Futbolda vəhhabi izi – Qurban Qurbanova cavab.

"Qarabağın" baş məşqçisi Qurban Qurbanovun illər öncə dediyi söz nədənsə yenidən gündəmə gəlib.
" Vəhhabi söhbəti boş-boş şeylərdir. Zəif insanlardır ki, belə fikirlər yürüdürlər. Ağlı, dərrakəsi başında olan bilir ki, dində vəhabi təriqəti yoxdur. Digər tərəfdən Vahab Allahın adlarından biridir, burada pis nə var ki?..."
Qurban Qurbanovun bu fikirləri sizə tanış gəldimi? Baş məşqçinin bu sözlərini oxuduqda, yadıma özünü etdiyi xütbə və çıxışlarında, gah əhli sünnə, gah sələfi adlandıran, Qamət Süleymanov düşdü. Bilirsiniz niyə? Çünki, buna bənzər cümlələri, Qamət Süleymanov da dəfələrlə qeyd edib.
"Vəhhabilik deyilən bir şey yoxdur." "Mən vəhhabi deyiləm." "Dünyada vəhhabilik yoxdur." deyən Qamət Süleymanov görəsən özü, öz dediyinə inanırmı?
Mövzumuz Qamət deyil. Bunu sizə xatırlamaqda məsədim var.
Qurban Qurbanov bu sözləri ilə guya hansı iddiaya cavab verir? Guya bu sözlər özünü müdafiə xarakteri daşıyır? Xeyr! Əsla! Bu sözlər "Vəhhabilik yoxdur, vəhhabi deyiləm..." və s. əslində mesajdır və bu mesajı mədəni formada digərlərinə ötürürlər. Onların bu cür zahirdə "etiraz" kimi görünən sözləri, əslində "təbliğ"dir. Maraqlıdır baş məşqçi, bu sözləri ilə mesajı kimə göndərir? Öz əqidəsində olan fotbulçu və azərkeş toplumuna ya hədəf daha da alidir?
Qurbanovun açıqlamasında istifadə etdiyi digər bir cümləyə diqqət edin. " Digər tərəfdən Vahab Allahın adlarından biridir, burada pis nə var ki?..."
Qurbanovun istifadə etdiyi bu cümlə də, Qamət Süleymanovun cümə xütbəsində yer alan, dəfələrlə təkrar etdiyi cümlələrindən biridir. Bu bənzərliyə ad tapa bilməsəm də, təsadüf olmadığına əminəm.
Q. Qurbanov bu mesajlar, çağırışlar hələ sənin üçün tezdir. İllərdən bəri təkrarlanan, nəhayətində sənə də nəsib olan bu kəlimələri, yenisi ilə əvəz etmək vaxtı gəlmədimi? Bütün dünya dillərdə əzbər olan, "Vəhhabilik yoxdur, mən vəhhabi deyiləm..." kəlimələrini çox yaxşı anlayır, başa düşür hətta təfsirini də bilirlər. Özünüzü bu vəziyyətə salmayın.
Qurbanovun, Qamətin və digərlərinin bu tip mesajları, əslində onların kimliyini çatdırır. Məgər "Vəhhabilik yoxdur," - vəhhabilik var," "Vəhhabi deyiləm" - vəhhabiyəm demək deyilmi? Vəhhabi və vəhhabilik yoxdur deyirsiniz. Bəs onda nə var??? Mən anlayanlar üçün qısaca olaraq, bir neçə cümlədə deyim.
Vəhhabi yoxdur, sələfi var.
Vəhhabi yoxdur, əhli sünnə adından istifadə edənlər var.
Vəhhabi yoxdur, vəhhabi adı ilə fəaliyyət göstərə bilmədiklərini görüb, özünü sələfi, əhli sünnə vəl-cəmaət adlandıran, bir dəstə var.
Vəhhabi yoxdur, amma, əlindəki əsanı peyğəmbərdən (s) daha üstün sayan, Əbdul-Vəhhabın izi ilə gedənlər var.
Vəhhabi yoxdur, "biz vəhhabi deyilik" deyib vəhhabiliyi başqa adlarla təbliğ edənlər var.
Vəhhabi yoxdur, Sumqayıtı Suriyaya çevirmək istəyənlər var.
Vəhhabi yoxdur, Yezidi düz İmam Hüseyni səhv bilən axmaq yığını var.
Vəhhabi yoxdur, torpağının 20% -nin işğal altında olduğunu unudub, cihad adı ilə Suriyaya gedənlər dırnaqarası mücahidlər var.
Vəhhabi yoxdur, Suriyaya gedib, arvadını özü kimi rəzillərin ixtiyarında qoyan xəvariclər var.
Vəhhabi yoxdur, "Allahu Əkbər" deyib, günahsız körpə uşaqların başını kəsən, əsgərlərin gəldiyini görüb, qorxudan kanalzasiyaya girən qorxaqlar var.
Vəhhabi yoxdur, öz çirkin niyyətlərini həyata keçirmək üçün, Quranın içinə bomba qoyanlar var.
Vəhhabi yoxdur, öz qızlarını zorlayıb, həbsə girən Fayhan Əl Qamidi kimi sələfi alimləri var.
Vəhhabi yoxdur, Fələstini, Suriyanı və digər müsəlman ölkələrini qan gölünə çevirən əzazillər var.
Vəhhabi yoxdur, İŞİD var!
Ey vicdan və bəsirət sahibləri! Sizcə vəhhabilik yoxdur?
Mahir Şəkərov- İlahiyyatçı yazar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Müəllimə hörmət, Allaha və Onun Rəsuluna (s) hörmətdir

"Radikal və Radikalizm." - Elmi terminin faciəli aqibəti

Dünyasını dəyişənlərə ağlamaq və onlara yas saxlamaq olarmı? (Quran, hədis, tarix)