Allahdan qeyrisinə and içmək şirk deyil, xalis peyğəmbər (s) sünnəsidir



Allahdan qeyrisinə and içmək Quran və sünnədə.

Quran və sünnədən uzaq düşən sələfi-vəhhabilər “Allahdan qeyrisinə and içmək olmaz” deyərək insanları bati sözlərlə həqiqətdən uzaq salırlar. Quran və sünnəyə nəzər salmaq kifayət edir ki, onların batil iddiaları üzə çıxsın. İlk öncə Qurandan başlayaq.
Qurani-Kərimdə and içmək üçün istifadə olunan hərflər “ba, ta və vav”dır. Bu hərflərlə “Vallahi”, “Billahi” və “Tallahi” andları üçün işlənir. Quranda da bu andlar gəlməkdədir. Nümunə üçün birin qeyd edək:
قَالُواْ تَالله تَفْتَأُ تَذْكُرُ يُوسُفَ حَتَّى تَكُونَ حَرَضًا أَوْ تَكُونَ مِنَ الْهَالِكِينَ
(Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!” (“Yusif” surəsi, 85)

Allah Quranda müxtəlif varlıqlara and içir.
Əvvəla bunu bilmək lazımdır ki, Allahın and içməsi ilə biz insanların and içməsi olduqca fərqlidir. İnsanlar and içərkən digərlərini inandırmaq məqsədilə bunu edirlər. Ancaq Quranda keçən andlar əsasən iki şeyə görədir:
1. And içmək ərəblərin ictimai həyatında mühüm rol oynayırdı.
2. And içilən şeylərin əzəmət və ucalığın yaxud həmin şeylərin insan üçün nə qədər qiymətli olmasına diqqət çəkmək.
Qurana nəzər yetirdikdə kifayət qədər andın olmasının şahidi oluruq. Bu andların çox hissəsi Quranın sonlarına yaxın olan surələrdədir. Allahın içdiyi andlar təfsirlərdə müxtəlif baxış bucaqlarından təhlil olunur. Bəzi andlar and içilənə diqqət və ona xüsusi dəyər qazandırmaq üçündür.
Bir sıra andlarda xüsusi bir ünvan olmasa da əksər andlarda ünvanlar qeyd olunmaqdadır. Nümunə üçün qeyd edək:

Qurana and: “And olsun hikmətli Qurana” (“Yasin” surəsi, 2)
“Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qurana and olsun! (“Sad” surəsi, 1)
“Qaf! (Ya Peyğəmbər!) Şanlı Qurana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)! (“Qaf” surəsi 1)

Məhəmməd peyğəmbərin (s) canına and: “(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar)” (“Hicr” surəsi, 72).

Nəfsə and: “And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)”. (“Qiyamət” surəsi, 2).

Astronomik andlar: “Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki.”
“Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz.”
“(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır.” (“Vaqiə” surəsi, 75-77).
“And olsun ulduza o zaman ki, enər.”(“Nəcm” surəsi, 1)
“And olsun bürclər sahibi olan göyə;” (“Buruc” surəsi, 1)
And olsun yüksək tavana (uca göyə) (“Tur” surəsi, 5)

İnsana aid andlar: “And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,” (“Bələd” surəsi, 3)
And olsun (insanın) nəfs(in)ə və ona doğru-düzgün biçim verənə…” (“Şəms” surəsi, 7)
“And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,” (“Buruc” surəsi, 3)
“And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;” (“Mursəlat surəsi, 3)
Quran oxuyan kimsələrə aid and: “And olsun Quran oxuyan kimsələrə.” (“Saffat” surəsi, 3)

Heyvanlara and:
“And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;”
“And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;”
“And olsun sübh çağı hücum edən atlara;”
“And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;”
“Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki” (“Adiyat” surəsi, 1-5)

Əşyaya and: “And olsun qələmə və (onların) yazdıqlarına.”(“Qələm” surəsi, 1)

Zamana and: “And olsun zamana (əsrə) ki, bütün insanlar ziyan içindədir.” (“Əsr” surəsi, 1-2)
“And olsun səhərə;” (“Zuha” surəsi, 1)
“And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,” (“Zuha” surəsi, 2)
“And olsun sübh çağına və onluq təşkil edən gecələrə.”(Fəcr 1-2)

