Ağlama Xocalım ağlama... (birinci hissə)
-
Salam
Xocalı.
-
Salam.
- Niyə belə kədərlisən?
- Bu gün ayın neçəsidir?
- Bu gün Fevral ayının...
- 26-dır, düzdür?
- Bunu necə bildin?
- Bunu bilməyə nə var ki... Məgər siz məni
başqa vaxt xatırlayırsınız ki... Siz...
- Düz deyirsən biz unutqanıq.
- Mən elə bilirdim ki...
- Elə bilirdin gecə-gündüz sənin azadlığın
haqqında düşünürük? Sənin azadlığın haqqında planlar cızırıq?
- Xeyr! Xeyr! Onsuz da mən sizə yaxşı bələdəm.Düşünürdüm
ki, bu illər ərzində mənə qarşı olan laqeyid münasibətiniz az da olsa dəyişib.
Lakin görürəm ki, dəyişən illər sizdə
heç bir təsir qoymayıb.Çox təəssüf olsun ki, mənə qarşı olan laqeyid
münasibətiniz hələ də davam edir. Mənə qarşı olan zülmlərə göz yumub məni məzlum
etmisiniz.
- Ay Xocalım! Elə bilirsən ki, təkcə sən məzlumsan?
Düşmən tapdağı altında olan, hər qarış torpağımız məzlumdur. Xankəndi, Şuşa,
Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan. Heç onları görürsən?
- Bəli görürəm.Kimi dindirsəm sizdən gileylənir,
şikayət edir...
- Niyə Xocalım?
- Çünki sizin laqeyidliyiniz daha onları da təngə
gətirib. Məgər düşmənin bizimlə necə rəftar etməsindən xəbərsizsiniz?
- Xeyr Xocalım. Sizin başınıza gətirilən bütün
faciələrdən xəbərimiz var.Təbii sərvətlərinizin yağılar tərəfindən necə talan
olunmasını, meşələrinizin necə yandırılmasını, və ya qoynunda necə əylənib kef çəkmələrini, tarixi abidələrin
məhv edilməsini, adlarının dəyişdirilərək təhrif olunmasını, üzərinizdə hərbi təlimlərin
keçirilməsini, bir sözlə öz çirkin siyasətlərini sizin üzərinizdə necə həyata
keçirtdiklərini çox yaxşı bilirik. Hələ bunlar azmış kimi...
- Bəsdir!!! Daha dinləməyə taqətim qalmadı. Deməli
siz bütün bu həqiqətləri bildiyiniz halda hələ də susursunuz?
- Bəli, Xocalım.
- Heç xəcalət çəkib utanmırsınız?
- Xeyr Xocalım. Artıq dəyərlər dəyişilib, biz
başqa şeylərdən utanırıq...
Biz
hicabdan utanırıq. Hicablı xanım görəndə utandığımızdan ölmək istəyirik....
Biz Mübariz İbrahimovdan utanırıq...
- Axı o
şücaətli, imanlı və qorxmaz bir qəhrəman idi...
Onun igidliyi bütün Qarabağa yayıldı.Onun igidliyi bizi necə sevindirdisə,
eləcə də, şəhidliyi də bizi kədərləndirdi. Çünki bizim Mübariz kimi qəhrəmanlara
ehtiyacımız var.
- Amma biz insanları qəflətdən oyadaraq, onlara
vətən, din sevgisini aşılayan qəhrəmanlardan utanırıq.Bizə insanlara lay-lay
çalıb, “hər şey yaxşı olar”, “heç narahat olmayın, hər şey düzələr”, deyib bütün faktları ört-basdır edən, yaltaq,
dırnaqarası qəhrəmanlar lazımdır.
Biz
ölkəmizdə məscidlərin çoxalmasından, əzan səsinin şəhərə yayılmasından, müasir
gəncliyimizin vətənpərvər, əxlaqlı, əli dəstnamazlı, dili Quranlı böyüməsindən
utanırıq.
