Balıq Hafiz ve Qamet Suleymanova cavab.

Dedi: - Yer fırlanır... inanmadılar.
Onlar ona güldü, o da onlara.
Dedi: -Həqiqətə şübhənizmi var?
Dedilər: - Haqq deyən çəkilir dara.

O dedi: - Fırlanır, fırlancaq yer,
Buna gülsəniz də, gülməsəniz də.
Yerdən dərs götürüb ölənə qədər
Məgər fırlanmırıq həyatda biz də?
(Bəxtiyar Vahabzadə)

Bir müddətdir ki, "Yerin fırlanıb-fırlanmaması" məsələsi müzakirə obyektinə çevrilib.Bu müzakirələrlə yaxından tanış olsam da, heç birinə cavab vermək fikrim olmayıb. Axı görünən kəndə nə bələdçi?
Amm kəndin görünməsi və bələdçinin varlığı bu məsələni həll etmədi. Səudiyyə Ərəbistanında bir dəli quyuya bir daş atıb, bütün dünya yığışıb onu çıxara bilmir ki, bilmir...
Zahirdə müsəlman libasına bürünən, amma həqiqətdə, İslamdan çox-çox uzaq olan bu münafiq sələfi-vəhhabilər, tarix boyunca müsəlmanların adına ləkə gətirib, onları gözdən salmaqla məşğul olublar. Atın ölməsini bayram hesab edən bir qrup şəxslər, fürsəti fötə verməyib, sələfi-vəhhabilərin yersiz iddialarını, internet və mediada İslam və müsəlman adı ilə təqdim edirlər. "İslam alimi", "Dindarlar", "Böyük alimlər" deyir ki, yer fırlanmır - deyib, internet və sosial şəbəkələrdə iri şriftlərlə başlıqlar yazıb, mediada bar bar bağıranlar, kimin dəyirmanına su tökməklə məşğuldurlar?
Qamət Süleymanovun da bu məsələ ilə bağlı tutduğu mövqe diqqətdən yayınmadı.Bu qalmaqalı yaradan "sələfi qardaşı" Əl-Xeybəriyə ilk dəstək verən Qamət oldu. Daha sonra, Elşad Mirinin moizəsindən təsirlənən Qamət, deyəsən elə Elşad Mirinin nəsihətini dinləyərək, 6-cı sinifin kitablarını varaqlamalı oldu. Bir neçə gün başı kitablara qarışan Qamət, yenidən müsahibəsində, "Mən deməmişəm yer fırlanmır", "Məni düzgün anlamayıblar" deməklə, ikili mövqe nümayiş etdirdi.
Ay Qamət! Narahat olma, biz səni çox gözəl anlayırıq. Azərbaycanda əyləşib, Səudiyyədəki "qardaşlarına", "Biz sizi dəstəkləyirik yer fırlanmır", "Biz sizinləyik", kimi mesajları göndərmək hər sələfinin işi deyil. Mesajınız lazım olan ünvanlara yetişdi Qamət bəy! Necə deyərlər, seyrə davam...
Afərin sizə! Siz bu mövzunu aktual etməklə, bir daha göstərdiniz ki, Müaviyənin arxasında çərşənbə günü, cümə namazı qılanlar bu gün də mövcuddur... Çərşənbəni cümədən ayırd edə bilməyənlərin ardıcılları bu gün də, yerin fırlanıb-fırlanmamasını ayırd edə bilmirlər.Azərbaycanda əyləşib, Səudiyyədəki Müaviyənin məntiqsiz və düşünülməmiş sözlərini təkrarlamaq, ona dəstək vermək, elə çərşənbə günü cümə namazı qılmağa bərabərdir...
