Fəth sürəsindəki (ذَنبِکَ) "zənbik" sözü günah deyil, savabdır


إِنَّا فَتَحنا لَکَ فَتحًا مُّبینًا
 Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, (Fəth 1)
 لِّیَغفِرَ لَکَ اللَّهُ ما تَقَدَّمَ مِن ذَنبِکَ وَ ما تَأخَّرَ وَ یُتِمَّ نِعمَتَهُ عَلَیکَ وَ یهَدیَکَ صِراطًا مُّستَقیمًا
Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin.  (Fəth 2)
Bu ayədə “Zənb” kəlməsi Allahın qeyri zəruri – vacib olmayan, müstəhəbb qanunlarının ziddinə əməl etmək mənasındadır. Belə məqamlarda günah bizim anladığımız günahlar deyil, tərki ovla (zəllə) mənasındadır.
Fəth sürəsində olan “zənb” sözünü günah olaraq tərcümə edib və onu peyğəmbərə (s) nisbət verənlərə mövzu ilə bağlı bir neçə sualımız var;
1. Peyğəmbər (s) niyə Məkkə fəthinə qədər tövbə etmədi ? Gündə 100 dəfə tövbə edən şəxs bunu unutdu?
2. Allah niyə onu zamanacan əfv etməmişdi?
3. Fəth sürəsində (ذَنبِکَ ) zənbik deyir. Bir günah. Sual: Əgər  bu günahı (sizin nəzərinizdə bu günahdır) peyğəmbərə nisbət versək, onda belə çıxır ki,  bu günah o qədər böyük oldu ki, onun bütün ömrünü əhatə edir? Heç adi insanın, fasiqin də bu cür günahı yoxdur. O ki qala peyğəmbərin (s).
4. Tövbə nə zamana aiddir? Tövbə keçmişdə olan günaha görədir. Amma ayədə keşmiş və gələcək günahdan söz gedir. Bunu necə izah edərsiniz?
5. Fərz edək ki, günah edib. Bəs bu günahın tövbəsi hanı? Ortalıqda nə tövbə var nə istiğfar.
Fəth sürəsini oxuyaraq suallara davam edək.
6. إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا – “Həqiqətən Biz sənə açıq-aşkar bir fəth bəxş etdik.” (Fəth 1) Sual: Məkkənin fəthi ilə peyğəmbərin (s)  bağışlanması arasında nə bağlılıq var?
7. Peyğəmbər (s) günah edib tövbə də etməyib və tövbə etmədən bağışlanılıb. Hələ üstəlik Allah Məkkənin fəthin də buna nəsib edir? Yəni deyir ki, afərin sənə?
Məkkənin fəthi - Əgər peyğəmbər (s) günahkardrsa, elə bir günah ki bütün ömrünü əhatə edib, indi də Məkkəni fəth edib ki dövlət qura və dövlət daha güclü ola. Allah üsyan edən bir şəxsə kömək göstərdi ta ki, bir dövlət qura? Onda bu qurulan dövlət İslami olmazdı. Çünki, onun banisi sizin fikrinizcə  asi –üsyan edən biridir.
9. وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ  –“ Sənə olan nemətini tamamlasın.” Növbəti əhsən gəlir. Allah üsyan edən bir şəxsə kömək etdi və neməti tamamlayır ona. Niyə? Çünki, günah edib ona görə. Bu məntiq, “peyğəmbər günah etdi” deyənlərin məntiqidir.
10. وَيَهْدِيَكَ صِرَاطًا مُّسْتَقِيمًا – “Allah səni düz yola hidayət edir.” – Hidayətin müxtəlif dərcələri var. Hər an hidayətə ehtiyac var. Necə ki, hər namazda deyirik. - اهدِنَا الصِّرَاطَ المُستَقِيمَ
“Bizi düz yola yönəlt.” (Fatihə 6) Bu sözləri namaz halında deyirik. Baxmayaraq ki namaz qılırıq. Yenə də Allahdan hidayət istəyirik.
10.  وَيَنصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا
“Allah sənə yenilməz bir qələbə ilə kömək etsin.” – Sual: Allah günah edən bir peyğəmbərə (s) hətta kömək edir ki, o, günahına davam etsin?
Bu ayədə olan ğəfr (غفِر ) örtmək mənasındadır. Bu sözü bir neçə dəfə öncəki bəhslərimizdə izah etdik.
Gələk ayədəki “zənb” – sözünə. Bu ayədəki, zənb günah deyildir. Əksinə ən üstün bir itaətdir. Çünki, ayədə olan zənb sözü yuxarıda qeyd etdiyimiz kimi günahla uyğunlaşmır.  Ayədə zənb tək formada gəlib. Çünki, peyğəmbər (s)  bir hədəf uğrunda mübarizə aparırdı daim. Bir Quran idi, bir Muhəmməd (s) idi. Allah da ona bu yolda yardım edir. Və ayədə deyilən müsbət cəhətləri, köməyi hidayəti o həzrətə bəxş edir. Zənb – yəni “İslam peyğəmbərinin risalət və nübuvvəti.” O, həzrət ömrünün sonuna qədər bu risaləti ən kamil şəkildə yerinə yetirir. Hz Yunus (ə) kimi qövmünü tərk etmir. Yəni zəllə-tərki ovla belə etmir.
Ayədə qeyd olunan sənin öncəki və sonrakı günahların bağışlandı yəni nə? Burada ğəfr – sözü öncəyə nisbətən rəfdir, sonraya nisbət isə dəfdir. Niyə?
لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِن ذَنبِك -  “Yəni ey eyğəmbər! Məkkənin fəthindən öncə sən nə qədər əziyyət çəkdin, sənin tərəfdarlarını şəhid etdilər, boykot etdilər. Bütün bunları Allah rəf etdi yəni Məkkənin fəthi ilə bu acıları sənə unutdurdu.”
وَمَا تَأَخَّرَ – Burda dəfdir. “Yəni, Məkkənin fəthindən sonra,  sənə daha heç kim risalət zamanında olduğu kimi əziyyətlər edə bilməz.”
Ayədəki sözləri anlamadan onu günah kimi yozanlar,  görəsən yuxarıda qeyd etdiyimiz məsələlər (suallar) barədə düşünüblərmi?

Mahir Şəkərov – İlahiyyatçı araşdırmaçı.


40b9ed212527dd48a9cac8948f3c216d

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)