Cavanlara yol verin…
QEYD: Bu məqaləni bütün aktiv və fəal gənclərə, həsr edirəm.
Bugünkü cəmiyyətimizin əsas problemlərindən biri
də cavanlara olan laqeyid münasibətdir. Bəli cəmiyyət –
cəmiyyətdə olan bəzi dırnaqarası ziyalı və özünü
saçının və saqqalının ağardığına görə
ağsaqqal zənn edən bir qrup…
Onlar öz təcrübələrini gənc
nəsillə paylaşıb, onlara yol göstərən bir
bələdçi olmaq əvəzinə, onların yolunu kəsən
maniəyə çevrilirlər. Elə bir maniə ki, yolun üzərində
uzanaraq özünü günə verən ilanları xatırladır.
Zahirən onlar sakit və təhlükəsiz görünsələr
də, əslində heç də belə deyildir. Eləki,
yaxınlaşıb maniəni keçmək istəyirsən, birdə ayılırsan ki,
daha iş-işdən keçib. Artıq ilan ilanlığını edərək batinində gizli
olanı, əməli şəkildə biruzə verib…
Bəzən bu maniələr sapı özümüzdən
olan baltalardan olanda, bu mübarizə biraz
daha çətinləşir… Nə isə…
Bütün insanlara nümunə olan Hz Muhəmməd
(s) buyurur: “ Xeyir işə açar, şər işə qıfıl olun.”
Görəsən bu tip şəxslər bütün insanlara
nümunə olan Hz Muhəmmədin (s) bu sözünü
eşitməyiblər? Nə üçün onlar hədisin əksinə olaraq şər
işə açar, xeyir işə qıfıl olurlar? Bunun
əsasən bir səbəbi var. Çünki onlar özlərinin
çata bilmədikləri nailiyyətlərə, başqalarının çatdığını
gördükdə bunu həzm edə bilmirlər.Çünki, bunu həzm etmək
üçün iman lazımdır, əxlaq lazımdır, ədəb lazımdır…
Ən əsası isə insan olmaq lazımdır. Bu tip şəxslər isə
bütün bunlardan məhrumdurlar. Onlar özünü
günə verən və fürsət tapan kimi ovuna
yaxınlaşan zəhərli ilan kimidirlər. Cavanlara qarşı
bu cür mövqe nümayiş etdirən dırnaqarası
şəxslər, deyəsən hələ də həsəd və qibtə
arasındakı fərqi bilmirlər…
Cavanlara qarşı mülayim olub, onlara
dəstək olmaq həm Alahın həm də Onun Rəsulunun
(s) bizə tövsiyəsidir.
Hz peyğəmbər (s) buyurur: “Sizə cavanlara yaxşılıq
(hömət) etməyi tövsiyə edirəm.Çünki, həqiqətən cavanların qəlbi
yumşaq olur.Onlarla mehriban dolanın.Həqiqətən Allah məni
peyğəmbər seçəndə qocalar mənimlə müxalifət etdi.Amma
cavanlar mənə qarşı çıxmadılar və
dini qorudular.”
Hz peyğəmbər bu mübarək sözləri
bizə çatdırmaqla yanaşı özü də bu məsələdə
çox həssaslıq göstərmiş, cavanlara xususi
diqqət və qayğı göstərmişdir.
Hər zaman, hər məsələdə onlarla
məşvərət edir, onların fikirlərinə hörmətlə yanaşardı. Allah
Rəsulunun (s) yüzdən çox səfiri olmuşdur. Bir neçəsi xaric,
əksəriyyətini yenə də cavanlar təşkil edirdi. Cavanlar
Allah Rəsuluna (s) o qədər məhəbbət göstərirdilər
ki, hətta Səudiyyə Ərəbistanın qərbində yerləşən Hicazdan
bir qrup cavanlar öz vətənlərindən hicrət edərək
peyğəmbərimizin (s) yanında qalmağa qərar verdilər. Hz
peyğəmbər (s) də öz növbəsində onlara çox
etibar edir, onları ən məsul vəzifələrə təyin
edərdi. Necə ki, Məsəb ibni Əmir peyğəmbərimiz
(s) tərəfindən İslamı təbliğ etmək üçün
Mədinəyə göndərilir. Bu gənc öz təbliğatı
ilə bir çox insanları İslamla tanış etməyə
müvəffəq olur.Hətta bir yəhudi aliminin də
müsəlman olmasına vəsilə olur.
