Əbəsə sürəsində məzəmmət olunan peyğəmbər (s) deyil!!! Hz Muhəmməd (s) məsumdur.
Peyğəmbərə (s) günah nisbət verənlər iddia edirlər ki, bir gün peyğəmbər (s) ətrafında müşriklər, qəbilə başçıları olan halda istəyirdi onlara İslamı anlatsın. Bu zaman kor bir kişi (Ümmi-Məktum) gəlir. Peyğəmbər (s) o kişini görəndə üzünü turşudur qaş qabağını tökür və o kişidən üz döndərir. Bu qarşı tərəfin fikridir. Amma əslində məsələ əslində necədir? İlk öncə görək bu Əbəsə nədir ? Əbəsə ərəb dilində bir əməldir ki, qarşı tərəfdən bezib, təngə gəldiyini bildirmək üçün qaşqabağını tökmək və üzünü turşutmağa deyilir. Əbəsə sözü Quranda iki dəfə Əbəsə olaraq, bir dəfə də əbus olaraq gəlib. Amma sırf əbəsə iki dəfə gəlib. Biri sözü gedən Əbəsə sürəsində. Biri də Müddəssir sürəsində. Müddəssir sürəsində gələn ayə Vəlid İbni Muğirə barədə, bir kafir barədə gəlib. Allah bu işi, bu sifəti bir kafirə nisbət verir. Quran buyurur: ثُمَّ عَبَسَ وَبَسَرَ
Bu zaman üz-gözünü turşutdu, qaş-qabağını tökdü. (Müddəssir 22)
Sual: Necə ola bilər ki, bir sifət Quranda cəmi iki dəfə gələ və bir dəfə bu kafir barədə işlənə və bir dəfə də ən üstün şəxs, aləmlərə rəhmət peyğəmbəri (s) barədə. Bu Quranın ecazı baxımından uyğun olmayan bir işdir. Buna cavabınız nədir? Əbəsə sürəsində əsasən üç nəfər var. Biri peyğəmbərdir (s), biri Ümmi Məktum həmin kor kişi, biri də haqqında danışılan 3-cü şəxsdir. Əbəsə ərəb dili baxımından bu ayədə ğayebdir. Yəni xitab olunan zahirdə məlum deyil. Əgər bu xitab peyğəmbərə (s) olsaydı onda gərək belə olaydı, əbəstə və təvəlləytə. “Sən qaşqabağını tökdün, Sən üz çevirdin.” Amma ayə buyurur o qaşqabağını tökdü. O üz çevirdi. Onun yanına kor gəldiyində. 3 ayənin heç birində peyğəmbərdən (s) söz getmir əksinə 3-cü şəxsin təkindən gedir. Quran buyurur; عَبَسَ وَتَوَلَّى
Qaşqabağını töküb, üzünü çevirdi. (Əbəsə 1)
أَن جَاءهُ الْأَعْمَى – Onun yanına kor gəldiyinə görə. (Əbəsə 2)
Ayənin ardına baxdıqda özümüz görəcəyik ki, söhbətin peyğəmbərlə (s) əlaqəsi olmadığını görmək olur;
أَمَّا مَنِ اسْتَغْنَى – Amma dövlətli, yaxud özünü və ehtiyacsız hesab edənə gəldikdə isə,
فَأَنتَ لَهُ تَصَدَّى – Sən onu yaxşı qarşılayırsan və istiqanlı rəftar edirsən. Diqqət edin. Əgər biz desək ki, peyğəmbər (s) o kor kişiyə görə qaş-qabağın tökdü onda bu ayələr də peyğəmbərə (s) aid olur. Peyğəmbər (s) müşrik varlılarla yaxşı rəftar edir amma bir möminlə bu cür? Ayədə olan əbəsə məzəmmətdir. Təvəllə - məzəmmətdir. Əncə əhul əma məzəmmətdir. Bu mivalla ayənin davamı da məzəmmətdir. Bu məzəmmətlər kimədir? O şəxsə ki kor kişidən üz döndərib. Bəziləri deyir ki, Allah ayəni bu cür (peyğəmbərin (s) adın çəkmədən, ona birbaşa xitab etmədən) gətirməklə ona hörmət etdiyini bəyan edir.Cavabında deyirik ki, bu necə hörmətdir ki, onu məzəmmt edir, danlayır?! Fərz edək ki, bu hadisə peyğəmbərlə (s) bağlıdır. Onda belə çıxır ki, peyğəmbər (s) Ümmi Məktum kimi bir möminin qəlbini qırıb təhqir edib. Ondan üz döndərib. Ona zülm edib. Ən azından o, bir müsəlman idi. Bir müsəlmana qarşı da bu cür rəftar yol verilməzdir. Ümmi Məktum həm də kor idi. Görmürdü nə baş veri orada. Belə halda onun qəlbini qırıb ondan üz döndərib qarşı tərəfin iddiasına görə. Hətta bunu adi bir mömin də etməz. Görəsən peyğəmbər (s) bu əxlaqın yiyəsi idi ki, onun yanına gələn şəxsə qarşı üzünü turşutsun? Ondan üz döndərsin? Quran deyir ki xeyr. Qələm sürəsi 4 - وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ
Baxın. Allah peyğəmbəri (s) tərif edir. Nəyinə görə? Namaz, oruc, zəkat, həcc? Xeyr. Məhz, əxlaqına görə. Özü də görün necə tərif edir. “Ya peyğəmbər sən ən böyük əxlaq sahibisən.” Sifətin ən üstün forması, ən üstün əxlaq. Bu ayədə olan əksər sözlər təkiddir. İnnəkə - təkid. Lə - təkid. Bu ayəni daha da gücləndirir. Peyğəmbər (s) elə bir əxlaqa sahib idi ki, ən üstün əxlaq – yəni ədəbdə və əxlaqda yeganədir. Misilsizdir. Təkdir. Heç kim ədəb və əxlaqda ondan üstün deyil. Ayə bunu çatdırır.Təkidlərin gəlməsi, ərəb dili baxımından bunu bildirir.
Digər bir ayə: Ali İmran 159 – فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ “
“Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla mülayim oldun və əgər qaba və daş ürəkli olsaydın onlar mütləq sənin ətrafından dağılaşardılar.”
Uhud müharibəsində peyğəmbər (s) 50 oxçunu bir təpəyə yerləşdirərək göstəriş verir ki, hər nə olursa olsun yerinizi tərk etməyin. Amma bildiyiniz kimi onlar yerlərini tərk edir və müharibənin vəziyyəti tamamən dəyişirlər. Nəticədə müsəlmanlar məğlub olur. Nə qədər müsəlman şəhid olur. Amma peyğəmbər (s) onlarla yumşaq rəftar edir.Baxmayaraq ki bu qədər hadisələrə səbəb oldular. Peyğəmbərin (s) sözündən çıxdılar. Peyğəmbər (s) yumşaq rəftar edir onlarla, əxlaqla danışır. Onlar da bu işlərindən tövbə edirlər. Peyğəmbər (s) bu qədər işlərə səbəb olan birinə nə qədər rəhimli yumşaq davranıb. Amma bəziləri peyğəmbəri (s) ittiham edir ki üz döndərdi. Kimdən? Bir mömindən. Niyə? Gəlmişdi ki peyğəmbərdən (s) dinə dair bir neçə ayə, söz öyrənə. Kor bir adam, peyğəmbərin (s) müəzzini, əxlaqlı bir mömin və s. Belə şəxsə qarşı peyğəmbər (s) üz döndərir? Necə olur ki, Allah peyğəmbəri (s) əxlaqına görə bu qədər tərif edə və daha sonra Əbəsə sürəsində onu məzəmmət edə, danlaya. Bu təzaddır, Quranın ayələrinə ziddir bu iş. “Sən ən böyük əxlaq sahibisən” ayəsi hara, üz gözünü turşudub bir mömindən uzaqlaşmaq hara? Əbəsə sürəsindəki o məzəmmət və danlaqlar adi bir möminə də yaraşmır o ki qala peyğəmbərə. Səhihi Muslimdə Kitabul-Birri vəl-silə vəl-ədəb – babul zulmihi vəl-muslim vəl xəzlihi və ehtiqərihi və bənihi və irzihi və məlihi hədis nömrə 2564-də peyğəmbər (s) buyurur: “Bir-birinizə həsəd aparmayın. Ey Allahın bəndələri bir-birinizlə qardaş olun.Müsəlman müsəlmanın qardaşıdır.Müsəlman müsəlmana zülm etməz. Onu köməksiz qoymaz.Onu təhqir etməz. Bir müsəlmanın şərr insan olmasına bu kifayət edər ki öz müsəlman qardaşını təhqir etsin.” Sual: Necə olur ki, peyğəmbər (s) bu sözləri deyir, amma özü əməl etmir. Üz-gözünü turşutmaq bir mömini təhqirdir bu. Onun barəsində zülmdür ,onu köməksiz qoymaqdır. Bu necə din qardaşlığı oldu? Bu necə müsəlmançılıqdır ? Bu hədis ki Səhihi Müslimdə yer alıb, buna da cavab verin. Adi bir mömin bunu etməz. Peyğəmbərə (s) bir adi mömin qədər də dəyər vermirsiniz? Qarşı tərəf ki iddia edir, qəbilə başçıları, müşriklər gəlmişdi. Bu iddia Quran baxımından batildir. Ayəyə diqqət edin;
أَمَّا مَنِ اسْتَغْنَى – Amma dövlətli, yaxud özünü və ehtiyacsız hesab edənə gəldikdə isə,
فَأَنتَ لَهُ تَصَدَّى – Sən onu yaxşı qarşılayırsan və istiqanlı rəftar edirsən. Ayədə bir nəfərdən söhbət gedir. Əgər cəm olsaydı, orada daha çox adam olsaydı onda ayə cəm gələrdi tək yox. Buradan məlum olur ki, söhbət bir nəfərdən gedir. Bir nəfər şəxs üzünü turşudub o kora qarşı.