Dağa and: “And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına;” (“Tur” surəsi, 1)
“And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;” (“Tin” surəsi, 2)

Dənizə and: “Və and olsun dolub daşan (alovlanan) dənizə ki,” (“Tur” surəsi, 1)

İlahi kitablara and: And olsun yazılmış kitaba (Tövrata, Qurana, yaxud bütün ilahi kitablara)” (“Tur” surəsi, 2)

Məkana and: “And olsun (mələklərin ibadət etdiyi) Beytülməmura;” (“Tur” surəsi, 4)

Məkkə şəhərinə and: “And içirəm bu şəhərə (Məkkəyə)” (“Bələd” surəsi, 1)
“And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,” (“Tin” surəsi, 3)
Mələklərə and: “And olsun (kafirlərin canını) zorla alanlara;”
“And olsun (möminlərin canını) rahatlıqla alanlara;” (“Naziat” surəsi, 1-2)
“And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);” (“Mursəlat surəsi, 1)
“And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara.” (“Mursəlat surəsi, 5)

Meyvələrə and: “And olsun əncirə və zeytuna;” (“Tin” surəsi, 1)

Bəzi təəssübkeşlər bu kimi ayələr qarşısında deyirlər ki bu andlar yalnız Allaha məxsusdur. Cavabında deyirik: Əgər bu kimi andlar şirkə səbəb olsaydı uca yaradan mütləq bu mövzuda bircə dənə olsa belə ayə nazil edərək, həqiqəti bəyan edərdi. Mövzunun ikinci hissəsində bu suala geniş cavab veriləcək.
Mövzunu Quran baxımından xülasə izah etdiyimizdən peyğəmbər (s) sünnəsinə keçid ala bilərik;
Allahdan qeyrisinə and içmək peyğəmbər (s) sünnəsində.
Əhməd ibn Hənbəl öz “Müsnəd” əsərində, Muslim öz “Səhihində” Allah Rəsulunun (s) belə buyurduğunu yazır: “Canıma and olsun, əgər əmr be məruf və nəhy əz münkər etsəm sakit olmaqdan daha yaxşıdır.”(“Münədi Əhməd”, c. 5; Səhihi Muslim, c. 4, səh. 419)
“Bir nəfər Peyğəmbərdən (s) soruşdu: “Hansı sədəqənin mükafatı daha yaxşıdır? Buyurdu: Atana and olsun, ondan agah olacaqsan və o da bundan ibarətdir ki, salamatlıq halında və həris ola-ola, fəqirlikdən qorxub qalmağa ümidin olan halda sədəqə verəsən.” (“Səhihi Müslim”, 3-cü bab, Misir çapı, Kitabuz-zəkat, bəyanu ənnə əfzələssədəqəti sədəqətus-səhihis-səhih babı , səh. 92 və 94)
Başqa bir rəvayətdə qeyd olunur: “Nəcd əhlindən biri peyğəmbərə (s) bir sıra suallar verdi. Peyğəmbər (s) sözünün sonunda dedi: “Atasına and olsun, əgər doğru desə doğruçulardan olacaqdır.” (Sünəni- Kubra” c. 2, səh. 61)
Allahdan qeyrisinə and içmək şirkdirsə bu qeyd olunan hədisləri sələfi-vəhhabilər necə izah edəcəkdir? Yəni, peyğəmbər (s) siz qədər də tövhidi anlamırdı? Sizin məntiqinizlə peyğəmbər (s) də müşrikdir?

