əli Qari yazır ki, İbn Həcər deyir:
وقال ابن حجر : وفيه إيماء إلى تلقين الميت بعد تمام دفنه وكيفيته مشهورة وهو سنة على المعتمد من مذهبنا خلافاً لمن زعم أنه بدعة كيف وفيه حديث صريح يعمل به في الفضائل اتفاقاً ، بل اعتضد بشواهد يرتقي بها إلى درجة الحسن.
“İbn Həcər demişdir: Hədisdə dəfnin tamamlanmasından sonra meyitə təlqin edilməsinə (bu işin bəyənilən olmasına) işarə vardır; bu təlqinin forması isə məşhurdur. Bəziləri bu işin bidət olduğunu iddia etsə də, bu işbizim məzhəbimizin ən etimadlı nəzərinə əsasən, sünnədir. Bu iş necə bidət ola bilər ki,  onun barəsində açıq-aydın hədis mövcuddur. Alimlərin ittifaqına əsasən, müstəhəb işlər mövzusunda bu cür hədislərə əməl olunar. Üstəlik, bu hədis bir sıra şahidlərlə* də dəstəklənərək “həsən” hədis səviyyəsinə yüksəlir”.
_________________________
* “Şahid”: müəyyən bir hədislə eyni mənada və ya eyni ləfzdə olan və başqa bir səhabə yolu ilə nəql edilən hədisdir. Bir hədisin sənədi zəif olsa da başqa hədislərlə dəstəklənə və nəticədə mötəbərlik səviyyəsinə yüksələ bilər. Hədisin dəstəkləndiyi belə hədislər “şahid” hesab olunur. [Red.]
Molla Əli əl-Qari əl-Hənəfi (vəfatı: h. 1014), “Mirqatül-məfatih şərhu mişkatil-məsabih”, c.1, s.327.
Bu rəvayətə əhli-sünnə alimlərinin əməl etməsi:
Əhli-sünnə alimi Nəvəvi yazır ki, alimlərin çox hissəsi dəfndən sonra meyitə təlqin verməyin müstəhəb olmasına inanırlar:
470 - وروينا في " سنن البيهقي " بإسناد حسن ، أن ابن عمر استحب أن يقرأ على القبر بعد الدفن أول سورة البقرة وخاتمتها.
[ فصل ] : وأما تلقين الميت بعد الدفن ، فقد قال جماعة كثيرون من أصحابنا باستحبابه ، وممن نص على استحبابه : القاضي حسين في تعليقه ، وصاحبه أبو سعد المتولي في كتابه " التتمة " ، والشيخ الإمام الزاهد أبو الفتح نصر بن إبراهيم بن نصر المقدسي ، والإمام أبو القاسم الرافعي وغيرهم ، ونقله القاضي حسين عن الأصحاب.
وأما لفظه فقال الشيخ نصر : إذا فرغ من دفنه يقف عند رأسه ويقول : يا فلان بن فلان ، اذكر العهد الذي خرجت عليه من الدنيا : شهادة أن لا إله إلا الله وحده لا شريك له ، وأن محمدا عبده ورسوله ، وأن الساعة آتية لا ريب فيها ، وأن الله ببعث من في القبور ، قل رضيت بالله ربا ، وبالإسلام دينا ، وبمحمد صلى الله عليه وسلم نبيا ، وبالكعبة قبلة ، وبالقرآن إماما ، وبالمسلمين إخوانا ، ربي الله ، لا إله إلا هو ، وهو رب العرش العظيم ، هذا لفظ الشيخ نصر المقدسي في كتابه " التهذيب " ، ولفظ الباقين بنحوه ، وفي لفظ بعضهم نقص عنه ، ثم منهم من يقول : يا عبد الله ابن أمة الله ، ومنهم من يقول : يا عبد الله بن حواء ، ومنهم من يقول : يا فلان - باسمه - ابن أمة الله ، أو يا فلان بن حواء ، وكله بمعنى.
“Biz "Sünənu "əl-Beyhəqi"də həsən sənədlə rəvayət etmişdik ki, İbn Ömər dəfndən sonra qəbir üzərində "Bəqərə" surəsinin başlanğıcını və axırlarını oxumağa üstünlük verərdi (müstəhəb bilirdi).
(Fəsl): Dəfndən sonra meyitin təlqininə gəlincə, əshabımızdan çoxu onun müstəhəb olmasını demişdir. Onun müstəhəb olmasını deyənkəslər: əl-Qazi Hüseyn ("Təliq"ində), yoldaşı Əbu Səid əl-Mütəvəlli("ət-Tətimmə" kitabında), Şeyx İmam əz-Zahid Əbülfəth Nəsr ibn İbrahim ibn Nəsr əl-Məqdisi, İmam Əbülqasim ər-Rafei və başqalarıdır. Əl-Qazi Hüseyn də əshabın bu fikirdə olduğunu etmişdir.
Təlqinin hansı formada deyilməsinə gəlincə, Şeyx Nəsr demişdir: Ölünün dəfnini bitirdikdən sonra başının yanında durub belə demək lazımdır: “Ey filan ibn filan, dünyadan çıxarkən hansı inanc üzərə olduğunu xatırla. Sən Allahdan başqa bir tanrı olmadığına, Məhəmmədin onun bəndəsi və elçisi olduğuna, Qiyamətin şübhəsiz baş verəcəyi və Allahın qəbirlərdə olanları dirildəcəyinə şəhadət vermişdin. De: , Allahdan Rəbb olaraq, İslamdan din olaraq, Məhəmməddən (sallallahu əleyhi və alihi və səlləm) peyğəmbər olaraq, Kəbədən qiblə olaraq, Qurandan imam olaraq, müsəlmanlardan da qardaş olaraq razıyam. Rəbbim Allahdır, Ondan başqa bir tanrı yoxdur, O, əzəmətli ərşin Rəbbidir". Bu, Şeyx Nəsr əl-Məqdisinin "ət-Təhzib" kitabında qeyd etdiyi formadır. Qalanların qeyd etdiyi forma da bunun kimidir. Əlbəttə, bəzilərininnəql etdiyi formada müəyyən ixtisarlar vardır. Həmçnin, bəziləri (“ey filankəs oğlu filankəs” sözünün yerinə) “ey Allah kənizinin oğlu Allah bəndəsi” ifadəsi, bəziləri “ey Həvvanın oğlu Allah bəndəsi” ifadəsi, bəziləri “ey Allah kənizinin oğlu filankəs – adı ilə –” ifadəsi, bəziləri də “ey Həvva oğlu filankəs” ifadəsi qeyd etmişlər. ".
Mühyiddin ən-Nəvəvi əş-Şafei (vəfatı: h. 676), “əl-Əzkarul-muntəxəbə min kəlami seyyidil-əbrar”, c.1, s.129.
İşbili də bu rəvayəti qeyd etmiş və dəfndən sonra meyitin təlqini ilə əlaqədar xüsusi bab açmışdır:
الباب السابع تلقين الميت بعد الدفن والدعاء له وقراءة القرآن عنده وذكر محاسنه والسكوت عن مساوئه.
“Yeddinci bab; dəfndən sonra meyitin təlqini, ona dua etmək, yanında Quran tilavət etmək, yaxşılıqlarını yada salma və pislikləri barəsə susmaq babı”.
Əbdülhaq əl-İşbili (vəfatı: h. 581), “əl-Aqibətu fi zikril-məvt”, c.1, s.182.
Əbülabbas Əhməd ibn Abdullah ər-Razi Peyğəmbərdən bir rəvayət nəql etdikdən sonra yazır ki, bu rəvayətin hökmünə görə qəbirdə meyitə təlqin vermək vacibdir:
ومن غريب ما أورده عن هاني مولى عثمان بن عفان بسند متصل أنه قال قال رسول الله صلى الله عليه وسلم إن القبر أول منزل من منازل الآخرة فمن نجا منه فما بعده أيسر منه ومن لم ينج فما بعده أشر قال وكان صلى الله عليه وسلم إذا فرغ من دفن الميت قال استغفروا لصاحبكم واسألوا الله تعالى له التثبيت فإنه الآن يسأل قال وفي هذا الحديث دليل على وجوب تلقين الميت إذا ألحد بالشهادتين.
“(Əbül-Abbas Əhməd ibn Abdullah ər-Razinin) nəql etdiyi qəribə hədislərdən biri də müttəsil (bitişik) sənədlə Osman ibn Əffanın xidmətçisi Hanidən nəql etdiyi aşağıdakı hədisdir. Hədisdə deyilir ki:
Allah Rəsulu buyurdu: “Qəbir axirət mənzillərindən birinci mənzildir, buna görə də kim ondan qurtulsa, ondan sonrakı daha asan olacaq . Kim qurtula bilməsə, ondan sonrası daha pis olacaq
Hani deyir: “Peyğəmbər meyitin dəfnini qurtardıqda deyərdi: "Yoldaşınız üçün bağışlanma diləyin, Allahdan onun üçün sabitqədəmlik arzulayın. Çünki o, hal-hazırda sorğu-sual olunur".
Razi bu hədisi nəql etdikdən sonra demişdir: “Bu hədisdə dəfn edildikdən sonra meyyitə iki şəhadəti təlqin edilməsinin vacibliyinə dəlil vardır”.
Bəhaəddin əl-Cündi əl-Kindi (vəfatı: h. 732-dən qabaq), “əs-Suluk fi təbaqatil-uləma vəl-muluk”, c.1, s.282-283.
İbn Teymiyyə də meyitin təlqininin caiz olduğunu demişdir:
وسئل «هل يشرع تلقين الميت الكبير والصغير أو لا»
فَأَجَابَ : وَأَمَّا تَلْقِينُ الْمَيِّتِ فَقَدْ ذَكَرَهُ طَائِفَةٌ مِنْ الْخُرَاسَانِيِّين مِنْ أَصْحَابِ الشَّافِعِيِّ وَاسْتَحْسَنُوهُ أَيْضًا ذَكَرَهُ الْمُتَوَلِّي ، وَالرَّافِعِيُّ وَغَيْرُهُمَا . وَأَمَّا الشَّافِعِيُّنَفْسُهُ فَلَمْ يُنْقَلْ عَنْهُ فِيهِ شَيْءٌ .
وَمِنْ الصَّحَابَةِ مَنْ كَانَ يَفْعَلُهُ ، كَأَبِي أمامة الْبَاهِلِيِّ وَوَاثِلَةَ بْنِ الْأَسْقَعِ وَغَيْرِهِمَا مِنْ الصَّحَابَةِ .
وَمِنْ أَصْحَابِ أَحْمَد مَنْ اسْتَحَبَّهُ ، وَالتَّحْقِيقُ أَنَّهُ جَائِزٌ وَلَيْسَ بِسُنَّةٍ رَاتِبَةٍ وَاَللَّهُ أَعْلَمُ .
“İbn Teymiyyədən soruşuldu: Böyük və ya azyaşlı ölüyə təlqin vermək şəriətə uyğundur, ya yox?”.
Cavab verdi: Meyitin təlqininə gəldikdə, onu Şafeinin əshabından olan bir qrup xorasanlı alim qeyd etmiş və yaxşı hesab etmişlər. Həmçinin əl-Mütəvəlli, ər-Rafei və başqaları da bunu qeyd etmişlər. Şafeinin özünə gəldikdə isə bu barədə ondan bir şey nəql olunmamışdır. Səhabələr arasında da bu işi görənlər olmuşdur, məsələn, Əbu Ümamə əl-Bahili, Vasilə ibn əl-Əsqə və başqaları kimi. Əhmədin əshabı arasından da bəziləri bunu müstəhəb bilmişdir. Yekun nəzər budur ki,bu iş caizdir, lakin sünnə deyildir. Allah daha yaxşı bilər".
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-İslam ibn Teymiyyə”, c.24, s.299; “əl-Fətava əl-kübra lişeyxil-İslam İbn Teymiyyə”, c.1, s.289.
İbn əl-Qəyyim əl-Cövziyyə yazır:
فصل وَيدل على هَذَا أَيْضا مَا جرى عَلَيْهِ عمل النَّاس قَدِيما وَإِلَى الْآن من تلقين الْمَيِّت فِي قَبره وَلَوْلَا أَنه يسمع ذَلِك وَينْتَفع بِهِ لم يكن فِيهِ فَائِدَة وَكَانَ عَبَثا وَقد سُئِلَ عَنهُ الإِمَام أَحْمد رَحمَه الله فَاسْتَحْسَنَهُ وَاحْتج عَلَيْهِ بِالْعَمَلِ
“Ölünün eşitməsinə dəlalət edən şeylərdən biri də camaatın qədimdən ta bugünədək ölüyə təlqin etməsidir. Əgər ölü bunu eşitməsə və bununla mənfəət əldə etməsəydi, bunda bir fayda olmaz və bu iş əbəs olardı. İmam Əhməddən - Allah ona rəhmət etsin - bu haqda soruşduqda o, bunu yaxşı hesab etmiş və müsəlmanların əməlini buna dəlil gətirmişdir".
İbn əl-Qəyyim əl-Cövziyyə (vəfatı: h. 751), “ər-Ruhu fil-kəlami əla ərvahil-əmvati vəl-əhyai bid-dəlaili minəl-kitabi vəs-sünnə”, c.1, s.13.
Həmçinin, Həddadi Əbbadi Hənəfi qəbirdə meyitə təlqin etməyin əhli-sünnə nəzərində caiz olduğunu demişdir.
وَأَمَّا تَلْقِينُ الْمَيِّتِ فِي الْقَبْرِ فَمَشْرُوعٌ عِنْدَ أَهْلِ السُّنَّةِ لِأَنَّ اللَّهَ تَعَالَى يُحْيِيه فِي الْقَبْرِ وَصُورَتُهُ أَنْ يُقَالَ يَا فُلَانُ بْنَ فُلَانٍ أَوْ يَا عَبْدَ اللَّهِ بْنَ عَبْدِ اللَّهِ اُذْكُرْ دِينَك الَّذِي كُنْت عَلَيْهِ وَقَدْ رَضِيت بِاَللَّهِ رَبًّا وَبِالْإِسْلَامِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا .
“Qəbirdə meyitə təlqin vermək əhli-sünnə yanında qanunidir (caizdir), çünki Allah-taala ölünü qəbirdə dirildir.Təlqinin formasıisə belədir: “Ey filankəs oğlu filankəs və ya ey Allah bəndəsinin oğlu Allah bəndəsi, üzərində olduğun (etiqad bəslədiyin) dini yada sal.Sən AllahdanRəbb olaraq, İslamdan din olaraq və Məhəmməddən peyğəmbər olaraq razı olmusan".
Əbu Bəkr ibn Əli əl-Həddadi əl-Hənəfi (vəfatı: h. 800), “əl-Cəvhərətün-nəyyirətu şərhu muxtəsəril-Quduri”, c.1, s.398.
Şənqiti yazır:
وقد رأيت ابن القيم استدلّ له بأدلّة ، منها : أن الإمام أحمد رحمه اللَّه سئل عنه فاستحسنه. واحتجّ عليه بالعمل . ومنها : أن عمل المسلمين اتّصل به في سائر الأمصار والأعصار من غير إنكار .
“İbn əl-Qəyyimin bu iş(in icazəliliyin)ə bir sıra dəlillər gətirdiyini görmüşəm. Həmin dəlillərdən biri budur ki, İmam Əhməddən - Allah ona rəhmət etsin - təlqin haqqında soruşanda İmam Əhməd onu yaxşı hesab etmiş və müsəlmanların əməlinibuna dəlil gətirmişdir. Digəri isə budur ki, müsəlmanlar bütün diyarlarda və zamanlarda heç bir inkar olmadan bu işi görmüşlər”.
Muhəmməd əl-Əmin əş-Şənqiti (vəfatı: h. 1393), “Əzvaul-bəyan fi izahil-urani bil-Quran”, c..6, s.138
ÖLÜMDƏN SONRA HƏYATIN DƏLİLLƏRİ
Bu məqalənin dördüncü hissəsində ölümdən sonra həyatın mövcud olmasına dair dəlilləri qeyd edəcəyik. Bu dəlilləri araşdırmaq ona görə əhəmiyyətlidir ki, ölümdən sonra həyat sübut olunduğu təqdirdə vəhhabilərin mütəmadi olaraq üzərində dayandıqları “meyit” sözü işdən düşəcək və ölümdən sonra ölülərin eşitməsi bu istidlalla mümkün sayılacaq.
İbn Quteybə deyir:
فَإِذَا جَازَ أَنْ يَكُونَ هَؤُلَاءِ الشُّهَدَاءُ أَحْيَاءً عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ ، وَجَازَ أَنْ يَكُونُوا فَرِحِينَ وَمُسْتَبْشِرِينَ ، فَلِمَ لَا يَجُوزُ أَنْ يَكُونَ أَعْدَاؤُهُمُ الَّذِينَ حَارَبُوهُمْ وَقَتَلُوهُمْ أَحْيَاءً فِي النَّارِ يُعَذَّبُونَ ؟ وَإِذَا جَازَ أَنْ يَكُونُوا أَحْيَاءً فَلِمَ لَا يَجُوزُ أَنْ يَكُونُوا يَسْمَعُونَ ؟ وَقَدْ أَخْبَرَنَا رَسُولُ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - وَقَوْلُهُ الْحَقُّ .
“Əgər şəhidlərin Rəbləri yanında diri olub ruzilənmələri, həmçinin fərəh və sevinc içərisində olmaları mümkündürsə,onda onlarla vuruşub onları qətlə yetirən düşmənlərinin cəhənnəmdə diri olub əzaba düçar olmaları niyə mümkün olmasın? Əgər onların (kafir ölülərin) diri olmaları mümkündürsə, bəs nəyə görə eşitmələri də mümkün olmasın? Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) bizə onların eşitdiyini xəbər vermişdir. Onun sözü də haqdır.
İbn Quteybə əd-Dinəvəri (vəfatı: h. 276), “Təvilu muxtələfil-hədis”, c.1, s.151-152.
Buna görə də əgər bir kəsin ölümdən sonra diri olması sübuta yetsə, başqa birisi mütləq surətdə onun eşitməyinin mümkünsüzlüyünə hökm verə bilməyəcəkdir. İndi isə Quran və rəvayət baxımından ölümdən sonra həyatın dəlillərini araşdıraq:
a) Ölümdən sonra həyatın var olmasına dəlalət edən ayələr
Quranda bir çox ayələr ölümdən sonra həyatın mövcudluğuna dəlalət edir:
Birinci ayə: Şəhidlərin diri olması
Allah-taala Qurani-kərimdə açıq şəkildə deyir ki, şəhidlər diridir və Allahın yanında nemətə qərq olublar:
وَلا تَحْسَبَنَّ الَّذينَ قُتِلُوا في‏ سَبيلِ اللَّهِ أَمْواتاً بَلْ أَحْياءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُون * فَرِحينَ بِما آتاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلا هُمْ يَحْزَنُون * يَسْتَبْشِرُونَ بِنِعْمَة مِّنَ اللَّهِ وَفَضْل وَأَنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ . (آل عمران/ 169-171)
“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir. (Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar. Onlar Allah tərəfindən olan nemət və bəxşişə görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar” . (Ali İmran surəsi, 169–171-ci ayələr.)
Bu ayələrdə şəhidlərin ilahi nemətlərdən bəhrələnməsi və ələ gətirdiklərindən xoşhal olmaları onların yenilənmiş həyat və yaşayışına dəlildir.
Əhli-sünnə alimlərinin bu ayə haqqında dedikləri
1. Əhməd ibn Hənbəl (vəfatı: h. 241)
Əhli-sünnə imamı Əhməd ibn Hənbəl şəhidlərin diri olduğunu deyir:
الشهداء أحياء يرزقون ويقول إن الشهداء بعد القتل باقون يأكلون أرزاقهم.
“(Əhməd deyirdi ki,) şəhidlər diridir və onlara ruzi verilir..Həmçinin deyir ki, şəhidlər qətlə yetirildikdən sonra baqidirlər və ruzilərindən qidalanırlar”.
Əhməd ibn Hənbəl, “əl-Əqidətu rivayətu Əbi Bəkrin əl-Xəllal”, c.1, s.121.
Əbu Yəla Hənbəli “Təbəqatul-hənabilə” kitabında Əhməd ibn Hənbəlin inancından danışır:
ويقول إن الشهداء بعد القتل باقون يأكلون أرزاقهم
وكان يقول إن الأنبياء أحياء في قبورهم يصلون وأن الميت يعلم بزائره يوم الجمعة بعد طلوع الفجر وقبل طلوع الشمس.
