Bədbəxt kimdir?
BƏDBƏXT və XOŞBƏXT - Bir-birinə
qarşı əks məna daşıyan iki kəlimə. Başqa sözlə desək bir antonim nümunəsi.
Yaşadığımız zaman çərçivəsində işlətdiyimiz, eşitdiyimiz və əməli cəhətdən
müşahidə etdiyimiz bir təzad...
Bu kəlimələrə, yaşadığımız maddi dünya pəncərəsindən baxdığımızda bir
cür, ilahi qanunlar əsasında, ilahi baxışla baxdığımızda isə başqa cür məna etmək
mümkündür.
Əgər sorğu keçirib "bədbəxt və xoşbəxt kimdir" sualına
cavab axtarmaq istəsək, müxtəlif və bir-birinə uymayan fikirlərlə qarşılaşarıq.
Buna nümunə kimi Azərbaycanda keçirilən müxtəlif sadə sorğuları misal çəkmək
olar. "Sizin fikrinizcə Allah neçə
dənədir" sualına gənc universitet tələbələri müxtəlif rəqəmlər söyləyərək
tapmaca tapırlarsa, onda digərlərini siz düşünün...
Mən nümünəni əziz İslam peyğəmbərimizin (s) öz səhabələri ilə
keçirtdiyi sorğudan gətirmək istəyirəm. Bir gün Allah Rəsulu ətrafına cəm
olanlara (s) qul haqqından, insanları incitməkdən söhbət edirdi. Onlara başa
salmaq istəyirdi ki, dünyada insanlara istənilən şəkildə əziyyət edənlər Qiyamətdə
bunun əvəzini ya öz saleh əməlləri ilə ya da əziyyət etdiyi şəxsin günahlarını
daşımaqla cəzalandırılacaqlar. Və Allah
Rəsulu (s) onlarla bu sorğunu keçirtdi. O həzrət buyurdu: "Sizcə müflis
kimdir?" Yanındakılar dedilər: Bizim fikrimizcə, müflis o şəxsdir
ki, dünya malından əlində bir şey olmaya. Biz bu cür kimsələri müflis hesab
edirik.
Allah Rəsulu (s) buyurdu: "Xeyr!
Həqiqi müflis odur ki, dünyada xeyir əməllər yerinə yetirər, amma Qiyamət
günü Cəhənnəmə daxil olar. Dedilər: Ey Allahın peyğəmbəri (s) , bu necə mümkün
ola bilər?
Allah Rəsulu (s) buyurdu: Həmin şəxs, dünyada yaxşı və xeyir əməllər etsə
də, dünyada insanları söz, əməl və davranışları ilə incitmişdir. Qiyamət günü,
həmin haqq sahibləri haqlarını ondan tələb edəcək. Həmin şəxs də öz xeyir əməllərini
haqq sahiblərinə bir-bir verəcək və özünə heç bir xeyir əməl qalmaz. Belə olan
surətdə onu Cəhənnəmə daxil edəcəklər. Agah olun! Ümmətin ən müflis şəxsləri,
bu cür əməl sahibləridir.
Diqqət etdinizmi?! Deməli, istənilən
mövzu zamanı bizə ən yaxşı bələdçi Quran və səhih hədislərdir. Elə isə gəlin
görək, Quran baxımından "BƏDBƏXT və XOŞBƏXT"lər kimlərdir?
Qurani Kərim "bədbəxtliyin və xoşbəxtliyin" meyarını belə bəyan
edir;
"O gün (Qiyamət günü) gəlib çatdıqda Onun (Allahın) izni olmadan
kimsə danışa bilməz. İnsanlardan bir qismi bədbəxt, digər qismi isə xoşbəxt
olacaqlar. Bədbəxt olanlar od içərisindədirlər. (Cəhənnəmdə qalacaqlar) Onları
orada uzun-uzadı ah-nalə gözləyir. Rəbbinin istədiyi (tövhid və iman əhli)
istisna olmaqla, onlar orada əbədi qalacaqlar. Həqiqətən Rəbbin istədiyini edər.
(Hud sürəsi 105-106)
Deməli, Quran baxımından Cəhənnəm əhli "bədbəxt" Cənnət əhli
isə "xoşbəxt" hesab olunur.