Şuəra 215 - وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ
“Sənə tabe olan möminləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!) Allah əmr edir peyğəmbərə ki möminlə yumşaq davran. Nəzakətlə rəftar et.”
Bir mömindən üz döndərmək, ədəbdir? Əxlaqdır? Yaraşar peyğəmbərə (s) ? Məsələnin batilliyini – Əbəs sürəsinin peyğəmbərə (s) aid olmamasını - Quranla anladıq. Öz batil iddiasını isbat etməyə çalışanlar, məsələ ilə bağlı saxta bir hədis gətirirlər. Saxta hədis: “Peyğəmbər (s) nə zaman o şəxsi görsəydi deyərdi: “Onun vasitəsi ilə qınandığım şəxs salam olsun sənə.” Mövzunu araşdırarkən bu saxta hədisin tam əksini gördük. Peyğəmbər (s) buyurur: “Allaha and olsun ki, Allah sənə görə heç vaxt məni məzəmmət etməyib.” (Təfsiri Əl-Burhan c 4, səh 428, Təfsiri Nurus-Səqələyn c 5, səh 509, Məcməul-Bəyan c 10, səh. 437) İki hədis var. İkisi də bir-birinə zidd. Vəzifəmiz nədir? Hansı Qurana ziddirsə qəbul etmirik. Peyğəmbər (s) özü buyurur: “Hansı sözüm Quranla uyğun olmasa qəbul etməyin.” O hədisin yalan olmasına bir dəlil daha deyək. Fərz edək ki o hadisə peyğəmbərə (s) xatir baş verib. Peyğəmbər (s) nə üçün hər dəfə o kişini görəndə deyir ki, “Salam olsun, o kəsə ki onun vasitəsi ilə məzəmmət olundum.” Allahın insanın məzəmmət etməsi, danlaması yaxşı haldır bir peyğəmbər (s) üçün? Orada mənfi bir iş baş verib. Bir mömindən üz döndərilib. Hər dəfə o mənfi işi xatırlatmaq dinin qaydaları ilə ziddir. İnsan, günahını dilinə gətirməsi xüsusən ictimai yerdə öz günahını etiraf etməsi, danışması o günahına görə sevinməsi səhv işdir. Tövbənin qəbul olmamasının bir nişanəsi də hədisdə var elə budur ki, insan öz keçmiş günahını danışa və ondan ləzzət ala. Əbəsə sürəsinin 17-ci ayəsində gedən prosesin nəticəsi küfr olaraq gəlib. Ölü insan! – burda ölü insanda məqsəd yəni ruhu ölüb. Ölü insan! Nə qədər kafir və nankordur. (Əbəsə 17) Əgər əbəsə peyğəmbərdirsə (s) onda bu ayədə ona aid olur. Bura qədər deyilən dəlillər bir daha isbat etdi ki, Əbəsə sürəsində sözü gedən şəxs peyğəmbər (s) deyil, 3-cü şəxsin təki – (Bəni Ümmeyyədən bir kişi) dir.
Mahir Şəkərov – ilahiyyatçı yazar.
Yorumlar
Yorum Gönder