“Əhməd deyir ki, şəhidlər qətldən sonra baqidirlər, ruzilərini yeyirlər.
Həmçinin deyirdi ki, peyğəmbərlər də qəbirlərində diridirlər və namaz qılırlar, ölü cümə günü fəcrin doğuşundan sonra və günəş çıxdıqdan qabaq onları ziyarət edən kəsləri tanıyırlar”.
Əbu Yəla ibn əl-Fərra əl-Bağdadi əl-Hənbəli (vəfatı: h. 521), “Zeylu təbaqatil-hənabilə”, c.1, s.303.
2. Qurtubi (vəfatı: h. 671)
Əhli-sünnə alimi Qurtubi ayənin nazil olma səbəbini nəql etdikdən sonra alimlərin çoxunun şəhidlərin diri olması inancında olduqlarını qeyd etmişdir:
فالذي عليه المعظم هو ما ذكرناه وأن حياة الشهداء محققة.
“Əksəriyyətin inancı bizim qeyd etdiyimiz şəhidlərin diri olması inancıdır.”
Şəmsuddin əl-Qurtubi, “əl-Cami li-əhkamil-Quran”, c.4, s.269.
3. Nəvəvi Şafei (vəfatı: h. 676)
Əhli-sünnə böyüklərindən olan və “Səhihu Müslim”ə şərh yazan Nəvəvi bu ayəni ölülərin yaşamasına dəlil gətirmişdir:
لقول الله تعالى فى الشهداء أحياء عند ربهم يرزقون والأحاديث السابقة أن أرواح الشهداء تأكل من ثمار الجنة.
“Allah-taalanın şəhidlər barəsində “Rəbləri yanında diridirlər və ruzilənirlər” kəlamına və daha öncə qeyd olunan hədislərə əsasən, şəhidlərin ruhu cənnət meyvələrindən qidalanır”.
Mühyiddin ən-Nəvəvi əş-Şafei (vəfatı: h. 676), “Şərhun-Nəvəvi əla Səhih Müslim”, c.13, s.61.
4. Bu babın rəvayətlərinin təvatür olmasına dair Fəxr Razinin iddiası
Əhli-sünnənin böyüklərindən olan Fəxr Razi bu ayəni qeyd etdikdən sonraşəhidlərin öldükdən sonra da diri olmalarını göstərən bir sıra rəvayətlər qeyd etmiş, ardınca rəvayətlərinaz qala mütəvatir hədd olduğunu demişdir:
وسئل ابن مسعود رضي الله عنه عن هذه الآية ، فقال : سألنا عنها فقيل لنا ان الشهداء على نهر بباب الجنة في قبة خضراء ، وفي رواية في روضة خضراء ، وعن جابر بن عبدالله قال : قال رسول الله صلى الله عليه وسلم : « ألا أبشرك أن أباك حيث أصيب باحد أحياه الله ثم قال : ما تريد يا عبدالله بن عمرو أن فعل بك فقال يا رب أحب أن تردني إلى الدنيا فأقتل فيها مرة أخرى» والروايات في هذا الباب كأنها بلغت حد التواتر ، فكيف يمكن انكارها.
“İbn Məsuddan - Allah ondan razı olsun-  bu ayə haqqında soruşuldu. O dedi: "Bu haqda sual verdik və bizə deyildi ki, şəhidlər cənnət qapısında çay kənarında yaşıl bir çadırın (qübbənin) içindədirlər". Başqa bir rəvayətdə vardır ki: “Yaşıl bağçadadırlar”. Həmçinin Cabir ibn Abdullahdan belə dediyi nəql olunub: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “Sənə müjdə verimmi? Sənin atan Ühüddə şəhid düşdükdə, Allah onu diriltdi. Sonra ona dedi: “Abdullah ibn Əmr, nə istəyirsən?”Dedi: “Ya Rəbb, istəyirəm məni dünyaya qaytarasan ki, orada ikinci dəfə öldürülüm”. Bu babda olan rəvayətlər sanki təvatür həddinə çatmışdır; elə isə, onu necə inkar etmək olar?!"
Fəxrəddin ər-Razi əş-Şafei (vəfatı: h. 604), “ət-Təfsirul-kəbir əu məfatihul-ğeyb”, c.9, s.74.
5. Alusi
Numan əl-Alusi yazır:
أما حياة الأنبياء عليهم الصلاة والسلام الحياة البرزخية التي هي فوق حياة الشهداء الذين قال الله تعالى فيهم بَل أحيَاءٌ عِندَ رَبِّهِم يُرزَقُونَ فأمر ثابت بالأحاديث الصحيحة.
“Peyğəmbərlərin - salavat və salam olsun onlara - həyatına gəlincə, onların həyatları, barələrində Allah-taalanın “Əksinə, onlar Rəbləri yanında diridirlər və ruzilənirlər” buyurduğu şəhidlərin həyatının üstündə olan bərzəx həyatıdır. Bu məsələ səhih hədislərlə sübuta yetmişdir”.
ən-Numan ibn Mahmud əl-Alusi, “Əl-Ayatul-bəyyinatu fi ədəmi simail-əmvat”, c.1, s.39
6. Əs-Subki
Subki peyğəmbər və şəhidlərin həyatının eynilə dünyadakı həyatları kimi olduğunu demişdir:
قال الحلبي المتوفى 1044:  وروى أبو يعلى عن أبي هريرة رضي الله تعالى عنه لَيَنْزِلَنَّ عيسى بن مريم عليه السلام ثم إن قام على قبري وقال يا محمد لأجبته ومن ثم قال الإمام السبكي حياة الأنبياء والشهداء كحياتهم في الدنيا ويشهد له صلاة موسى عليه السلام في قبره فإن الصلاة تستدعي جسدا حيا وكذا الصفات المذكورة في الأنبياء ليلة الإسراء كلها صفات الأجسام
“Əl-Hələbi deyib (vəfatı 1044): Əbu Yəla Əbu Hüreyrədən (o da Peyğəmbərdən) belə nəql edib ki, İsa ibn Məryəm (əleyhissəlam) mütləq enəcəkdir. Sonra mənim qəbirimin başında durub "Ya Məhəmməd!", - deyinc, mən ona cavab verəcəyəəm.
Bundan başqa, İmam əs-Subki demişdir ki: Peyğəmbərlərin və şəhidlərin (ölümdən sonrakı) həyatı onların dünyadakı həyatları kimidir. Buna Musanın (əleyhissəlam) qəbirdə namaz qılması şahidlik edir. Belə ki, namaz qılmaq diri bir cism tələb edir. Həmçinin, Merac gecəsi peyğəmbərlər barədə deyilən xüsusiyyətlər də belədir. Bu xüsusiyyətlərin hamısı cismə xas xüsusiyyətlərdir”.
Əs-Sirətul-Hələbiyyə, c.2, s.432.
7. İbn Teymiyyənin etirafı: Ölümdən sonrakı həyat şəhidlərlə məhdudlaşmayıb
İbn Teymiyyə deyir ki, ölümdən sonrakı həyat şəhidlərlə məhdudlaşmamışdır, bu xüsusiyyət digər ölənlərə də aiddir:
وأما ما أخبر الله به من حياة الشهيد ورزقه وما جاء فى الحديث الصحيح من دخول أرواحهم الجنة فذهب طوائف إلى أن ذلك مختص بهم دون الصديقين وغيرهم والصحيح الذى عليه الأئمة وجماهير أهل السنة ان الحياة والرزق ودخول الأرواح الجنة ليس مختصا بالشهيد كما دلت على ذلك النصوص الثابتة ويختص الشهيد بالذكر لكون الظان يظن أنه يموت فينكل عن الجهاد فأخبر بذلك ليزول المانع من الإقدام على الجهاد والشهادة.
“Allahın şəhidlərin diri olmasını və ruzi yeməsinibildirməsinə, həmçinin, səhih hədisdə onların ruhlarının cənnətə daxil olmasınındeyilməsinə gəlincə, bəziləri bununsiddiqlərə və s.-lərə deyil, yalnız şəhidlərə məxsus olduğunu bildirmişlər. Lakin, əhli-sünnə imamların və cümhurunun etiqad bəslədiyi səhih fikir budur ki, dirilik, ruzi yemək və ruhların cənnətə daxil olması xüsusiyyəti yalnız şəhidlərə aid deyildir. Necə ki  sübuta yetmiş hədislər buna dəlalət edir.
Quranda xüsusilə şəhidin qeyd olunmasının səbəbi odur ki, kimsə döyüşdə ölüb aradan gedəcəyini zənn edərək cihaddan boyun qaçırmasın. Məhz bu səbəbdən Allah-taala cihad və şəhadət qarşısında duran bu maneənin aradan qalxması üçün xüsusi olaraq şəhidlərin ölmədiyini bildirmişdir (yoxsa ki, bütün siddiqlər və s. qəbilindən olan ölülər diridirlər)”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli (vəfatı: h. 728), “Kutubu və rəsailu və fətava Şeyxil-İslam ibn Teymiyyə”, c.24, s.332.
Allah Rəsulunun Bədrdə öldürülənlərlə danışması rəvayətinin ardınca həyatın təkcə şəhidlərə və ya Bədrdə öldürünlərə aid olmamasına dair əhli-sünnə alimlərinin sözlərindən bir sıra sitatlar zikr etdik. Bu sözlər, həmçinin ölümdən sonra həyatın yalnız şəhidlərə aid olmaması barədə ən üstün dəlildir.
İkinci ayə: Həbib Nəccar şəhid olduqdan sonra diridir və ona ruzi verilir
Həbib Nəccar qəbilə fərdlərinin və yaxınlarının arasında səmavi şəriəti təbliğ və müdafiə edirdi. Bu yolda çoxlu əzab-əziyyətlərə qatlaşdı və işin sonunda elə həmin şəxslərin əli ilə də şəhid oldu.
Şəhid olduqdan sonra fasiləsiz olaraq ona Cənnətə daxil olması deyildi. Quran bu mətləbi aşağıdakı ayədə danışır:
قِيلَ ادْخُلِ الْجَنَّةَ.
“Ona “Cənnətə daxil ol”, - deyildi.”
Bundan sonra ayə bu mücahidin öz qövmü barədə Allahla bölüşdüyü sözləri bəyan etmişdir. O, məzarı behiştində qərar tutduqdan sonra dedi:
قَالَ يَــالَيْتَ قَوْمِى يَعْلَمُونَ بِمَا غَفَرَ لِى رَبِّى وَ جَعَلَنِى مِنَ الْمُكْرَمِينَ. (يس/26 /27)
“O dedi: “Kaş qövmüm biləydi ki,Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi.” (Yasin surəsi, 26-27-ci ayələr)
Əhli-sünnə böyükləri demişlər ki, Həbib Nəccar həm həyatda, həm də şəhidliyindən sonra öz qəbiləsinə nəsihət etmişdir.
Həyatından əvvəl nəsihətini əvvəlki ayə bu cür xəbər vermişdir:
وَ جاءَ مِنْ أَقْصَا الْمَدِينَةِ رَجُلٌ يَسْعى‏ قالَ يا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ اتَّبِعُوا مَنْ لا يَسْئَلُكُمْ أَجْراً وَ هُمْ مُهْتَدُونَ وَ ما لِيَ لا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَ إِلَيْهِ تُرْجَعُونَ أَ أَتَّخِذُ مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمنُ بِضُرٍّ لا تُغْنِ عَنِّي شَفاعَتُهُمْ شَيْئاً وَ لا يُنْقِذُونِ إِنِّي إِذاً لَفِي ضَلالٍ مُبِينٍ إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ. (يس/20- 25)
“Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi: “Ey mənim qövmüm, bu elçilərə tabe olun. Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun. Axı mən niyə məni yaradana ibadət etməməliyəm, halbuki hamınız Onun hüzuruna qaytarılacaqsınız?! Ondan qeyri məbudlaramı ibadət edim? Əgər Rəhman (olan Allah) mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər. Belə olan surətdə, şübhəsiz mən açıq – aşkar azğınlıqda olaram. (Bu zaman peyğəmbərlərə xitabən dedi:) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin”. (Yasin surəsi, 20-25-ci ayələr)
Əhli-sünnə alimləri Həbib Nəccar diri olduğunu və ruziləndiyini demişlər.
İbn Cərir Təbəri
Əhli-sünnə böyüklərindən olan Təbəri Həbib Nəccarın diri olduğunu və ona ruzi verildiyini demişdir:
ذلك حدثنا بن حميد قال ثنا سلمة قال ثني بن إسحاق عن بعض أصحابه أن عبد الله بن مسعود كان يقول قال الله له ادخل الجنة فدخلها حيا يرزق فيها قد أذهب الله عنه سقم الدنيا وحزنها ونصبها فلما أفضى إلى رحمة الله وجنته وكرامته قال يا ليت قومي يعلمون بما غفر ربي وجعلني من المكرمين.
“... Abdullah ibn Məsud deyərdi: "Allah-taala ona “Cənnətə daxil ol”, - dedi və o da diri halda Cənnətə daxil olub orada ruzi yeməyə başladı. Allah ondan dünya xəstəliyini, kədərini və yorğunluğunu uzaqlaşdırdı. O, Allahın rəhmətinə, cənnətinə və hörmətinə yetişdikdə belə dedi: “Kaş qövmüm biləydi ki, Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi”.”
Muhəmməd ibn Cərir ət-Təbəri (vəfatı: h. 310), “Camiul-bəyan ən təvili ayil-Quran”, c.22, s.161.
Bu rəvayəti digər əhli-sünnə böyükləri də nəql etmişlər:
Şihabəddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi, “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.22, s.229.
Əbus-Suud Əfəndi əl-İmadi (vəfatı: h. 982), “İrşadul-əqlis-səlim ilə məzayal-Quranil-Kərim (Təfsiri Əbi əs-Səud)”, c.7, s.164.
İbn Adil əs-Diməşqi əl-Hənbəli (vəfatı: h.880-dan sonra), “əl-Lubab fi ulumil-kitab”, c.16, s.196.
Mahmud ibn Ömər əz-Zəməxşəri əl-Xarəzmi (vəfatı: h. 538), “əl-Kəşşaf ən həqaiqit-tənzil və uyunul-əqavil fi vucuhit-təvil”, c.4, s.13.
Mənsur ibn Muhəmməd əs-Səmani (vəfatı: h. 489), “Təfsirul-Quran”, c.4, s.373.
Əbu Abdullah əl-Qurtubi
Əhli-sünnə imamı Qurtubi “əl-Cami li-əhkamil-Quran” kitabında Həbib Nəccarın diri olduğunu və ona ruzi verildiyini yazır.  :
قلت : والظاهر من الآية أنه لما قتل قيل له ادخل الجنة قال قتادة : أدخله الله الجنة وهو فيها حي يرزق أراد قوله تعالى : ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون على ما تقدم في [آل عمران] بيانه والله أعلم قوله تعالى : (قال يا ليت قومي يعلمون) مرتب على تقدير سؤال سائل عما وجد من قوله عند الفوز العظيم الذي هو (بما غفر لي ربي وجعلني من المكرمين) وقريء من المكرمين وفي معنى تمنيه قولان : أحدهما أنه تمنى أن يعلموا بحاله ليعلموا حسن مآله وحميد عاقبته الثاني تمنى ذلك ليؤمنوا مثل إيمانه فيصيروا إلى مثل حاله ..... وقال بن أبي ليلى : سباق الأمم ثلاثة لم يكفروا بالله طرفة عين : علي بن أبي طالب وهو أفضلهم ومؤمن آل فرعون وصاحب يس فهم الصديقون.
“Deyirəm: Ayədəngörünən budur ki, (Həbib) öldürüldüyü zaman ona “cənnətə daxil ol”, - deyildi. Qətadə demişdir ki: “Allah onu cənnətə saldı və o, cənnətdə diri və ruzi yeyən haldadır”. Qətadə bununla Ali-İmran surəsindəki ayəyə işarə etmişdir: "Allah yolunda öldürülənləri ölü hesab etmə, əksinə, onlar Rəblərinin yanında diridirlər və ruzilənirlər". Allah daha yaxşı bilir.
Allah-taalanın "Dedi: Kaş qövmüm biləydi" kəlamı: bu kəlam Həbib Nəccarın böyük qurtuluşa çatdığı zaman dediyi nə deməsini bilmək istəyənlərə verilən cavabdır. (Allah cavab verərək bildirir ki) Həbib o zaman “Kaş qövmüm biləydi ki, Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi” demişdi.” Bəziləri ayədəki “mukramin” sözünü “mukərramin” şəklində oxumuşlar. Onun nə məqsədlə “kaş ki, qövmüm biləydi...”, - dediyinə gəlincə, bu barədə iki fikir deyilmişdir:
Birinci: O, getdiyi yerin və aqibətinin xeyirli olduğunu görsünlər deyə bu arzunu etmişdir.
İkinci: O, özü kimi iman gətirsinlər və aqibətləri özünkü kimi olsun deyə bu arzunu etmişdir.
İbn Əbu Leyla demişdir: “Ümmətlərin öndə gedənləri üç nəfərdir.Onlar bir göz qırpımı da olsun Allaha küfr etməmişlər: 1-Əli ibn Əbu Talib, o,bu üç nəfərinən üstünüdür; 2) Ali Fironun mömini;3) Yasin surəsində qeyd olunan şəxs(Həbib Nəccar).Onlar siddiqonlardırlar”.
Əbu Abdullah əl-Qurtubi əl-Maliki, “əl-Cami li-əhkamil-Quran”, c.15, s.20.
Üçüncü ayə: Ölümdən sonra kafirlərin diri olması və onlara əzab verilməsi
Qurani-kərim ayələrinin şəhadətinə görə kafirlər ölümdən sonra diridirlər və ilahi əzabdan amanda olmayacaqlar:
وَحَاقَ بِـَالِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَ عَشِيًّا وَ يَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُواْ ءَالَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ.(غافر/45 – 46)
“Beləliklə Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü.Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə “fironçuları ən şiddətli əzaba daxil edin” (deyiləcəkdir)”. (Ğafir surəsi, 45-46-cı ayələr)
Kafirlərdən olan bu dəstənin əzabı iki müstəqil hissəyə və zamana bölünmüşdür: Birinci hissə ölümdən sonra və Qiyamət günündən əvvəldir ki, buyurur: Səhər və axşam atəşə məruz qalarlar.
İkinci hissə isə Qiyamət günüdür ki, əzabların ən şiddətlisi onların intizarındadır; deməli, ölümdən sonra həyat vardır ki, əzab verilir.Əzaba düçar olmağı zəruriləşdirən isə həyata malik olmaqdır.
Əhli-sünnə alimlərinin etirafına görə əzab həyatla şərtləşdirilmişdir:
والتعذيب مشروط بالحياة.
“Əzab vermə həyatla şərtləşdirilmişdir".
Fəxrəddin ər-Razi əş-Şafei, “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.9, s.73.
Əhli-sünnə alimlərinin qəbir əzabının və öldükdən sonra kafirin həyata malik olmasının sabit olması barədə sözləri
Böyük əhli-sünnə alimləri kafirlər üçün qəbir əzabının və ölümdən sonra həyatın olduğunu demişlər. Biz onlardan bəzilərinin sözlərinə işarə edirik:
1. Məhəmməd ibn İsmail əl-Buxari
Əhli-sünnə imamı Buxari öz “Səhih”ində bu ayəni qəbir əzabı babında gətirmiş və bu mətləb barədə bu ayəyə və digər ayələrə istinad etmişdir:
بَاب ما جاء في عَذَابِ الْقَبْرِ وَقَوْلُهُ تَعَالَى «إِذْ الظَّالِمُونَ في غَمَرَاتِ الْمَوْتِ وَالْمَلَائِكَةُ باسطوا أَيْدِيهِمْ أَخْرِجُوا أَنْفُسَكُمْ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونُ» هو الْهَوَانُ وَالْهَوْنُ الرِّفْقُ وَقَوْلُهُ جَلَّ ذِكْرُهُ «سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إلى عَذَابٍ عَظِيمٍ» وَقَوْلُهُ تَعَالَى «وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ النَّارُ يُعْرَضُونَ عليها غُدُوًّا وَعَشِيًّا وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ».
"Qəbir əzabı ilə bağlı gələnlər babı.Belə ayələrə misal olaraq aşağıdakıları göstərə bilərik:
Allah-taalanın bu ayəsi: “Zalımlar ölüm dalğalarında olduqda və mələklər də əllərini uzatmış: bu gün canlarınızı çıxarın, alçaqlıq əzabı ilə cəzalanacaqsınız (dediklərində)...”. Buradakı “hun” sözü “həvan” (alçaqlıq və həqarət) mənasındadır. “Həvn” isə “yumşaqlıq” deməkdir.