Bura qədər oxuduqlarınız son günlərdə gedən müzakirələrin qısa təhlili idi.Bu mövzu o qədər aydın və aşikardır ki, bunu sübuta yetirmək, dəlillər gətirmək, günlərlə müzakirə predmentinə çevirmək yersizdir. Mən bu mövzuya toxunmazdım, əgər Hafiz Hacıyevin müsahibəsini görməsəydim...
Bəli, Hafiz Hacıyev. Müasir Müsavat Partiyasının sədri, Elçibəy hökümətinin balıq naziri, biologiya elmləri namizədi, "Balıq" ləqəbi ilə tanınan və bu ləqəbi ilə fəxr edən, Hafiz Hacıyev... Hafiz Hacıyev yerin fırlanıb-fırlanmaması məsələsinə münasibət bildirərkən müsəlmanları təhqir edib.
Hafiz Hacıyev: " Amma maraqlıdır, dindarlar haradan bilir ki, yer fırlanır, ya yox?! Onlar gedib yaslarda mollalıqlarını edib 3-5 manatlarını qazansınlar, kainatın işinə qarışmasınlar.Bunu deməklə özlərini "bilici" kimi göstərmək istəyirlər, amma təəssüf ki, o gücə, o başa malik deyillər."
Cavab: Hafiz bəy! Yerin fırlanıb-fırlanmamasının dindarlıqla nə əlaqəsi? Azərbaycan xalqını "dindar" və "qeyri dindar"a ayırmağa sizə kim ixtiyar verib? Dindar deyəndə nəzərdə tutuduğunuz kimlərdir? Bir stəkan su ilə dünyanın fırlanmadığını sübuta yetirməyə çalışan, İslam düşmənləri sələfi vəhhabilər? Dindar dediyiniz onlardır? Məgər onların dini var? Müsəlman ölkələrində, müsəlaman cildinə girərək, körpə uşaqlardan ta qocalaradək heç kimə rəhm etmədən, onları qətlə yetirmək hansı İslamda, hansı dində var? Məlumdur ki, sizin dərdiniz onlarla deyil, Zahirdə onları nişan alıb, həqiqətdə Azərbaycan dindarını vurursunuz. Elə düşünürsünüz ki, siz yaxşı nişançısınız? Hətta fərz edək ki, siz sərrast nişançısınız. Amma nə fayda. Hafiz bəy! Balıq ovlamaq üçün nişançı olmaq lazım deyil. Siz balıqçısız, balıqçı...
Deyirsiniz ki; " Onlar gedib yaslarda mollalıqlarını edib 3-5 manatlarını qazansınlar, kainatın işinə qarışmasınlar."
Cavab: Hafiz bəy! Maraqlıdır, bəs onda siz niyə öz işinizlə məşğul olmursunuz? Dindarlara qarşı işlətdiyiniz bu ifadələr təhqirdən başqa bir şey deyil. Belə olan halda kimsə sizə; "əziz balıqçı, bəs siz niyə işinizlə məşğul olmursunuz?", "Balıqçılar haçandan siyasətlə məşğul olurlar", desə nə deyəcəksiniz? Mollaların qazandıqları 3-5 manata gəlicə isə; Bunu bilin ki, bir gün, həmin 3-5 manatı sizin övladlarınız, o bəyənmədiyiniz dindara- mollaya verəcəklər. Mən sizə ölüm arzulamıram. Onsuz da ölüm elə bir həqiqətdir ki, hamı onu dadacaq.

Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.

Hafiz Hacıyev: " Amma maraqlıdır, dindarlar haradan bilir ki, yer fırlanır, ya yox?!"
Cavab: Hafiz bəy! Dindarlar Allahın onlara göndərdikləri, Quranın ayələrini oxumaqla bunu bilirlər.Niyə təəccüblənirsiz? Elə düşünürdünüz ki, Quranda elə ancaq namaz, oruc, zəkat, cənnət, cəhənnəm və bu kimi ayələr var? Xeyr, Hafiz bəy! Quranı bəsirət gözü ilə oxusanız görəcəksiniz ki, Quranda bütün mühum məsələlər və elmlər barədə ayələr mövcuddur. Mən yerin hərəkəti ilə bağlı bir ayəni nəzərinizə çatdırıram. Uca Allah buyurur: " (O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən.Halbuki, onlar buludun keçdiyi kimi, hərəkət edərlər. (Bu) hər şeyi möhkəm və əsaslı yaradan Allahın işidir..." (Nəml sürəsi 88-ci ayə)
Əgər bu ayədən xəbərdar olsaydınız, onda müsahibənizdə "mən bu (yerin fırlanması haqda) suala cavab verməkdə çətinlik çəkirəm" deməzdiniz. Bunu bilmək üçün nə ilahiyyatçı olmaq və nə də İslam universiteti bitirmək lazım deyil. Sadə bir müsəlman olub, Quranı oxumaq kifayət edərdi.
Hafiz Hacıyev: ...Dindarlar bu işi bilmədiklərinə görə, münasibət bildirmələrinə etiraz edirəm."
Cavab: Bu sizin düşündüyünüz xam xəyaldan və müsəlmanlara olan nifrətinizdən dolayı deyilən, dəlilsiz və məntiqsiz sözdən başqa bir şey deyil. Sizin dindar dedikləriniz baş kəsən sələfilərdisə də, hətta nəzərdə tutduqlarınız onlardırsa siz yenə də səhv edirsiniz. Çünki siz "cəm"də danışırsınız. Yoxsa, "dindarlar" sözünün cəm olmasından da xəbərsizsiniz? Heç siyasəti də bacarmırsınız cənab balıqçı!
Əgər belədirsə, maraqlıdır bəs siz niyə öz işinizlə məşğul olmayıb, dindarlardan danışırsınız? ilahiyyatçısınız? Quranı neçə dəfə tərcüməsindən belə olsa oxumusunuz? Neçə dini kitabı varaqlamısınız? Neçə hədis deyə bilərsiniz peyğəmbərimizdən (s).
Əgər bunlara cavabınız yoxdursa, bəs hansı ixtiyarla, bu qədər asanlıqla müsəlmanları ittiham edirsiniz? Başqa bir misal; Əgər kimsə bu gün balıqdan danışmaq istəsə gərək sizin kimi zoomühəndis ola? Bu ki absurddur.
Siz deyirsiniz ki; " Bunu deməklə özlərini "bilici" kimi göstərmək istəyirlər, amma təəssüf ki, o gücə, o başa malik deyillər."
Cavab: Müsəlamanları ittiham etməzdən öncə, onların tarixinə bir nəzər salmaq daha məntiqli olmazdımı? Müsəlmanların biliyi və elmi barəsində zərrə qədər agahlığınız olmadığı halda, gözlərinizi yumub, ağzınızı açmağınıza təəcccüb edirəm doğrusu...
Elə bir elm sahəsi deyə bilərisinizmi ki, orda müsəlmanların əməyi olmasın? Məgər bütün dünya, müsəlmanların elmindən bəhrələnib, bu elm çeşməsindən su içməyiblərmi? Mən tarixi faktlardan əlavə, Quran və hədislərdən də kifayət qədər dəlillər gətirməyə hazıram. Amma gərək siz də təəssüf eynəyini çıxarıb bəsirət gözü ilə onları oxuyasınız.
Hafiz Hacıyev: "Dindaram" deyənlərin çoxu Quranı oxumayıblar və fırıldaqçıdırlar."
Cavab: "...Allahın lənəti olsun yalançılara". (Ali-İmaran 61)
Zərrə qədər vicdanı olan şəxs, bu ifadəsinə görə ən azından utanıb, xəcalət çəkər.Mən sizdən danışmıram Hafiz bəy! Vicdanı və həyası olanlardan danışıram. Qəti narahat olmayın…
Deyirsiniz ki; "Axı onlar, (dindarlar) kimdir?"
Cavab: Dindarların kimliyi sizdən başqa hamıya məlumdur.Amma sizin kimliyiniz, özünüzdən başqa hamıya məlumdur. Kimliyinizi həqiqətən də bilmək istəyirsiniz? Bu ki, çətin deyil. Seçki qabağı TV-də etdiyiniz söhbətlərə, əxlaq normalarına sığmayan söz və ifadələrinizə, öz mənafeyinizə xatir, başqalarına atdığınız böhtanlara baxın.İnsan unutqandır, baxdıqdan sonra əsl kimliyinizi xatırlaycaqsınız. Öz evi şüşədən olan, başqasının evinə daş atmaz Hafiz bəy! Siyasətiniz olsun.
Dindarlardan niyə xoşunuz gəlmir? Həqiqəti, bir ox kimi, batilin ürəyinə sancdıqları üçün? Yoxsa əsl fırıldaqçıları ifşa edib, rusvay etdikləri üçün?
Hafiz Hacıyev, müsahibədə işlətdiyiniz bir cümlədə belə deyirsiniz: "Getsinlər namazlarını qılsınlar."
Cavab: "Namazlarını qılsınlar" deyirsiniz. Biz namazlarımızı qılmağa çalışırıq. Bu Allahın əmridir. Sizin kimi, ilahi həqiqətlərə naməhrəm olanlar bunu dərk etməzlər. Namaz hər bir müsəlmana vacib olduğu kimi sizə də vacibdir. Deyəsən unutmusunuz bunu.Bəs siz nə vaxt namaz qılacaqsınız? Nə zaman bu ilahi əmrin qarşısında müti bir bəndə olacaqsınız? Nə vaxta qədər, ilahi əmrlərə tabe olub, Allahın əmrlərinə uymaq istəyən müsəlmanları "molla" deyib məsxərə edəcəksiniz?
Unutmayın! Sizin dünyaya gəlişiniz (yəni- kəbin) və dünyadan gedişiniz – (cənazə və dəfn-kəfniniz) bu bəyənmədiyiniz molların əli olub və olacaqdır.Niyə düşünmürsünüz?
Mahir Şəkərov.




Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)