"Quran bizə kifayət edər" deyən Quranilərin gətirdikləri Quran ayəsinə Quranla cavab


Qəmər” 17-22-32-40: “Həqiqətən, Biz Quranı öyüd və ibrət olmaq üçün asan və anlaşılan etdik. Amma heç bir ibrət götürən varmı?”
Quranın mübarək “Qəmər” sürəsində eyni ayə dörd dəfə zikr olunur. Bu, mövzunun əhəmiyyətini bildirir.  Dildə və qəlbdə Allahla  ünsiyyət yaratmaq üçün Quran ən asan, ən yaxşı və ən yaxın vasitədir. Onun asanlıq səbəbi yüngül və səthi olması deyil, ismarışların qəlbə və cana yaxın olmasıdır. “Müzzəmmil” sürəsinin 5-ci ayəsində belə buyrulur: “Biz tezliklə sənə çox ağır bir çətinlik endirəcəyik.” Quran çox ağır və dərin məzmunlu kitabdır, ancaq insanın fitrətinə  tanış olduğu  və onunla səsləşdiyi üçün onu anlamaq və ondan istifadə etmək hər kəsə asandır.  Ağır və dərin mənalı olmaqla yanaşı asan,  rəvan və hər kəs üçün  başadüşülən olması Quranın möcüzəvi xüsusiyyətlərindəndir. Ağır olmaq heç də çətin olmaq deyil. Necə ki, yüngül olmaq da səthilik və məzmunsuzluq demək deyil.  Asanlıq və ağırlıq bir-birinə zidd xüsusiyyətlər olmadığı üçün onların bir araya gəlməsi heç də təəccüblü deyil. Hər halda bu, ayələri “Quran bizə kifayətdir” iddiasına dəlil gətirmək, doğru deyildir. 

 Mahir Şəkərov - İlahiyyatçı, araşdırmaçı.
 

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)