Digər bir ayə budur: "Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar" .
Başqa bir ayə isə budur: "Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon ailəsini ən şiddətli əzaba salın! ".
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.461.
2. Muhəmməd əş-Şövkani
Şövkani “Fəthul-Qədir” kitabında bu ayənin bəlli və açıq şəkildə Bərzəx aləmində əzaba dəlalət etdiyini bildirmişdir.
فإن قوله «ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب» يدل دلالة واضحة على أن ذلك العرض هو فى البرزخ .
"Allahın “o Saat gələcəyi gün isə Firon ailəsini ən şiddətli əzaba salın!" kəlamı açıq-aydın şəkildə dəlalət edir ki, (daha öncəki ayədə bildirilən)oda salma bərzəxdədir”.
Muhəmməd ibn Əli əş-Şövkani, “Fəthul-qədir əl-camiu beynə fənneyir-rivayəti vəd-dirayəti min ilmit-təfsir”, c.4, s.495
3. İbn Quteybə
Əhli-sünnə böyüklərindən olan İbn Quteybə bu ayəni bərzəx aləminin varlığına və kafirlər üçün qəbir əzabının mövcudluğuna dəlil gətirmişdir:
نحن نقول إنه إذا جاز في المعقول وصح في النظر وبالكتاب والخبر أن الله تعالى يبعث من في القبور بعد أن تكون الأجساد قد بليت والعظام قد رمت جاز أيضا في المعقول وصح في النظر وبالكتاب والخبر أنهم يعذبون بعد الممات في البرزخ.
فأما الكتاب فإن الله تعالى يقول النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب فهم يعرضون بعد مماتهم على النار غدوا وعشيا قبل يوم القيامة ويوم القيامة يدخلون أشد العذاب .
“Biz deyirik ki, Allah-taalanın qəbirdə olanları cəsədləri aradan getmiş və sümükləri ovulmuş olduqdan sonra diriltməsi ağılbaxımından keçərli, nəzəri baxımdan doğru və Quran və hədis baxımından sübuta yetmişdirsə, onda onların öldükdən sonra əzaba düçar edilmələri da ağıl baxımından keçərli, nəzəri baxımdan doğru və Quran və hədis baxımından sübuta yetmiş sayılır.
Kitaba gəlincə, Allah-taala "Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; “Firon ailəsini ən şiddətli əzaba salın!" (deyilər)”, - deyə buyurur. Bu ayəyə əsasən, Firon ailəsi Qiyamətdən qabaq (bərzəx aləmində) gecə-gündüz oda salınırlar. Qiyamət günü gəlincə isə, ən şiddətli əzaba düçar ediləcəklər".
İbn Quteybə əd-Dinəvəri, “Təvilu muxtələfil-hədis”, c.1, s.150.
İbn Quteybə başqa bir yerdə belə yazır:
وقد أعلمنا الله تعالى في كتابه أنه يعذب قوما قبل يوم القيامة إذ يقول «النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب».
“Allah-taala öz kitabında bizə bildirmişdir ki, bir qövmə Qiyamətə qədər (hər gün) əzab verir. Belə ki, buyurur: “Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; “Firon nəslini ən şiddətli əzaba salın!" (deyilər)””.
İbn Quteybə əd-Dinəvəri, “Təvilu muxtələfil-hədis”, c.1, s.247.
4. İbn Teymiyyə Hərrani
Vəhabilərin Şeyxul-islamı İbn Teymiyyə bərzəx aləmini və Qiyamətdən öncə kafirlərin əzaba düçar olmasını etiraf etmişdir. O deyir:
وهذا إخبار عن فرعون وقومه أنه حاق بهم سوء العذاب في البرزخ وأنهم في القيامة يدخلون أشد العذاب وهذه الآية أحد ما استدل به العلماء على عذاب البرزخ.
“Bu ayədə Firon və onun qövmünün bərzəxdə ən pis əzablaəhatələndikləri və Qiyamət günü də ən ağır əzaba düçar ediləcəkləri bildirilir.. Bu ayə alimlərin bərzəx əzabın(ın varlığın)a gətirdikləri dəlilllərdən biridir”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Dəqaiqut-təfsir əl-Came litəfsiri İbn Teymiyyə”, c.2, s.255.
5. İbn Kəsir
İbn Kəsir də bu ayənin bərzəx aləminə və kafirlərin əzaba düçar olmasına dəlalət etdiyini yazır:
«وحاق» أي أحاط «بآل فرعون سوء العذاب النار يعرضون عليها غدوا وعشيا» أي تعرض أرواحهم في برزخهم صباحا ومساء على النار «ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب» وقد تكلمنا على دلالة هذه الآية على عذاب القبر في التفسير ولله الحمد.
“Bürümüşdür”, yəni əhatə etmişdir, “Firon ailəsini ən pis əzab – od! Onlar səhər-axşam oda salınarlar”, yəni bərzəx aləmində onların ruhları səhər-axşam oda salınar . “O saat bərpa olunacağı gün isə “Ali Fironu ən şiddətli əzaba salın!” (, - deyiləcək).Bu ayənin qəbir əzabına dəlalət etməsi barədə təfsir kitabımızda danışmışıq. Həmd olsin Allaha”.
İbn Kəsir əd-Diməşqi, “əl-Bidayətu vən-nihayə”, c.1, s.264.
İbn Kəsirin öz təfsirində dediyi söz isə budur:
وهذه الآية أصل كبير في استدلال أهل السنة على عذاب البرزخ في القبور وهي قوله تعالى ) النار يعرضون عليها غدوا وعشيا) .
“Bu ayə əhli-sünnənin qəbirlərdə bərzəx əzabının olacağının  isbatına dair əsalandığı böyük bir dəlildir. Allah-taala buyurur ki: "Onları səhər-axşam oda salarlar”.
İbn Kəsir əd-Diməşqi, “Təfsirul-Quranil-əzim”, c.4, s.82.
6. Muhyiddin Nəvəvi
“Səhihu Muslim”ə şərh verənlərdən biri olan Nəvəvi əhli-sünnənin qəbir əzabının varlığına inandığını bildirmişdir. :
اعلم أن مذهب أهل السنة اثبات عذاب القبر وقد تظاهرت عليه دلائل الكتاب والسنة قال الله تعالى النار يعرضون عليها غدوا وعشيا الآية وتظاهرت به الأحاديث الصحيحة عن النبى صلى الله عليه وسلم.
“Bil ki, əhli-sünnə məzhəbi qəbir əzabının var olduğuna inanır. Kitab və sünnənin dəlilləri qəbir əzabının varlığına dəlalət edir. Allah-taala buyurmuşdur: "Səhər-axşam onlar oda salınarlar". Peyğəmbərdən (sallallahu əleyhi və səlləm)nəql olunan səhih hədislər də bu məsələyə dəlalət edir.”.
Mühyiddin ən-Nəvəvi əş-Şafei, “Şərhun-Nəvəvi əla Səhihi Muslim”, c.17, s.200.
Dördüncü ayə: münafiqlərə qəbir evində əzab verilir
Ölümdən sonrakı həyat barədə istidlal obyekti olan ayələrdən biri də aşağıdakı ayədir:
وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الْأَعْرابِ مُنافِقُونَ وَمِنْ أَهْلِ الْمَدينَةِ مَرَدُوا عَلَى النِّفاقِ لا تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلى‏ عَذابٍ عَظيمٍ. (توبه/101)
“Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik, sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.” (Tövbə surəsi, 101-ci ayə)
Allah-taala bu ayədə münafiqlərə iki dəfə əzab verəcəyəyini buyurur. Əhli-sünnənin böyük təfsir alimləri demişlər ki, əzabın biri öldükdən sonra qəbirdə, digəri isə Qiyamətdədir; elə isə, qəbirdə həyat vardır ki, əzab olunur.
Fəxr Razi bu ayənin təfsiri ilə əlaqədar yazır ki, bu ayəyə uyğun olaraq ölülər qəbir aləmində də həyata malikdirlər və bu ayə dünya və qəbir əzabına şamil olur:
والأولى أن يقال مراتب الحياة ثلاثة: حياة الدنيا، وحياة القبر، وحياة القيامة، فقوله: «سَنُعَذّبُهُم مَّرَّتَيْنِ» المراد منه عذاب الدنيا بجميع أقسامه، وعذاب القبر. وقوله : «ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ» المراد منه العذاب في الحياة الثالثة، وهي الحياة في القيامة .
“Doğrusu, həyatın üç mərhələsinin olduğunu demək lazımdır: 1) dünya həyatı, 2) qəbir həyatı, 3) qiyamət həyatı. Allahın "onları iki dəfə əzaba düçar edəcəyik" - kəlamında məqsəd bütün qisimləri ilə birlikdə dünya əzabı və qəbir əzabıdır. "Sonra isə onlar böyük bir əzaba döndəriləcəklər" kəlamında məqsəd isə üçüncü həyatdakı əzab, yəni, Qiyamət əzabıdır”.
Fəxrəddin ər-Razi əş-Şafei, “Ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.16, s.479.
Buxari də öz “Səhih”ində (c.1, s.461) bu ayəni qəbir əzabı babında gətirmiş və onun qəbir əzabına dəlalət etdiyini ifadə etmişdir.
Hətta İbn Teymiyyə Hərrani də bu ayəyə uyğun olaraq bərzəx əzabı və həyatını etiraf etmişdir:
وقال عن المنافقين «سنعذبهم مرتين ثم يردون إلى عذاب عظيم» قال غير واحد من العلماء المرة الأولى في الدنيا والثانية في البرزخ «ثم يردون إلى عذاب عظيم» في الآخرة.
“Allah münafiqlər barədə belə buyrur:: "Tezliklə onlara iki dəfə əzab verəcəyik”. Bir sıra alimlər demişlər ki, birinci dəfəki əzab dünya həyatındadır, ikinci dəfəki əzab isə bərzəxdədir. "Sonra isə böyük bir əzaba döndəriləcəklər”, yəni axirətdə".
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.4, s.266.
وقال قتادة وغيره في قوله تعالى (وممن حولكم من الأعراب منافقون) إلى قوله (سنعذبهم مرتين) قالوا في الدنيا القتلوفي البرزخ عذاب القبر.
“Qətadə və başqaları Allah-taalanın "Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Tezliklə onları iki dəfə əzaba düçar edəcəyik" kəlamı barədə demişlər ki, bununla dünyada qətlə yetirilmək, bərzəxdə isə qəbir əzabına düçar edilmək nəzərdə tutulmuşdur”.
İbn Teymiyyə, “əs-Sarimil-məslul əla şatimir-Rəsul”, c.3, s.655.
Əzablardan birinin qəbir əzabı olduğunu hesab edən digər əhli-sünnə alimləri isə bunlardır:
Məhəmməd ibn Cərir ət-Təbəri, “Camiul-bəyan ən təvili ayil-Quran”, c.11, s.10-11.
İbn Əbu Hatim ər-Razi ət-Təmimi, (vəfatı: h. 327), “Təfsiru ibn Əbi Hatim”, c.6, s.1870.
Əbu Bəkr əl-Beyhəqi (vəfatı: h. 458), “Şuəbul-iman”, c.1, s.355; “İsbatu əzabil-qəbr”, c.1, s.56.
Əli ibn Əhməd əl-Vahidi (vəfatı: h. 468), “əl-Vəciz fi təfsiril-Kitabil-əziz” (Təfsirul-Vahidi), c.1, s.479.
İbn Kəsir əd-Diməşqi, “Təfsirul-Quranil-əzim”, c.2, s.386.
İbn Həcər əl-Əsqəlani əş-Şafei, “Fəthul-bari Şərh Səhihil-Buxari”, c.3, s.233.
Bədrəddin əl-Əyni əl-Hənəfi, “Umdətul-qari Şərh Səhihil-Buxari”, c.8, s.233.
Beşinci ayə: İnsanın başqa bir dəfə qəbirdə diri olması
Qəbir aləmində insanın yaşadığını sübut etmək üçün istinad edilən ayələrdən biri də aşağıdakı ayədir:
كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنْتُمْ أَمْواتاً فَأَحْياكُمْ ثُمَّ يُميتُكُمْ ثُمَّ يُحْييكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ. (بقره/28)
“Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz, O, sizi diriltdi, sonra sizi öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız”.(Bəqərə surəsi, 28-ci ayə)
Təfsirçilərin sözlərinə əsasən, “sonra sizi dirildəcək” ifadəsindən məqsəd ikinci dəfə qəbirdə diri olmaqdır.
Süyuti Suddinin ayədə qeyd olunan birinci həyatın qəbirdə olduğunu dediyini nəql etmiş, ardınca bu ayənininsanın qəbirdə əzab çəkdiyinə dəlalət etdiyini bildirmişdir:
وذكر الحاكم: أن الموتة الأولى في الدنيا بعد الحياة والثانية في القبر قبل البعث ، والحياة الأولى في القبر والثانية في الحشر عن الحسن السدي ، وقيل : الحياة الأولى في الدنيا والثانية في القبر، والآية تدل على صحة عذاب القبر واسم الموت على النطفة مجاز فحمل الكلام على حقيقته أولى.
“Hakim demişdir: “(Ayədəki) birinci ölümdən məqsəd, insanın dünyada yaşadıqdan sonra ölməsidir. İkinci ölümdən məqsəd isə insanın məhşər üçün dirilməzdən qabaq qəbirdə ölməsidir. Həsən və Suddi (ayədə sözü gedən) birinci dirilmənin qəbirə, ikinci dirilmənin isə həşrə aid olmasını demişlər. Həmçinin, demişlər ki: Birinci dirilmə dünyaya, ikinci dirilmə isə qəbirə aiddir.
Cəlaləddin əs-Süyuti, “Əsmaul-müdəllisin”, c.2, s.100.
Bu ayə qəbir əzabının doğruluğuna dəlalət edir. Nütfəyə “ölüm” adının verilməsi məcazəndir. Ayənin həqiqi mənaya aid edilməsi daha üstündür”.
قالُوا رَبَّنا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنا بِذُنُوبِنا فَهَلْ إِلى‏ خُرُوجٍ مِنْ سَبيل.  (غافر/11)
“Onlar deyərlər: “Ey Rəbbimiz! bizi iki dəfə öldürüb iki dəfə diriltdin, beləliklə biz öz günahlarımızı etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?”. (Ğafir surəsi, 11-ci ayə)
Bu ayədə qeyd olunan ikinci dəfə ölmək və dirilmək yalnız qəbirdə həyat olduğu surətdə mümkün ola bilər.
“Səhihul-Buxari”nin şərhçisi Əyni yazır ki, bu ikinci dəfə ölmək yalnız qəbirdə həyat və ölüm olduğu təqdirdə gerçəkləşmiş sayılır:
قوله تعالى: ربنا أمتنا اثنتين وأحيينا اثنتين (غافر/11). فإن الله تعالى ذكر الموتة مرتين، وهما لا تتحققان إلاَّ أن يكون في القبر حياة وموت، حتى تكون إحدى الموتتين ما يتحصل عقيب الحياة في الدنيا والأخرى ما يتحصل عقيب الحياة التي في القبر.
“Allah-taala buyurur: "Ey Rəbbimiz! bizi iki dəfə öldürüb iki dəfə diriltdin" (Ğafir surəsi, 11-ci ayə). Burada Allah-taala ölümü iki dəfə yad etmişdir. (Deməli, ölüm iki dəfə baş tutacaq). Ölümün iki dəfə baş tutması üçün isə gərək qəbirdə də həyat və ölüm olsun və nəticədə, bir ölümdünyada olan həyatının ardınca baş tutsun, digəri isə qəbridə olan həyatın ardınca baş tutsun”.
Bədrəddin əl-Əyni əl-Hənəfi, “Umdətul-Qari Şərh Səhihil-Buxari”, c.8, s.146.
Altıncı ayə: Can verdikdən sonra insanın həyatı vardır
Ölümdən sonra diri olmağa dair altıncı dəlil aşağıdakı ayədir:
فَأَمَّا إِنْ كانَ مِنَ الْمُقَرَّبينَ فَرَوْحٌ وَرَيْحانٌ وَجَنَّةُ نَعيمٍ وَأَمَّا إِنْ كانَ مِنْ أَصْحابِ الْيَمينِ فَسَلامٌ لَكَ مِنْ أَصْحابِ الْيَمينِ وَأَمَّا إِنْ كانَ مِنَ الْمُكَذِّبينَ الضَّالِّينَ فَنُزُلٌ مِنْ حَميمٍ وَتَصْلِيَةُ جَحيمٍ. (واقعه88- 94)
“Beləliklə, əgər (can verən həmin şəxs)(Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.Amma əgər sağ tərəf əhlindən olsa, onda (ona) “sənə sağ tərəf əhlindən salam vardır” (deyiləcəkdir).Lakin əgər azmış təkzib edənlərdən olsa,onda (ona) ilk xidmət qaynar sudurvə cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!”. (Vaqiə surəsi, 88-94-cü ayələr)
Bu ayələrdə can verib ölən insanların bir neçə qrupa bölündüyü bildirilir və bu bölünmə Qiyamət gününün bölünməsi deyildir. Bu da surənin əvvəllərində qeyd edilir. Bu onu göstərir ki, insan can verdikdən sonra həyata malikdir. Əgər müqərrəblərdən olsa, onun üçün asayış, ruzi, cənnət və bol nemət vardır.  Əgər azğın təkzib edənlərdən olsa, qaynar sudan dadar və Cəhənnəmə vasil olar.
Ölümdən sonra həyatın mövcud olmasına dair İbn Teymiyyənin etirafı
İbn Teymiyyə bu ayələri ölümdən sonra həyatın varlığına dəlil hesab edir:
وقال تعالى لما ذكر أحوال الموتى عند الموت «فأما إن كان من المقربين فروح وريحان وجنة نعيم وأما إن كان من أصحاب اليمين فسلام لك من أصحاب اليمين وأما إن كان من المكذبين الضالين فنزل من حميم وتصلية جحيم» وهذا غير ما ذكره في أول السورة من انقسامهم يوم القيامة الكبرى إلى سابقين وأصحاب يمين ومكذبين فانه سبحانه ذكر في أول السورة انقسامهم يوم القيامة الكبرى وذكر في آخرها انقسامهم عند الموت وهو القيامة الصغرى كما قال المغيرة بن شعبة من مات فقد قامت قيامته وكذلك قال علقمة وسعيد بن جبير عن ميت أما هذا فقد قامت قيامته أي صار إلى الجنة أو النار وإن كان بعد هذا تعاد الروح إلى البدن ويقعد بقبره ومقصودهم أن الشخص لا يستبطئ الثواب والعقاب فهو اذا مات يكون في الجنة أو في النار قال تعالى عن قوم نوح «مما خطيئاتهم أغرقوا فأدخلوا نارا» وقال عن آل فرعون «النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب» .
“Allah-taala ölülərin ölüm zamanındakı durumlarını qeyd edərkən demişdir: “Beləliklə, əgər (can verən həmin şəxs)(Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.Amma əgər sağ tərəf əhlindən olsa, onda (ona) “sənə sağ tərəf əhlindən salam vardır” (deyiləcəkdir).Lakin əgər azmış təkzib edənlərdən olsa,onda (ona) ilk xidmət qaynar sudurvə cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!” Bu, surənin əvvəlində insanların böyük qiyamət günü - öndə gedənlər, sağ (tərəf) əhli və yalançılara bölünmələri barədə dediyindən başqadır. Çünki Allah-taala surənin əvvəlində onların böyük qiyamət günü bölünmələrini yad etmiş, axırında isə onların ölüm anındakı bölünmələrini qeyd etmişdir. Ölüm kiçik qiyamətdir. Necə ki, Muğeyrə ibn Şöbə demişdir ki, “kim ölsə, onun qiyaməti baş vermişdir”. Həmçinin də Əlqəmə və Səid ibn Cübeyr bir ölü barəsində “bu adamın qiyaməti başlamışdır”, - demişlər. Yəni, bu ölü artıq cənnətə və ya cəhənnəmə getmişdir, hərçənd ki, öldükdən sonra ölünün ruhu bədəninə qayıdır və o, qəbirdə əyləşir Onların məqsədləri budur ki, şəxs savab və cəzanı gözləmir. Belə ki, öldükdə ya cənnətdə, ya da cəhənnəmdə olur. Allah-taala Nuhun qövmü haqqında demişdir: "Onlar öz günahlarına görə (suya) qərq edildilər və oda atıldılar" (Nuh, 25) Həmçinin Ali Firon barədə buyurmuşdur: "Onlar səhər-axşam oda salınarlar, o Saat yetişdikdə isə “Ali Fironu şiddətli əzaba salın!”(, - deyilər)”.