Mövzumuzu Quranla davam etdirərək, Quran baxımından "bədbəxt"lərin
(Cəhənnəm əhlinin) bir qismini sizə təqdim edirik.
1.
Kafirlər
(Bəqərə 39)
2.
İlahilik
iddiasında olanlar (Fatir 36)
3.
Müşriklər
(Nisa 36)
4.
Övladını
öldürmək (Ənam 137)
5.
Napaklıq
(Tövbə 28)
6.
Möminlərlə
düşmənçilik (Maidə 82)
7.
Əməllərin
puç olanlar (Ənam 88)
8.
Yolu
azanlar (Nisa 116)
9.
Sərt yanaşma (Tövbə 5)
10.
İstiğfar nemətindən məhrum olanlar (Tövbə 113)
11.
Bağışlanmadan
məhrum olanlar (Nisa 48)
12.
Süqut və bədbəxtçiliyə düçar olanlar (Həcc 31)
13.
Cənnətdən
məhrum olanlar (Maidə 72)
14.
İlahi köməkdən
məhrum olanlar ( Maidə 72)
15.
Axirətdə məzəmmət
olunanlar (Ənam 22)
16.
Qiyamət
günündə rüsvayçılıq (Nəhl 27)
17.
Qiyamət
günündə istehza olunanlar (Kəhf 52)
18.
Cəhənnəm əhli
olanlar (Bəqərə 204-206)
19.
Möminlər
arasına təfriqə salanlar (Tövbə 107)
20.
Cihaddan boyun
qaçıranlar (Ali-İmran 167)
21.
İman gətirməkdən
imtina edənlər (Bəqərə 13)
22.
Arzulara
aldananlar (Hədid 14)
23.
Zahiri
xoş, batini bəd (Bəqərə 204)
24.
Tağutun
mühakiməsindən razı olanlar (Nisa 60)
25.
İkiüzlülər
(Bəqərə 14)
26.
Yalan
danışanlar (Munafiqun 1)
27.
Peyğəmbər
və möminlərlə düşmənçilik (Munafiqun 4)
28.
Allah düşmənləri
ilə dosluq ( Mücadilə 14)
29.
Peyğəmbərin
istiğfarından üz çevirənlər (Munafiqun 5)
30.
Haqsan üz
döndərənlər ( Nisa 61)
31.
Allahın və
peyğəmbərin hökümətindən üz çevirənlər ( Nur 47)
32.
Riyakarlıq edənlər (Nisa 142)
33.
Sərgərdanlıq
edənlər (Nisa 143)
34.
Hər şeydən
şübhə duyanlar (Tövbə 45)
35.
Möminləri
məzəmmət edənlər (Ali-İmran 168)
36.
Şayiə
yayanlar ( Nisa 83)
37.
Möminlərə
zərbə vurmaq ( Tövbə 107)
38.
Kafirin
yanında izzət axtaranlar (Nisa 139)
39.
Özlərini
izzətli bilənlər ( Munafiqun 8)
40.
Eyib
axtaranlar (Tövbə 58)
41.
Fitnə-fəsad
törədənlər (47-48)
42.
Allahı
unudanlar (Tövbə 67)
43.
Yalan yerə
and içənlər ( Mücadilə 14-16)
44.
Namaza
qarşı rəğbətsizlik edənlər (Nisa 142)
45.
Kafirlərlə
dost olanlar ( Nisa 138-139)
46.
Allah
yolunda xərcləməyə ikrah duyanlar (Tövbə 54)
47.
Allahı
daha az yad etmək (Nisa 142)
48.
Azğınlığa
düçar olanlar (Nisa 88)
49.
Allahın qəzəbinə düçar olanlar ( Fəth 6)
50.
Allahın lənətinə
düçar olanlar (Tövbə 68)
51.
İnamsızlıq
edənlər (Əhzab 12)
52.
Düşüncəsizlik
edənlər (Munafiqun 7)
53.
Hiyləgərlik
edənlər (Bəqərə 8-9)
54.
Fasiqlik
edənlər (Tövbə 67)
55.
Yalan yerə
vəd verənlər (Həşr 11-12)
Burda qeyd olunanlar "bədbəxt"lərin (Cəhənnəm əhlinin) bir qismi idi.
İndi bildinizmi "BƏDBƏXT" KİMDİR?!
Mahir Şəkərov.
Yorumlar
Yorum Gönder