- Artıq
utanmaq hissinizdə ölüb?
- Utanmaq həyadan gəlir Xocalım.
- Siz necə həyadan danışırsınız ki, hicabdan
utanırsınız.
- Həya imandandır Xocalım.
- Siz necə müsəlmansınız ki, Allahı qoyub
şeytana qulluq edirsiniz.
- Biz coğrafi müsəlmanıq Xocalım. İman hələ qəlblərimizə
daxil olmayıb.
- Məgər Quran oxumursunuz?
- Xeyr Xocalım... Quran bizim stolüstü
kitabımızıdır.
- Kaş Quran sizin həyat kitabınız olaydı.Onda mən
də tezliklə əsarətdən azad olardım.
- Sənə bir şad xəbər verimmi Xocalım?
- Şad xəbər? Bütün bunlardan sonra?
- Bəli Xocalım. Bəlkə də eşitmisən. Bu
yaxınlarda sənin başına gətirilən bu faciələrin tanınması üçün səs vermə keçirtdik.
Artıq bütün dünya sənin məzlumluğundan xəbər
tutacaq. Bilirsən səni kim yad edəcək? Ba...
- Onun adını eşitmək istəmirəm.
- Niyə Xocalım? Burda pis nə var ki. Bəs istəmirdin
ki...
- Xeyr mənim heç vaxt belə istək və arzum
olmayıb. Niyə özünüzü bu cür sözlərlə aldadırsınız? Sizin halınıza təəccüb edirəm.Siz
öz dost və düşməninizi hələ də yaxşı tanımamısınız.
- Axı o səni yad edəcək?
- Məni yad etmək yox, əsarətdən azad etmək
lazımdır. Siz niyə anlamırsınız axı niyə? Mənim ürəyim qan ağlayır.Düşmənin üzərimdə
atdığı hər addım bağrımı dəlir, çəkdiyi qəhqəhələr qulaqlarımı deşir. Gözlərimi
yola dikərək hər an sizi gözləmişəm. Amma siz mənim düşmənlərimin quru sözlərinə
aldanaraq, xəyallara dalmısınız.Onların başımıza açdığı bu müsibətlərdən dərs
almadınızmı? Siz niyə belə sadəlövhsünüz? Hər sözə, hər şayəyə niyə birinci siz
inanırsınız? Siz niyə bu faciələrdən ibrət götürmürsünüz? And olsun Allaha mənim
azadlığım yalnız və yalnız xalis əsgərlərin əli ilə olacaq.
- Xalis əsgər?
- Bəli. Onların sayı Bədir əsgərlərin sayı qədərdir. Onların rəhbəri nə
gözəl bir rəhbərdir... Amma siz onu da mənim tək məzlum edərək, səhralara salmısınız.
Siz bu qədərmi laqeyid və məsuliyyətsiniz? Siz... Siz...
- Nə oldu Xocalım, niyə susdun?
- Aaaa sən ağlayırsan? Ağlama Xocalım ağlama.
Elə bildim bu xəbərdən sevinəcəksən.. Əgər bilsəydim...
- Siz indiyə kimi mənim nə istədiyimdən xəbərsizsiniz?
Mən sizi istəyirəm, sizi gözləyirəm niyə anlamırsınız. Nə qədər mənə qarşı laqeyid
olsanız belə mən yenə sizi sevirəm.
- Kaş biz də səni bu qədər sevə biləydik... Bağışla Xocalım gedirəm... Salamat qal...
- Bizi azad etməyə nə zaman gələcəksiniz?
-
- Bizi
azad etməyə nə zaman gələcəksiniz?
-
- Onları azad etməyə nə zaman gedəcəyik
bilirsinizmi?
25.02.13 tarixində qələmə aldığım yazı.
Mahir
Şəkərov.
Yorumlar
Yorum Gönder