İbn Teymiyyə əl-Hərrani, “ən-Nübuvvat”, c.1, s.182-184.
Fəxr Razi: Ruh ölümdən sonra qayıdır.
Fəxr Razi bu ayələri ölümdən sonra həyat üçün dəlil bilmişdir:
قوله: فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةٍ نَعِيمٍ (الواقعة/88/) وفاء التعقيب تدل على أن هذا الروح والريحان والجنة حاصل عقيب الموت
“Allah-taala buyrur: "Amma əgər o, (Allaha) yaxın olanlardandırsa, onda (onu) rəhmət, gözəl ruzi və Nəim cənnəti gözləyir!”. Ayədəki ardıcıllıq bildirən “fə” ədatı bu rəhmət, gözəl ruzi və cənnətin ölümün ardınca baş verdiyinə dəlalət edir".
Fəxrəddin ər-Razi əş-Şafei, “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.9, s.74.
Əllamə Alusi bu asayiş və pak ruzinin ölümdən sonra gerçəkləşdiyini yazmışdır:
وأخرج الإمام أحمد في الزهد وابن أبي شيبة وعبد بن حميد وابن المنذر عن الربيع بن خثيم قال في قوله تعالى: «فأما إن كان من المقربين فروح وريحان»: هذا له عند الموت وفي قوله تعالى: «وجنة نعيم» تخبأ له الجنة إلى يوم يبعث.
“İmam Əhməd “əl-Zühd” kitabında, İbn Əbu Şeybə, Əbd ibn Həmid və İbn əl-Münzir ər-Rəbi (də öz kitablarında) İbn Xüseymin Allah-taalanın "Amma əgər o, (Allaha) yaxın olanlardandırsa, onda (onu) rəhmət, gözəl ruzi və Nəim cənnəti gözləyir!" kəlamı barədə belə dediyini nəql etmişlər: “Bütün bunlar ölü üçün öldükdən sonrabaş verir”, həmçinin, Allah-taalanın "və Nəim cənnəti" kəlamı barədə belə dediyini nəql etmişlər:“Diriləcəyi günə qədər cənnət onun üçün qorunub saxlanılar”.”
Əl-Alusi əl-Bağdadi əl-Hənəfi, “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.27, s.160
Deməli, məlum olur ki, insanın ölümdən sonra həyatı vardır və o, qəbirdə ya nemətlənir, ya da əzaba düçar olur. Bu ayələrdən və əhli-sünnə təfsirçiləriniin dediklərindən məlum olur ki, bu asayiş və pak ruzi ölüm zamanındadır. Əgər ölümdən sonra həyat olmasaydı, onda bunların heç bir faydası olmazdı.
Yedinci ayə: Allah möminləri möhkəm əqidələrinə görə dünya və axirətdə sabitqədəm edir
Aşağıdakı ayə ölümdən sonra həyat üçün yeddinci dəlildir:
يُثَبِّتُ اللَّهُ الَّذينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَياةِ الدُّنْيا وَفِي الْآخِرَةِ وَيُضِلُّ اللَّهُ الظَّالِمينَ وَيَفْعَلُ اللَّهُ ما يَشاءُ. (ابراهيم/27)
“Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir”. (İbrahim surəsi, 27-ci ayə)
Allah-taala möminləri dünya və axirətdə sabit əqidədə saxlayır. Axirət dedikdə qəbir aləmi nəzərdə tutulur. Deməli, qəbirdə həyat mövcuddur ki, əqidədə möhməklənmək mümkün olur.
Əhli-sünnə imamı Buxari öz “Səhih” kitabında  Bəra ibn Azib yolu ilə Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səllə) belə nəql etmişdir:
حدثنا حَفْصُ بن عُمَرَ حدثنا شُعْبَةُ عن عَلْقَمَةَ بن مَرْثَدٍ عن سَعْدِ بن عُبَيْدَةَ عن الْبَرَاءِ بن عَازِبٍ رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال إذا أُقْعِدَ الْمُؤْمِنُ في قَبْرِهِ أتى ثُمَّ شَهِدَ أَنْ لَا إِلَهَ إلا الله وَأَنَّ مُحَمَّدًا رسول اللَّهِ فَذَلِكَ قَوْلُهُ: «يُثَبِّتُ الله الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ» حدثنا محمد بن بَشَّارٍ حدثنا غُنْدَرٌ حدثنا شُعْبَةُ بهذا وزاد «يُثَبِّتُ الله الَّذِينَ آمَنُوا» نَزَلَتْ في عَذَابِ الْقَبْرِ.
“Əl-Bəra Peyğəmbərin belə buyurduğunu nəql etmişdir: "Mömin qəbrində otuzdurulduqda, (yanına bir mələk) gələr, sonra mömin Allahdan başqa bir tanrı olmadığına və Məhəmmədin Allahın Rəsulu olduğuna şəhadət verər. Allahın"Allah iman gətirmiş kəsləri sabit söz vasitəsilə möhkəm edir" kəlamı buna işarə edir.
...Şubə də bu hədisi nəql etmişdir. Lakin onun nəql etdiyi hədisdə belə bir əlavə var: “Allah iman gətirmiş kəsləri möhkəm edər”ayəsi qəbir əzabı haqqında nazil olmuşdur”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.461. h.1303 və c.4, s.1735.
Müslim Nişaburi də öz “Səhih”ində bu rəvayəti Bəra ibn Azibdən nəql etmişdir:
2871 حدثنا محمد بن بَشَّارِ بن عُثْمَانَ الْعَبْدِيُّ حدثنا محمد بن جَعْفَرٍ حدثنا شُعْبَةُ عن عَلْقَمَةَ بن مَرْثَدٍ عن سَعْدِ بن عُبَيْدَةَ عن الْبَرَاءِ بن عَازِبٍ عن النبي صلى الله عليه وسلم قال «يُثَبِّتُ الله الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ» قال نَزَلَتْ في عَذَابِ الْقَبْرِ فَيُقَالُ له من رَبُّكَ فيقول رَبِّيَ الله ونبي مُحَمَّدٌ صلى الله عليه وسلم فَذَلِكَ قَوْلُهُ عز وجل «يُثَبِّتُ الله الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ في الْحَيَاةِ الدُّنْيَا وفي الْآخِرَة».
“Bəra ibn Azib Peyğəmbərin belə buyurduğunu nəql edib: "Allah iman gətirmiş kəsləri sabit söz ilə möhkəm edər", ayəsi qəbir əzabı barədə nazil olub. Mömin şəxsə “Rəbbin kimindir”, - deyilər; o da cavab verər ki, “Rəbbim Allah, peyğəmbərim Məhəmməddir (sallallahu əleyhi və səlləm)”. Allah-taalanın "Allah iman gətirmiş kəsləri dünya və axirət həyatında sabit kəlmə vasitəsilə möhkəm edər” kəlamı buna işarə edir.
Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.2201.
Bu rəvayət digər  “səhih” kitablarında da gəlmişdir:
Əbu Davud əs-Sicistani (vəfatı: h. 275), “Sünən Əbi Davud”, c.4, s.238.
İbn Macə əl-Qəzvini (vəfatı: h. 275), “Sünən İbn Macə”, c.2, s.1427.
Əbu İsa ət-Tirmizi (vəfatı: h. 279), “Sünən ət-Tirmizi), c.5, s.295.
Əhməd ibn Şüeyb ən-Nəsai (vəfatı: h. 303), “əs-Sünənül-Kübra”, c.1, s.660.
Deməli, altı səhih kitabda bu ayənin qəbir həyatın və qəbir əzabına dəlalət etdiyi qeyd olunur.
İbn Teymiyyə də qəbir aləmində mələklərin insana sual verməsini insanın imtahan yerlərindən biri bilmiş və buna inanmaq gərəkdiyini bildirmişdir:
ومن الإيمان باليوم الآخر الإيمان بكل ما أخبر به النبى صلى الله عليه وسلم مما يكون بعد الموت فيؤمنون بفتنة القبر وبعذاب القبر وبنعيمه فأما الفتنة فإن الناس يفتنون في قبورهم فيقال للرجل «من ربك وما دينك ومن نبيك» فيثبت الله الذين آمنوا بالقول الثابت في الحياة الدنيا وفى الآخرة فيقول المؤمن الله ربى والإسلام دينى ومحمد صلى الله عليه وسلم نبيي وأما المرتاب فيقول هاه هاه لا أدري سمعت الناس يقولون شيئا فقلته فيضرب بمرزبة من حديد فيصيح صيحة يسمعها كل شيء إلا الإنسان ولو سمعها الإنسان لصعق.
“Axirət gününə imanın şərtlərindən biri Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) ölümdən sonra olacaqlarla əlaqədar xəbər verdiyi hər bir şeyə imandır. Buna əsasən, möminlər qəbir imtahanına, qəbir əzabına və qəbir mükafatına iman etməlidirlər. Qəbir imtahanına gəlincə, camaat qəbirlərində sınağa çəkilərlər. Adama deyilər ki, “Rəbbin kimdir, dinin nədir, peyğəmbərin kimdir?” Bu zaman Allah  iman gətirmiş kəsləri dünya və axirət həyatında sabit sözlə möhkəm edər. Möminlər deyərlər ki, “Allah Rəbbim, İslam dinim, Məhəmməd (sallallahu əleyhi və səlləm) peyğəmbərimdir”. Şübhə içində olanlar isə: “Ah, ah, bilmirəm. Eşitdim camaat bir şey danışır, mən də onu dedim”, - deyər. Bu zaman onu dəmir toppuzla vurarlar və o elə bir şəkildə çığırar ki, insandan başqa hər bir şey onu eşidər. İnsana gəlincə isə, əgər insan onu eşitsə, ürəyi gedər”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutub və rəsail və fətava Şeycul-islam İbn Teymiyyə”, c.3, s.145.
Nəticə:
Bu ayə hədislərdə gəldiyi və əhli-sünnə alimlərinin açıqladığı kimi insanın ölümdən sonra qəbir aləmində hesab və sorğu-sualı olduğunu sübut etsə, təbii ki, insanın həyatının olması da sübuta yetəcəkdir; belə ki, sümüklərdən, cansız bədəndən və həyatı olmayan ruhdan soruşmaq (ya onlardan bir şey istəmək) qeyri-mümkündür. Nəticə etibarilə, insanın qəbir aləmindəki həyatı bu ayə vasitəsilə sübuta yetir. İnsan diri olduğu təqdirdə həm başqalarının sözünü eşidir, həm də cavab vermək qüdrətinə malik olur.
Səkkizinci ayə: Nuhun qövmü boğulduqdan sonra fasiləsiz olaraq atəşə daxil olurlar
مِمَّا خَطيئاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا ناراً فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصاراً. (نوح/25)
“(Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar”. (Nuh surəsi, 25-ci ayə)
Bu ayə də digər ayələr kimi insanın ölümdən sonra həyata malik olmasına dəlalət edir. Əhli-sünnə alimlərinin bu ayə barədə sözlərini qeyd edirik:
Fəxr Razi
Fəxr Razi bu ayənin ölümdən sonra həyatın olduğuna dəlalət etdiyi demişdir:
وقوله : أُغْرِقُواْ فَأُدْخِلُواْ نَاراً يدل على أن الإنسان يحيا بعد الموت.
“Allah-taalanın: "onlar qərq edildilər və oda atıldılar" sözü buna dəlalət edir ki, insan ölümdən sonra  diri olacaq”.
Fəxrəddin ər-Razi əş-Şafei, “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.21, s.74.
Fəxr Razi şəhidlərin yaşamasını sübut edən dəlilləri qeyd etdiyi yerdə bu ayəni də gətirir və deyir ki, əgər kafirlərin ölümdən sonra diri olması və əzaba düçar olmaları mümkündürsə, onda yaxşılar da diri olmalı və mükafatlarını görməlidirlər:
انه لا شك أن جانب الرحمة والفضل والاحسان أرجح من جانب العذاب والعقوبة ، ثم إنه تعالى ذكر في أهل العذاب أنه أحياهم قبل القيامة لأجل التعذيب فانه تعالى قال: أُغْرِقُواْ فَأُدْخِلُواْ نَاراً (25/ نوح) والفاء للتعقيب، والتعذيب مشروط بالحياة
“Heç bir şübhə yoxdur ki, (bir tərəzinin iki gözü kimi olan) rəhmət, fəzilət və ehsan tərəfi əzab və cəza tərəfindən daha ağırdır. Allah-taala da əzab əhli barədə onları Qiyamətdən qabaq əzaba düçar etmək üçün diriltdiyini bildirmişdir. Belə ki, demişdir ki: "Onlar batırıldılar və oda atıldılar". Buradakı "fə" ardıcıllıq və birbaşalıq bildirir (yəni, ölən kimi oda atıldılar), əzab vermə isə həyatla şərtlənmişdir. (Deməli, əgər Allah əzab vermək üçün kafirləri dirildirsə, buna əsasən, savab və mükafat vermək üçün möminləri diriltməsi daha lazımlıdır. Çünki rəhmət, lütf və ehsan yönü əzab və cəza yönündən daha irəlidir.)”.
Fəxrəddin ər-Razi əş-Şafei, “ət-Təfsirul-kəbir əu Məfatihul-ğeyb”, c.9, s.73.
Alusi Bağdadi
Əllamə Alusi Bağdadi “Ruhul-məani” kitabında yazır ki, bu ayədən məqsəd bərzəx həyatı və qəbir əzabıdır:
فأدخلوا نارا (هي نار البرزخ والمراد عذاب القبر).
“Oda daxil edildilər”, - buradakı “od” bərzəx odudur və məqsəd qəbir əzabıdır”.
Şihabəddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi, “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.29, s.79.
İbn Teymiyyə əl-Hərrani
İbn Teymiyyə də bu ayənin qəbir əzabı və Bərzəx aləminə dəlalət etdiyini bildirmişdir:
وذكر عذاب القيامة والبرزخ معا في غير موضع ذكره في قصة آل فرعون فقال (وحاق بآل فرعون سوء العذاب النار يعرضون عليها غدوا وعشيا ويوم تقوم الساعة أدخلوا آل فرعون أشد العذاب) وقال في قصة قوم نوح (مما خطيئاتهم أغرقوا فأدخلوا نارا فلم يجدوا لهم من دون الله أنصارا) مع إخبار نوح لهم بالقيامة في قوله (والله أنبتكم من الأرض نباتا ثم يعيدكم فيها ويخرجكم إخراجا).
“Allah bir neçə yerdə qiyamət və bərzəx əzabını bir yerdə qeyd etmişdir. Allah Firon ailəsinin hekayətində bu barədə belə demişdir: “Ali Fironu əzabın pisliyi bürüdü, onlar səhər-axşam oda təqdim edilərlər, O Saat baş verdikdə isə “Ali Fironı əzabın ən ağırına salın!” (, - deyilər)”. Nuhun əhvalatında isə demişdir: "Onlar öz günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar". Bununla yanaşı, daha öncə Nuh onlara qiyamət barədə xəbər vermişdi: “Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutub və rəsail və fətava Şeyxul-islam İbn Teymiyyə”, c.4, s.266.
Bu ayənin qəbir əzabınıa dəlalət etdiyini bildirən digər əhli-sünnə alimləri bunlardır:
Sədəddin ət-Təftəzani (vəfatı: h. 791), “Şərhul-məqasid fi elmil-kəlam”, c.2, s.220.
Nizaməddin ən-Nisaburi (vəfatı: h. 728), “Təfsiru ğəraibil-Quran və rəğaibil-Frurqan”, c.1, s.439.
İbn Adil əd-Diməşqi əl-Hənbəli, “əl-Lubab fi ulumil-kitab”, c.3, s.220; c.19, s.220.
Doqquzuncu ayə: Bədr kafirləri ölümdən sonra xaredici əzaba varid olarlar
Ölümdən sonrakı həyat üçün doqquzuncu dəlil bu ayədir:
وَلَوْ تَرى‏ إِذِ الظَّالِمُونَ في‏ غَمَراتِ الْمَوْتِ وَالْمَلائِكَةُ باسِطُوا أَيْديهِمْ أَخْرِجُوا أَنْفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذابَ الْهُونِ بِما كُنْتُمْ تَقُولُونَ عَلَى اللَّهِ غَيْرَ الْحَقِّ وَكُنْتُمْ عَنْ آياتِهِ تَسْتَكْبِرُونَ. (انعام/93)
“Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: “canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.” (Ənam surəsi, 93-cü ayə)
Əhli-sünnə alimlərinin nəzərinə əsasən bu ayə zalımların ölümdən sonrakı həyatına dəlalət edir. Belə alimlərdən bir neçəsinin sözünü qeyd edirik:
Məhəmməd ibn İsmail əl-Buxari
Əhli-sünnə imamı Buxari öz “Səhih”ində bu ayəni “qəbir əzabı babı”nda zikr etmişdir.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.461.
Hüseyn əl-Bəğəvi
Hüseyn Bəğəvi bu ayəni “Şərhus-sünnə” kitabında “qəbir əzabı babı”nda gətirmişdir.
əl-Hüseyn ibn Məsud əl-Bəğəvi (vəfatı: h. 516), “Şərhus-sünnə”, c.5, s.421.
İbn Həzm Əndəlusi
İbn Həzm “Risalətu fi hukmi mən qalə innə ərvahə əhliş-şiqai muəzzəbətun ilə yəumid-din” kitabında bu ayədən belə nəticə çıxarmışdır ki, zalım insanın canı ölüm anından Qiyamətədək əzab halındadır:
وقال تعالى (ولو ترى إذ الظالمون في غمرات الموت والملائكة باسطو أيديهم أخرجوا أنفسكم اليوم تجزون عذاب الهون) ( الأنعام : 93 ) فصح أن النفس معذبة كما ترى من حين موتها إلى يوم القيامة دون الأجساد.
“Allah-taala buyurmuşdur: “"Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – (dediklərini) görəydin!”.
Deməli, (ayədən də) gördüyünüz kimi, cəsədin deyil canın ölümündən ta Qiyamət gününədək əzab görməsi doğrudur".
İbn Həzm əl-Əndəlusi (vəfatı: h. 456), “Risalətu fi hukmi mən qalə innə ərvahə əhliş-şiqai muəzzəbətun ilə yəumid-din”, c.3, s.219.
Nizaməddin Nişapuri
O da “Təfsiru ğəraibil-Quran və ğəraibil-Furqan” kitabında bu ayədə “əl-yəum” (bu gün) kəlməsindən məqsəd ölüm anından bərzəx aləminə və Qiyamətədək müddətin olduğunu və bərzəx aləmində insana əzab verildiyini qeyd etmişdir:
(اليوم) يريد وقت الإماتة أو الوقت الممتد الذي يلحقهم فيه العذاب في البرزخ والقيامة (تجزون عذاب الهون).
“Bu gün”, bununla ölüm vaxtı nəzərdə tutulur, yaxud, zalımların əzab gördükləri bərzəxlə qiyamət arasındakı vaxt nəzərdə tutulur, “alçaldıcı əzaba düçar ediləcəksiniz”.
Nizaməddin ən-Nisapuri, “Təfsiru ğəraibil-Quran və ğəraibil-Furqan”, c.3, s.421.
İbn Teymiyyə
İbn Teymiyyə də bu ayəni ölümdən sonra əzabın baş verməsinə dəlil saymış və demişdir:
وقوله ( اليوم تجزون عذاب الهون ) دل على وقوع الجزاء عقب الموت
وقال تعالى في الأنفال (ولو ترى إذ يتوفى الذين كفروا الملائكة يضربون وجوههم وأدبارهم وذوقوا عذاب الحريق ذلك بما قدمت أيديكم وأن الله ليس بظلام للعبيد) وهذا ذوق له بعد الموت.
“Allah-taalanın “Bu gün siz alçaldıcı əzaba düçar olacaqsınız” kəlamı ölümdən sonra cəzanın baş verməsinə dəlalət edir.
Həmçinin, Allah-taala “Ənfal” surəsində buyurur ki: “Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə və yanlarına vura-vura (deyirdilər:) “Dadın yandırıcı odun əzabını! Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”. Bu, əzab zalımlara öldükdən sonra dadılacaqdır”.