Başqa bir nümunə isə İtab ibni
Əsiddir. İyirmi yaşı olmasına baxmayaraq Məkkəyə vali təyin
olunaraq bütün siyasi işlər ona tapşırılır. Baxmayaraq
ki, səhabələrin arasında ondan daha yaşlı olanları var idi.Bəziləri
cavan olduğu üçün bu işə etraz etdikdə peyğəmbər (s)
qətiyyətlə bildirir ki, vəzifəyə təyinatda meyar yaş yox, ləyaqət
və fəzilətdir.Hər yaşlı insan ləyaqətli olmur.Yaş böyüklük səbəbi
deyil.Böyüklük fəzilət və ləyaqətdir.
Allah Rəsulunun (s) bu tarixi sözlərini Məkkənin
dini təbliğatçısı iyirmi altı yaşlı Məaz ibni Cəbəl də daha sonralar
ifadə etmişdir. (Siyəri Hələbi 3-cü cild)
Hz peyğəmbər (s) vida həccindən qayıdarkən bu ayə nazil
oldu; “(Vəd olunan yerlər Allah tərəfindən Hz İbrahimin saleh
övladlarına verildi.) Ya Muhəmməd! Biz Tövratdan sonra Zəburu yazıb
Davuda bildirdik ki, bu müqəddəs yerə (Şama) bundan sonra mənim saleh
bəndələrim varis olacaqlar.” (Ənbiya 105)
Bu ayə nazil olduqdan sonra peyğəmbər (s) əmr verdi
ki, böyük bir ordu hazırlansın.Orduya da sərkərdəliyi 20 yaşlı Usamə
bin Zeyd etsin. Nəhayət Zeydin gözəl sərkərdəliyi
nəticəsində müsəlmanlar qələbə qazandı.Hicrətin 15-ci ili Qüds rəsmi
şəkildə müsəlmanların oldu.Bu şəhərin adı “İlya”dan
Beytul-müqəddəsə çevrildi.
Diqqət olunası məsələlərdən biri də budur
ki, bəziləri Usamə bin Zeydin orduya başçılıq
etməsini istəmirdi.Onlar elə düşünürdülər ki, Zeyd bu
iş üçün çox cavandı. Lakin, peyğəmbər (s) müsəlmanlara öyrətmək
istəyirdi ki, əksər cavanlar yaşlılardan daha yaxşı
səy göstərir, öhdələrinə düşən vəzifələri daha yaxşı
məsuliyyətlə yerinə yetirirlər, cəbhədə şücaət və rəşadətlə
vuruşur, qələbə qazanırlar.
Nec ki, Bəni İsrail Fələstini tutmaq üçün Calut və
onun ordusu ilə vuruşanda düşmən qarşısında dayana
bilmədilər. (Bəqərə 249)
Amma sapanddan başqa heç bir silahı olmayan
bir gənc onların içindən çıxıb Calutun meydanına
getdi.Calut qılınc və zirehlə silalanmış yekəpər adam idi.Hamı
düşünürdü ki, Calut bu gənci öldürəcək.O cavan sapanda bir
daş qoyub ona tərəf atdı.Daş düz Calutun alnından dəyərək onu
öldürdü.Bu cavan Hz Davud idi ki, Quran onun haqqında
buyurur: “…Davud Calutu öldürdü.Allah ona rəhbərlik mənsəbi və hikmət
verdi…” (Bəqərə 251)
Bura qədər qeyd olunan ayə və
hədislərdən belə məlum olur ki, cavanlara qarşı diqqətli olmaq və
onların bacarıq və istedadından cəmiyyətin faydalanması üçün
istifadə etmək lazımıdır.Bu birbaşa Allah və Onun Rəsulunun
(s) istəyidir.Bu istəyə qarşı çıxanlar, yaşadıqları
cəmiyyətdə böyük fitnə-fəsad yaradırlar. Belə ki, bugünkü cavanlar
sabahın ağsaqqallarıdır. Odur ki, gələcəyimizi öz əllərimizlə
baltalamayaq.Gənclərə, cavanlara dəstək olaq, onları əzməyək.Onların
nailiyyətlərinə sevinib qibtə edək, həsəd aparmayaq.Çünki həsəd və paxıllıq
şeytanın sifətləridir. Gəlin ilahi rəngə bürünərək, ilahi ayələrin işığında
cavanlara hörmət edək. Çünki, cavanlar gələcəyimizdir.
Mahir Şəkərov.
Yorumlar
Yorum Gönder