Peyğəmbər (s) səhabələrinin həyatında and içmək.
Həzrəti Əlinin (ə) öz canına and içməsi.
And olsun canıma, əgər öz azğınçılığından və bədbəxtçiliyindən əl çəkməsən, səni axtaranları tanıyacaqsan.” (Bax:168, 182, 187-ci xütbələrə, 6 və 54-cü məktublar.)
And olsun canıma, məndən sonra sizin sərgərdançılığınız neçə qat artacaqdır!”(“Nəhcül-bəlağə” 161-ci xütbə)

Məsruq adlı səhabənin nəql etdiyi bir hədisin mətnində onun peyğəmbərin qəbrinə (s) and içməsi gözə çarpır. (Bax: “Əl-Bidayətu vən-Nihayə” İbn Kəsir Dəməşqi, c. 8, səh. 315; Şərhu Nəhcul-Bəlağə, İbn Əbil Hədid c 2, səh. 267; Məcməuz-zəvaid, Heysəmi c. 6, səh. 239)
Peyğəmbər (s) xanımının öz canına and içməsi: Aişədən nəql olunan bir hədisin mətninin sonuna nəzər salaq: “…Aişə dedi: Canıma and olsun ki, peyğəmbərlərin bu məsələyə yəqini vardır.” (Səhihi Buxari c. 4, səh. 1731. Çap: Dar ibn Kəsir.)
Peyğəmbərin (s) bir xanımı isə belə deyir: “Canıma and olsun ki, peyğəmbər (s) Rəcəb ayında ümrə yerinə yetirmədi.” (“Səhihi Müslim” c. 2, Araşdırma: Muhəmməd Fəvaid Əbdul-Baqi, Çap: Darul-Əhyaul-Kutub; Həcc kitabı, 35-ci bab)
1-ci xəlifənin oğlunun canına and içməsi: 1-ci xəlifə öz övladlarından birinin canına and içərək deyir: “Gözümün nuruna and olsun ki, bu iş baş tutmadı.” (“Səhihi Buxari” Araşdırma: Doktur Muhəmməd Deybul –Bəğa, c. 1, səh. 217. Çap: Dar İbn Kəsir)
Eyni rəvayət Müslimin “Səhih” əsərində də qeyd olunmuşdur.
Bəzi əhli sünnə alimləri bu andın dolayı yolla Allah Rəsuluna (s) aid olmasını qeyd etsələr belə yenə mütləq olan bir şey var. Yenə də Allahdan qeyrisinə yəni Allah Rəsuluna (s) and içilib. Fərz edək ki “gözümün nuru ifadəsi” onun öz gözünə aiddir. Yenə də Allahdan qeyrisinə and içilib.

2-ci xəlifənin öz canına and içməsi: “Ömər ibn Xəttab ömrünün son anlarında bir nəfəri Aişənin yanına göndərərək ona bu sözləri söyləməsini istədi: “Ona salamımı çatdır. Ona de: Əgər ona zərəri yoxsa və yerini darısqal etməyəcəyəmsə iki dostumun arasında dəfn olum. Əgər sənə hər hansı bir maniəsi varsa and olsun canıma bunu bil ki, Bəqidə peyğəmbər (s) dəfn olunan peyğəmbər (s) əshabı və xanımları Ömərdən daha üstündürlər.” (Hakim Nişapuri – “Əl-Mustədrək ələs-Səhihəyn, c. 3, səh. 99. Çap: Darul-Kutubul-elmiyyə.)
Osman bin Əbil-Asın canına and içməsi: Osman bin Əbil – As and içmək istədikdə canına and içərdi. (Bax: “Musənnəf ibn əbi Şeybə”, c. 5, səh. 30. Araşdırma: Sələfi alimi İbn Muhəmməd Usamə bin İbrahim Muhəmməd)
Sələfi-vəhhabi alimi sözügedən kitabında eyni cildə, eyni səhifədə yazır: Əgər kimsə desə ki, canıma and olsun ki, filan işi edəcəyəm ya etməyəcəyəm və öz andını yerinə yetirməsə kəffarə verməsi lazımdır. Bundan anlaşılır ki, bu andı (yəni canıma and olsun) şəri and kimi qəbul etmişdir. Görəsən sələfi-vəhhabi və ardıcılları buna nə deyəcək?