İbn Teymiyyə əl-Hərrani, “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.4, s.267.
İbn Qeyyim əl-Cövziyə
İbn Teymiyyənin şagirdi olan İbn Qəyyim əl-Cövziyə bu ayəni nəql etdikdən sonra yazır:
فقول الملائكة اليوم تجزون عذاب الهون المراد به عذاب البرزخ الذي أوله يوم القبض والموت ونظيره قوله تعالى ولو ترى إذ يتوفى الذين كفروا الملائكة يضربون وجوههم وأدبارهم وذوقوا عذاب الحريق، فهذه الاذاقة هي في البرزخ واولها حين الوفاة.
“Mələklərin “Bu gün alçaldıcı əzaba düçar olacaqsınız” deməsindən məqsəd bərzəx əzabıdır. Bərzəx əzabı canın alınması və ölümün baş verməsi ilə başlayır. Bu ayənin bir bənzəri Allah-taalanın “Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə və yanlarına vura-vura (deyirdilər:) “Dadın yandırıcı odun əzabını!” kəlamıdır. Bu dadmalar bərzəxdədir və onun başlanğıcı vəfat anıdır”.
İbn Qeyyim əl-Cövziyyə, “Miftahu daris-səadət və mənşur vilayətil-elmi vəl-iradə”, c.1, s.43.
b) Ölümdən sonra həyata dəlalət edən rəvayətlər
Ayələrdən əlavə, insanın ölümdən sonra həyatına dəlalət edən rəvayətlər də vardır. Biz bu hissədə həmin rəvayətlərə işarə edəcəyik:
1. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) yəhudilərin əzaba düçar olarkən etdikləri nalələri qəbirlərin daxilindən eşidirdi
Buxari öz “Səhih”ində “qəbir əzabından sığınmaq babı”nda qeyd etmişdir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) yəhudilərin əzaba düçar olmalarını qəbirlərin daxilindən eşidirdi. Deməli, ölülər həyata malikdirlər ki, əzaba düçar olma səsləri də eşidilir:
حدثنا محمد بن الْمُثَنَّى حدثنا يحيى حدثنا شُعْبَةُ قال حدثني عَوْنُ بن أبي جُحَيْفَةَ عن أبيه عن الْبَرَاءِ بن عَازِبٍ عن أبي أَيُّوبَ رضي الله عَنْهُمْ قال خَرَجَ النبي صلى الله عليه وسلم وقد وَجَبَتْ الشَّمْسُ فَسَمِعَ صَوْتًا فقال يَهُودُ تُعَذَّبُ في قُبُورِهَا وقال النَّضْرُ أخبرنا شُعْبَةُ حدثنا عَوْنٌ سمعت أبي سمعت الْبَرَاءَ عن أبي أَيُّوبَ رضي الله عنهما عن النبي صلى الله عليه وسلم.
“Əbu Əyyub deyib: “(Bir dəfə) Peyğəmbər günəş batdıqdan sonra bir yerə gedirdi. Birdən bir səs eşitdi. Dedi: “Yəhudilərə qəbirlərində əzab verilir...”
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.463, h.1309.
Müslim də “Səhih”ində bu rəvayəti nəql etmişdir:
حدثنا أبو بَكْرِ بن أبي شَيْبَةَ حدثنا وَكِيعٌ ح وحدثنا عُبَيْدُ اللَّهِ بن مُعَاذٍ حدثنا أبي ح وحدثنا محمد بن الْمُثَنَّى وبن بَشَّارٍ قالا حدثنا محمد بن جَعْفَرٍ كلهم عن شُعْبَةَ عن عَوْنِ بن أبي جُحَيْفَةَ ح وحدثني زُهَيْرُ بن حَرْبٍ وَمُحَمَّدُ بن الْمُثَنَّى وبن بَشَّارٍ جميعا عن يحيى الْقَطَّانِ واللفظ لِزُهَيْرٍ حدثنا يحيى بن سَعِيدٍ حدثنا شُعْبَةُ حدثني عَوْنُ بن أبي جُحَيْفَةَ عن أبيه عن الْبَرَاءِ عن أبي أَيُّوبَ قال خَرَجَ رسول اللَّهِ صلى الله عليه وسلم بَعْدَ ما غَرَبَتْ الشَّمْسُ فَسَمِعَ صَوْتًا فقال يَهُودُ تُعَذَّبُ في قُبُورِهَا.
“... Əbu Əyyub demişdir: (Bir dəfə) Allah Rəsulugünəş batdıqdan sonra (bir yerə) gedirdi. Birdən səs eşitdi. Dedi: “Yəhudilərə qəbirlərində əzab verilir.”
Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.2200, h.2869.
2. Meyitin “Təbarək” surəsini oxuması qəbirin daxilindən eşidilmişdir
Tirmizi altı “səhih” kitabından biri olan “Sünən” kitabında ölünün “Təbarək” surəsini oxumasının qəbrin daxilindən eşidildiyini nəql etmiş, ardınca hədisin mötəbər olduğunu bildirmişdir:
حدثنا محمد بن عبد الْمَلِكِ بن أبي الشَّوَارِبِ حدثنا يحيى بن عَمْرِو بن مَالِكٍ النُّكْرِيُّ عن أبيه عن أبي الْجَوْزَاءِ عن بن عَبَّاسٍ قال ضَرَبَ بَعْضُ أَصْحَابِ النبي صلى الله عليه وسلم خِبَاءَهُ على قَبْرٍ وهو لَا يَحْسِبُ أَنَّهُ قَبْرٌ فإذا فيه إِنْسَانٌ يَقْرَأُ سُورَةَ تَبَارَكَ الذي بيده الْمُلْكُ حتى خَتَمَهَا فَأَتَى النبي صلى الله عليه وسلم فقال يا رَسُولَ اللَّهِ إني ضَرَبْتُ خِبَائِي على قَبْرٍ وأنا لَا أَحْسِبُ أَنَّهُ قَبْرٌ فإذا فيه إِنْسَانٌ يَقْرَأُ سُورَةَ تَبَارَكَ الْمُلْكِ حتى خَتَمَهَا فقال رسول اللَّهِ صلى الله عليه وسلم هِيَ الْمَانِعَةُ هِيَ الْمُنْجِيَةُ تُنْجِيهِ من عَذَابِ الْقَبْرِ.
قال أبو عِيسَى هذا حَدِيثٌ حَسَنٌ غَرِيبٌ من هذا الْوَجْهِ وفي الْبَاب عن أبي هُرَيْرَةَ.
“İbn Abbas deyib: “Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhabələrindən biri qəbir olduğunu bilmədən bir qəbrin üzərində çadır qurdu. Birdən orada bir insanın “Mülk” surəsini axıradək oxumasını eşitdi. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın Rəsulu, mən qəbir olduğunu bilmədən bir qəbir üzərində çadır qurdum. Bu zaman orada bir adamın “Mülk” surəsini axıra qədər oxumasını  eşitdim. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “O (surə), mane olandır; o (surə), nicat verəndir; insana qəbir əzabından nicat verir”.
Əbu İsa (Tirmizi) demişdir: “Bu, bu sənədlə qərib olan həsən hədisdir. Bu babda Əbu Hüreyrədən də hədis nəql olunmuşdur”.
Əbu İsa ət-Tirmizi, “Sünən”, c.5, s.164.
Sənədin mötəbərliyi barədə əhli-sünnə alimlərinin iqrarı
Bu rəvayəti qeyd edən əhli-sünnənin digər alimləri də rəvayətin həsən olmasını açıqlamışlar.
Süyuti yazır ki, Tirmizi rəvayəti gətirmiş və demişdir ki, rəvayət həsəndir. Hakim Nişapuri isə rəvayəti səhih bilmişdir:
وأخرج الترمذي وحسنه والحاكم وصححه والبيهقي عن ابن عباس قال ضرب بعض أصحاب النبي صلى الله عليه وسلم خباءه على قبر وهو لا يحسب انه قبر فإذا فيه إنسان يقرأ سورة الملك حتى ختمها فأتاني النبي صلى الله عليه وسلم فأخبره فقال رسول الله صلى الله عليه وسلم وهي المانعة هي المنجية باب ما وقع في حمراء الاسد من الآيات.
“Tirmizi, Hakim və Beyhəqi İbn Abbasdan belə nəql etmişlər ki (Tirmizi bu hədisi həsən, Hakim isə səhih bilmişdir), Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhabələrindən biri qəbir olduğunu bilmədən bir qəbrin üzərində çadır qurdu. Birdən orada bir insanın “Mülk” surəsini axıradək oxumasını eşitdi. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) yanına gəlib hadisəni ona xəbər verdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “O (surə), maneə olandır; o (surə), nicat verəndir; insana qəbir əzabından nicat verir”.
Cəlaləddin əs-Süyuti, “əl-Xəsaisul-kübra”, c.1, s.364.
İşbili Əzdi də Tirmizinin sözünü birinci rəvayətdə nəql etmişdir:
قال أبو عيسى : هذا حديث حسن غريب من هذا الوجه .
“Əbu İsa demişdir: "Bu, bu sənədlə qərib olan həsən hədisdir. Bu babda Əbu Hüreyrədən də hədis nəql olunmuşdur”.
Əbdülhaqq əl-İşbili - İbn Xərrat kimi tanınmışdır - (vəfatı: h. 581), “Əhkamuş-şəriətil-kübra”, c.4, s.34.
Qurtubi yazır:
قال حديث حسن غريب.
“(Tirmizi) demişdir: "Hədis həsən və qərib hədisdir".
Əbu Abdullah əl-Qurtubi, “əl-Cami li-əhkamil-Quran”, c.18, s.205.
İbn Qeyyim deyir:
قال الترمذى هذا حديث حسن غريب.
“Tirmizi demişdir: Bu, həsən və qərib hədisdir”.
İbn Qəyyim əl-Cövziyyə (vəfatı: h. 751), “ər-Ruh fil-kəlami əla ərvahil-əmvat vəl-əhya bid-dəlail minəl-kitabi vəs-sünnə”, c.1, s.80.
Vəhhabilərin imamı olan Məhəmməd ibn Əbdülvəhhab da Tirmizinin bu hədisi nəql edib onu həsən hesab etdiyini demişdir:
وللترمذي وحسنه عن ابن عباس قال : ضرب بعض أصحاب النبي صلى الله عليه وسلم خباءه على قبر ، وهو لا يحسب أنه قبر ، فإذا فيه إنسان يقرأ سورة الملك حتى ختمها ، فأتى النبي صلى الله عليه وسلم فأخبره فقال رسول الله صلى الله عليه وسلم : ' هي المانعة ، هي المنجية ، تنجيه من عذاب القبر ' .
“Tirmizinin İbn Abbasdan nəql edib həsən hesab etdiyi bir hədisdə deyilir: “Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhabələrindən biri qəbir olduğunu bilmədən bir qəbrin üzərində çadır qurdu. Birdən orada bir insanın “Mülk” surəsini axıradək oxumasını eşitdi. Peyğəmbərin (sallallahu əleyhi və səlləm) yanına gəlib hadisəni ona xəbər verdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “O (surə), maneə olandır; o (surə), nicat verəndir; insana qəbir əzabından nicat verir”.
Məhəmməd ibn Əbdülvəhhab, “Əhkamu təmənna əl-məvt”, c.1, s.40.
Yuxarıdakı cümlələrdən aydın olur ki, əhli-sünnə alimləri Tirmizinin həsən və Hakimin səhih bilməsinə etimad edərək bu hədisin sənədinin etibarlı olmasına inanmışlar, əgər belə olmasaydı, ona çoxlu şərhlər verərdilər.
3. Peyğəmbər zamanında sözgəzdirənin əzaba düçar olması
Buxarinin “Səhih”ində “87. Babu əzabil-qəbri minəl-ğibəti vəl-bövl” ünvanı altında qəbir əzabı üçün xüsusi bab ayrılmışdır. Əgər qəbir əzabı varsa, deməli, həyat da var:
حدثنا قُتَيْبَةُ حدثنا جَرِيرٌ عن الْأَعْمَشِ عن مُجَاهِدٍ عن طَاوُسٍ قال بن عَبَّاسٍ رضي الله عنهما مَرَّ النبي صلى الله عليه وسلم على قَبْرَيْنِ فقال إِنَّهُمَا لَيُعَذَّبَانِ وما يُعَذَّبَانِ من كَبِيرٍ ثُمَّ قال بَلَى أَمَّا أَحَدُهُمَا فَكَانَ يَسْعَى بِالنَّمِيمَةِ وَأَمَّا أَحَدُهُمَا فَكَانَ لَا يَسْتَتِرُ من بَوْلِهِ قال ثُمَّ أَخَذَ عُودًا رَطْبًا فَكَسَرَهُ بِاثْنَتَيْنِ ثُمَّ غَرَزَ كُلَّ وَاحِدٍ مِنْهُمَا على قَبْرٍ ثُمَّ قال لَعَلَّهُ يُخَفَّفُ عنهما ما لم يَيْبَسَا.
“İbn Abbas deyir: Bir dəfə Peyğəmbər iki qəbrin yanından keçirdi. Bu zaman dedi: “Onlara əzab verilir. Lakin, böyük günaha görə yox (kiçik günahlara görə).” Sonra dedi: “Bəli, birincisinə gəlincə, söz gəzdirər, ikincisi isə sidiyini gizlətməzdi (camaat qarşısında bövl edərdi).”
İbn Abbas deyir: “Bundan sonra Peyğəmbər bir yaş çubuq götürüb iki yerə sındırdı, sonra onların hər birini bir qəbrin üzərinə sancdı. Sonra dedi: Ola bilsin, bunlar yaş olduğu müddətcə onların əzabları yüngülləşdirilsin”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.464, h.1312.
4. Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) qəbir əzabından pənah aparması
Buxarinin “Səhih”ində qəbir əzabından Allaha pənah aparmaq üçün “Bab ət-təəvvuz min əzabıl-qəbr” adlı xüsusi bir bab vardır. Burada Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) özünün qəbir əzabından Allah-taalaya pənah apardığı nəql olunmuşdur. Bu barədə həmin babdan iki hədis nəql edirik:
Birinci rəvayət:
عن مُوسَى بن عُقْبَةَ قال حَدَّثَتْنِي ابْنَةُ خَالِدِ بن سَعِيدِ بن الْعَاصِ أنها سَمِعَتْ النبي صلى الله عليه وسلم وهو يَتَعَوَّذُ من عَذَابِ الْقَبْرِ.
Musa ibn Uqbə demişdir: “Mənə Xalid ibn Səid ibn əl-Asın qızı danışdı ki, o, Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) qəbir əzabından (Allaha necə) pənah aparmasını eşitmişdir”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.463, h.1310.
İkinci rəvayət:
عن أبي هُرَيْرَةَ رضي الله عنه قال كان رسول اللَّهِ صلى الله عليه وسلم يَدْعُو اللهم إني أَعُوذُ بِكَ من عَذَابِ الْقَبْرِ وَمِنْ عَذَابِ النَّارِ وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ وَمِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ.
Əbu Hüreyrə deyib: “Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) bu cür dua edərdi: “İlahi, qəbir əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, Məsih Dəccalın fitnəsindən Sənə sığınıram.”
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.463, h.1311.
Bu hədislərdən belə nəticə alırıq ki, qəbirdə əzab varsa, deməli həyat da var. Həyatsız əzab mümkün olmadığına görə, ölümdən sonra həyat mövcud olmalıdır.
5. Qəbirdə meyitdən sual soruşmaq
Hədislərin birində Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qəbirdəki sorğu-sualdan söhbət açdığı və bunu eşidən müsəlmanların nalə çəkib qışqırdıqları bildirilir:
أخبرني عُرْوَةُ بن الزُّبَيْرِ أَنَّهُ سمع أَسْمَاءَ بِنْتَ أبي بَكْرٍ رضي الله عنهما تَقُولُ قام رسول اللَّهِ صلى الله عليه وسلم خَطِيبًا فذكر فِتْنَةَ الْقَبْرِ التي يَفْتَتِنُ فيها الْمَرْءُ فلما ذَكَرَ ذلك ضَجَّ الْمُسْلِمُونَ ضَجَّةً زاد غندر عذاب القبر حق.
“Urvə ibn Zübeyr Əsma bint Əbu Bəkrin belə dediyini eşitmişdir: “Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) xütbə edib insanın imtaha düçar olduğu qəbir imtahanından danışdı. Peyğəmbər bunu danışar-danışmaz müsəlmanlar qiyyə çəkib ağladılar.
Ğundər belə əlavə etmişdir: “Qəbir əzabı haqdır”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.462, h.1307.
6. Ölülərin qəbirdə əzab çəkmə sədalarının eşidilməsi
Müslim Nişaburi “Səhih”ində qeyd etmişdir ki, ölülərin qəbirdə əzab çəkmə səsləri eşidilir:
عن أَنَسٍ أَنَّ النبي صلى الله عليه وسلم قال لَوْلَا أَنْ لَا تَدَافَنُوا لَدَعَوْتُ اللَّهَ أَنْ يُسْمِعَكُمْ من عَذَابِ الْقَبْرِ.
“Ənəs deyib ki, Peyğəmbər demişdir: “Əgər bir-birinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, Allahdan qəbir əzabını sizə eşitdirməsini istəyərdim”.
Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.2200, h.2868.
İbn Teymiyyənin ölülərin eşitməsinə dair istidlalı
Hətta İbn Teymiyyə belə, bu rəvayəti ölülərin eşitməsinə dəlil gətirmişdir:
وثبت عنه في الصحيح أنه قال لولا أن لا تدافنوا لسألت الله أن يسمعكم عذاب القبر مثل الذي أسمع وثبت عنه في الصحيح أنه نادى المشركين يوم بدر لما ألقاهم في القليب وقال ما أنتم بأسمع لما أقول منهم والآثار في هذا كثيرة منتشرة والله أعلم .
“Səhihul-Muslim”də Peyğəmbərin belə buyurduğu sübuta yetmişdir: “Əgər bir-birinizi dəfn etməyəcəyiniz (qorxusu) olmasaydı, Allahdan istəyərdim ki, sizə qəbir əzabını eşitdirsin, necə ki, mən eşidirəm”. Həmçinin “Səhih” kitabında nəql olunan bir hədisdə sübuta yetmişdir ki, Peyğəmbər Bədr günü müşrikləri quyuya atdıqdan sonra onları çağırmışdır. Sonra isə (öz səhabələrinə) demişdir ki: “Siz onlardan yaxşı eşidən deyilsiz”. Bu barədə nəql olunan rəvayətlər çoxlu və xeylidir. Allah daha yaxşı bilər”.
İbn Teymiyyə əl-Hərrani, “Kutub və rəsail və fətava Şeyxil-İslam İbn Teymiyyə”, c.4, s.273.
7. Südəmər körpələrin cənnətdəki həyatı
Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) oğlu İbrahimin cənnətdə süd verəni (dayəsi) vardır.
Əhli-sünnə imamı Buxari öz “Səhih”ində Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir:
الْبَرَاءَ رضي الله عنه قال لَمَّا توفى إِبْرَاهِيمُ عليه السَّلَام قال رسول اللَّهِ صلى الله عليه وسلم إِنَّ له مُرْضِعًا في الْجَنَّةِ.
Bəra demişdir: İbrahim (əleyhissəlam) vəfat etdikdə Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) belə buyurdu: “Həqiqətən, cənnətdə onun bir süd verəni vardır.”
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.465, h.1316.
Deməli, həzrət İbrahim diridir və onun ölümdən sonra həyatı vardır.
Bu hökmün bütün müsəlman uşaqlar üçün ümumiliyi
“Səhihul-Buxari”yə şərh verən kəslərin nəzərincə, bu rəvayət yalnız Allah Rəsulunun oğlu İbrahimə məxsus deyil, əksinə, bütün müsəlman uşaqlarına şamildir.
İbn Bəttal Qurtubi yazır:
وعلى هذا القول جمهور علماء المسلمين أن أطفال المسلمين فى الجنة إلا المجبرة ، فإنهم عندهم فى المشيئة ، وهو قول مجهول مردود
“Müsəlman alimlərinin cümhuru müsəlmanların uşaqlarının cənnətdə olacağını demişlər. Təkcə, cəbriyə məzhəbindən başqa. Onların nəzərində bu iş Allahın istəyinə bağlıdır (istəsə cənnətə atar, istəsə cəhənnəmə)”.
İbn Bəttal əl-Bəkri əl-Qurtubi, “Şərhu Səhihil-Buxari”, c.3, s.368.
