Elşad Mirinin Aşura iradlarına ilahiyyatçıdan cavab...

Elşad Miri: “Kərbəla hadisəsi hakimiyyət üstə olan dava idi.”
Cavab: Əsrlərdir aciz insanların danışdığı gülünc bir kəlmə. İmam Hüseyn (ə) şəxsiyyətini dərk etməyənlərin və o uca şəxsin böyüklüyünü sual altına aparmaq istəyənlərin sözü. Bu sözü təkcə Elşad Miri iddia etməyib. Ondan öncə də və ondan sonra da bu şablon sözləri təkrar edənlər tapılacaq. Elşad Mirinin bu sözü ilk növbədə onun İslam tarixindən xəbərsiz olmasını gün kimi aydınlaşdırır. Hətta öz çıxışlarında Kərbəlada şəhid olmayanların da adının qeyd edərək şəhid olduğunu isbat etməyə çalışması bir daha bu məsələ barədə məlumatsızlığını göstərir. Qeyd olunan irada ruhani və ilahiyyatçılar kifayət qədər tutarlı cavablar vermişlər. Verilən cavablardan biri budur ki; “Tarix boyu hakimiyyət üstə müharibələr gedib, qan tökülüb, milyonlarla insan həlak olub, nə üçün bu müharibələrin heç biri Kərbəla kimi təsirə malik olmadı? Nə üçün Aşura əsrlərin keçməsi ilə unudulmur? Bu onu göstərmi ki, bu iş ilahi hədəf uğrunda baş verib?”

Bəli, həqiqətən də gözəl cavabdır. Qeyd etdiyimiz kimi, bu şablon söz tarix boyu olub və ona hətta qeyri müsəlman alimləri də öz növbəsində cavab verib. Necə ki, yazıçı Çarlz Dikkens deyir: “Əgər İmam Hüseynin (ə) qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər.Ağıl belə hökm edir ki, o, yalnız İslam yolunda bu fədəkarlığı etmişdir.” (İmam Hüseyn və dostları səh.52)
Qeyri müsəlman alimləri belə bu həqiqəti anladığı halda bu gün Elşad Miri və onun kimi düşünənlər nə üçün həqiqət qarşısında təəssüfkeşlik edirlər?
Elşad Miri: “Tövbə 36-da Allah buyurur ki “Özünüzə zülm etməyin.” İki ay matəm saxlamaq fitrətə ziddir...”
Cavab: Qurani-Kərimin Tövbə 36 – cı ayəsində olan فَلاَ تَظْلِمُواْ فِيهِنَّ أَنفُسَكُمْ ayəsindən sui istifadə olunur. Bu ayədə olan “özünüzə zülm etməyin” mənasına gələn ayəni Aşura mərasimlərində ağlamaqla əlaqələndirib öz batil sözlərinə bəraət qazandırmaq istəyirlər. Hətta qeyd edir ki, Quranda matəm saxlamaqla bağlı ayə yoxdur. Bu ağ yalandır. Məgər Hz Əyyub (ə) öz oğluna illərlə ağlayıb gözləri kor olmadımı? Burada söhbət bir ya iki ildən getmir. İllərlə, (ən azı 40 il) oğluna matəm saxlayır. Bəs Quranın bu ayəsinə sözünüz nədir?
Elşad Miri: “İmam Hüseyn (ə) qalib oldu, şəhid oldu. O , indi Cənnətdədir.”
Bu sözü qeyd edənlər peyğəmbər (s) sünnəsindən bixəbərdir. Gərək biz sual verək ki, ay müsəlman! Peyğəmbər (s) ömür boyu İmam Hüseynə ağlayıb mən niyə ağlamayım? Peyğəmbər (s) siz dediklərinizi bilmirdi? Şəhidlik nədir onu peyğəmbərin (s) hədislərindən öyrənmişik. O, yaxşı bilirdi ki, Hüseyn (ə) şəhid olacaq. Amma ağlayır. Niyə? Keçən mövzumuzda izah etdik ki, bu, göz yaşları həm də baş verən zülmlərə bir etirazdır. Necə ki, Hz Əyyub (ə) etdi, necə ki digər peyğəmbərlər edib və s.
Kimsə ağlayırsa heç kimin ixtiayi yoxdur ki, heç ona bu sualı verə ki niyə ağlayırsan? Ən azı, heç olmasa bu sünnədir ya yox? Bəli. Onda bu sualın mənası nədir? Sən mənə bu sualınla demək istəyirsən ki peyğəmbər (s) sünnəsini tərk et?!
Elşad Miri: “Nə üçün ancaq Hüseynə (ə) matəm saxlanılır? Nə üçün peyğəmbərə (s) matəm saxlanılmır?”
Cavab: “Kim deyir ki, biz peyğəmbərə (s) matəm saxlamırıq? Hər bir müsəlman öz peyğəmbərinin (s) şəhadətində onun dünyadan getməsinə üzülür. Digər tərəfdən, kimsə peyğəmbərə (s) matəm saxlamırsa, Hz Hüseynə (ə) də matəm saxlaya bilməz? Gətirdiyin məntiqi dəlil məntiqsizdir axı? Peyğəmbərin (s) bir ömür matəm saxladığına biri matəm saxlayırsa siz niyə narahatsınız? Bu narahatçılıq niyə? Sözünüzün Mustafasını deyin bəy!
Elşad Miri: “Niyə Aşura və Məhərrəm ayında ancaq İmam Hüseynin (ə) adı çəkilir?”
Cavab: Kimin adını çəkək? Məhərrəm ayında orucun fəzilətindən danışaq? Ramazanda da Məhərrəm ayından? Dahiyanə fikirdir. Elə bu fikirlər səbəb oldu ki, bir dəstə avam cümə namazını çərşənbə günü qıldı. Məhərrəm ayında Hz Hüseyndən (ə) danışılması olduqca təbiidir. Bu qədər təbii olan bir məsələ sizi niyə hiddətləndirir? Onda siz belə edin. Ramazan ayında Qurabandan, Qurban bayramında Ramazandan, Xocalı soyqırımı günündə 20 Yanvar faciəsindən danışın. Seçilin də bəy! Yenilik edin. Biz sizin bu sualınızı heç sual olaraq da görmürük,bu sizin nəfsinizdən dediyiniz bir sözdür. Bildirdiyiniz bütün fikirlər kimi bu öz fikirlərinizdir. Öz fikirlərinizə dini don geyindirməyin bəy!
Mahir Şəkərov – İlahiyyatçı yazar.
13707693_1742065419343904_4121149105070339579_n

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)