İbn Teymiyyənin canına and içməsi.
 Baxmayaraq ki sələfilərin ideoloqu İbn Teymiyyə Allahdan qeyrisinə and içməyi caiz bilmir və bu işi edənləri müşrik hesab edir amma özü öz canına and içmişdir. Deməli, İbn Teymiyyə öz inancına əsasən müşrik olmuşdur.
“Öz canıma and olsun ki…” (İbn Teymiyyə, Məcməu Fətəva, Araşdırma: Əbdurrəhman bin Muhəmməd bin Qasım, c. 9, səh. 25)
Yenə həmin mənbədə səhifə 95-də yazır: “Canıma and olsun ki, bu məsələ…” İbn Teymiyyə, Məcməu Fətəva, Araşdırma: Əbdurrəhman bin Muhəmməd bin Qasım, c. 9, səh. 95)
Eyni kitabın 15-ci cildində səhifə 174-175- də, 543 yenə də canına and içmişdir.
İbn Teymiyyə eyni andları sözügedən kitabın müxtəlif cildlərində təkrarlamışdır.
Mövzunun sonunda incə bir mətləbi də demək yerinə düşərdi. Bəzi hədislərdə peyğəmbərin (s) bəzi şəxsləri öz atalarına and içməkdən çəkindirməsinin səbəbi atalarının kafir olmasına görə olmuşdur. Yəni onların kafir atalarının bu işə ləyaqətləri yoxdur. Bu cür hədisləri araşdırmadan irad tutanlar sələfi-vəhhabilər qeyd etdiklərimiz dəlillərə təəssübkeşlik etmədən baxmağı tövsiyə edirik.

Əhli sünnənin dörd məzhəb imamları and içmək barədə fətvaları.
Hənəfi – Məkruhdur.
Şafei – Məkruhdur.
Hənbəli – Məkruhdur.
Maliki –Məkruhdur.
Mənbə: Əl-Fiqhu ələl-Məzahibul-Ərbəə, bab: “Kitabul-Yəmin, c. 1, səh. 75. Misir çapı.

Sual: Məkruh bir əməli həyata keçirən müşrik olurmu?
Cavab: Xeyr.
Elə isə özün əhli sünnə adlandıran sələfi-vəhhabilər və onlar kimi düşünənlər hansı dəlilə əsaslanaraq məkruh işi həyata keçirənə müşrik adlandırırlar? Öz kitabından xəbərsizlərə kitab oxumağı, mütaliə etməyi tövsiyə edirik.

Əqli dəlil.
Bəziləri deyə bilər ki Allah ixtiyar sahibidir nəyə istəsə and içər. Soruşuruq: Allah Quranda özündən qeyrisinə and içməyi konkret olaraq qadağan edibmi? Xeyr etməyib. Yaxşı, onda yenə soruşaq: Allah pis iş görərmi yaxud bizi pis bir işə dəvət edərmi? Xeyr.
Kimsə yenə etiraz edə bilər ki, bu andlar Allaha məxsusdur. Onda biz yenə haqlı olaraq soruşuruq:
Sual 1: Məgər Allahdan qeyrisinə and içən kamil ağlın sahibi Həzrəti Muhəmməd (s) bu məsələni sizin qədər də anlamırdı ki, Allahdan qeyrisinə öz canına, səhabənin atasının canına and içirdi?
Sual 2: Sələfilərin ideoloqu İbn Teymiyyə dəfələrlə öz canına and içir. Bunu necə izah edirsiniz?
Sual 3: Peyğəmbər (s) xanımı öz canına and içir, səhabə peyğəmbər (s) qəbrinə and içir, xəlifələr öz canına yaxud övladının canına and içirlər. Bütün bu dəlillərə sözünüz nədir? Əgər Allahdan qeyrisinə and içmək müşriklikdirsə onda qeyd etdiyimiz şəxslər hamısı sizin nəzərinizdə müşrik olmalıdır. İslamı onlar anlamadı sizmi anlayırsınız?

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.
































Yorumlar

  1. Allah and içir.Amma insan Allaha və And olsun Qurana deyə bilər.Sizin düşüncəniz tamamilə səhvdir.Başın boş oıduğu üçün başlıqda sələfi vəhabi sözünü qeyd edibsən.İnşəəAllah Qiyamət günü bu sözə görə əbədi peşiman olarsan.Allah sənə hidayət versin.Düz yola gəl.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)