Bədrəddin Əyni yazır:
إن النبي ، صلى الله عليه وسلم ، أخبر أن لأبنه إبراهيم مرضعا في الجنة ، وهذا يدل على أن أولاد المسلمين الأطفال في الجنة .
“...Peyğəmbər oğlu üçün cənnətdə süd verənin olduğunu xəbər vermişdir. Bu ona dəlalət edir ki, müsəlman uşaqları cənnətdədirlər”.
Bədrəddin əl-Əyni əl-Hənəfi, “Umdətul-qari Şərh Səhihil-Buxari”, c.8, s.211, h.2831.
Ölümdən sonra uşaqların həyatı barədə əhli-sünnənin yekdil fikirdə olması (icması)
Əbu Bəkr Həddadi əhli-sünnə icmasına görə ruhu olan bütün Adəm övladlarının, o cümlədən də uşaqların qəbir aləmində sorğu-sual olunacaqlarını bildirmişdir:
فَإِنْ قِيلَ هَلْ يُسْأَلُ الطِّفْلُ الرَّضِيعُ فَالْجَوَابُ أَنَّ كُلَّ ذِي رُوحٍ مِنْ بَنِي آدَمَ فَإِنَّهُ يُسْأَلُ فِي الْقَبْرِ بِإِجْمَاعِ أَهْلِ السُّنَّةِ لَكِنْ يُلَقِّنُهُ الْمَلَكُ فَيَقُولُ لَهُ مَنْ رَبُّك ثُمَّ يَقُولُ لَهُ قُلْ اللَّهَ رَبِّي ثُمَّ يَقُولُ لَهُ مَا دِينُك ثُمَّ يَقُولُ لَهُ قُلْ دِينِي الْإِسْلَامُ ثُمَّ يَقُولُ لَهُ مَنْ نَبِيُّك ثُمَّ يَقُولُ لَهُ قُلْ نَبِيِّي مُحَمَّدٌ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ بَعْضُهُمْ لَا يُلَقِّنُهُ بَلْ يُلْهِمُهُ اللَّهُ حَتَّى يُجِيبَ كَمَا أُلْهِمَ عِيسَى عَلَيْهِ السَّلَامُ فِي الْمَهْدِ.
“Əgər deyilsə ki, südəmər uşaqlar da sorğu-sual olunacaqlarmı, cavab verilər ki, ruhu olan hər bir Adəm övladı əhli-sünnənin icmasına əsasən, qəbirdə sorğu-sual olunacaq. Lakin ona mələk təlqin verəcək. Mələk ona deyəcək ki, “Rəbbin kimdir?”, sonra  deyəcək: “De ki, Rəbbim Allahdır”. Sonra deyəcək: “Dinin nədir?” Ardınca deyəcək: “De ki, dinim İslamdır”. Sonra deyəcək: “Peyğəmbərin kimdir?” Ardınca deyəcək: “De ki, peyğəmbərim Məhəmməddir (sallallahu əleyhi və səlləm).” Bəziləri demişlər ki, insana mələk təlqin etməyəcək, əksinə, Allah – beşikdə olduğu vaxt İsaya (əleyhissəlam) ilham etdiyi kimi – insana ilham edəcək və insan cavab verəcək”.
Əbu Bəkr ibn Əli əl-Həddadi əl-Hənəfi, “əl-Cövhərətün-nəyyirətu Şərhu muxtəsəril-Quduri”, c.1, s.398.
8. Bəzi kəslərin mələklərlə birlikdə cənnətdə pərvaz etməsi
Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Cəfər ibn Əbu Talibin Cənnətdə iki qanadla mələklərlə birlikdə pərvaz etdiyini gördüm”. Deməli, Cəfərin şəhid olmasından sonra həyatı vardır:
6464 حدثنا أحمد بن المقدام حدثنا عبد الله بن جعفر المديني وكان خيرا من أبيه إن شاء الله حدثنا العلاء عن أبيه عن أبي هريرة قال قال رسول الله صلى الله عليه وسلم رأيت جعفر بن أبي طالب ملكا يطير مع الملائكة بجناحين في الجنة.
Əbu Hüreyrə deyib: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Cənnətdə Cəfər ibn Əbu Talibi mələk kimi iki qanadla mələklərlə birlikdə uçduğunu gördüm”.
Əbu Yəla əl-Mosuli ət-Təmimi, (vəfatı: h. 307), “əl-Müsnəd”, c.11, s.350.
Bu hədisi Hakim Nisaburi “Müstədrək”də gətirmiş və onun səhih olduğunu demişdir:
أخبرني أحمد بن كامل القاضي ثنا الهيثم بن خلف الدوري ثنا محمد بن المثنى حدثني عبيد الله بن عبد المجيد الحنفي ثنا ربيعة بن كلثوم عن سلمة بن وهرام عن عكرمة عن بن عباس رضي الله عنهما قال قال رسول الله صلى الله عليه وسلم دخلت الجنة البارحة فنظرت فيها فإذا جعفر يطير مع الملائكة وإذا حمزة متكئ على سرير.
صحيح الإسناد ولم يخرجاه هذه أحاديث تركها في الإملاء.
İbn Abbas dedi: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Dünən Cənnətə daxil olub ona nəzər saldım. Bu zaman Cəfərin mələklərlə birlikdə uçduğunu, Həmzənin də çarpayıya söykəndiyini gördüm”.
“Sənədi səhihdir, ancaq Buxari və Müslim bunu nəql etməmişlər...”
Əl-Hakim ən-Nisaburi, “əl-Müstədrək ələs-səhiheyn”, c.3, s.217, h.4890.
Başqa bir yerdə belə nəql etmişdir:
حدثنا أبو محمد المزني ثنا الهيثم بن خلف الدوري ثنا محمد بن المثنى حدثني عبيد الله بن عبد المجيد الحنفي ثنا زمعة بن صالح عن سلمة بن وهرام عن عكرمة عن بن عباس رضي الله عنهما قال قال رسول الله صلى الله عليه وسلم دخلت الجنة البارحة فنظرت فيها فإذا جعفر يطير مع الملائكة وإذا حمزة متكئ على سرير.
هذا حديث صحيح الإسناد ولم يخرجاه.
İbn Abbas dedi: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Dünən Cənnətə daxil olub ona nəzər saldım. Bu zaman Cəfərin mələklərlə birlikdə uçduğunu, Həmzənin də çarpayıya söykəndiyini gördüm.”
“Bu, səhih sənədli hədisdir, ancaq iki Şeyx onu nəql etməmişlər.”
Əl-Hakim ən-Nisaburi, “əl-Müstədrək ələs-səhiheyn”, c.3, s.231, h.4933.
Əhli-sünnə böyükləri aşağıdakı kitablarda bu rəvayəti gətirmişlər:
Şəmsəddin əz-Zəhəbi əş-Şafei (vəfatı: h. 748), “Siyəru əlamin-nübəla”, c.1, s.212.
İbn Kəsir əd-Diməşqi (vəfatı: h. 774), “əs-Sirətun-nəbəviyyə”, c.3, s.467.
Nurəddin əl-Heysəmi (vəfatı: h. 807), “Məcməuz-zəvaid və mənbəul-fəvaid”, c.9, s.273.
İbn Həcər əl-Əsqəlani əş-Şafei (vəfatı: h. 852), “Fəthul-bari Şərhu Səhihil-Buxari”, c.7, s.76.
Bədrəddin əl-Əyni əl-Hənəfi (vəfatı: h. 855), “Umdətul-qari Şərhu Səhihil-Buxari”, c.8, s.22.
əl-Müttəqi əl-Hindi (vəfatı: h. 975), “Kənzül-ummal fi sünənil-əqvali vəl-əfal”, c.5, s.287.
Deməli, bu rəvayətlərə əsasən, həzrət Cəfər ibn Əbu Talib şəhadətdən sonra cənnətdə nemət içində yaşayır. Allahın ona vermiş olduğu iki qanadla mələklərin əhatəsində pərvaz edir. Özü də bu, şəhid olduqdan sonra, həm də Peyğəmbər həyatda ikən baş vermişdir.
9. Həzrət Musa (əleyhissəlam) qəbrində diridir və namaz qılır
Əhli-sünnə imamı Müslim Nisaburi öz “Səhih” kitabında rəvayət etmişdir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) merac gecəsi həzrət Musanı məzarında namaz qılarkən görmüşdür:
أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم قال أَتَيْتُ وفي رِوَايَةِ هَدَّابٍ مَرَرْتُ على مُوسَى لَيْلَةَ أُسْرِيَ بِي عِنْدَ الْكَثِيبِ الْأَحْمَرِ وهو قَائِمٌ يُصَلِّي في قَبْرِهِ.
قال رسول اللَّهِ صلى الله عليه وسلم مَرَرْتُ على مُوسَى وهو يُصَلِّي في قَبْرِهِ وزاد في حديث عِيسَى مَرَرْتُ لَيْلَةَ أُسْرِيَ بِي.
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “(Meraca) aparıldığım gecə qırmızı qum təpəsinin yanında Musanın yanına gəldim –  Həddabın hədisində: Musanın yanından keçdim –.  Bu zaman o, öz məzarında namaz qılırdı”.
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Musanın yanından keçirdim, bu zaman o, qəbrində namaz qılırdı”. İsanın hədisində belə bir əlavə vardır: “ (Meraca) aparıldığım gecə Musanın yanında keçirdim...”.
Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.1845, h.2375.
Bu rəvayət aşağıdakı kitablarda gəlmişdir:
İbn Əbu Şeybə (vəfatı: h. 235), “əl-Kitabul-musənnəf fil-əhadisi vəl-asar”, c.7, s.335.
Əbdürrəzzaq ibn Həmmam Əs-Sənani (vəfatı: h. 211), “əl-Musənnəf”, c.3, s.577.
Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, c.3, s.120.
Əbu Bəkr əl-Bəzzar (vəfatı: h. 292), “əl-Bəhruz-zəxxar” (Müsnədul-Bəzzar), c.14, s.120.
Əhməd ibn Şüeyb ən-Nəsai (vəfatı: h. 303), “əs-Sünənül-kübra”, c.1, s.419.
Əbu Yəla əl-Mosuli ət-Təmimi (vəfatı: h. 307), “Müsnədu Əbi Yəla”, c.7, s.126.
Süyuti: Bu babın rəvayətlətinin mütəvatir olma iddiası
Süyuti yazır:
فأقول حياة النبي صلى الله عليه وسلّم في قبره هو وسائر الأنبياء معلومة عندنا علماً قطعياً لما قام عندنا من الأدلة في ذلك وتواترت [ به ] الأخبار ، وقد ألف البيهقي جزءاً في حياة الأنبياء في قبورهم .
“Deyirəm: Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) vədigər peyğəmbərlərin qəbrilərində diri olmaları – buna dəlalət edən dəlillər və mütəvatir həddə olan hədislər səbəbindən –  bizim yanımızda qəti şəkildə məlumdur. Beyhəqi peyğəmbərlərin qəbirlərində diri olmaları ilə bağlı bir kitab yazmışdır”.
Cəlaləddin əs-Süyuti, “əl-Havi lil-fətava”, c.2, s.139.
Əs-Sübki
ومن عقائدنا: أنّ الأنبياء أحياء في قبورهم فأين الموت؟
“Peyğəmbərlərin qəbirlərində diri olmaları bizim əqidəmizdəndir. Elə isə, ölüm haradadır (Peyğəmbərlər necə ölü sayıla bilərlər)?”
Təqiyuddin əs-Sübki, “Təbəqatuş-şafiiyyətil-kübra”, c.3, s.384.
Əl-Qəstəlani
ولا شك أن حياة الأنبياء عليهم الصلاة والسلام ثابتة معلومة مستمرة ونبينا أفضلهم ، وإذا كان كذلك فينبغي أن تكون حياته أكمل وأتم من حياة سائرهم.
“Heç şübhə yoxdur ki, peyğəmbərlərin (əleyhimus-salatu vəs-səlam) diri olmaları sabit, məlum və davamlıdır. Bizim peyğəmbərimiz onların ən üstünüdür. İndi ki belədir, deməli, onun həyatı başqa peyğəmbərlərin həyatından daha kamil və daha tam olmalıdır”.
Şihabuddin əl-Qəstəlani, “Əl-Məvahibul-ləduniyyə”, c.3, s.413.
Zeyni Dəhlan
Ərəbistanın böyük müftisi Zeyni Dehlan yazır:
وحياة الأنبياء عليهم الصلاة والسلام في قبورهم ثابتة عند أهل السنة بأدلّة كثيرة منها حديث مررت على موسى ليلة أسرى بي يصلى في قبره
“Peyğəmbərlərin (əleyhimus-salatu vəs-səlam)qəbirlərində diri olmaları əhli-sünnə yanında  çoxlu dəlillərlə sübuta yetmişdir. Belə dəlillərdən biri “(Meraca) aparıldığım gecə Musanın yanından keçirdim, bu zaman o, öz qəbrində namaz qılırdı” hədisidir”.
Zeyni Dehlan, “Əd-Durərus-səniyyə fir-rəddi ələl-vəhhabiyyə”, s.13.
Nəticə:
Yuxarıdakı ayəvə rəvayətlərə diqqət yetirməklə aydın olur ki, bu dünyadan getdikdən sonra ölülər diridirlər, əhli-sünnə alimlərinin rəyinə əsasən, ölümdən sonrakı həyat təkcə şəhidlərə aid deyil; əksinə, bütün ölülərə şamildir.
10. Qəbir əzabı həqiqətdir
Başqa bir rəvayətdə gəlmişdir ki, Aişə Allah Rəsulundan qəbir əzabı haqqında sual etdikdə həzrət ona belə buyurdu: “Qəbir əzabı haqdır”.
حدثنا عَبْدَانُ أخبرني أبي عن شُعْبَةَ سمعت الْأَشْعَثَ عن أبيه عن مَسْرُوقٍ عن عَائِشَةَ رضي الله عنها أَنَّ يَهُودِيَّةً دَخَلَتْ عليها فَذَكَرَتْ عَذَابَ الْقَبْرِ فقالت لها أَعَاذَكِ الله من عَذَابِ الْقَبْرِ فَسَأَلَتْ عَائِشَةُ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم عن عَذَابِ الْقَبْرِ فقال نعم عَذَابُ الْقَبْرِ حق قالت عَائِشَةُ رضي الله عنها فما رأيت رَسُولَ اللَّهِ صلى الله عليه وسلم بَعْدُ صلى صَلَاةً إلا تَعَوَّذَ من عَذَابِ الْقَبْرِ.
“Bizə Əbdan nəql edib dedi: mənə atam Şubədən nəql edib dedi: Əşəs öz atasından, o da Məsruqdan nəql edib dedi:
Bir yəhudi qadın Aişənin yanına daxil oldu. O, qəbir əzabından danışıb Aişəyə: “Allah səni qəbir əzabından qorusun”, - dedi. Aişə qəbir əzabı ilə bağlı Allah Rəsuluna sual verdi. Peyğəmbər dedi: “Bəli, qəbir əzabı haqdır”. Aişə deyir: O vaxtdan sonra Peyğməbər nə vaxt namaz qılırdısa, (ardınca) qəbir əzabından Allaha pənah aparırdı”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.462, h.1306.
11. Peyğəmbərlər məzarın daxilində namaz qılırlar
Əbu Yəla öz “Müsnəd”ində rəvayət etmişdir ki, peyğəmbərlər qəbirin daxilində diridirlər və namaz qılırlar:
حدثنا أبو الجهم الأزرق بن علي حدثنا يحيى بن أبي بكير حدثنا المستلم بن سعيد عن الحجاج عن ثابت البناني عن أنس بن مالك قال رسول الله صلى الله عليه وسلم الأنبياء أحياء في قبورهم يصلون.

“Ənəs ibn Malik demişdir ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurmuşdur: “Peyğəmbərlər qəbirlərində diridilər, namaz qılırlar”.
Əbu Yəla əl-Mosuli ət-Təmimi, “əl-Müsnəd”, c.6, s.147, h.3425.
Nurəddin əl-Heysəmi deyir:
رواه أبو يعلى والبزار ورجال أبي يعلى ثقات
“Bunu Əbu Yəla və Bəzzar rəvayət etmişdir, Əbu Yəlanın raviləri siqədirlər”.
Nurəddin əl-Heysəmi, “Məcməuz-zəvaid və mənbəul-fəvaid”, c.8, s.211.
Molla Əli əl-Qari yazır:
وصح خبر ( الأنبياء أحياء في قبورهم ، يصلون )
“Peyğəmbərlər qəbirlərində diridirlər, namaz qılırlar” hədisi səhih hədisdir)”.
Molla Əli əl-Qari (vəfatı: h. 1014), “Mirqatul-məfatih Şərhu mişkatil-məsabih”, c.3, s.415.
Munavi yazır:
وهو حديث صحيح
“Bu, səhih hədisdir”.
Muhəmməd əl-Munavi (vəfatı: h. 1031), “Feyzul-qədir Şərhu əl-Cameis-səğir”, c.3, s.184.
Əlbani də “Silsilətül-əhadisis-səhihə” kitabında (c.2, s.187-189, hədis: 621) bu hədisi səhih bilmişdir.
Rəvayətlərin mütəvatir olması, əhli-sünnə alimlərinin peyğəmbərlərin öldükdən sonra diri olmalarına dair icma etməsi
Əhli-sünnənin görkəmli alimlərindən olan İbn Həcər Heysəmi yazır:
الْإِجْمَاعِ على حَيَاةِ الْأَنْبِيَاءِ كما تَوَاتَرَتْ بِهِ الْأَخْبَارُ .
“İcma peyğəmbərlərin diri olması üzərindədir. Bu barədə nəql olunan xəbərlər mütəvatir həddindədir”.
İbn Həcər əl-Heysəmi (vəfatı: h. 973), “əl-Fətava əl-kübra əl-fiqhiyyə”, c.2, s.135
Deməli, əhli-sünnə böyüklərinin rəyinə əsasən, rəvayət səhihdir və peyğəmbərlərin öldükdən sonra qəbirlərində diri olduqlarını isbat edir.
12. Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) vəfat etdikdən sonra salamın cavabını alır
حدثنا عبد اللَّهِ حدثني أبي ثنا عبد اللَّهِ بن يَزِيدَ ثنا حَيْوَةُ ثنا أبو صَخْرٍ أَنَّ يَزِيدَ بن عبد اللَّهِ بن قُسَيْطٍ أخبره عن أبي هُرَيْرَةَ عن رسول اللَّهِ صلى الله عليه وسلم قال ما من أَحَدٍ يُسَلِّمُ علي الا رَدَّ الله عزوجل إلي روحي حتى أَرُدَّ عليه السَّلاَمَ.
Əbu Hüreyrə Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm)belə buyurduğunu nəql etmişdir: “Kim mənə salam versə, Allah-taala ruhumu mənə qaytarar  və mən o şəxsin salamın cavabını qaytararam”.
Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, c.2, s.527.
Bu rəvayət Əbu Davudun “Sünən”ində də (c.2, s.218) gəlmişdir.
Əhli-sünnə alimlərinin hədisin sənədini səhih bilməsi
Əhli-sünnə böyüklərindən olan Nəvəvi  bu hədisin səhih olduğunu demişdir:
334 وروينا فيه أيضا بإسناد صحيح عن أبي هريرة أيضا أن رسول الله صلى الله عليه وسلم قال ) ما من أحد يسلم علي إلا رد الله علي روحي حتى أرد عليه السلام .
“Biz səhih sənədlə Əbu Hüreyrədən Peyğəmbərin belə dediyini nəql etmişik: “Kim mənə salam versə, Allah-taala ruhumu mənə qaytarar və mən  o şəxsin salamın cavabını qaytararam”...”
Muhyiddin ən-Nəvəvi əş-Şafei (vəfatı: h. 676), “əl-Əzkarul-muntəxəbətu min kəlami Seyyidil-əbrar”, c.1, s.66.
Mühyiddin ən-Nəvəvi yazır:
رواه أبو داود بإسناد صحيح
“Bunu Əbu Davud səhih sənədlə rəvayət etmişdir”.
Muhyiddin ən-Nəvəvi əş-Şafei (vəfatı: h. 676), “Riyazus-salehin min kəlami Seyyidil-mursəlin”, c.1, s.255; “əl-Məcmu”, c.8, s.200; “Xulasətul-əhkam fi muhimmatis-sünəni və qəvaidil-İslam”, c.1, s.441.
İbn Teymiyyə yazır:
وهذا الحديث على شرط مسلم
“Bu hədis Müslimin şərtinə uyğundur”.
İbn Teymiyyə əl-Hərrani, “İqtiza əs-siratil-mustəqim limuxalifəti əshabil-cəhim”, c.1, s.324.
وعلى هذا الحديث اعتمد الأئمة في السلام عليه عند قبره صلوات الله وسلامه عليه
“Peyğəmbərinn (salavatullahi və səlamuhu əleyh) qəbri kənarında ona salam vermək barədə (əhli-sünnə) imamlar(ı) bu hədisə etimad etmişlər”.
İbn Teymiyyə əl-Hərrani, “Qaidətun cəlilə fit-təvəssüli vəl-vəsilə”, c.1, s.71.
İbn əl-Müləqqin yazır:
قلت : رواه أبو داود ( 1350 ) بإسناد جيد
“Onu Əbu Davud  “ceyyid” sənədlə rəvayət etmişdir (1350)”.
İbn əl-Müləqqin əş-Şafei (vəfatı: h. 804), “əl-Bədrul-munir fi təxricil-əhadis vəl-asaril-vaqiə fiş-şərhil-kəbir”, c.5, s.290.
Digər kitabında isə deyir:
رواه أبو داود بإسناد على شرط الصحيح
“Onu Əbu Davud “Səhih”in şərtinə əsasən olan bir sənədlə rəvayət etmişdir”.
İbn əl-Müləqqin əş-Şafei (vəfatı: h. 804), “Tuhəful-muhtac ilə ədillətil-minhac, c.2, s.190.
İbn Həcər əl-Əsqəlani deyir:
ورواته ثقات
“Onun raviləri siqədirlər”.
İbn Həcər əl-Əsqəlani əş-Şafei, “Fəthul-bari Şərhu Səhihil-Buxari”, c.6, s.488.
Əş-Şirbini əl-Xətib əş-Şafei:
رواه أبو داود بإسناد صحيح
“Onu Əbu Davud səhih sənədlə rəvayət etmişdir”.
Əş-Şirbini əl-Xətib əş-Şafei,  (vəfatı: h. 977), “Muğnil-minhac ilə mərifəti məani əlfazil-minhac”, c.1, s.512.
Əz-Zurqani:
أخرجه أبو داود ورجاله ثقات
“Əbu Davud onu nəql etmişdir və raviləri siqədir”.
Muhəmməd ibn Əbdülbaqi əz-Zurqani (vəfatı: h. 1122), “Şərhuz-Zurqani əla müvəttəil-İmami Malik”, c.4, s.357.
Əhli-sünnə alimləri: Bu rəvayətdən Peyğəmbərin həyatının davamlı olması nəticəsi əldə edilir
Əhli-sünnə böyüklərindən olan Süyuti yazır ki, bu rəvayət Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) həyatının davamlı olduğunu sübut edir:
روينا في الترمذي قال : قال رسول الله صلى الله عليه وسلّم : ( ما من أحد يسلم علي إلا رد الله علي روحي حتى أرد عليه السلام ) يؤخذ من هذا الحديث أن النبي صلى الله عليه وسلّم حي على الدوام وذلك أنه محال عادة أن يخلو الوجود كله من واحد مسلم على النبي صلى الله عليه وسلّم في ليل أو نهار فإن قلت : قوله عليه السلام : (إلا رد الله إلي روحي) لا يلتئم مع كونه حياً على الدوام بل يلزم منه أن تتعدد حياته ووفاته في أقل من ساعة إذ الوجود لا يخلو من مسلم يسلم عليه كما تقدم بل يتعدد السلام عليه في الساعة الواحدة كثيراً . فالجواب :والله أعلم أن يقال:المراد بالروح هنا النطق مجازاً فكأنه قال عليه السلام إلا رد الله إلي نطقي وهو حي على الدوام
“Tirmizinin kitabında belə nəql olunur: “Kim mənə salam versə, Allah-taala ruhumu mənə qaytarar və mən  o şəxsin salamın cavabını qaytararam”. Bu hədisdən Peyğəmbərin davamlı olaraq diri olduğu nəticəsi əldə edilir. Ona görə ki, bütün varlıq aləmində gecə və ya gündüz ərzində Peyğəmbərə salam verən bircə nəfərin belə olmaması mümkünsüzdür (əksinə, hər gecə-gündüz ərzində ona salam verənlər olur, dolayısı ilə o, hər gün diridir).
Əgər desən ki, Peyğəmbərin “Allah-taala ruhumu mənə qaytarar sözü” onun davamlı olaraq diri olması ilə uyğun gəlmir, əksinə, bu sözdən belə nəticə çıxır ki, peyğəmbər bir saatdan az bir müddət ərzində bir neçə dəfə dirilib vəfat edir; çünki daha öncə də deyildiyi kimi, aləmdə ona salam verən bir kəsin olmaması mümkünsüzdür, əksinə, bir saatın içində ona çoxlu salamlar verilir (dolayısı ilə də, hədisdən Peyğəmbərin ona salam verildiyi vaxt diri, salam verilmədiyi vaxt diri olmadığı başa düşüldüyü üçün, Peyğəmbərin bəzi vaxtlar diri, bəzi vaxtlar isə ölü olduğunu demək məcburiyyətindəyik), – Allah daha yaxşı bilər, amma buna cavab olaraq belə deyərik ki:
Hədisdəki “ruh”dan məqsəd nitqdir. Ruh sözü məcazi mənada işlənmişdir. Sanki Peyğəmbər demək istəmişdir ki, kim mənə salam versə, Allah mənim nitqimi özümə qaytarar. Yoxsa ki, o, həmişə diridir”.
Cəlaləddin əs-Süyuti, “Əl-Havi lil-fətava”, c.2, s.143.
Bu nəticəyə gələn digər alimlər:
əs-Salehi əş-Şami, “Subulul-hüda vər-rəşad fi sirəti xeyril-ibad”, c.12, s.364.
Muhəmməd əl-Munavi, “Feyzul-qədir Şərhu əl-cameis-səğir”. C.5, s.467.
Şəmsəddin əs-Səxavi, “əl-Qovlul-bədi fis-səlati ələl-həbibiş-şəfi”, s.243.
Deməli, bu hədisə əsasən, həzrət Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) həyata malikdir və qəbirdən müsəlmanların salamının cavabını verir.
Müsəlmanlar hər namazda Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm)“əs-Səlamu əleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh”, – deyə xitab edərək salam verirlər. Hətta Ərəbistanın müftilər komitəsi də buna fətva vermişdir. Vəhhabi ideologiyasının "toxumsəpən"lərindən biri olan İbn Teymiyyə də salamın səs eşidə bilən bir kəsə  ünvanlandığını demişdir.
Ərəbistanın müftilər komitəsinin namazın təşəhhüd və salamının forması mövzusunda verdiyi cavab belədir:
صفة التشهد الذي كان يقوله رسول الله ( ص ) في صلاته ويأمر أصحابه بها هي ما أخرجه الشيخان في الصحيحين عن عبد اللّه بن مسعود رضي الله عنه قال : علمني رسول الله (ص) كفي بين كفيه كما يعلمني السورة من القرآن التحيات لله والصلوات والطيبات السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين أشهد أن لا إله إلا الله وأشهد أن محمدا عبده ورسوله.
وهذا هو الأصح لأن النبي ( ص ) علمه أصحابه ولم يقل إذا مت فقولوا السلام على النبي .
“Allah Rəsulunun dediyi və əshabına göstəriş verdiyiyi təşəhhüdün forması iki şeyxin iki “Səhih” kitabında Abdullah ibn Məsuddan nəql etdikləri formadır. Abdullah demişdir ki:  “Allah Rəsulu Quran surəsini mənə öyrətdiyi kimi, əlim onun əllərinin içində olduğu halda, təşəhhüdü də mənə öyrətdi. Təşəhhüd belədir: “Salamlar, salavatlar və paklıqlar Allaha məxsusdur. Salam olsun sənə, ey Peyğəmbər! Allahın rəhməti və bərəkəti üzərinə olsun! Bizə və Allahın saleh bəndələrinə salam olsun! Allahdan başqa ilah olmadığına və Muhəmmədin onun qulu və elçisi olduğuna şəhadət verirəm.”
Səhih olan məhz budur. Çünki, Peyğəmbər bunu öz səhabələrinə öyrətmiş və onlara “mən öldükdən sonra, “Peyğəmbərə salam olsun” (üçüncü şəxs formasında), - deyərsiniz”, - deməmişdir.”
Fətava əl-Ləcnəti əd-daiməti lil-buhusil-elmiyyəti vəl-ifta, c.7, s.7, fətva: 6035.
İbn Teymiyyə deyir:
وقد ثبت عنه فى الصحيحين من غير وجه أنه كان يأمر بالسلام على أهل القبور ويقول ( قولوا السلام عليكم أهل الديار من المؤمنين والمسلمين وانا ان شاء الله بكم لاحقون ويرحم الله المستقدمين منا ومنكم والمستأخرين نسأل الله لنا ولكم العافية اللهم لا تحرمنا أجرهم ولا تفتنا بعدهم واغفر لنا ولهم ، فهذا خطاب لهم وإنما يخاطب من يسمع
“İki “Səhih” kitabda müxtəlif yollarla nəql olunmuşdur ki, Peyğəmbər qəbir əhlinə bu şəkildə salam verməyi əmr edərmiş: : “Salam olsun sizə, ey (bu) diyarın mömin və müsəlmanlar diyarının sakinləri! Biz də, Allah qoysa, sizə qoşulacağıq. Allah bizdən qabaqkılara və sonra gələnlərə rəhmət etsin. Allahdan özümüz və sizin üçün salamatlıq diləyirik. İlahi, bizi onların mükafatından məhrum etmə, bizi onlardan sonra fitnəyə düçar etmə, bizi və onları bağışla!”. Bu xitab ölülərə ünvanlanmışdır və yalnız eşidən kəslərə xitab edilər”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutubu və rəsailu və fətava Şeyxil-İslam İbn Teymiyyə”, c.24, s.363.
13. Müsəlmanların Peyğəmbərə salavat göndərmələri qəbirdə ona göstərilir
Buxarinin ustadı İbn Əbu Şeybənin müsənnəfində, “Müsnədu Əhməd”də, “Sünənud-Darəmi”də, “Sünənu Əbi Davud”da, “Sünənu İbn Macə”də, “Sünənu Nəsai”də və başqa kitablarda  belə nəql olunmuşdur:
حدثنا حُسَيْنُ بن عَلِيٍّ عن عبد الرحمن بن جَابِرٍ عن أبي الأَشْعَثِ الصَّنْعَانِيِّ عن أَوْسِ بن أَوْسٍ قال قال رسول اللهِ صلى الله عليه وسلم ان من أَفْضَلِ أَيَّامِكُمْ يوم الْجُمُعَةِ فيه خُلِقَ آدَم وَفِيهِ النَّفْخَةُ وَفِيهِ الصَّعْقَةُ فاكثروا عَلَيَّ من الصَّلاَة فيه فإن صَلَاتَكُمْ مَعْرُوضَةٌ عَلَيَّ فقال رَجُلٌ يا رَسُولَ اللهِ كَيْفَ تُعْرَضُ صَلَاتُنَا عَلَيْكَ وقد أَرَمْتَ يعني بَلِيتَ فقال إنَّ اللَّهَ حَرَّمَ على الأَرْضِ أَنْ تَأْكُلَ أَجْسَادَ الأَنْبِيَاءِ
“Əvs ibn Əvs demişdir: "Allah Rəsulu buyurmuşdur: "Günlərinizin ən üstünü cümə günüdür; bu gündə Adəm xəlq olub, bu gündə (sura) üfürülmə və insanların hamısının yıxılıb ölməsi baş verəcək. Buna görə də cümə günü mənə çoxlu salavat deyin. Çünki sizin salavatınız mənə təqdim edilir". Bir nəfər dedi ki, “ey Allahın Rəsulu, bəs sən çürüyüb aradan getdiyində (vəfat etdiyində) bizim salavatımız sənə necə təqdim ediləcək?” Peyğəmbər buyurdu: Allah taala yerə peyğəmbərlərin cəsədini yeməyi haram etmişdir".
İbn Əbi Şeybə (vəfatı: h. 235), “əl-Kitabul-müsənnəf fi əhadisi vəl-asar”, c.2, s.253; Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, c.4, s.8; Abdullah ibn Əbdürrəhman əd-Darəmi, “Sünən”, c.1, s.445; Əbu Davud əs-Sicistani, “Sünən”, c.1, s.275; İbn Macə əl-Qəzvini, “Sünən”, c.1, s.345; Əhməd ibn Şüeyb ən-Nəsai, “əs-Sünənu əl-Kübra”, c.1, s.519.
Əhli-sünnə alimlərinin hədisi səhih bilməsi
Hakim ən-Nisaburi:
هذا حديث صحيح على شرط الشيخين ولم يخرجاه
“Bu hədis iki şeyxin şərtinə əsasən səhihdir, ancaq onlar onu nəql etməmişlər”.
Əl-Hakim ən-Nisaburi, “əl-Müstədrək ələs-səhiheyn”, c.4, s.604.
Şəmsəddin əz-Zəhəbi:
على شرط البخاري ومسلم
“Bu hədis Buxari və Müslimin şərtinə əsasəndir (yəni,  səhihdir)”.
“Əl-Müstədrək ələs-səhiheyn lilhakim məə təliqat əz-Zəhəbi fit-təxlis”, c.4, s.604.
Nasiruddin əl-Əlbani:
وإسناده صحيح وأخرجه أبو داود ( رقم 1047 و 1531 ) والنسائي ( 1 / 203 - 204 ) والدارمي ( 1 /369 ) وابن ماجه ( رقم1085و1636 ) والحاكم ( 1 / 278 ) وأحمد ( 4 / 8 )
“Sənədi səhihdir; onu Əbu Davud (№1047 və 1531), ən-Nəsai (1/203-204), əd-Darəmi (1/369), İbn Macə (№1085 və 1636), əl-Hakim (1/278) və Əhməd (4/8) nəql etmişdir”.
Nasiruddin əl-Əlbani, “İrvaul-ğəlil”, c.1, s.34-35; “Silsilətul-əhadisis-səhihə”, s.4, s.32.
Mühyiddin ən-Nəvəvi:
حديث أوس بن أوس هذا صحيح ، رواه أبو داود والنسائي وغيرهما بأسانيد صحيحة
“Əvs ibn Əvsin bu hədisi səhihdir; onu Əbu Davud, ən-Nəsai və başqaları səhih sənədlərlə rəvayət etmişlər”.
Mühyiddin ən-Nəvəvi əş-Şafei, “əl-Məcmu”, c.4, s.469.
رواه أبو داود بإسناد صحيح
“Onu Əbu Davud səhih sənədlə rəvayət etmişdir”.
Muhyiddin ən-Nəvəvi əş-Şafei, “Riyazus-salehin min kəlami Seyyidil-mursəlin”, c.1, s.221.
İbn əl-Qəyyim əl-Cəvziyyə:
إسناده صحيح
“Sənədi səhihdir”.
İbn əl-Qəyyim əl-Cəvziyyə, “Cəlaul-əfhami fi fəzlis-səlati əla Muhəmməd xeyril-ənam”, c.1, s.80.
İbn Həcər əl-Əsqəlani:
سنده صحيح
“Sənədi səhihdir”.
İbn Həcər əl-Əsqəlani əş-Şafei, “Fəthul-bari Şərh səhihil-Buxari”, c.6, s.488.
Zəkəriyya əş-Şafei:
رَوَاهُ أبو دَاوُد وَغَيْرُهُ بِأَسَانِيدَ صَحِيحَةٍ
“Onu Əbu Davud və başqaları səhih sənədlərlə rəvayət etmişlər”.
Zəkəriyya əl-Ənsari əş-Şafei, “Əsnəl-mətalib fi şərh rəvzət-talib”, c.1, s.268.
Əs-Salehi əş-Şami
وروى ابن ماجة - برجال ثقات
“İbn Macə siqə ravilərlərəvayət etmişdir”.
Əs-Salehi Əş-Şami, “Subulul-hüda vər-rəşadi fi sirəti xeyril-ibad”, c.12, s.444.
Əş-Şirbini
رواه أبو داود وغيره بأسانيد صحيحة
“Onu Əbu Davud və başqaları səhih sənədlərlə rəvayət etmişdir”.
Əş-Şirbini əl-Xətib əş-Şafei, “Muğnil-muhtac ilə mərifəti məani əlfazil-minhac”, c.1, s.295.
Deməli, bu səhih rəvayətə əsasən sübuta yetir ki, müsəlmanların salavatı Peyğəmbərə göstərilir və həzrət onu dərk edir. Üstəlik,, həzrətin bədəni də qəbirdə salamat qalır. Görəsən, bu, həyat deyil də bəs nədir?!
ÖLÜLƏRİN EŞİTMƏSİ BARƏDƏ ƏHLİ-SÜNNƏ ALİMLƏRİNİN NƏZƏRİ
Bu məqaləni əhli-sünnə alimlərinin ölülərin eşitməsinə dair sözlərini qeyd edərək yekunlaşdırırıq:
1. Məhəmməd İsmail əl-Buxari
Əhli-sünnəyə görə Qurandan sonra kitabların ən səhihi olan “Səhihul-Buxari” kitabında Buxari ölülərin cənazəni yola salan kəslərin ayaq səslərini eşitməsinə dair xüsusi bir bab açmışdır:
66 بَاب الْمَيِّتُ يَسْمَعُ خَفْقَ النِّعَالِ.
“66. Meyit başmaq (ayaqqabıların) səslərini eşidir”.
Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.448.
Rəvayətlərini bundan qabaq qeyd etmişik.
2. Müslim ibn əl-Həccac ən-Nisaburi
O da öz “Səhih”ində yazır ki, ölülər, hətta qəbir kənarından ayrılanların addım səslərini eşidirlər:
إِنَّ الْمَيِّتَ إذا وُضِعَ في قَبْرِهِ إنه لَيَسْمَعُ خَفْقَ نِعَالِهِمْ إذا انْصَرَفُوا.
“Həqiqətən, ölü qəbrinə qoyulduqda (onu təşyi-cənazə edən kəslərin oradan) ayrıldıqları zaman başmaqlarının səsini eşidir”.
Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.2201, h. 2870.
Bu məsələ ilə bağlı hədisləri də yuxarıda qeyd etdik.
3. İbn Teymiyyə
Vəhhabilərin şeyxül-islamı İbn Teymiyyə bir sıra ayə və hədislərə əsasən ölülərin eşitdiyini demişdir:
سئل هل يتكلم الميت في قبره؟
فقال وأما سؤال السائل هل يتكلم الميت في قبره فجوابه أنه يتكلم وقد يسمع أيضا من كلمه كما ثبت في الصحيح عن النبي أنه قال إنهم يسمعون قرع نعالهم وثبت عنه في الصحيح أن الميت يسأل في قبره فيقال له من ربك وما دينك ومن نبيك فيثبت الله الذين آمنوا بالقول الثابت فيقول الله ربي والإسلام ديني ومحمد نبي ويقال له ما تقول في هذا الرجل الذي بعث فيكم فيقول المؤمن هو عبد الله ورسوله جاءنا بالبينات والهدى فآمنا به واتبعناه وهذا تأويل قوله تعالى (يثبت الله الذين آمنوا بالقول الثابت في الحياة الدنيا وفي الآخرة). (ابراهٍيم/27).
“Sual verildi: meyit qəbrinin içində danışırmı?
Deyib: Sual verənin "meyit qəbrinin içində danışırmı?" deyə verdiyi sualına gəlincə, cavabı budur ki, o, danışır, həmçinin onunla danışanı da eşidir. Necə ki "əs-Səhih"də Peyğəmbərin belə dediyi sübuta yetmişdir: "Onlar (qəbirlərinin kənarında olanların) başmaqlarının taqqıltısını eşidirlər". Həmçinin "əs-Səhih"də ondan (belə buyurduğu da) sübuta yetmişdir ki, ölü qəbrində sorğu-sual olunar. Ona deyilər ki, Rəbbin kimdir? Peyğəmbərin kimdir? Allah iman gətirənləri möhkəm söz vasitəsilə sabitqədəm edər. Belə ki mömin deyər: Allah Rəbbim, İslam dinim, Məhəmməd peyğəmbərimdir. Ona deyilər ki, sizin aranıza göndərilən bu adam haqqında nə deyirsən? Mömin deyər ki, o, Allahın bəndəsi və elçisidir. Bizə açıq-aydın dəlillər və hidayət gətirmişdi, biz də ona inanmış və ona tabe olmuşduq. Bu, Allah-taalanın bu kəlamının təvilidir: "Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar”.
İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.4, s.273.
Həmçinin başqa bir yerdə deyir:
وسئل عن الأحياء إذا زاروا الأموات هل يعلمون بزيارتهم وهل يعلمون بالميت إذا مات من قرابتهم أو غيره؟
فأجاب الحمد لله نعم قد جاءت الآثار بتلاقيهم وتساؤلهم وعرض أعمال الأحياء على الأموات كما روى إبن المبارك عن أبى أيوب الأنصارى قال (إذا قبضت نفس المؤمن تلقاها أهل الرحمة من عباد الله كما يتلقون البشير فى الدنيا فيقبلون عليه ويسألونه فيقول بعضهم لبعض أنظروا أخاكم يستريح فإنه كان فى كرب شديد قال فيقبلون عليه ويسألونه ما فعل فلان وما فعلت فلانة هل تزوجت) الحديث
وأما علم الميت بالحي إذا زاره وسلم عليه ففي حديث إبن عباس قال قال رسول الله (ما من أحد يمر بقبر أخيه المؤمن كان يعرفه فى الدنيا فيسلم عليه إلا عرفه ورد عليه السلام) قال إبن المبارك ثبت ذلك عن النبى صلى الله عليه وسلم وصححه عبد الحق صاحب الأحكام.
“Belə bir sual verildi: Dirilər ölüləri ziyarət etdikdə ölülər dirilərin onları ziyarət etdiyindən xəbərdar olurlarmı? Həmçinin, ölülər öz yaxınlarından və ya başqalarından birisi öldükdə bundan xəbərləri olur?
Şeyx belə cavab verdi: Allaha həmd olsun, bəli, onların (bir-birilərilə) görüşü, aralarında sorğu-sual etmələri, dirilərin əməllərinin onlara göstərilməsi ilə bağlı rəvayətlər nəql olunmuşdur. Necə ki, İbn əl-Mübarək Əbu Əyyub əl-Ənsaridən belə nəql etmişdir: “Möminin canı alındıqda, eyniylə sizin dünyada xoş xəbər gətirən bir şəxsi qarşıladığınız kimi, Allahın rəhmətə layiq görülmüş bəndələri də onu qarşılayarlar. Onun yanına gəlib ona suallar verərlər. Onlar bir-birlərinə deyərlər: “Bir baxın qardaşınız dincəlir. Halbuki o, (dünya həyatında) çətin sıxıntı içində idi”. Sonra onun yanına gəlib belə soruşarlar: “Filankəs nə etdi, bəs filan qadın nə etdi, evləndimi?”.
Ölünün onu ziyarət etdiyi və ona salam verdiyi zaman dirini tanımasına gəldikdə isə, İbn Abbasdan nəql olunan bir hədisdə Allah Rəsulunun belə buyurduğu deyilir: “Kim dünyada tanıdığı mömin qardaşının məzarının kənarından keçərək ona salam verərsə, (ölü) onu (qəbrin içindən) tanıyar və salamının cavabını qaytarar”.  İbn əl-Mübarək hədisin sübuta yetdiyini demişdir. "Əl-Əhkam" kitabının sahibi Əbdülhaqq isə onu səhih hesab etmişdir”.
İbn Teymiyyə əl-Hərrani, “Kutubu və rəsailu və fətava Şeyxil-İslam İbn Teymiyyə”, c.24, s.331.
4. İbn Qəyyim əl-Cövziyyə
O da meyitin öz qəbrinə baş çəkələri tanımasına dair rəvayətlərin mütəvatir olmasını bildirmişdir:
وقد تواترت الآثار عنهم بأن الميت يعرف زيارة الحي له ويستبشر به
“Sələflərdən mütəvatir şəklində nəql olunmuşdur ki, ölü onu ziyarətə gələn dirini tanıyır və buna görə sevinir”.
İbn Qəyyim əl-Cövziyyə, “ər-Ruhu fil-kəlam əla ərvahil-əmvati vəl-əhyai bid-dəlaili minəl-kitabi vəs-sünnə”, c.1, s.5.
5. İbn Kəsir Dəməşqi Sələfi
O, öz təfsirində bildirmişdir ki, ölülərin öz məzarlarına baş çəkənləri tanıması və onları görməklə sevinmələrinə dair rəvayətlər mütəvatir həddədir:
وقد تواترت الاثار عنهم بأن الميت يعرف بزيارة الحي له ويستبشر فروى ابن أبي الدنيا في كتاب القبول عن عائشة رضي الله عنها قالت قال رسول الله صلى الله عليه وسلم ما من رجل يزور قبر أخيه ويجلس عنده إلا استأنس به ورد عليه حتى يقوم وروي عن أبي هريرة رضي الله عنه قال إذا مر الرجل بقبر يعرفه فسلم عليه رد عليه السلام
“Meyitin onu ziyarət edən dirini tanıması və (bundan) xoşhal olması ilə əlaqədar onlardan (sələflərdən) gəlib çatan xəbərlər təvatür həddindədir. Belə ki, İbn Əbüddünya "əl-Qəbul" kitabında Aişədən - Allah ondan razı olsun - belə nəql etmişdir: "Allah Rəsulu(sallallahu əleyhi və səlləm) buyurmuşdur: "Hər kəs  qardaşının qəbrini ziyarət edər və onun yanında oturarsa, (oradan) qalxanadək ölü onunla ünsiyət qurar və (dediyi sözün və ya verdiyi salamın) cavabını verər". Həmçinin Əbu Hüreyrədən - Allah ondan razı olsun - belə nəql olunmuşdur: "İnsan qəbir kənarından keçdikdə (qəbirdəki) onu tanıyar; salam verdikdə isə salamın cavabını verər”.
İbn Kəsir əd-Diməşqi, “Təfsiru əl-Quranil-əzim”, c.3, s.439.
6. İbn Cərir Təbəri
Məhəmməd ibn Cərir Təbərialimlərin əksəriyyətinin ölülərin eşitməsinə inandığını yazmışdır:
فقال جماعة يكثر عددها بتصحيحها وتصحيح القول بظاهرها وعمومها وقالوا الميت بعد موته يسمع كلام الأحياء ولذلك قال النبي صلى الله عليه وسلم لأهل القليب بعدما ألقوا فيه ما قال قالوا وفي قوله لأصحابه إذ قالوا أتكلم أقواما قد ماتوا وصاروا أجسادا لا أرواح فيها فقال (ما أنتم بأسمع لما أقول منهم).
“Çoxlu saya malik bir dəstə alim bu xəbərləri səhih saymış, onların zahiri və ümumi mənada olduqlarına inanmağı doğru hesab etmiş və belə demişlər: "Ölü vəfatından sonra dirilərin danışıqlarını duyur". Bu səbəbdəndir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –Bədrə quyuya atılan şəxslərə məlum sözləri demişdir. Onun sözü barədə səhabələri "Sən ölmüş və ruhsuz cəsədlərə çevrilmiş bir qövmlə danışırsan" deyəndə, o buyurdu: " Siz dediklərimi onlardan daha yaxşı duymursunuz!", - deyə cavab vermişdir”.
Muhəmməd ibn Cərir ət-Təbəri, “Təhzibul-asar”, c.2, s.491.
7. Əbu Abdullah əl-Qurtubi
Əhli-sünnə imamı Qurtubi yazır ki, əgər ölü eşitməsəydi, ona salam verilməzdi:
وبأن الميت يسمع قرع النعال إذا انصرفوا عنه إلى غير ذلك فلو لم يسمع الميت لم يسلم عليه وهذا واضح وقد بيناه في كتاب التذكرة.
“Ölü (onu dəfn edənlər) onun yanından ayrıldığı zaman onların başmaqlarının taqqıltısını eşidir. Əgər ölü eşitməsəydi, onda ona salam verilməzdi. Bu, açıq-aydındır. Biz bu məsələni "ət-Təzkirə" kitabında bəyan etmişik”.
Əbu Abdullah əl-Qurtubi, “əl-Cami li-əhkamil-Quran”, c.13, s.233.
8. Alusi Bağdadi
Əllamə Alusi yazır ki, haqq söz budur ki, ölülər eşidir:
والحق أن الموتى يسمعون في الجملة.
“Həqiqət odur ki, ölülər, ümumiyyətlə eşidirlər”.
Şihabuddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi, “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.21, s.57.
9. Mühyiddin ən-Nəvəvi
“Səhihu Muslim”in şərhçisi Nəvəvi “Səhihu Müslim”də gələn bir hədisi şərh edərkən ölünün qəbrinin kənarında olan kəslərin səsini eşitdiyini bildirmişdir:
اثبات فتنة القبر وسؤال الملكين وهو مذهب أهل الحق ومنها استحباب المكث عند القبر بعد الدفن لحظة نحو ما ذكر لما ذكر وفيه أن الميت يسمع حينئذ من حول القبر.
“...Bu hədisdən qəbir imtahanının, iki mələyin sorğu-sual etməsinin haqq olduğu aydın olur. Haqq əhlinin nəzəri də məhz budur. Həmçinin, bu hədisdən qəbrin başında bir qədər dayanmağın müstəhəb olduğu başa düşülür. Həmçinin, bu hədisdən ölünün qəbrin kənarındakıların səslərini eşitdiyi anlaşılır”.
Muhyiddin ən-Nəvəvi əş-Şafei, “Şərhun-Nəvəvi əla Səhihi Muslim”, c.2, s.139.
10. İbn Həcər əl-Heysəmi
O, ölünün camaatın danışığını eşidib-eşitməməsi ilə bağlı ona ünvanlanan sualın cavabında ölünün camaatın sözünü eşitdiyini bildirmişdir:
هل يَسْمَعُ الْمَيِّتُ كَلَامَ الناس فَأَجَابَ بِقَوْلِهِ نعم لِحَدِيثِ أَحْمَدَ وَجَمَاعَةٍ إنَّ الْمَيِّتَ يَعْرِفُ من يُغَسِّلُهُ وَيَحْمِلُهُ وَيُدْلِيهِ في قَبْرِهِ.
“Sual verildir: Ölü camaatın sözünü eşidirmi?
Cavab verdi: Bəli. Əhmədin və bir qrup başqa alimin nəql etdiyi "həqiqətən də, ölü ona qüsl verəni, daşıyanı və qəbrinə qoyanı tanıyır" hədisinə əsasən bu belədir”.
İbn Həcər əl-Heysəmi, “əl-Fətava əl-kübra əl-fiqhiyyə”, c.2, s.29.
11. Əbül-Həsənat əl-Ləknəvi əş-Şeybani
واجماع اكثر الصحابة عليه.
“Səhabələrin əksəriyyəti ölünün camaatın danışığını eşitdiyi üzərində icma etmişdir”.
Əbül-Həsənat əl-Ləknəvi, “əl-Camius-Səğir və şərhuhu ən-nafiul-kəbir”, c.1, s.273.
12. İbn Bəttal Bəkri
Onun da Buxarinin şərhində bu cür sözləri vardır.
İbn Bəttal əl-Bəkri əl-Qurtubi, “Şərhu Səhihil-Buxari”, c.3, s.320.
13. Cəlaləddin Süyuti
Süyutinin ölmüş peyğəmbərlərin hamısı və başqalarının eşitməsinə dair açıqlaması vardır:
وأما الإدراكات كالعلم والسماع فلا شك أن ذلك ثابت لهم ولسائر الموتى.
“Xəbərdar olma və eşitmə kimi duymalar heç şübhəsiz ki, həm peyğəmbərlər, həm də sair ölülər üçün sabitdir”.
Cəlaləddin əs-Süyuti, “Şərhus-sudur bi-şərhi halil-məvta vəl-qubur”, c.1, s.202.
O, ona ünvanlanan “meyit camaatın sözünü və özü barəsində deyilən tərifi eşidirmi?” sualına verdiyi cavabda demişdir ki, ölülər eşidir. Sual-cavabın mətni belədir:
وأما المسألة الثالثة : وهي هل يسمع الميت كلام الناس وثناءهم عليه وقولهم فيه ؟ فنعم أيضاً ، أخرج الإمام أحمد في مسنده ، والمروزي في الجنائز ، وابن أبي الدنيا ، وغيرهم من طريق أبي عامر العقدي عن عبد الملك بن الحسن المدني عن سعد بن عمرو بن سليم عن معاوية أو ابن معاوية وعن أبي سعيد الخدري قال : قال رسول الله صلى الله عليه وسلّم : ( إن الميت يعرف من يغسله ويحمله ويدليه في قبره ) وأخرجه الطبراني في الأوسط من طريق آخر عن أبي سعيد
“Üçüncü məsələ: Ölü camaatın danışığını, camaatın onun barəsində dedikləri tərifləri və onun haqqında danışdıqları sözləri eşidirmi?
Cavab: Yenə də bəli. İmam Həməd öz "Müsnəd"ində, əl-Mərvəzi "əl-Cənaiz"də, İbn Əbüddünya və başqaları da (öz kitablarında) Əbu Amir əl-Əqədi yolu Əbdülməlik ibn əl-Həsən əl-Mədənidən, o, Səd ibn Əmr ibn Səlimdən, o, Müaviyə və ya Müaviyənin oğlundan və Əbu Səid əl-Xudridən belə nəql etmişlər: "Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Həqiqətən, ölü ona qüsl verəni, onu daşıyanı və qəbrinə qoyanı tanıyır". Habelə ət-Təbərani bu hədisi "əl-Əvsət"də başqa bir yolla Əbu Səiddən nəql etmişdir”.
Cəlaləddin əs-Süyuti, “əl-Havi lil-fətava”, c.2, s.162.
14. Əhməd ibn İdris əs-Sinhaci (Şihabuddin əl-Qərafi)
O da yazır ki, ölülər qəbirlərində moizə, Quran, zikr, təsbih və təhlili (“la ilahə illəllah” zikrini demək) eşidir:
وكذلك الموتى يسمعون في قبورهم المواعظ والقرآن والذكر والتسبيح والتهليل ولا ثواب لهم فيه على الصحيح لأنهم غير مأمورين بعد الموت ولا منهيين فلا إثم ولا ثواب لعدم الأمر والنهي
“Ölülər qəbirlərində moizələri, Quranı, zikri, təsbihi, təhlili (“la ilahə illəllah”ı) eşidirlər; doğru fikirə əsasən, bunda onlar üçün bir savab yoxdur. Çünki onlar üçün ölümdən sonra əmr və ya qadağa yoxdur. Əmr və qadağa olmadığına görə də nə savab vardır, nə də günah”.
Əhməd ibn İdris əs-Sinhaci, “əl-Fərq əu ənvarul-buruq fi ənvail-furuq” (məəl-həvamiş), c.4, s.392.
15. İbn Muəmmar əl-Hənbəli
O da “əl-Fəvakih” kitabında Bədrdə öldürülənlərlə əlaqəli rəvayətlərin nəqlindən sonra belə yazır:
وهو نص صحيح صريح في سماع الموتى ، ولم يذكر صلى الله عليه وسلم في ذلك تخصيصاً
“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəssdir. Peyğəmbər (sallallahu əleyhi və səlləm), dediklərinin  xüsusi bir dəstəyə aid olduğunu bildirməmişdir”.
İbn Muəmmar ət-Təmimi əl-Hənbəli, “əl-Fəvakihul-izab fir-rəddi əla mən ləm yəhkum əs-sünnətə vəl-kitab”, c.6, s.195.
16. Muhəmməd əl-Əmin əş-Şənqiti
O da bu rəvayətin altında belə yazmışdır:
وهو نص صحيح صريح في سماع الموتى ، ولم يذكر صلى الله عليه وسلم فيه تخصيصًا .
“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəsdir. Peyğəmbər (sallallahu əleyhi və səlləm), dediklərinin  xüsusi bir dəstəyə aid olduğunu bildirməmişdir”.
Muhəmməd əl-Əmin əş-Şənqiti, “Əzvaul-bəyan fi izahil-Quran bil-Quran”, c.6, s.130.
17. Məhəmməd ibn Əbdülvəhhab
İbn Əbdülvəhhab da ölülərin eşitməsini etiraf etmişdir:
أخرج أحمد وغيره عن أبي سعيد أن النبي صلى الله عليه وسلم قال : ' إن الميت يعرف من يغسله ويحمله ومن يكفنه ومن يدليه في حفرته ' .
وأخرج أبو نعيم وغيره عن عمرو بن دينار قال : ما مِن ميّت يموت إلا روحه في يد ملك الموت ينظر إلى جسده ، كيف يغسل ، وكيف يكفن ، وكيف يمشى به ، ويقال له وهو على سريره : اسمع ثناء الناس عليك .
وأخرج ابن أبي الدنيا معناه عن جماعة من التابعين بلفظ : بيد ملك . بلا إضافة .
وللشيخين عن أنس : أن النبي صلى الله عليه وسلم وقف على قتلى بدر فقال : ' يا فلان بن فلان يا فلان بن فلان هل وجدتم ما وعد ربكم حقاً ؟ فإني وجدت ما وعدني ربي حقاً ' فقال عمر : يا رسول الله ، كيف تكلم أجساداً لا أرواح فيها ؟ فقال : ' ما أنتم بأسمع لما أقول منهم ، غير أنهم لا يستطيعون أن يردوا علي شيئاً '
Əhməd və başqaları Əbu Səiddən Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql etmişlər: “Həqiqətən, ölü ona qüsl verəni, götürəni, kəfənləyəni və qəbrə qoyanı tanıyır”.
Əbu Nüeym və başqaları Əmr ibn Dinarın belə dediyini nəql etmişlər: “Hər bir ölü öləndə onun ruhu ölüm mələyinin əlində ikən cəsədinə nəzər salar, özünə necə qüsl verildiyini, necə kəfənləndiyini və necə aparıldığını görər. O, yatağında ikənona “camaatın sənə dediyi təriflərə qulaq as”, - deyilər”.
İbn Əbüddünya bir dəstə tabeindən bu hədisi məna əsasında, “mələyin əlində ikən” ləfzilə əlavəsiz olaraq nəql etmişdir.
İki şeyx də Ənəsdən nəql etmilər ki,Peyğəmbər (sallallahu əleyhi və səlləm) Bədrdə qətlə yetirilənlərin başı üstündə durub dedi: “Ey filankəsin oğlu filankəs, ay filankəsin oğlu filankəs! Rəbbinizin vəd etdiyinin haqq olduğunu gördünüzmü? Mən Rəbbimin mənə vəd etdiyinin haqq olduğunu gördüm”.  Ömər dedi: “Ya Rəsuləllah, ruhu olmayan cəsədlərlə necə danışırsan?”. Buyurdu: “Mən dediyimi onlardan daha yaxşı eşidən deyilsiniz. Sadəcə, onlar mənə cavab verə bilmirlərƏhməd və başqaları Əbu Səiddən Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu gətirmişlər: "Həqiqətən, ölü onu qüsl edəni, onu daşıyanı, kəfənləyəni və qəbrinə sallayanı tanıyır".
Muhəmməd ibn Əbdülvəhhab, “Əhkamu təmənna əl-məvt”, c.1, s.458.
Həmçinin, bir çox başqa əhli-sünnə alimi ölülərin eşitməsi və diri olmasını etiraf etmiş, bu barədə nəql olunan hədisləri səhih və mötəbər hesab etmişlər. Biz isə bu qədərini qeyd etməklə kifayətlənirik.
NƏTİCƏ
1. Əhli-sünnə alimlərinin iqrarına əsasən, vəhhabilərin şəxsi məqsədlərinə görə dəlil gətirdikləri ayələr onların iddialarına dəlil deyildir.
2. Əhli-sünnə alimləri arasında yalnız bir nəfərin ölülərin eşitmədiyinə inandığı deyilmişdir, o da Aişədir. Lakin, o da sonradan öz fikrindən dönmüşdür.
3. Əhli-sünnə alimlərinin iqrarına görə, ölülərin bərzəx həyatına, onların eşitməsinə və cavab verməsinə dəlalət edən bir çox ayələr vardır.
4. Əhli-sünnə ölülərin bərzəx həyatına malik olması, eşidə bilməsi və cavab verə bilməsi üzərində icma etmişdir.
5. Ölülərin bərzəx həyatı, onların eşitməyə qüdrətlərinin çatması və cavab vermələrinə dair Əhli-sünnə hədisləri mütəvatir həddədir və onların çoxu səhih və ya həsəndir.
Müvəffəq olasınız.
Şübhələrə cavab qrupu
Həzrət Vəliyyi-əsr (əccələllahu fərəcəh) təhqiqat müəssisəsi
313NEWS.NET

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)